Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet18/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   14   15   16   17   18   19   20   21   ...   300
24. ÖMƏRİN FATMAYA ELÇİ DÜŞMƏSİ
Ömər ağa durur gedir Məhəmməd peyğəmbərin qızı Fatmaya elçiliyə. Birinci bir əkinçi ərəbə rast gəlir. Salaməlöyküm, əleykimət salam. Deyir:

– Ömərağa, xeyirdimi, gejənin bu vaxdı hara gedirsən?

(Adətən elçilər gejə gedir. Ona görə ki, nə qız yiyəsi utanmıya qızını ərə verir, nə də elçiyə “yox” deyəndə suyu tökülmüş qarılar kimi kor-peşman qayıdanda onu görməsinnər. Ona görə elçilik adətən gejə olur. İndi bizdə avropeyskidi, günortaya salıflar). Ərəbə deyir ki, mən əmim qızı Fatmeyi Zəhraya elçiliyə gedirəm, – deyəndə ərəb ayağ üsdə keçinif. Deyif, noldu? Deyir, Fatma yaxşı qızdı, onu mən də isdiyirdim. Deyir ki, nolar, sənin də elçiliyini eliyərəm, bəlkə sənə verdilər.

Bir müdəm gedənnən sora Cənab Əli çıxır qabağına. Salaməlöyküm, əleykimət salam. Ə, əmoğlu, xeyirdimi? Gejənin bu vaxdı hara gedirsən? Deyir ki, gedirəm Fatmaya elçiliyə. Cənab Əli kimi bir qüssəli, qürurlu pəhlivan ayax üsdə keçinir. Deyir, noldu, əmoğlu? Deyif, Fatmanı mən də isdiyirəm. Deyir, vallah, bir ərəb də maa dedi. Nolar, sənin də elçiliyini eliyərəm. Hansımıza versə, verəjəh.

Gedir Məhəmməd peyğəmbərin evinə daxil olur. Salam-kalam. Peyğəmbər deyir ki, əmoğlu, xoş gəlmisən, beş gəlmisən. Bə dərdin nədi? Deyir ki, Fatmaya elçiliyə gəlmişəm. Deyir ki, Allah xeyir versin. Mən səni bəyənmiyif kimi bəyənəjəm. Deyir, yox, məsələ heylə deyil. Deyir, nətərdi? Deyir, vallah, əkinçi ərəb də maa dedi, əmim oğlu Əli də. İndi üç elçiliyə gəlmişəm. Bu üç elçinin hansını məsləhət bilsən ona verəjəhsən. Məhəmməd peyğəmbər baxır, baxır, deyir, yox, bu mənnik olmadı. Qoy onda qızım Fatmanı çağırım, kimi desə ona verəjəm. Deyir, qızım, gəl bura. Gəlir. Deyir, qızım, bu şəriyətin işidi, Allahın verdiyi qərardı. Qız ərə getməlidi, oğul evlənməlidi. Mən tam sənə səlahiyyət verirəm. Üç elçi gəlifdi, hansın desən ona verəjəm. Biri əmin oğlu Ömərdi, biri əmin oğlu Əlidi, biri əkinçi ərəbdi. Qız başın salır aşağı, hannan-hana başın qaldırır deyir:


  • Qibleyi-ata. Ras ki, məsləhət görürsən, icazə ver bu əmim oğluna sual verim.

Deyir:

– Buyur.

Deyir:

– Əmoğlu, saa getsəm mənim aqibətim necə olajax?



Deyir ki, sənin aqibətin bu dünyada zərri-ziba içində itəjəh, amma o dünyan fanidi, o dünyan olmuyajax.

Deyir:


– Çox yaxşı. Bəs ərəbə getsəm nətər?

Deyir:


– Ərəbə getsən, Ərəbistanın çölüdü, bir parç sudu, cəhrədi, daraxdı əyirəjəhsən, darıyajaxsan. Quru çörəhdi, götürəjəhsən, dişin tutmuyajax. İsdadıf onu udajaxsan. Nə bu dünyan var, nə o dünyan. Bu dünyan da fanidi, o dünyan da.

Deyir:


– Çox yaxşı. Bə əmim oğlu Əliyə getsəm nətər?

Deyir:


– Əmin oğlu Əliyə getsən, bu dünyan qan çanağı içindədi, amma o dünyan əbədidi.

Deyir:


– Qibleyi-ata, məni ver əmim oğlu Əliyə.

Beləliknən, Fatmeyi Zəhranı verillər əmisi oğli Əliyə. Bunu deyən onnan ötrü deyif ki, Fatmeyi Zəhranın dünyagörüşü o dünyasın əbədiləşdirif. Bu təbliğat onnan ötrüdü ki, ey insannar, siz bu dünyada yaxşılıx eliyin ki, o dünyanız əbədi olsun.



Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish