Azərbaycan ortopediya və travmatologiya jurnali



Download 10,21 Mb.
bet76/79
Sana21.02.2022
Hajmi10,21 Mb.
#16307
1   ...   71   72   73   74   75   76   77   78   79
Açar sözlər: budun anadangəlmə çıxığı, açıq yerinə salınma, yan kəsik.
Ключевые слова: врождённый вывих бедра, боковой разрез.
Key words: developmental displasia of the hip, open reduction, lateral
incision.

Budların anadangəlmə çıxığı ölkəmizdə uşaqlar arаsında ən çox rast gəlinən patologiyalar sırasındadır. Ədəbiyyat göstəricilərinə görə budların anadangəlmə çıxığı 1000 diri doğulmuş uşaqlar arasında 1-1,5 rastgəlmə tezliyindədir [1, 2, 3].
Bu patologiyanın erkən aşkar edilməsi konservativ müalicənin uğurla başa çatmasına imkan verir. Lakin konservativ müalicədə çıxıqların heç də hamısı yerinə düşmür. Yerinə düşməyən çıxıqların göstəricisi 18% təşkil edir. Bunun əsas səbəbləri bud-çanaq oynağının kapsulunun «qum saatı» şəklində daralması və budun başının bağının hiperplaziya olaraq oynaq çuxurunu tutmasıdır. Belə halda budun başının açıq üsulla yerinə salınması göstərişi ortaya çıxır.
Budun başının açıq üsulla yerinə salınması metodunun üstünlüyü cərrahi müdaxilə zamanı gözlə görərək, reduksion maneələrin cərrahi olaraq aradan qaldırılmasıdır.
Açıq reduksiyada əsas məqsədlər aşağıdakılardır.

  1. Yerində olmayan budun başının asetabulunun içərisinə yerləşdirilməsi.

  2. Reduksiya zamanı budun başının və asetabulum qığırdaqlarının xəsarət almaması, qan dövranının pozulmaması.

  3. Reduksiya sonrası yerindən çıxmanın qarşısının alınması.

  4. Bud-çanaq oynağının sonrakı normal inkişafını təmin etməkdir.

Biz Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun poliklinika şöbəsində konservativ müalicə olunaraq və çıxığın yerinə salınması mümkün olmayan 12 xəstənin açıq üsulla budun başının yerinə salınması nəticələrini təqdim edirik. Xəstələrin yaşı 9 ay - 23 ay olmuşdur. 12 xəstədən 8-i qız, 4-ü oğlan olmuşdur. Sol bud-çanaq oynağında açıq yerinə salınma 6 xəstədə, sağ bud-çanaq oynağında da 6 xəstədə açıq yerinə salınma əməliyyatı aparılmışdır. 12 xəstənin hamısında çıxıqların əvvəl konservativ üsulla qapalı yerinə salınmasına cəhd olunmuşdur. Bu xəstələrin hər birinin ilkin olaraq bud-çanaq oynaqlarının düz və abduksiya - iç rotasiya vəziyyətlərində rentgenoqrammaları dəyərləndirilmişdir.
12 xəstədən 4-də artroqrafiya aparılmışdır. Artroqrafıyada məqsəd bud sümüyü başının vəziyyətini, oynaq kapsulunun formasını və sirkə kasasının dolu olub olmamasını aydınlaşdırmaq olmuşdur [6, 7]. Bud-çanaq artroqrafıyası ümumi anesteziya altında icra olunmuşdur (şək. 1, 2, 3).

Şəkil 1. Xəstə 1 yaş 2 aylıq, Şəkil 2. Artroqrafiya, Şəkil 3. Açıq yerinə salınmadan
Artroqrafiyadan öncəki “qum saatı” tipli sonrakı rentgenoqramması.
rentgenoqramma. oynaq kapsulası.
Xəstələrin ümumi anesteziya altında bud-çanaq oynağına lateral kəsiklə giriş edildi. Oynaq kapsulası açılaraq budun başının qalınlaşmış bağı və həmçinin asetabulumun içərisindəki yumşaq toxumalar xaric edildi. Oynaq kapsulası ətraf toxumalardan sərbəstləşdirildi. Budun başı asetabuluma salındıqdan sonra dublikat əməliyyatların 5-də içəri qatlanmış limbusa və transvers liqamenə müdaxiləyə ehtiyac olmuşdur.
Əməliyyat gedişində qanaxmanın miqdarı çox az olmuşdur – 10-15.Cərrahi əməliyyat stolu üstündə xəstələrə koksit gips sarğısı qoyulmuşdur. Gips sarğısı xəstələrdə 6 həftə saxlanılmışdır. Gips sarğısı açıldıqdan sonra xəstələrin hər birinə plastik abduksion şina bağlanmışdır. Şinanın orta saxlanma müddəti 12-16 həftə olmuşdur.
Cədvəl 1.
Əməliyyat öncəsi və əməliyyat sonrası etaplarda asetabulyar indeksin
göstəriciləri.




Download 10,21 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   71   72   73   74   75   76   77   78   79




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish