AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Download 0,71 Mb.
bet4/44
Sana15.02.2017
Hajmi0,71 Mb.
#2564
1   2   3   4   5   6   7   8   9   ...   44

Azərbaycan Midiya və Əhəmənilər imperiyasının tərkibində

Midiya tarixi haqqında ilk məlumat verən Herodot olmuşdur. Antik müəlliflərdən Herodotla yamaşı Diodor, Plutarx, Strabon, Ammion Martselin və bir çox başqa tarixçilər və coğrafiyaşünaslar Midiya tarixinə dair maraqlı məlumat qoyub getmişlər. Herodot göstərir ki, midiyalılar 6 tayfadan – buslar, paretagenlər, struxatlar, arizantlar, budilər və maqlardan ibarət idi. O, hər bir tayfanın sakin olduğu yeri də göstərməyə səy göstərmişdir. Bu ölkənin öyrənilməsində Assuriya daşüstü yazıları və Assuriya- Babil mənbələri də əhəmiyyətli məlumat verirlər, Midiya ərazisində artıq er. əv II miniliyin başlanğıcında xüsusi sahibkar təsərrüfatı var idi. Qabaq Asiyanın bütün başqa ölkələrində olduğu kimi, Midiya ərazisində 3 təsərrüfat vahidi---xüsusi, icma və car təsərrüfatı vahidləri olmuşdur. Sonuncu təsərrüfat sahəsində toxuculuq, dəmirçilik, silah istehsalı, əkinçilik alətləri hazırlamaq, dərzilik, dülgərlik və s. kimi peşələr geniş yer tuturdu. Çar sənətkarlıq təsərüfatındakı emalatxanalarda çalışan işçi qüvvəsi qullardan, qul halına gətirilmiş hərbi əsirlərdən, ayrıca kəndlərdə yaşayan müxtəlif ixtisaslı azad sənətkarlardan ibarət idi. Midiya dövləti iqtisadi vəhdəti olmayan hərbi-inzibati təşkilat olmuşdur. İqtisadi əlaqələrə əsaslanmayan təsisatlar, heç vaxt daxilən möhkəm olmamışdır. Bu hal özünü er.əv. VII əsrin əvvələrində, Midiya dövlətinin özünü müdafiə edən siyasi təşkilatdan başqalarının torpaqlarını tutmaq yoluna qədəm qoyan dövlətə çevrildiyi andan etibarən daha aydın göstərməyə başladı. Midiyalılar er. əv. IX-VII əsr Aşşur mənbələrinə görə İran yaylasının Xəzər dənzindən cənubda, həmçinin şərqə və cənub- şərqə doğru uzanan rayonlarda məskunlaşmışlar. Midiyalılar haqqında ilk məlumat er. əv. IX əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amaday, maday, matay, medoy və s. adları ilə məlumdurlar. Midiya tayfaları İran yaylasına er. əv. II minilliyin sonu – I minilliyin əvvələrindən gec olmayaraq köcüb gəlmişlər. Er. əv. III əsrdə yaşamış Eratosfenə istinad edən Strabon göstərir ki, “Ariona, Fars və Midiyanın bir hissəsinə, həmçinin Baktriya və Soqdiananın şimal hissəsinə aid edilir. Və bu ərazilərin sakinləri demək olar ki, er. əv. I miniliyin əvvələrində hərbi demokratiyadan erkən quldarlıq cəmiyyətinə kecid dövründə yaşamışlar. Er. əv. IX-VIII əsrlərdə Midiyalılar ərazilərinin bir hissəsini işğal etmiş Aşur dövləti ilə amansız mübarizə aparırdılar. Antik ənənə Midiya dövlətinin təşəkkülünü er.əv.VIII əsrin donlarına və ya er. əv. VII əsrin əvvəlinə aid edir və car Deyokun adı ılə bağlayır. Aşşur mənbələrinə görə Midiya carlıgı er.əv. VII əsrin 70-ci illərində Aşşur əleyhinə yönəlmiş, Kaştaritinin baçcılıq etdiyi və digər Midiyalı hakimlər, həmçinin mannanılılar, kimmerlər və skiflər tərəfindən də müdafiə edilən güclü xalq hərəkatı nəticəsində təşəkkül tapmışdı. Sonralar Midiya işğalçılıq müharibələri dövrünə qədəm qoydu. Tayfa yığma qoşun dəstələrindən nizami qoşun yaradan və Aşşur dövləti iıə mübarizəni davam etdirən Kiaksarın (Er.əv. 625-585) hakimyyəti dövrü Midiya tarixində dönüş nöqtəsi oldu. Midiya kiçik bir çarlıqdan Qədim Şərqin iri dövlətinə çevrildi. Midiyalılar Babilistana, ehtimal ki, həm də skiflərlə ittifaqda Aşur dövlətini darmadağın edib onun şimal-şərq və şimal torpaqlarını ələ keçirdilər. Midiya hökmdarı Astiaq (er. əv. 584-550-ci illər) zadəganların və mannalıların nüfuzunu məhdudlaşdırmağa çalışırdı. Bütün bunlar Midiyada daxili siyasi vəziyyəti mürəkkəbləşdirdi. Er. əv. 550-ci ildə Midiya farslar tərəfindən işğal edildi və satraplıq kimi Əhəmənilər dövlətinin tərkibinə qatıldı. Midiyalılar hakim xalq kimi öz mövqelərini itirdilər. Lakin Midiya hərbi dəstələri bütün Əhəmənilər dövründə farsların ordusunda mühüm rol oynayırdı. Midiya dövləti cəmi 50-60-il (er. əv. VII əsrin sonu—VI əsrin I yarısı) mövcud olmuşdur. İşğalçılıq müharibələri nəticəsində yaradılmış Midiya imperiyası qədim dövrün vahid iqtisai bazası olmayan bu və ya hərbi sərkərdənin qələbə və mğlubiyyətindən asılı olaraq yaranan və dağılan qeyri-sabit hərbi inzibati birləşmələrdən biri idi. Lakin Midiya dövləti cox geniş əraziyə malik güclü bir imperiya idi. Son zamanlar Babağantəpə, Təpə, Nuş-i can və s. yerlərdə aşkar edilmiş məbədlər, möhkəmləndirilmiş “qalalar”, sütünlü zal Midiya dövrünün monumental abidələrindəndir. Midiya dövlətinin başında irsi hakimyyətə malik olan car dururdu. Hakimyyət şərq istibdadı olmaq ilə icma torpaq mülkiyyətinə əsaslanırdı. Midiyalılar öz dövrünə görə yüksək inkişaf etmiş mədəniyyətə malik olmuşlar. Onların mədəniyyəti qonşu xalqların mədəniyyətinin inkişafında müsbət rol oynamışlar. Midiya dövləti erkən quldar dövləti idi. Midiya quldarlıq dövlətinin süqutunu sürətləndirən başlıca amillərdən biri Qaumatanın hərəkatı olmuşdur. Əhəmənilərin padşahı Kirin oğlu Bardiya öz qardaşı Kambiz tərəfindən er. əv. 526-cı ildə öldürülür. Xalq içərisində böyük nufuza malik Bardiyanın ölümü böyük narazılığa səbəb olur. Zahiri görünüşcə Bardiyə oxşayan maq Qaumat bu əlamətdən istifadə edərək er. əv. 529-cu ildə üsyan edib hakimyyəti öz əlinə aldı. Ölkədə çərəyan edən siyasi hadisələri midiyalıların xeyrinə istiqamətləndirmək və onların axınına midiyalılıq donu geydirmək, nəticə etibarı ilə Midiyanın itirilmiş əvvəlki hüquqlarını bərpa etmək üçün paytaxtı Ekbatana keçirdi. Qaumata özünü yalancı çar elan etdi. Er. əv. 529-522-cı illərdə ölkənin hakimi oldu. Qaumata hakimyyətə gələn kimi Əhəmənilərin tabeliyində olan midiyalılara göndərdiyi sərəncamında bildirdi ki, midiyalılar 3 il müddətində vergidən və hərbi mükəllifiyyətdən azad olurlar. Məhz bu cəhət xalqın Qaumatanın çağırışına tərəf çıxması və əhəmənilərin hökmranlığına qarşı çevrilmiş üsyanda fəal iştirak etməsi üçün əsas olmuşdur. Qaumatının başçılıq etdiyi üsyan Əhmənilərin Midiyadakı hökmranlığına güclü zərbə vurdu və onun dayaqlarını zəiflətdi. Qaumata hərəkatı məğlub olsa da, onun dayaqlarını zəiflətdi. Qaumata hərəkatı məğlub olsa da, onun göləliklə əlaqədar baş qaldıran xalq hərəkatına təsiri böyük olmuşdur. Qaumata hərəkatı mahiyyətinə görə, midiyalıların İran hökmranlığına qarşı azadlıq hərəkatı idi. Bu hərəkatda irandilli olmayan bütün tayfalar iştirak etmişdir. Midiya dövləti icma münasibətlərinin qorunub saxlanması səbəbində quldarlığın tam sürətdə istehsal qüvvəsinə çevrilmədiyi erkən quldar dövlət idi. Er. əv. VII əsrin 70-ci illərində təşəkül tapan Midiya dövləti Azərbaycanın qədim ərazisində deyil, onun cənub şərq qonşuluğunda meydana gəlmişdir. Midiya dövləti car Kiaksarın dövründə (er. əv. 625-584-cu illər) Urartu padşahlığının süquta uğramasında. Skif padşahlığının məhv edilməsində həledici rol oynadı. Er.əv. VII əsrin sonralarından etibarən midiya dövləti başqa torpaqların zəbt edilməsi hesabına öz ərazisini genişləndirdi. Er .əv . 615-cı ildə Midiya dövləti Manna torpağını işğal etdi. Er.əv. 610-590-cı ıllərdə Manna ilə yanaşı Skif və Urartu çarlığı bir müddət (70 ilə yaxın) müstəqil hökmranlığını qoruyub saxlamışdır. Er. əv. 593- cu ildən etibarən isə onların adı artıq çəkilmir. Er. əv 550-ci ildə Miya dövləti süqut etdi. Onun ərazisi Əhəmənilər dövlətinin tərkibinə daxil edildi. Əhəmənilər imperiyası er. əv. IV əsrin ortalarından başlayaraq daxili sosial zidiyyətlərin təsiri nəticəsində zəifləməyə başladı. 336-323-cu illərdə Makedoniyalı İskəndərin vurduğu zərbə bu prosesi daha da sürətləndirdi. Əhəmənilər dövləti süqut etdi. Əhəmənilər imperiyası tərəfindən işğal edilən Midiya cəmiyyəti iki müstəqil dövlət—Atropatena və ya kiçik Midya və böyük Midiya dövləti təşəkkül etdi. Midiya cəmiyyəti ərazisində ideologiyanın bir növü olan sehr, cadu geniş yayılan ideoligiya idi. Sehrbazlar günəş, ulduzların hərəkətini öyrənməyə xüsusi maraq göstərmişdir. Midiyalılar torpağı, suyu və odu müqəddəs hesab etmişlər. Onlar bu üc müqəddəc varlığın paklığını qoruyub saxlamaq üçün öz ölülərini basdırırdılar. Əhmənilər dövləti Er.əv. 558-ci ildə Kir İran tayfaları ittifaqına başçılıq etmiş və bu ittifaqı Midiya hökmranlığa qarşı üsyan qaldırmışdı. (er. əv. 553) Midiyanı ələ keçirdikdən sonra (er. əv. 550) sonrakı üç ildə midiya dövləti tərkibində olan ölkələr, er. əv. 546-ci ildə Midiya və kiçik Asiyadakı yunan şəhərləri tutulmuşdu. Kiçik Asiyanın xeyli hissəsi, Babilistan, Misir, Egey dənizi adaları, Frakiya, Makedoniya və Hindistanın şimal-qərb hissəsi ışğal edilmişdi. Dövlət I Daranın dövründə(er.əv.522-486) yaradılan cox mürəkkəb burokratik sistemin köməyi ilə idarə olunurdu. Onun hakimiyyət illəri Əhəmənilər dövlətinin ən qüvvətli dövrü idi. Daranın inzibati islahatları işğal olunmuş ölkələrdə idarəçiliyi və nəzarəti təkmiləşdirdi. Persepolla, Babil, Suz və Ekbatana şəhərləri də Əhəmənilər dövlətinin paytaxtı olmuşdur. Əhəmənilər dövləti 20 hərbi-inzibati mahala bölünmüşdü. Hər satraplığa xüsusi məmurlar-satraplar başçılıq edirdi. Etnik cəhətdən və sosial ükladına görə Əhəmənilər dövlətinin tərkibi cox müxtəlif idi. Kiçik Asiya, Babilistan, Finikiya və Misir şəhərlərində kənd təsərüfatında və sənətkarlıqda qul əməyində geniş istifadə olunurdu. Bununla birlikdə Frakiyanın, Makedoniyanın geridə qalan vilayətlərinin əhalisi köçəri ərəb və skif tayfaları qəbilə quruluşunun dağılması mərhələsində idilər. İran inzibati orqanları işğal edilmiş ölkələrdə qədim yerli qanunları, dini, pul sitemini, əlifba və dili saxlamışdılar. İranlıların özləri vergilərdən və içbari əməkdən azad idilər. İran hökmdarlarının, onların qohumlarının, satrapların və əyanların qul əməyinə əsaslanan böyük təsərrüfatları var idi. Əhəmənilər dövlətinin sabit iqtisadi bazası olmadığı üçün zəif hərbi inzibati birlikdən ibarət idi və müxtəlif xalqları yalnız silah gücünə dövlətin tərkibində saxlaya bilirdi. Hərbi qüdrətinin zəifləməsi nəticəsində əhəmənilər dövləti tənəzzülə uğramağa başladı. Er.əv. 500-449-cu illərdə Yunanıstan—İran müharibələri İran ordusunun döyüş qabilləyətinin zəiflədiyini göstərdi. Misir, Babilistan, Midiya, Kiçik Asiya və s. vilayətlərdə dəfələrlə baş vermiş üsyanlar er. əv. V əsrin sonundan sonra satraplar arasındakı daimi müharibələr Əhəmənilər dövlətinin tənəzülünü daha da sürətləndirdi.

Atropatena Atropatena er.əv. IV əsrin son rübündə Cənubi Azərbaycan, İran Kürdüstanı və Şimali Azərbaycanın müəyyən hissəsində meydana gəlmiş çarlığın yunança adıdır. Atropatena zəngin və qüdrətli bir dövlət olmuşdur. Atropatena yüksək mədəniyyətı, inkişaf etmiş əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti, iri şəhərləri olan zəngin ölkə idi. Er.əv IV əsrin 50-cı illərin əvvəllərində Əhəmənilərin İran dövləti tənəzzülə doğru gedirdi. Er.əv. 334-cu ilin yazında Makedonyalı İsgəndər kiçik Asiyaya soxuldu. Er.əv. 334-cu ilin mayında Qranik çayı sahilində birinci döyüş olur. İsgəndərin İran ordusu ilə ikinci döyüşü er.əv. 333-cu ildə İss şəhəri yaxınlığında oldu. Farslar məğlub olurlar və III Dara döyüş meydanından qaçdı. Kiçik Asiya İskəndərin hakimyyəti altına keçdi. 3-cü vuruşma er.əv. 331- ci il oktyabrın I-də Qavqamel kəndi yaxınlığında baş verdi. III Daranın ordusu darmadağın edildi. Ancaq III Dara məğlub olmaq istəmirdi. O, Midiyaya qaçdı və orada ordu toplamağa başladı. Midiyanın satratı Atropat idi və o, Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər Atropatı satraplıqdan azad edir (III Daranı müdafiə etdiyinə görə) və Midiyaya yeni satrap təyin edir. Ancaq tezliklə vəziyyət dəyişir. Aydın olur ki, Atropatın müttəfiqləri olan kadusilər və skiflər III Daranı müdafiə etmirlər. Belə şəraitdə Atropat da III Daranı müdafiə etmir. Buna görə də III Dara həmədana qaçır və orada ölur. Atropat da öz siyasətini dəyişir və İskəndərin tərəfinə keçir. Buna görə də o, er.əv. 328-ci ildə öz əvvəlki (Midiya satrapı) vəzifəsinə bərpa edilir. III Daranın ölümündən sonra İskəndər Asiyanın çarı olur. Əhəmənilər imperiyası süquta uğrayır. Əhəmənilər imperiyası Zaqafqaziya xalqlarının həyatında mühüm rol oynadı. Atropatın adı tarixi mənbələrdə ilk dəfə er.əv. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir. O, bu döyüşdə atlı kəşfiyyat dəstəsinə rəhbərlik etmişdir. Əhəmənilər imperiyasının zəiflədiyi dövrdə Atropat Bütün Cənubi Azərbaycan ərazisinin, həmçinin Şimali Azərbaycan torpaqlarının xeyli hissəsini özünə tabə etmişdi. İskəndər başqa torpaqları ışğal etməklə məşğul olan zaman Atropat öz hakimıyyətini möhkəmləndirir. Ümumiyyətlə, İskəndər Atropatın idarə etdiyi əraziyə daxil olmamışdır. Atropat makedoniyalılarla qohum olur. O öz qizini İskəndərin yaxın sərkərdələrdən birinə--Perdikaya verir. Umumiyyətlə İskəndər yerli İran aristokratiyası ilə qohumluğa əhəmiyyət verirdi. İskəndər özü 2 Iran şahzadə qızına evlənmiş, onun ənənəsini özünün 80 dostu davam etdirmişdi. Həmçinin Süz təntənələrində 10 min döyüşçü Asiyalı qadınlarla evlənmişdi. Er.əv. 324-cu il yayın sonunda Midyada vəziyyət kəskinləşir. Bariaks adlı bir nəfər özünü İran və Midiyanın çarı elan edərək Makedoniya işğalçılarına qarşı mübarizəyə qalxır. Atropat öz qüvvəsi ilə üsyanı yatırır və Bariaksı tutaraq makedoniyalılara verir və onlar da onu edam edirlər. Bundan sonra Atropatın makedoniyalılarla münasibəti daha da yaxşılaşır. Er.əv. 323-cu ilin iyununda İskəndər ölür. İskəndərdən sonra onun varisi Atropatın yeznəsi Perdika olur. Er.əv. 321-ci ildə Perdikanın ölümündən sonra satraplıqlar ikinçi dəfə bölüşdürülür. Atropatın satraplığı bu bölğüyə daxil olmur. Görünür bu dövrdən kiçik Mıdiya müstəqil dövlət olur. Kiçik Midiya Şərqdə makedoniya əsarətindən azad olan ilk müstəqil dövlət oldu. Strabon özünün “Coğrafiya” əsərində yazırdı - Midiya 2 hissəyə bölünür bir hissə Böyük Midiya adlanır. İkinci Atropat Midiyasıdır. Öz adını o, hərbi rəis Atropatdan ğötürmüşdür. O, bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına imkan vermiədi. Strabonun məlumatına görə Atropatena 10 min süvari və 40 min piyada qoşun çıxara bilərdi. Manna dövlətinin süqutundan sonra Azərbaycanda ilk müstəqil dövlət meydana gəldi. Bu dövlətin yaranmasının bir neçə şərtləri var idi. Ən mühüm şərtlərdən biri dövlətin meydana gəldiyi regionun yüksək iqtisadi – sosial, mədəni və siyasi inkişaf yüksəlişinə malik olması idi. İkinci mühüm cəhət o dövrün siyasi şəraiti idi. İskəndərin ölümündən sonra onun sərkərdələrinin başının hakimyyət uğrunda mübarizəyə qarışması yeni dövlətin yaranmasına şərait yaratdı. Həmçinin burada Atropatın şəxsi keyfiyyətləri və onun qohumluq əlaqələri mühüm rol oynadı. Azərbaycan ərazisində döyüşən kadusi və skif tayfalarının olması da Atropata öz dövlətinin müstəqilliyini qorumağa imkan verdi. İskəndərin ölümündən sonra taxta onun ögey qardaşı Arridey III Filipp adı ilə çıxdı. İskəndərin oğlu İskəndər həddi-quluğa çatandan sonra taxta sahib olmalı idi. Əslində dövlətə qoşun başçısı xəzinədar Perdikka başçılıq edirdi. Er.əv. IV əsrin sonunda selevkilər dövlətinin yaranmasının əsası qoyuldu. Selevk (er.əv.305-280) və onun oğlu Antioxun (er.əv.280-261) səylərinə baxmayaraq er.əv. III əsrin ortalarına yaxın selevkilər dövləti tənəzzül qarşısında idi. Baktriya, Soqdiana və Parfiya ondan ayrılır. Tezliklə Parfiya müstəqil dövlətə çevrilir. Atropatena dövlətinin adına biz er.əv. III əsrin 20-ci illərində rast gəlirik. Polibinin verdiyi məlumata görə Artabazanın çarlığı xəzər dənizindən Rion çayının yuxarılarına kimi davam edirdi və Ermənistan və İberiya və onun tərkibinə daxil idi. Selevki çarı III Antioxun dövründə (er.əv.223-187) Selevkilər Atropatena dövlətinin daxili işlərinə qarışmağa cəhd edir. III Antioxun Artabazanla müharibəsi sülh yolu ilə başa çatır. Atropatena bir müddət Selevkilərin ali hakimyyətini tanımağa məcbur olur. Er.əv.III əsrin sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi. Ancaq er.əv.190-cı ildə III Antiox romalılarla müharibədə məğlub olandan sonra selevkilər dövlətinin tənəzülü dövrü başlayır. Artıq er.əv. II əsrin 60-cı illərində Atropatena tam müstəqil dövlət olur. Selevkilərin tərkibinə daxil olan bir sıra ərazilər ondan ayrılır və müstəqil dövlətə çevrilir. Er.əv. II əsrin 50-ci illərində parfiyalılar həllediçi siyasi qüvvəyə çevrilir. Təqribən er.əv.148-147-ci ildə Parfiya çarı I Mitridat Midiyanı tutur. Selevkilərin İranda hakimyyətinə son qoyulur. Er.əv. 130-cu ildə Selevkilərin öz hakimyyətlərini bərpa etmək çəhdləri məğlubiyyətə uğrayır. Er. əv II əsrin sonu I əsrin əvvəllərində Parfiya dövləti ən qüdrətli dövlətə çevrilir. Parfiya dövlətinin Atropatenaya da təsiri güclənir. Ancaq Parfiyanın Atropatenanı işğal etməsi barədə fakt yoxdur. Er. əv. I əsrdə Atropatena Roma işğalçılarına qarşı müharibədə iştirak etmişdir. Er.əv I əsrin ortalarında dünya xəritəsi Parfiya və Roma arasında bölünmüşdür. Er.əv. 53-cü ildə Parfiya Romalıları ciddi məğlubiyyətə uğradır. Bu döyüşdə Atropatena Parfiyalıların müttəfiqi olmuşdur. Er. əv. 36-cı ildə Roma dövlətinin başçısı Antoninin də Atropatena və Parfiyaya qarşı yürüşü məğlubiyyətlə başa çatır. Ancaq tezliklə Atropatena ilə Parfiya arasında narazılıq başlayır. Atropatenanın köməyinə arxalanan Antoni er.əv. 34-cu ildə Ermənistana hücüm üdərək onu özünə tabe edir. Ancaq onun Parfiyaya qarşı hücümü təxirə salınır. Belə ki, Antoni ilə 2-ci triumviratın üzvü Oktavian arasında başlanan hakimyyət uğrunda mübarizə buna mane olur. Romalılar tərəfə keçmiş Atropatena tezliklə Roma qoşunlarının ölkədən çıxıb getməsi ilə əlaqədar olaraq Parfiya tərəfindən tutulur. Ancaq bu üzün çəkmir. Eramızın təqribən 20-ci ilində Atropatilər sülaləsinin Atropatenada hakimyyətinə son qoyulur. Atropatenada hakimiyyəti Parfiyalıların kiçik qolu olan Arşakilərin əlinə keçir. Atropatenanın tarixində Roma təmayülünə son qoyulur və beləliklə Atropatena yenidən Parfiyanın təsiri altına kecir.

Albaniya dövləti

E.ə. IV əsrin sonu—III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti Albaniya dövləti təşəkkül tapmışdı. Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Ərməniyyə, cənubda isə Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə oldu. Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və b. Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar. Hazirda antik Albaniya əhalisinin etnik və dil mənsubiyyəti ətrafındakı elmi araşdırmalar onu göstərir ki, bu ölkənin qədim əhalisi etnik və dil baxımından müxtəlif olsa da, onların içərisində türk dillərində danışanlar aparıcı rol oynamışlar. Onlarla yanaşı Albaniyada həm Qafqaz, həm də İran mənşəli dillərdə danışan tayfalar da yaşamışlar. Bəzi alban adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan türkmən, qazax və b. türk dillərində “alban”. “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilindəki alp-alb sözünə söykənən Albaniya “igidlər, cəsurlar, ərənlər ölkəsi” mənasını verir. Albaniyanın mərkəzi, xüsusən də Aran rayonları əsasən türk etnoslarının, Dağıstana yaxın rayonları isə Qafqaz-İberdilli tayfaların məskəni olmuşdur. Çoxdillilik əsasən sonuncu bölgəyə xas xüsusiyyət idi. Albaniya ərazisində ilkin tayfa ittifaqları hələ e.ə. II miniliyin sonu-I miniliyin başlanığıcında meydana çıxmışdır. E.ə. VI-IV əsrlərdə Əhəmənilər təsir dairəsinə düşmüş Albaniyada artıq e.ə. IV əsrin sonlarından etibarən dövlətin bəzi əlamətləri açıqca seçilirdi. Məsələn, məlumdur ki, cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qavqamela döyüşündə III Daranın ətrafındakı mövqelərin bu hissələrə etibar olunması onların yüksək hərbi keyfiyyətlərindən xəbər verirdi. Bəzi antik müəlliflər Albaniya adını İskəndərin işğal etdiyi ölkələr sırasında çəksələr də, bu Makedoniya hökmdarının vəfatından sonra Albaniya artıq müstəqil dövlət kimi fəaliyyət göstərməyə başlamışlar. Görünür ki, ayrı-ayrı xırda vilayət başçılarının mərkəzi hakimyyətə tabe olunması prosesi hələ Əhəmənilər dövründə başlamış və İskəndərin dövründə başa çatmışdır. Albaniya artıq e.ə. I əsrdə Şərqi Anadoluda, Van gölü hövzəsində müvcud olan Ərməniyə adlı kiçik dövlətin hücumlarına məruz qalmışdır. Balkanlardan köçüb gəlmiş ermənilər öz torpaqlarını Atropatena, İberiya və Albaniya ərazilərilə təcavüzkarlıq yolu ilə genişləndirməyə cəhd edirdilər. Göyçə gölünün hövzəsindəki Albaniya çarlıqları, Kaspiana, indiki Naxçıvan bölgələri və b. torpaqlarımız tez-tez erməni istilalarına məruz qalırdı. I Artaşes (e.ə. 189-160) və II Tiqran (e.ə. 95-55) kimi erməni çarlarının qısa müddətli işğallarına əsaslanan bir sıra orta əsrlər va çağdaş erməni müəllifləri dünya tarixşünaslığına “Dənizlərdən dənizlərə uzanan böyük Ermənistan” əfsanəsini yerləşdirməyə, qonşu xalqların, ilk növbədə Azərbaycan türklərinin əzəl torpaqlarını erməni çarlıqları elan etməyə başlamışdılar. Onların bəziləri Qafqaz Albaniyasını Kürün ancaq sol sahilində yerləşdirir, Sağsahil Albaniyasını isə Ermənistanın “Şərq torpaqları”, Ermənistanın “Ağvan qismi” adlandırırlar. Lakin istər antik yazılı tarixi qaynaqlar, istərsə də linqvistik, etnoqrafik, toponomik və s. materiallar sübut edir ki, tarixi Qafqaz Albaniyası Kürün hər iki sahilini, indiki Azərbaycan Respublikasını, Ermənistan, Gürcüstan və Dağıstan respublikalarının bir hissəsini əhatə etmişdir. Romalılar Albaniyanı işğal etmək niyyətindən əl çəkmirdilər. Artıq yuxarıda qeyd edildiyi kimi, II Pont hökmdarı VI Mitridat Yevpator və onun müttəfiqi II Tiqranın Roma imperiyasının Kiçik Asiya mülklərinə həmlələri onların özü üçün acı nəticələrə gətirib çıxarırdı. VI Mitridatı darmadağın edən, II Tiqranı əzən Lusi Lisini Lukullun bəzi qətiyyəsiz addımlarından sonra Roma senatı onun yerinə Qney Pompeyi şərq əyalətlərinin canişini təyin etdi. E.ə 66-cı ildı Pompeyin başçılığı ilə II Tiqranı yenidən diz çökdürən romalılar elə həmin il VI Mitridatı izləyərək Cənubi Qafqaza yeridirlər. İlk Alban hökmdarı Oroys Kür sahilində 40 minlik ordu ilə romalılara hücüm etdi. Oroys hücum üçün yaxşı vaxt seçsə də qəfil hücüm alınmadı. Vaxtında hüümdan xəbər tutmuş Pompey döyüşü uddu və Oroysu müqavilə bağlamağa vadar etdi. Pompey bundan sonra İberiyaya üz tutsa da albanlar ona rahatlıq vermir, romalılar tələfata məruz qoyur, qiyamlar qaldırırdılar. Qəzəblənmiş Pompey geriyə qayıdaraq Kürü keçdi və e.ə. 65-ci ilin əvvəllərində Alazan sahilində Oroysun qardaşı Kozisin başçılıq etdiyi 72 min nəfərlik alban qoşunu ilə üz-üzə gəldi. Roma sərkədəsi hərbi hiylə işlədərək albanları tələyə saldı. Qanlı döyüşün gedişində Kozis qılıncı ilə özünə yol açaraq Pompeyin dayandığı düşərgəyə soxulub azman Roma sərkərdəsini nizə ilə vurdu. Pompey isə nizə zərbəsi ilə Kozisi ölümcül yaraladı. Alban qadınlarının da iştirak etdikləri bu döyüş də romalıların qələbəsi ilə bitdi. Dağlara çəkilən Oroys yenidən Pompeylə sülh bağlamalı oldu. Lakin albanların sonrakı müqaviməti Pompeyə Xəzər sahillərinə çıxmağa imkan vermədi. Roma sərkərdəsi Antoninin məşhur (e.ə. 36-cı il) ekspediyası zamanı Ərməniyyəni tutmuş romalılar sərkərdə Kanidi Krassın başçılığı ilə Albaniyaya da soxulmuşdular. Onlar albanlara qalib gəlmiş və alban hökmdarı Zoberi özlərinə tabe olmağa məcbur etmişdilər. Eramızın I-II əsrlərində Albaniyanın tarixi haqqında məlumatlarımız azdır. Roma, Parfiya və b. qonşunların tez-tezAlbaniyaya yürüşlərinə baxmayaraq, albanlar öz müstəqilliklərini qoruyub saxlaya bilirdilər. Eramızın 80-90-cı illərində romalılar Xəzər sahillərinədək gəlib çıxsalar da burada möhkəmlənə bilməmişlər. Məşhur Roma imperatoru Trayanın (96-117) şərq yürüşü zamanı ərazisinin toxunulmazlığını qoruyub saxlamış albanlarla imperator Adrian (117-138) da dostluq əlaqələri saxlamışdır. Bəzi məlumatlara görə, 20-ci illərdən Albaniyada taxta Arşakilərin nümayəndələri çıxmışdılar. Alban Arşakiləri də ölkənin müstəqiliyyini qoruyub saxlamağa nail omuşdular. E.ə. II minilliyin sonu-I minilliyin əvvələrində Azərbaycanın şimal hissəsində sosial, mülki və sinfli bərabərsizliyin yaranması, sinifli cəmiyyətin formalaşması prosesi başlamışdır. E.ə. I minilliyin ortaları və II yarısında Midya və Əhəməni imperiyaları ilə yaxın qonşuluq, sıx ünsiyyət quldarlıq münasibətlərinin Albaniyanın sosial-iqtisadi və ictiani-siyasi həyatına təsir göstərilməsinə gətirib çıxarmaya bilməzdi. Belə yaxın qonşuluq əlaqələri, habelə arxeoloji materiallar sübut edir ki, Albaniyanın quldarlıqdan yan keçərək ibtidai icma qurluşunda birbaşa feodalizmə adlaması barəsində mövcud mülahizələrin əsası yoxdur.Sosial-iqtisadi inkişafına görə qonşularından heç də geridə qalmayan Albaniyada Günəş, Ay və b. anlamlara sitayiş olunurdu. Ölkənin qərbində Ay ilahəsinin şərəfinə ucaldılmış məbədin baş kahini ölkədə hökmdardan sonra ən nüfuzlu şəxs sayılırdı.

Download 0,71 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   44




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish