Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, ÖNİTİ, 1988. -366 s.
Plan:
1. Standartların kateqoriyaları
2. Standartlara olan tələblər.
3. Standartların növləri.
4. Standartların təsnifatı.
Standartlaşdırma haqqında Azərbayjan Respublikasının 1996-jı ilin əvvəlində qəbul olunmuş və 8 oktyabr 1996-jı ildə respublika Prezidentinin fərmanı ilə qüvvəyə minmiş qanuna əsasən Respublikada standartlaşdırma üzrə aşağıdakı normativ sənədlər hazırlanır və tətbiq edilir:
-
Azərbayjan Respublikasının dövlət standartları.
-
Texniki- iqtisadi və sosial informasiya təsnifatları (TİSİT)
-
Sahə standartları (SST).
-
Beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr (BDST).
-
Texniki şərtlər (TŞ).
-
Müəssisə standartları (MST).
-
Elmi- texniki və mühəndis jəmiyyətlərinin və digər ijtimai birliklərin standartları (ETMJST).
Bu qanuna əsasən Respublikada standartlaşdırma sahəsində fəaliyyət göstərən ijra hakimiyyəti orqanları tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu təmin edilir, onların ümumrespublika və sahə fondları yaradılır.
Standartların yuxarıda göstәrilmiş kateqoriyalara bölünmәsi onların təsir dairәsindәn aslı olaraq hәyata keçirilir.
Hər bir qrup standartlar üçün onların mütlәq tәtbq olunma sahәsi, standartlaşdırma obyektlәri vә tәsdiq edilmə qaydaları müәyyәnlәşdirilir.
Dövlәt standartları kütlәvi tәkrar istehsal vә istifadə perspektivinә malik olan mәhsullar (işlәr, xidmәtlәr) üçün işlәnib hazırlanır. Bu standartlar mәjburi vә tövsyyә olunan tәləbləri nәzәrdә tutur.
Mәçburi tәlәblәrә aşağıdakılar aiddir:
-
mәhsulların (işlәrin, xidmətlәrin) insanın hәyatı sağlamlığı, әmlakı vә әtraf mühit üçün tәhlükәsizliyi;
-
mәhsulların (məmulatların) texniki, texnoloci informasiya uyğunluğu vә onların qarşılıqlı əvәz olunması;
-
məhsulların (işlәrin, xidmәtlәrin) әsas istehlak xüsusiyyәtlöri, onlara nәzarәt metodları, mәhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utillәş- dirilmәsi qaјdaları;
-
mәhsulların (işlәrin, xidmәtlәrin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu;
-
məhsulların (işlәrin, xidmәtlәrin) tәhlükәsizlik texnikası vә istehsalat sanitariyası tәlәblәri;
-
məhsulların istehsalı, istifadәsi, işlәrin görülmәsi vә xidmәtlәrin göstәrilmәsi zamanı bütün resurslarda sәmәrәli istifadә, hәmçinin mәhsulların (işlәrin, xidmә lәrin) texniki sәnәdlәşmәsi qaјdaları;
-
standartlahdırma sisteminin dövlәt standartları ilə müәyyәnlәşdirilən digәr tәlәblәr.
Dövlәt standartlarının mәçburi tәləblәrinә müvafiq standartların təsiri şamil edilәn bütün içra hakimiyyәti orqanları vә tәsәrrüfat subyektlәri tәrәfindәn әmәl edilməlidir. Odur ki, dövlәt standartlarında nәzərdә tutulan tәlәblәr Respublikanın qanunverijiliyinә zidd olmamalıdır.
Dövlәt standartlarının tövsiyyә olunan tәlәblәri aşağıdakı hallarda şәrtsiz yerinә yetirilmәlidir:
a) qanunveriçilik aktlarında nәzәrdә tutularsa;
b) mәhsulu hazırlayan (tәdarükçü) tәrәfindәn mәhsulun həmin tәlәblәrә uyğunluğu bәyan edilmişdirsə.
Dövlət standartlarının əsas obyektləri aşağıdakılardır:
-
ümumtexniki və təşkilatı metodik qaydalar və normalar, xətti ölçülərin normal sıraları, dişli ötürmələrin dəqiqlik normaları, müsaidələri və oturtmaları, üstün tutulan ədədlər və s.
-
elmi-texniki terminlər və işarələr.
-
ölçü vahidləri və ölçü vahid etalonları;
-
normativ- texniki, konstruktor, texnoloci, texniki- iqtisadi, istismar və təmir sənədləri sistemi;
-
sahələrarası tətbiq olunan məmulatların dəqiqlik normaları;
-
sahələrarası tətbiq edilən istehsal- texniki təyinatlı məhsullar (dəzgah-
lar, kənd təsərrüfatı maşınları, xammalı və s.);
-
ölçmə vasitələrinin, maşınların dövlət sınağı;
-
texniki- iqtisadi informasiyaların sinifləşdirilməsi və kodlaşdırılması sistemləri;
-
texniki təhlükəsizlik, əmək mühafizəsi, sənaye və məişət sanitariyası sahəsində qoruyuju tərtibatlar və digər məmulatlar.
Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləjə də, istehsalın təş-
kili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə hər müəssisə özü müstəqil olaraq müəssisə standartı hazırlayır və qəbul edir. Bu standartlar anjaq həmin müəssisədə tətbiq olunan normalar, qaydalar, tələblər, üsullar, məmulatlar, alətlər və s. obyektlər üçün hazırlanır.
Standartların növləri.
Standartlar məzmun və təyinatlarından aıslı olaraq aşağıdakı növlərə bölünürlər:
-
Texniki şərtlərin standartları (ümumi texniki şərtlər).
-
Parametrlərin (ölçülərin) standartları.
-
Ümumi texniki tələblərin (texniki tələblərin) standartları.
-
Tiplərin, əsas parametrlərin və ölçülçrin standartları.
-
Konstruksiyaların standartları.
-
Markaların standartları.
7. Çeşidlərin standartları.
8 Qəbul qaydalarının standartları.
9 Nəzarət (sınaq, analiz, ölçmələr) metodlarının standartları.
10 Nişanlanma, qablaşdırma, saxlanma və nəqletdirmə (daşınma) qaydalarının standartları.
11 İstsmar və təmir qaydaları standartları.
12 Tipli texnoloci proseslərin standartları.
13 Ölçü jihazlarının yoxlama metodları və vasitələri üçün standartlar.
Konkrekt məhsula aid olmayan standartlara, o jümlədən ümumtexniki və təşkilatı- metodik standartlara dövlət standartlaşdırma sistemi növlər müəy-
yən etmir. Bu jür standartlara aiddir: -ümumi normaların standartları; -sinif-ləşdirmə və sənədləşdirmə sistemləri standartları; -fiziki kəmiyyətlərin vahidlə-rinin standartları; -texniki təhlükəsizlik tələbləri standartları və s.
Texniki tələblərin standartları - ümumi texniki tələblərin standartların-dan fərqli olaraq konkrekt məhsul növlərinə tələblər qoyur.
Parametrlərin st unifikasiyasını və qarşılıqlı əvəzolunmasının təmin etmək məqsədi ilə onların əsas parametrlərini və konstruktiv həllini müəyyənləşdirir.
Markaların standartları - materialların və xammalın markalarının na-menklaturasını, onların kimyəvi tərkibini, istsmar və ya istehlak xassələrini və nəzarət metodlarını müəyyən edir. Bunlarda əsas məqsəd markaların sayını lazımi minumuma endirməkdir.
Çeşidlərin standartları – məhsulun həndəsi formalarını və ölçülərini müəyyən edir.
Qəbul qaydalarının standartları - müəyyən qrup və ya növ məhsulların qəbulu zamanı keyfiyyət və kəmiyyətjə onlara qoyulmuş vahid tələbləri təmin etmək məqsədi ilə məşsulu qəbul qaydalarını müəyyən edir.
Sınaq metodlarının standartları – müəyyən məhsul qrupunun sınağı üçün nümunələrin götürülmə qaydalarını, istismar xarakteristikalarının sınaq me-todlarını müəyyən edir.
Sınaq metodları məhsulun növündən aslı olaraq təyin edilir. Standart-larda müxtəlif növ sınaqlar nəzərdə tutula bilər:
-
Məhsulun keyfiyyətinə nəzarət üçün;
-
Məhsulun ona qoyulmuş tələblərə uyğunluğunu yoxlamaq üçün;
-
İstehsalçı müəssisə tərəfindən aparılan tipli sınaqlar.
Nişanlama, qablaşdırma, saxlanma və daşınma qaydalarının standartları – məhsulun əsas xarakteristikaları haqqında istehlakçıya informasiya vermək məqsədilə onun nişanlanmasına, qablaşdırılmasına və daşınmasına tələbləri müəyyən edir.
Ölçü jiüazlarının və ölçülərin yoxlama metodları vasitələri üçün standartlar – onların ən səmərəli yoxlama metodlarını təyin edir.
İstismar və təmir qaydaları standartları – verilmiş şəraitdə məmulatların işləmə qabiliyyətini təmin edən və onların istismar xarakteristikalarına zəmanət verən ümumi qaydaları müəyyən edir.
Tipli texnoloci proseslərin standartları – müəyyən məhsul növünün hazırlanması üzrə texnoloci əməliyyatların yerinə yetirilməsi ardıjıllığını və bu-nun üçün lazımi texniki vasitələri müəyyən edir.
Mühazirə 3.
Mövzu : Standartların işlənib hazırlanmasında əsas
mərhələlər və məsələlər.
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, ÖNİTİ, 1988. -366 s.
Plan:
1. Standartların işlənib hazırlanmasında əsas məsələlər
2. Standartlaşdırma üzrə işlərin əsas mərhələləri
3. Texniki tapşırığın layihəsinin işlənməsi.
4 . İşlənmiş standartların realizəsi.
Standartların hazırlanması onu tərtib edənlərdən yüksək ixtisas və əmək sərfi tələb edir. Bu işi eyni zamanda mürəkkəb xarakterli elmi-tədqiqat işi olduğunu da nəzərə almaq lazımdır. Ona görə də, bu sahədə çalışan mütəxəs-sislər xüsusi biliyə, bajarığa və hazırlığa malik olmalıdırlar. Bunu demək kifa-yətdir ki, orta çətinlik səviyyəli bir standartın işlənməsi üçün təqribən 1,5 il vaxt tələb olunur. Məhz buna görə də, standartların işlənməsi istiqamətində işləri sürətləndirmək məqsədi ilə QOST 1,0-85 standartında standartların işlə-nib hazırlanmasının vahid təşkilatı sxemi nəzərdə tutulmuşdur.
Bu standarta görə bütün kateqoriyalı standartların işlənib hazırlanması üçün aşağıdakı məsələ və mərhələləri nəzərdə tutulmuşdur:
-
Standartın işlənməsinin təşkili və texniki tapşırığın tərtib edilməsi;
-
Standartın layihəsinin hazırlanması (birinji forma işlənməsi) və onun rəyə göndərilməsi;
-
Rəylərin təhlili və standartın layihəsinin son işlənməsinin (ikinji və ilaxir) yekunu.
-
Standartın layihəsinin son variantının müvafiq maraqlı tərəflərlə razı-laşdırılması və təsdiqlənməyə təqdim edilməsi;
-
Standartın layihəsinin baxılması, təsdiqi və qeydiyyatı;
-
Standartın nəşr edilməsi, geniş yayılması və istifadəyə verilməsi.
Birinji mərhələdə - də təsdiq olunmuş plan əsasında standartın layihəsini
hazırlayan təşkilatın rəhbəri hər mövzu üzrə məsul şəxsləri müəyyən edir, texniki tapşırığın layihəsinin işlənmə müddətini müddətini və işin mərhələlər üzrə yerinə yetirilmə müddətlərin müəyyənləşdirir, bunun üçün müvafiq əmr və sərənjamlar verir.
Texniki tapşırığın layiüəsini hazırlamaq üçün standartlaşdırılan obyekt üzrə elm və texnikanın nəaliyyətlərini əks etdirən materiallar toplamaq, regio-nal, beynəlxalq standartları, patentləri və digər texniki sənədlər öyrənilməlidir.
Əgər standartlaşdırma obyekti məhsuldursa, onda həmin məhsulu, yaxud ona yaxın məhsulun istehsal texnologiyası öyrənilməlidir.
Texniki tapşırığın layihəsinin işlənməsi zamanı standaşdırılan obyektin xüsusiyyətini, standartın kateqoriyasını və növünü nəzərə alaraq aşağıdakılar
göstərilməlidir:
- standartın işlənib hazırlanmasının əsas məqsədi və vəzifələri;
- standartlaşdırılan obyektin qısa xarakteristikası;
- standartın əsas bölmələri və tələblərinin siyahısı;
- standartın İSO, BEK və digər beynəlxalq təşkilatların standartları ilə əlaqəsi;
- standartın layihəsinin işlənib hazırlanması zamanı istifadə ediləjək əsas mənbələr;
- bütün ijraçılar göstərilməklə işin yerinə yetirilmə müddəti və əsas mərhələləri;
- işi ijra edən təşkilatlar, rəhbərlər və məsul ijraçılar;
- rəy və razılaşdırma üçün standartın layihəsi göndəriləjək təşkilatın müəyyən edilməsi.
Do'stlaringiz bilan baham: |