American Physical Society (Amerika Fizika Cəmiyyəti tərəfindən nəşr olunan 9 jurnallarına çıxış)
BioOne (200-ə yaxın biologiya elmlərini əhatə edən elmi jurnallar)
ProQuest (dünyanın 9 000-nə yaxın nəşriyyatlarının dövri, elmi jurnallar və dissertasiya işlər mənbəsinə çıxış)
Cambridge University Press (100-dən artıq tam mətnli texniki, humanitar və sosial emləri əhatə edən jurnallar)
HighWirePress (texniki, təbii və tibb elmlərini əhatə edən 700-dən artıq elmi jurnallara çıxış)
Institute of Physics (40-dan artıq fizika elmlərini əhatə edən elmi jurnallar)
Oxford Reference Online (100-dən artıq onlayn lüğətlər və soraq- məlumat nəşrləri)
Konsorsium üzvlərini adları cəkilən mənbələrdən istifadəsini təmin etməklə yanaşı, onun istifadəsini gücləndirmək məqsədi ilə təlimlər də keçirilir. Sözsüz ki, ölkəmizdə onlayn (elektron) resurslarının istifadəsi o dərəcədə gəniş olmasa da, bu resurların istifadə tendesiyası artır. Misal üçün, mənbələrdən birinin – EBSCOHost istifadəsinin statiskasına nəzər salsaq bunun təsdiqini taparıq:
2002-ci il—3 təşkilat abunə yazılıb və ümumü il ərzində 376 dəfə axtarış aparılıb
2004-cü il—7 təşkilat abunə yazılib və ümümi il ərzində 2 387 dəfə axtarış aparılıb
Yenə də, qeyd etmək lazımdır ki, Qərb ölkələri ilə müqayisədə ümümi təhsildə elmi məlumatın istifadəsi və tədqiqat işlərinə tələblərin aşağı səviyyədə olduğu səbəbdən təklif olunan elmi resursların istifadəsi qənaətbəxş deyil. İstifadəçilərin artmasına baxmayaraq, ölkədəki ümumi təhsil və tədqiqat ocaqlarının sayına görə 2004-cü il ərzində EBSCOHost mənbələrinə abunə yazılan təşkilatların sayı kifayət qədər deyir. Səbəblərdən biri də elmi və təhsil ocaqlarının maliyyə çətinlikləri ilə yanaşı təşkilatların aparıcı elmi məlumatın əldə edilməsində kifayyət qədər marağın olmamasıdır. Biz həqiqətən də ölkəmizdə təhsilin və aparılan elmi- tədqiqat işlərinin dünya standartlarına uyğun olmasını əldə etmək istəyiriksə, onun elmi məlumat dəstəyinə nail olmalıyıq. Bu, müvvafiq təşkilatların strateji məsələlərindən biri olaraq, hər il elmi məlumat təminatı üçün büdcə də ayrılmalıdır. Buna əlavə olaraq təhsil ocaqlarında və aparılan elmi-tədqiqat işlərində istifadə və istinad olunan resurslara daha da ciddi riayyət olunmalıdır, misal üçün istifadə olunan mənbələr qabağcıl və nüfuzlu olmalıdır.
Qeyd olunan elmi məlumat təminatında Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun beynəlxalq eİFL. net konsorsiumu vasitəsi ilə təklif olunan elmi və sorğu məlumat mənbələri əvəz olunmazdır. Bütün təzə işin aparılmasının kesməkəşli və çətin olmasına baxmayaraq, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu öz fəaliyyətini, xidmətlərini və öz qüvvəsini əsirgəmir. Bu istiqamətdə Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu Şərq Şərq Proqramı çərçivəsində Litva Konsorsiumunun fəaliiyətini və iş prinsiplərini öyrənmək məqsədi ilə təşkil olan səfər konsorsium üzvləri üçün əvəz olunmaz təcrübə oldu. Güman edirəm ki, əldə olunmuş təcrübə Azərbaycanda tədbiq olunaraq bütün maraqlı dairələri bəhrələndirəcək. Bu layihənin həyata keçirilməsində Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun Şərq Şərq Proqramının Azərbaycan üzrə əlaqələndiricisi xanım Gülnura Mehdinin böyük əməyi təqdirə layiqdir.
Dos. Xəlil İsmayılov
Кitаbхаnаçılıq-infоrmаsiyа fакültəsinin dекаnı
АКIIА-nın prеzidеnti
Do'stlaringiz bilan baham: |