Azərbaycan Hava Yolları



Download 265,63 Kb.
Sana04.10.2022
Hajmi265,63 Kb.
#851291
Bog'liq
reqemsal 1


“Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası

Sərbəst iş №1


Fakültə: Fizika-texnologiya


İxtisas:Radiotexnika və telekommunikasiya mühəndisliyi
Qrup:2540a
Fənn: Rəqəmsal elektronika və mikroprosessorlar
Mövzu: Rəqəm mikrosxemləri
Müəllim:Əliyeva İnci
Tələbə:Abbaszadə Günay

Bakı-2022


Rəqəm mikrosxemləri


Rəqəm mikrosxemləri rəqəm siqnalları ilə işləyirlər. Ən geniş tətbiq olunan rəqəm qurğuları: triggerlər, sayğaclar, registrlər, şifratorlar, deşifratorlar, multipleksorlar və mikrokontrollerlərdir. Rəqəm, yaxud mikroprosessor mikrosxemi, onun elementi, yaxud komponenti prinsipial sxemlərdə uyğun standarta müvafiq olaraq şərti-qrafiki işarələrlə işarələnir.
Sxemlərdə bu mikrosxemlərin şərti-qrafiki işarəsi çıxışlarının xətləri birləşdirilmiş düzbucaqlı şəklində olur və üç sahədən: əsas, və soldan və sağdan yerləşdirilən iki əlavə sahədən təşkil olunur.

Mikrosxemlər müxtəlif korpuslarda buraxılırlar. Ən geniş yayılmış modifikasiyalar şəkildə göstərilmişdir.



Korpusda çıxış uclarının sayı 8,14,16,20,24,28,32,40,48, yaxud 56 ola bilər. Bu mikrosxemin markasından və funksional təyinatından asılıdır.Rəqəm mikrosxemləri onunla xarakterizə olunurlar ki, yalnız iki halda ola bilərlər. Mikrosxemin bu halları ikilik say sisteminin əsasını təşkil edən 0 və 1 rəqəmləri ilə təsvir oluna bilər. Belə ki, mikrosxemin vəziyyətlərini müxtəlif parametrlərlə xarakterizə etmək olar. Məsələn, mikrosxemin dövrələrindəki cərəyan, yaxud gərginliklərlə, mikrosxemin çıxışındakı tranzistorların açıq, yaxud bağlı olması ilə, işıq diodunun işıqlanıb, işıqlanmaması ilə və.s xarakterizə etmək olar. Əsasən, rəqəm mkrosxemlərinin məntiqi halları kimi onların girişində və çıxışındakı gərginliklərin səviyyələri qeydə alınır. Belə ki, yüksək gərginliyin vahid kimi, aşağı gərginliyin sıfır kimi hesab olunması qəbul olunub. İdeal halda mikrosxemin çıxışında gərginlik qida gərginliyinə, yaxud sxemin ümumi məftilinin gərginliyinə bərabər olmalıdır. Real sxemlərdə belə olmur. Əgər mikrosxemin çıxışındakı gərginliyin qiyməti məntiqi sıfır səviyyəsindən çox, amma məntiqi vahid səviyyəsindən az olduqda, onda mikrosxemin belə halı qeyri-müəyyənlik halı adlanır. Rəqəm mikrosxemlərinin giriş və çıxış cərəyanları rəqəm mikrosxemlərinin vacib parametrlərindən olub yol verilə bilən sərhəd qiymətləri ilə xarakterizə olunurlar. Uyğun olaraq məntiqi vahidə (yüksək potensiala) və sıfıra (aşağı potensiala) uyğun cərəyanlar var. Rəqəm mikrosxemlərində bu cərəyanların qiymətləri fərqlənir. Çox hallarda mikrosxemin çıxışından siqnalı eyni vaxtda bir neçə başqa mikrosxemlərin girişinə vermək lazım olur. Bu halda mikrosxemin çıxış cərəyanı çıxışa qoşulan mikrosxemlərin giriş cərəyanlarının cəmi ilə müəyyən olunacaq. Eyni vaxtda mikrosxemin çıxışına qoşula bilən eyni tip mikrosxemlərin sayı mikrosxemin yüklənmə qabiliyyətini təyin edir.


Rəqəm qurğularının konkret sxem həllərinin, həmçinin, çıxış gərginliyinin və cərəyanlarının konkret qiymətlərinin təsirini aradan qaldırmaq üçün rəqəm sxeminin giriş və çıxış siqnallarını “0” və “1” rəqəmləri ilə təsvir etmək olar. Çıxış siqnalları sadə rəqəm sxemlərində yalnız giriş siqnallarından asılıdır, və onların əvvəlki zaman anlarındakı qiymətlərindən asılı deyil. Belə rəqəm qurğuları kombinasiyalı rəqəm qurğuları adını almışdır. Adətən, bu qurğular həqiqilik cədvəllərinin köməyi ilə təsvir edilirlər.
Həqiqilik cədvəli – rəqəm qurğusunun girişindəki məntiq siqnallarının bütün mümkün kombinasiyalarının və hər kombinasiya üçün çıxış siqnallarının qiymətlərinin toplusudur. Giriş siqnallarının heç bir kombinasiyasını qaçırmamaq üçün onları ikilik kod şəklində yazırlar.
Kombinasiyalı rəqəm sxemlərinin iş prinsiplərini təsvir etmək üçün həqiqilik cədvəli tam kifayət edir. Həm də bu cədvəl rəqəm qurğusunun prinsipial sxeminin yaradılması üçün kifayətdir.

Kombinasiyanın №-si

Giriş 1

Giriş 2

Giriş 3

Çıxış 1

Çıxış 2

0

0

0

0

0

0

1

0

0

1

0

1

2

0

1

0

0

1

3

0

1

1

1

0

4

1

0

0

0

1

5

1

0

1

1

0

6

1

1

0

1

0

7

1

1

1

1

1

Cədvəl.1.1.Rəqəm mikrosxeminin həqiqilik cədvəli
Download 265,63 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish