AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Download 0,71 Mb.
bet41/44
Sana15.02.2017
Hajmi0,71 Mb.
#2564
1   ...   36   37   38   39   40   41   42   43   44

MTS direktorları və mexanikləri üçün kurslar açılmışdı. 1947-1949-cu illər ərzində MTS-lər yanında açılmış kurslarda 6 mindən çox fəhlə, 1948-1953-cü illər ərzində mexanikləşdirmə məktəblərində isə 7 mindən artıq mexanik, traktor briqadası briqadiri, kombaynçı, elektrik montyoru, şofer və s. ixtisaslarda kadr hazırlanmışdı. Kirovabada (Gəncədə) rəhbər kolxoz kadrları hazırlayan iki illik dövlət məktəbi və kənd təsərrüfatı sənət məktəbi var idi. Bütün bunlar kənd təsərrüfatı orqanlarını, MTS-ləri və sovxozları kadrlarla möhkəmləndirməyə imkan verdi.

Xalq təsərrüfatının inkişaf etməsi əsasında zəhmətkeşlərin maddi rifahı və mədəni həyat səviyyəsi də yüksəlirdi. 1947-ci ilin axırlarında kartoçka sistemi ləğv edildi, pul islahatı keçirildi. Sonrakı illərdə çoxişlənən malların qiyməti aşağı salındı. Bu, fəhlə və qulluqçuların real əmək haqqının daha da artmasına və kolxozçu kəndlilərin gəlirinin çoxalmasına səbəb oldu.

Azərbaycan zəhmətkeşlərinə mədəni-məişət xidməti üçün dövlətin çəkdiyi xərclər 1940-cı ilə nisbətən demək olar iki dəfə artmışdı. Tibb müəssisələrinin də şəbəkəsi xeyli genişlənmişdi.

Respublikada 210 yeni məktəb tikilmişdi. Məktəblilərin sayı 150 min, müəllimlərin sayı isə 6800 nəfər artmışdı. Yeni ali məktəblər və elmi-tədqiqat institutları yaradılmışdı.

Respublikada 15 mindən çox ali təhsilli, 22 mindən artıq isə orta təhsilli mütəxəssis hazırlanmışdı.

Kadrların seçilməsi və yerləşdirilməsində, kənddə siyasi iş aparılmasında ciddi nöqsanlar var idi. Azərbaycanda 7,5 min ali və orta təhsilli kənd təsərrüfatı mütəxəssisi olduğu halda, 1953-cü ildə kolxozlarda cəmi 1655, MTS-lərdə isə 510 mütəxəssis işləyirdi.

İqtisadi cəhətdən geridə qalan kolxozları möhkəmləndirmək üçün respublikanın şəhərlərdən kənd rayonlarına daimi işə minlərlə fəhlə, mühəndis, texnik və kənd təsərrüfatı mütəxəssisi getdi.

Kənd təsərrüfatını əsaslı surətdə yüksəltmək uğrunda mübarizədə fəhlə sinfi ilə kolxozçu kəndlilərin ittifaqı getdikcə daha artıq möhkəmlənirdi, şəhərin kəndə köməyinin və onunla əlaqəsinin müxtəlif formaları inkişaf edirdi.

Həmin formalardan biri sənaye müəssisələrinin kolxozları və maşın-traktor stansiyalarını hamiliyə götürülməsindən ibarət idi.

Yüksək istehsal və texniki mədəniyyəti, kəndə hamilik köməyi göstərməkdə zəngin təcrübəsi olan Bakı fəhlə sinfi dövlətin kolxozçu kəndlilərə kömək etmək çağırışına qızğın səs verdi.

Respublikanın başqa şəhərlərinin fəhlələri də ondan nümunə götürdülər. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan və Xankəndinin yüzdən artıq iri sənaye müəssisəsinin, tikinti təşkilatının kollektivləri kolxoz və (sovxoz) MTS-lərin hamiliyə götürərək, istehsal proseslərinin mexanikləşdirilməsində, təsərrüfat binalarının tikilməsində, MTS-lərin texniki bazasının təmir və təchiz edilməsində, kolxoz kəndlərinin, rayon mərkəzlərinin elektrikləşməsində və abadlaşdırılmasında onlara kömək edirdilər.

Kənd təsərrüfatı elmi nailiyyətlərinin və qabaqcıl təcrübənin təbliğ olunması qüvvətləndirilmişdi. 1954-1955-ci illərdə kənd təsərrüfatı qabaqcıllarının respublika, zona və rayon müşavirələri keçirildi.

Kənd təsərrüfatını yüksəltmək uğrunda mübarizədə istehsalat yenilikçilərinin böyük bir ordusu yetişdi. Azərbaycanın təsərrüfat qabaqcılları və yenilikçilərinin təcrübəsi Ümumittifaq kənd təsərrüfatı sərgisində geniş nümayiş etdirildi.

Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti Azərbaycanda kənd təsərrüfatının inkişafına, o cümlədən su təsərrüfatı tikintisinə çoxlu vəsait buraxılmışdı. Azərbaycanın kənd rayonlarında mədəni-məşiət şəraitinin yaxşılaşdırılmasına da əlavə vəsait ayrılmışdı. «Azərbaycan SSR-də kənd təsərrüfatını 1955-1960-cı illərdə daha da inkişaf etdirmək tədbirləri haqqında» Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1954-cü il 31 iyul tarixli qərarı həmin qayğının yeni təzahürü idi.

Həmin qərarda respublikanın pambıq əkini, taxıl bitkiləri və tərəvəz bitkiləri sahələrini xeyli genişləndirərək, pambığın məhsuldarlığını və ümumi pambıq yığımını artırmaq, bağçılığı, üzümçülüyü və ipəkçiliyi daha da inkişaf etdirmək nəzərdə tutulurdu.

Suvarılan torpaq sahəsini artırmaq, əkinlərin və bitkilərin su ilə təmin olunmasını yaxşılaşdırmaq, 18 yeni sovxoz, 10 maşın-traktor stansiyası yaratmaq, kənd təsərrüfatı işlərini daha da mexanikləşdirmək, respublikanın kənd əhalisinə mədəni-məişət xidmətini yaxşılaşdırmaq da nəzərdə tutulmuşdu.

Respublikada su təsərrüfatı tikintisi sahəsində böyük işlər görüldü. Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, Abşeronda suvarma sistemi və başqa bu kimi yeni iri su təsərrüfatı obyektlərinin tikilməsinə başlandı.

Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə, çox zəngin təbii sərvətlərin maksimum dərəcədə istifadə olunmasına, sənaye və kommunal müəssisələrinin bahalı duru yanacaqdan təbii qaz yanacağına keçirilməsinə, sənayenin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına, Azərbaycan sənayesinin inkişafı üçün dövlətin buraxdığı material-texniki və maliyyə vəsaitindən qənaətlə istifadə olunmasına xüsusi diqqət verildi.

Azərbaycanda müharibədən sonrakı dövrdə 50-cən artıq iri sənaye müəssisəsi, o cümlədən yeni Bakı neft emalı zavodu, Sumqayıt sintetik kauçuk zavodu, respublikada əlvan metallurgiyanın ilkini olan alüminium zavodu, Mingəçevir kənd təsərrüfatı maşınqayırma zavodu, Daşkəsən dəmir mədəni, Sumqayıtda iri metallurgiya zavodu, dəmir-beton məmulatı zavodu, Qarabağ sement zavodu, Bakı süd kombinatı, Horadiz pambıqtəmizləmə zavodu, Astara və Masallı çay fabrikləri və bir sıra başqa müəssisələr tikilib, yaxud yenidən qurulub işə salındı.

Zaqafqaziyada ən böyük elektrik stansiyası olan 356 min kilovat gücündəki Mingəçevir su-elektrik stansiyası tikilisinin əsas işləri 1953-cü ilin dekabrında başa çatdırılmışdı.

Respublikada yeni sənaye mərkəzləri yaradılmasının tək iqtisadi əhəmiyyəti deyil, böyük siyasi əhəmiyyəti də var idi.

Bu, fəhlə sinfinin sürətlə artmasına, fəhlə sinfi ilə kolxozçu kəndlilərin ittifaqının daha da möhkəmləndirilməsinə, zəhmətkeşlərin mədəni-texniki səviyyəsinin yüksəlməsinə səbəb olur, şəhərlə kənd arasında, əqli əmək və fiziki əmək arasındakı mühüm fərqlərin aradan qaldırılması kimi mühüm problemlərin həllinə kömək edir.

50-ci illərin ikinci yarısı sovet cəmiyyətinin tarixində Stalinin şəxsiyyətinə pərəstişin ağır nəticələrinin ləğv edilməsi, sovet siyasi sisteminin demokratikləşdirilməsi, ölkəyə və rəhbərlikdə demokratik və mühafizəkar meyllərin mübarizəsi, iqtisadi islahatların həyata keçirilməsi və onların başa çatdırılmaması ilə xarakterizə olunur.

Böyük Vətən müharibəsi dövründə bütöv xalqlara - Krım tatarlarına, Məshəti türklərinə, Volqaboyu almanlarına, kabardinlərə, qaraçaylara, çeçenlərə, inquşlara, kalmıklara qarşı cəza tədbirləri tətbiq edilmiş, onların milli qurumları ləğv edilmiş və həmin xalqlar zorla öz doğma torpaqlarından Sibirə və Qazaxıstana sürgün edilmişdilər. 50-ci illərdə həmin xalqların bir çoxu bəraət almış və öz doğma torpaqlarına qayıdıb milli qrumlarını bərpa edə bilmişdilər.

Lakin Məshəti türkləri, Volqaboyu almanları və başqaları o cümlədən Krım tatarları həmin prosesdən kənarda qalmış və onların öz vətənlərinə qayıtması, milli qurumlarını bərpa etməsi bu gün də öz həllini gözləyir.

İkinci dünya müharibəsi nəticəsində beynəlxalq aləmdə qüvvələr nisbətində əsaslı dəyişikliklər baş verdi. Dünya sosializm sistemi meydana gəldi. Ölkənin xarici siyasi əlaqələri genişləndi. 1939-cu ildə SSRİ-nin 25 ölkədə, 1945-ci ildə isə artıq 64 ölkədə diplomatik nümayəndəliyi var idi.

Müharibə illərində Avropanın bir sıra ölkələrinin faşist Almaniyası tərəfindən zəbt edilmiş, iri burcuaziyanın, mülkədarların və irticaçı hərbiçilərin milli mənafeyə xəyanət etməsi nəticəsində burcua demokratik azadlıqlar tamamilə ləğv edilmişdi. Bir çox ölkələrin faşistlər tərəfindən işğal edilməsi, faşistlərin zorakılığı və özbaşınalığı geniş xalq kütlələrini milli azadlıq uğrunda fəal mübarizəyə cəlb etdi. Həmin ölkələrdə sinfi qüvvələrin yeni nisbəti yarandı.

Fəhlələr, kəndlilər, ziyalılar, sənətkarlar, həmçinin qulluqçuların və vətənpərvər əhval-ruhiyyəli burcuaziyanın bir hissəsi faşist işğalçılarına və bir ovuc xainlərə – iri burcuaziya və mülkədarlara qarşı çıxdılar. Bunlar antifaşist müqavimət hərəkatının həminində yetişmişdi.

Bundan başqa, həmin ölkələrdə Sovet ordusunun olması vətəndaş müharibəsi hazırlayan daxili əksinqilabın məkrli niyyətini pozmuş, bu ölkələrin ingilis-amerikan orduları tərəfindən işğal edilməsi təhlükəsinin qarşısını almışdır.

Ümumiyyətlə, ikinci Dünya müharibəsindən sonra, 700 milyondan artıq əhalisi olan 11 dövlət kapitalizm sistemindən qopub ayrıldı.

Müharibədən əvvəl sosializm sistemi yer üzü ərazisinin 17 faizini və əhalisinin təqribən 9 faizini əhatə etdiyi halda, müharibədən sonra yer üzünün ərazisinin 26 faizini və əhalisinin təqribən 35 faizini əhatə etdi.

Sosializm sisteminin bərqərar olması prosesində yeni tipli beynəlxalq münasibətlər yarandı.

Qarşılıqlı iqtisadi yardım şurasının yaradılması (1949) sosialist inteqrasiyasının əsasını qoydu, sosialist ölkələrinin iqtisadi səyinin birləşdirilməsində mühüm rol oynadı. QİYŞ-nın yaradılması haqqında bəyannamə həmin ilin yanvarında imzalandı. Dünya sosializm sisteminə daxil olan ölkələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında bağlanan müqavilələr böyük əhəmiyyət kəsb etdi.

Təşkilatın ühvü olan Avropa ölkələrinin bu vaxt «Dostluq» neft kəmərinin tikintisi, «Sülh» energetika sisteminin birləşdirilməsi əsasən başa çatmışdır.

Müharibədə ən çox ABŞ imperialistləri qazanmışdı. 1940-1946-cı illər ərzində Amerika inhisarları 87 milyard dollar xalis gəlir əldə etmişdi. ABŞ felən kapitalizm dünyasının iqtisadi, maliyyə və siyasi mərkəzinə çevrilmişdi. Amerika daha tez-tez dünya candarmı, inqilabi və milli azadlıq hərəkatının düşməni rolunda çıxış edirdi.

Avropa kapitalist ölkələrinin müharibədən sonra təsərrüfat çətinliklərindən istifadə edən Amerika onları özündən asılı vəziyyətə saldı.

Bu dövrdə «soyuq müharibə» siyasəti dünyanı müharibə həddində saxlamaq siyasəti olub, güc tətbiq etməklə hədələməyi, iqtisadi blokada tətbiq etməsi, sosialist ölkələrinə qarşı təxribatçılığı, surətlə silahlanmanı, elm və texnikanın nailiyyətlərindən hərbi məqsədlər üçün istifadə etməyi, təcavüzkar hərbi bloklar yaratmağı və s. nəzərdə tutur.

Müharibədən sonra 10 il ərzində 25 müstəqil dövlət yaranmışdı. Əgər müharibəyə qədər müstəmləkə və asılı ölkələrdə 1,5 milyard adam yaşayırdısa, 1957-ci ildə 160 milyondan az adam yaşayırdı.

İmperilazimin müstəmləkə sisteminin süqutu, bu sistemin xarabalıqlarında onlarca müstəqil dövlətin meydana gəlməsi milli-azadlıq inqilablarının dünyada qüvvələr nisbətinə mühüm təsir göstərən tarixi nailiyyəti olmuşdur.

Yeni dünya müharibəsi təhlükəsinin artması milyonlarla sadə adamların təşvişinə və narahatçılığına səbəb oldu.

Sülh tərəfdarları hərəkatının inkişafına 1945-ci ildə yaradılmış kütləvi beynəlxalq demokratik təşkilatların:

– Ümumdünya Həmkarlar İttifaqı Federasiyasının;

– Ümumdünya Demokratik Gənclər Federasiyasının;

– Beynəlxalq Demokratik Qadınlar Federasiyasının;

– 1948-ci ildə meydana gəlmiş ümumdünya sülh şurasının fəaliyyəti müsbət təsir göstərir. Sülh uğrunda mübarizənin bu cür genişlənməsi sayəsində yeni dünya müharibəsinin qarşısını almaq mümkün oldu. Bu sülhsevər qüvvələrin böyük nailiyyəti idi. Ancaq 50 ilən sonra!!!

Beynəlxalq sülhün müdafiə edilməsində və möhkəmləndirilməsində, dövlətlər arasında dinc əməkdaşlığın inkişaf etdirilməsində BMT mühüm rol oynayırdı. İndi isə!!!

BMT 50 ölkənin nümayəndələrinin San-Fransiskoda 1945-ci il aprelin 25-dən iyunun 26-dək keçirilmiş konfransında təsis edilmişdi.

BMT-nin başlıda qayəsi beynəlxalq sülhü və dövlətlər arasında işgüzar əlaqələri təmin etməkdən ibarətdir.

Beləliklə, bu dövrdə ictimai-siyasi həyatda xeyli kəskin ziddiyyətlər özünü biruzə vermişdir. Ölkənin daxili həyatında bir tərəfdən xalqın əmək və siyasi fəallığının inkişaf edib artması, digər tərəfdən Stalinin şəxsiyyətinə pərəstişin eybəcər hal alması inzibati-amirlik iş metodlarının getdikcə daha dərin kök salması, yerli təşəbbüsün boğulması müşahidə edilir.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi. Azərbaycan KP MK-nın plenumunda H.Ə.Əliyev MK-nın birinci katibi seçildi. Azərbaycanın müasir tarixində 1969-cu il dönüş mərhələsinin təməlini qoydu.

Avqust plenumundakı çıxışında H.Əliyev respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloci işdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi.

Avqust plenumunda dövlət əmək intişamını möhkəmləndirmək, respublikada mədəni-psixoloci iqlimi sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.

H.Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.

H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu. O, 1978-ci il Azərbaycan SSR Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də Az. SSR-in Konstitusiyası qəbul edildi. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.

H.Əliyevin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik fəaliyyəti sayəsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə (1969-1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı.

H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyin Cavidin cəsəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan diviziyasının böyük qələbəsinə xatirə ansamblı Sevastopolda 77-ci diviziyanın şərəfinə böyük abidə ucaldılmışdı.

1978-ci ildə Bakı şəhəri faşizm üzərində böyük qələbədə oynadığı rola görə Lenin ordeni ilə təltif edildi.

H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə azərbaycanlı gənc digər şəhərlərə aparıcı təhsil və elm orqanlarına oxumağa göndərildi.

70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.

H.Əliyevin təşəbbüsü ilə milli özünüdərk prosesi xeyli gücləndirildi.

«Gəncə» soyu yasaq edildiyi vaxt, «Yeni Gəncə» qəsəbəsi yaradıldı. Bakı rayonlarına «Nizami», «Nəsimi» adları verildi. Naxçıvanda «Babək», Yuxarı Qarabağda «Əsgəran» adlarının verilməsi bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi.

O, «İran Azərbaycanı» terminini «Cənubi Azərbaycan» terminilə əvəz etdi.

Beləliklə, H.Əliyevin çoxcəhətli partiya və dövlət idarəçiliyi sayəsində Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət orqanlarının ictimai təşkilatların içində fəallığı artdı. Dövlət və ictimai təşkilatların əsas diqqəti respublikanın iqtisadi, sosial-məcəni tərəqqisi, xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırılmasına yönəldildi və səmərəli nəticələr verdi.

H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.

XX əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçdiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə daxil olub.

H.Əliyevin təşəbbüsü ilə SSR hökuməti Azərbaycavnda sənayenin və kənd təsərrüfatının intensiv inkişafı üçün beş xüsusi qərar qəbul etdi və xeyli vəsait ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70-ci illərin ilk ilindən sürətlə başladı. Kapital qoyuluşunun həcmi 1970-1985-ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.

Bu kapitalın 45 %-dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti materialları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.

Respublikanın güclü elmi texniki və istehsal potensialına söykənərək iqtisadiyyatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirilirdi. Əlvan və qara metallurgiyanın yeni istehsal sahələri yaranırdı.

Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni müəssisələrin yaradılması sahəsində ciddi işlər görüldü.

Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14 milyard kubmetr təbii qaz hasil edilmişdi. 70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırıldı.

1970-80-ci illərdə yeni müəssisələr sənayenin təkmilləşməsi və məhsul istehsalının artırılmasında əhəmiyyətli rol oynamışdır. Bu dövrdə 218 yeni sənaye müəssisəsi istifadəyə verildi.

Mingəçevirdə elektrik stansiyası, Şəmkir SES, Bakı kondisioner zavodu, Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça qənnadı, çini-saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.

Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssisələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir.

1970-85-ci illərdə yaradılan yeni sənaye müəssisələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi sahələrində istifadəyə verildi.

70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi. Geoloci kəşfiyyat izləri genişləndi. 22 yeni neft və qaz yatağı kəşf olundu. Neft mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.

Üzən buruqlardan «Azərbaycan», «Xəzər» vasitəsilə dənizin dərinliyində 6000 m-ə çatan quyular qazıldı.

70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlanıldı və zavod 1986-cı ildə fəaliyyətə başladı.

Respublikada energetika sənayesi surətlə inkişaf edirdi. Araz çayı üzərində İran ilə birlikdə SES-si tikildi.

Yüngül sənaye, yeyinti sənaye müəssisələri şəbəkəsi xeyli genişləndi.

Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqliyyatın da inkişaf etdirilməsi vacib strateci məsələlərdən biri idi. 70-80-ci illərdə yeni dəmir yolu – Ağdam-Xankəndi, Ağstafa-İcevan, Yevlax-Balakən xətləri istifadəyə verildi. 1985-ci ildə 2067 km-ə çatan dəmir yolu xətti var idi.

Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Avtomobil yollarının uzunluğu 1985-ci ildə 22,4 min km-ə çatırdı.

70-80-ci illərdə metro tikintisi sazəsində böyük uğur əldə olundu. 1970-ci ildə «Ulduz» stansiyası istifadəyə verildi. 1972-ci ildə Bakının mərkəzini «8-ci km» qəsəbəsi ilə birləşdirən metro xətti – «Bakı Soveti» - «Neftçilər» metro xətti işə düşdü. 1985-ci ildə «Memar Əcəmi» stansiyasına, 1979-cu ildə «Əhmədli» stansiyalarına gedən yeraltı dəmiryol xətləri istifadəyə verildi.

Azərbaycanın dəniz nəqliyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxıstan, Sibir, İtaliya, Əlcəzair, Polşa, Rumıniya və sair ölkələrə mal daşınırdı.

1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.

Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud miqdarladır. Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrindən tam və hərtərəfli istifadə edilməsi vacib idi. Bunun üçün ilk növbədə əkinçilik və heyvandarlığın müxtəlif təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və təmərküzləşməsi tələb olunurdu.

70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşmiş prosesi sürətləndi. Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi. 18 rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə, Ağcabədi, Beyləqan, Sabirabad idi. 1985-ci ildə pambıq əkin sahələri 795,5 min hektara çatmışdı.

Başqa sahələrdə də təmərküzləşmə gedirdi. Tərəvəzin 92 faizindən çoxu Lənkəran-Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara taxılçılıq Mərkəzi Aran, Şəki, İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçülük bütün təbii-iqtisadi zonalarda yetişdirilirdi.

Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi1981-85-ci illərdə orta hesabla 1966-70-ci illərə nisbətən 2,6 dəfə çoxaldı.

1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona, tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.

Beləliklə, 70-80-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi. Əsas sosial-iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları içərisində ön sıralara keçdi. Azərbaycanın ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların istehsal hşəcminə görə rolu xeyli genişləndi.

Akademik Cəmil Quliyev yazır: «1969-cu ilin yayından H.Əliyevin respublikaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında dönüş başlandı. H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi. Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu».

Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycan iqtisadiyyatınrda ciddi geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi recimində baş verən gərgin və təlatümlü hadisələr onu sarsıdaraq iqtisadiyyatın tənəzzülünü sürətləndirdi.

Azərbaycanın ictimai-siyasi həyatının, təsərrüfat sistesinin ahəngi 1987-ci ildə erməni millətçilərinin «Dağlıq Qarabağ» ətrafında başladıqları fitnəkarlıqla pozuldu. Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini genişləndirirdilər.

İlk növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adı altında respublikada böyük gəlir verən üzümçülüyün ləğv edilməsinə çalışdılar. 1990-cı ildə 107 min hektar üzüm sahəsi ləğv edilmişdi.

1988-ci ildə Gəncə avtomobil zavodunun, AKTİ-nin tələ şəhərciyinin tikintiləri dayandırıldı.

Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə azaldıldı. Əsas fondların istifadəyə verilməsi 1990-cı ildə 1985-ci ilə nisbətən 50 faiz aşağı düşdü.

Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1 milyon tona, qaz hasilatı isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad, dəmir, sement, yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmirdi.

Mühüm kənd təsərrüfatı məhsulları istehsalında da ciddi geriləmə baş verdi.

1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətlər, çox çətin və ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma, millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi, iqtisadi inkişafa mane olurdu.


Əhalinin rifahı və məişəti


Respublikanın 70-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaşmasına şərait yaratmışdı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci illərdə 1,3 dəfə kolxozçuların orta aylıq əmək haqqı isə 1,5 dəfə artmışdı.

Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı.

70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə artmışdı. Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və qəsəbələr salınmış, çox mərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 3 milyona qədər əhalinin mənzil şəraiti yaxşılaşdırılmışdı.


Download 0,71 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   36   37   38   39   40   41   42   43   44




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish