AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Download 0,71 Mb.
bet34/44
Sana15.02.2017
Hajmi0,71 Mb.
#2564
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

Pambıq istehsalının və toxuculuq sənayesinin inkişafı 70-90-cı illərdə Azərbaycanda pambıqtəmizləyən zavodların sayca artmasına səbəb oldu. Bakı və Gəncə quberniyalarında 90-cı illərin sonunda 27 pambıqtəmizləyən zavod vardı. XX əsrin əvvəllərində onların sayı 50-ni keçmişdi. Bu zavodlarda təmizlənən pambıq lifinin az qismi burada saxlanılır, qalanı Rusiyanın toxuculuq fabriklərinə göndərilirdi. XX əsrin başlanğıcında H.Z.Tağıyevin iri toxuculuq fabriki işə düşdü. Fabrik Avropa ölkələrindən gətirilən maşınlar və dəzgahlarla təchiz olunmuşdu. Onun tikilməsinə və təchizinə 3,3 mln.manat vəsait sərf edilmişdi. Fabrikdə min nəfər fəhlə çalışırdı ki, onların 150 nəfəri qadın idi.

80-ci əvvəlində balıq sənayesində müqaitə sisteminin ləğv olunması balıqçılığın inkişafına yaxşı təsir etdi. Həmin il Bakıda Şərqi Zaqafqaziya sularındakı balıq vətəgələrinin xüsusi idarəsi yaradıldı. Idarənin nəzarət dairəsi Şimalda Samur çayının mənsəbindən, cənubda Astara çayının mənsəbinə qədər 640 vers məsafəni əhatə edirdi.

Xəzər dənizindən əlavə Araz, Kür çaylarında və göllərdə balıq ovlanırdı. 1900-c2 ildə 380 min sentner balıq istehsal edilmişdi. XX əsrin əvvəlində vətəgələrin sayı inkişaf edərək 50-dən 127-yə çatmışdı. Balıq sənayesində mövsümü fəhlələrlə birlikdə 31 min adam çalışırdı.

Azərbaycanın müstəmləkə iqtisadiyyatının Rusiyanın xalq təsərrüfatının tərkib hissəsinə çevrilməsi burada nəqliyyatın və rabitənin inkişafı ilə yaxından bağlı idi.  əsrin ikinci yarısında Azərbaycanın qəzalarını bir-biri ilə və onları dəmir yolu stansiyaları və dəniz limanları ilə birləşdirən yollar çəkildi. Bu cəhətdən Azərbaycanı Ermənistanla birləşdirən Yevlax-Şuşa-Gorus-Naxçıvan-Yerevan şosse yolunun böyük əhəmiyyəti vardı. Ağsu yolu uzadıldı və qəzalar arasında yollar çəkildi. Əlbəttə, bu yollar əyalətlər arasında iqtisadi-ticarət əlaqələrini qismən sahmana salsa da, dəmir yolunu əvəz edə bilmirdi. 1878-1880-ci illərdə Bakını Sabunçu, Suraxanı və Balaxanı neft mədənləri ilə birləşdirən dəmir yolu xətti çəkildi. Bu yolda hərəkət edən qatarlarda təkcə neft məhsulları deyil, fəhlələr və sərnişinlər də daşınırdı. 1879-cu ilin dekabrında Tiflisdən Bakıya 515 km uzunluğunda dəmir yolu xəttinin çəkilişinə başlanıldı və 1883-cü il mayın 8-də istifadəyə verildi.  əsrlə  əsrin qovuşuğunda Qafqaz dəmir yolunun Bakı-Dərbənd şöbəsinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi həyatında daha mühüm rol oynadı. Beləliklə, Ümumrusiya və onun vasitəsilə dünya bazarlarına geniş yol açıldı. Dəmir yolunun çəkilməsi ilə bir zamanda ona xidmət edən stansiyalar, depolar, emalatxanalar da tikilirdi. Dəmir yolunun çəkilişi ilə Zaqafqaziyanın iqtisadi cəhətdən mənimsənilməsi yolundakı çətinliklər xeyli aradan qaldırıldı. Lakin dəmir yolu ilə neft ixracatının ancaq 65%-ni daşımaq mümkün olurdu. Bu vəziyyət Xəzər dənizində neft məhsulları daşıyan donanma yaradılması vəzifəsini qarşıya qoydu.

 əsrin 40-cı illərinin ortalarında Xəzərdə və Kürdə paroxod görünməyə başlamışdı. Buraya Həştərxandan ilk dəfə gələn paroxod «Volqa» idi. Həmin vaxt Həştərxanla Bakı arasında poçt paroxodu işləməyə başladı. 50-ci illərdə Kürdə «Knyaz Vorontsov» adlı paroxod üzdü. Sonra çayda Salyanla Yevlax arasında 30 sərnişin paroxodu üzürdü, 70-ci illərin sonunda Kaspi dənizində xarici şirkətlərə mənsub (Nobel qardaşlarının «Zərdüşt» və «Budda») gəmilər meydana gəldi. 70-ci illərdə nefti Bakıdan gəmilərlə Rusiyaya daşımaq sahəsində iş başlandı. 1878-ci ildə ilk dəfə nefti gəmiyə yükləmək sahəsində parla işləyən nasoslardan istifadə edildi. 90-cı illərin sonunda Xəzərdə maye yükü daşıyan gəmilərin sayı 350-yə çatırdı. Ümumiyyətlə, Xəzər ticarət donanmasında 17 milyon pud yükgötürümü olan və Böyüklü-kiçikli 700-800 gəmi vardı. Onların üçdə biri buxarla işləyən gəmilər idi. Gəmi sahibləri içərisində azərbaycanlılar üstünlük təşkil edirdi.

Bakıda və qəzalarda kapitalist sənayesinin inkişafı rabitənin də inkişafına kömək etdi. Azərbaycanda poçtun tarixi hələ  əsrin birinci rübündə, Rusiyaya birləşmə dövründən başlamışdı. 1818-ci ildə ilk dəfə Gəncədə poçt idarəsi yaradıldı. Bundan neçə il sonra 20-ci illərin ortalarında Bakıda yaradıldı. Türkmənçay sülhündən sonrakı ilk illərdə Qubada, Şamaxıda, Nuxada, Şuşada, Salyanda, Naxçıvanda, Lənkəranda poçt idarələri təşkil edildi. Lakin rabitənin geniş inkişafı əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə yaradılan Qafqaz poçt idarəsinin dörd idarəsindən biri Bakıda yerləşirdi. 60-70-ci illərdə Göyçayda, Ağdaşda, Zaqatalada, Culfada, Ordubadda poçt idarələri təşkil edildi. Dəmir yolu çəkildikdən sonra rabitənin inkişafı sürətləndi.

Əsrin sonunda Azərbaycanda 60 poçt stansiyası fəaliyyət göstərirdi.

1868-ci ildə qəzalardan keçməklə Tiflisdən Bakıya teleqraf xətti çəkildi. Sonra Gəncə ilə Şuşa arasında çəkildi. 1879-cu ildə Xəzər dənizinin dibi ilə Bakıdan Krasnovodska teleqraf xəttinin çəkilişi başa çatdırıldı. 80-ci illərin əvvəllərində 12 teleqraf stansiyası fəaliyyət göstərirdi. 90-cı illərdə Bakı-Tiflis dəmir yolu boyu 513 km məsafədə teleqraf xətti çəkildi. XX əsrin əvvəllərində Bakı teleqraf xətti Dərbənd, Port-Petrovski, Minvod və s. şəhərləri ilə birləşdirildi. Bakı ilə Tehran arasında birbaşa teleqraf xətti çəkildi.

Telefonun tarixi 80-ci illərdən başlayır. Əvvəlcə «Qafqaz və Merkurii», sonra Nobel qardaşları birliyi tərəfindən mədənlərlə neftayıran zavodlar və müəssisələr arasında çəkildi. Şəhəri əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886-cı ildə tacir Qustav List tərəfindən tikildi. Bakının rayonlarını birləşdirən və 72 ka uzunluğunda olan telefon stansiyasının on bir min abonenti vardı. XX əsrin əvvəllərində abonentlərin miqdarı dörd dəfə artaraq 42 minə çatdı.

Kapitalizs cəmiyyətinin xarakterik cəhəti olan bank-kredit müəssisələri 70-ci illərin ortalarından etibarən yaradıldı. Rusiyanın bir sıra mərkəzi banklarının burada şöbələri təşkil edildi. XX əsrin əvvəlində təkcə Bakı quberniyasında 48 kredit və 4 əmanət xəzinəsi kompaniyası vardı.


4.  əsrin ikinci yarısında mədəniyyət

Aərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər  əsrin ikinci yarısında mədəniyyətdə də əksini tapırdı. Bu dövrdə mədəniyyətin başlıca xarakter xüsusiyyəti demokratik-maarifçilik ideyalarını təbliğ edən məktəbin daha da inkişafı, ateist və materialist fəlsəfənin inkişafı, yeni tipli məktəblərin yaranması və inkişafı, milli mətbuatın və teatrın yaranması, ədəbiyyatda və incəsənətdə xəlqilik ünsürlərinin qüvvətlənməsi, əhalinin qabaqcıl ziyalılarında milli şüurun oyanması və sairədən ibarət idi.

Əsrin birinci yarısında fəaliyyət göstərən məktəblər və mədrəsələr yenə qalmaqda idi. Daha aşağı dərəcəli məktəblər demək olar ki, kəndlərin əksəriyyətində var idi. Belə məktəblərdə rəsmi, müəyyən edilmiş təhsil müddəti yox idi. Dərs cədvəli tətbiq edilmirdi, şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmırdı. Məktəblərdə cismani cəza tətbiq edilirdi. Falaqqa etibarlı pedaqoъi təsir vasitəsi sayılırdı. Tədris ərəb və fars dillərində aparılırdı. Bu məktəbi bitirənlər mədrəsələrdə təhsillərini davam etdirirdilər.  əsrin son rübündə ruhani məktəblərində təlimin məzmununda mütərəqqi meyl gücləndi. Təlimin məqsədində, məzmununda, təşkilat qaydasında və üsullarında dəyişikliklər baş verdi. Mütərəqqi maarifçi ziyalılar məscid məktəblərinə ümumtəhsil verən ibtidai məktəb nöqteyi-nəzərindən baxırdılar. Yeni ruhda təşkil olunan məktəblərə «üsuli-cədid» məktəbləri deyilirdi. Belə məktəblər rus məktəblərindəki tədris üsulu ilə tanış olan müəllimlər tərəfindən açılırdı.sinif otaqları mebellə, skamyalar, qlobus, yazı taxtası və başqa tədris ləvazimatı ilə təchiz olunurdu. Ilk belə məktəblər 90-cı illərin ortalarında Gəncədə, Şamaxıda, Nuxada, Naxçıvanda, Şuşada və başqa şəhərlərdə açılırdı.S.Ə.Şirvaninin (1835-1888), Mir Möhsün Nəvvabın (1833-1918), Məmmədtağı Səfərovun («Sidqi» 1853-1904) və başqalarının məktəbləri nümunəvi məktəblər idi.

Rusiyada həyata keçirilən məktəb islahatları 70-ci illərdən başlayaraq Azərbaycanda ibtidai təhsil sahəsində canlanmaya səbəb oldu. Məktəbdə təhsil müddəti dörd il idi. Tədris planına ana dili, şəriət, rus dili, hesab, coğrafiya, tarix, nəğmə, təbiətşünaslıq fənləri daxil idi.  əsrin ikinci yarısında olmaqla cəmi 5 şəhər ibtidai məktəbi vardı. Şəhər məktəblərində təhsil müddəti 6 il idi. Şəhər məktəbləri  əsrin birinci yarısında yaranmış qəza məktəblərinin əsasında meydana gəlirdi. Zaqafqaziyada şəhər məktəbi ilk dəfə 1874-cü ildə Şuşada yaradıldı. Onun ardınca Şamaxı qəza məktəbi şəhər məktəbinə çevrildi. 70-ci illərin sonlarında Nuxa və Naxçıvan, 80-ci illərin ortalarında Gəncə, Zaqatala, Bakı, 90-cı illərdə Ordubaddakı qəza məktəbləri şəhər məktəblərinə çevrildi.

Kapitalist münasibətlərinin inkişafı mütəxəssislərə və ixtisaslı fəhlələrə tələbi artırırdı. Ona görə də 80-90-cı illərdə bir sıra sənət məktəbləri yarandı. 1874-cü ildə Bakı ibtidai məktəbi nəzdində yaradılan sənət şöbəsi 80-ci illərin axırında müstəqil sənət məktəbinə çevrildi. Həmçinin 80-ci illərin əvvəlində Bakıda gəmiçilik məktəbi, 90-cı illərin ortalarında mexaniki, sonra inşaat şöbələri olan texniki məktəb yaradıldı. Gəncədə sənət məktəbi, Qubada və Mərdəkanda bağçılıq məktəbləri təşkil edildi.

70-ci illərin ortalarında rus-Azərbaycan məktəbləri deyilən məktəblər yaranmağa başladı. Bu məktəblərin yaradılmasından məqsəd azərbaycanlıları orta məktəblərə daxil olmaq üçün hazırlamaq idi. Tədris rus dilində olsa da, bu məktəblər əsasən azərbaycanlılar üçün nəzərdə tutulurdu. Ziyalıların gərgin mübarizəsindən sonra 1887-ci ildə Bakıda rus-Azərbaycan məktəbi açıldı. Onun rəhbərləri S.M.Qənizadə və H.Mahmudbəyov idi.

 əsrin birinci yarısında Azərbaycanda bir dənə də olsa orta məktəb yox idi. Orta məktəblərin yaradılması ideyası 40-cı illərdə meydana gəlsə də onun təşkili 1865-ci ilə təsadüf edir. Həmin il Bakıdakı dörd sinifli ali ibtidai məktəb əsasında realnı progimnaziya təşkil edildi və iki ildən sonra realnı gimnaziyaya çevrildi. Bundan 5 il sonra Gəncə qəza məktəbi klassik progimnaziyaya çevrildi. 7 sinifdən ibarət olan klassik gimnaziya gəncləri əsasən universitetə hazırlayırdı. Buranı bitirənlər əsasən ali texniki və kənd təsərrüfatı institutlarına daxil ola bilirdilər. Burada təhsil pullu idi.

Məktəb haqqındakı islahat qızların təhsili məsələsinə də təsir göstərdi. Bakıdakı «Müqəddəs Nina» qız məktəbi istisna olmaqla, Azərbaycanda qızların təhsili bir qayda olaraq evlərdə təşkil edilirdi. Təhsil pullu idi. 1864-cü ildə Zaqatalada təhsil müddəti bir il olan qız məktəbi açıldı. Bu məktəb 1904-cü ildə dörd sinifli Marinski qız məktəbinə çevrildi. Bakı «Müqəddəs Nina» məktəbi əsasında 70-ci illərin ortalarında müstəqil gimnaziya təşkil edildi. Azərbaycanda dünyəvi elmləri öyrədən ilk müsəlman qız məktəbi 1901-ci ildə Bakıda maarifpərvər və xeyirxah milyonçu H.Z.Tağıyevin təşəbbüsü və vəsaiti hesabına açıldı. Onun müdiri H.B.Zərdabinin qadını Hənifə xanım Məlikova idi. Qızlardan 35 nəfəri pulsuz oxuyurdu.

Azərbaycanda maarifin inkişafını ləngidən səbəblərdən biri də müəllim kadrlarının son dərəcədə az olması idi. Əslində 70-ci illərə qədər Zəqafqaziyada müəllim kadrı hazırlayan təhsil müəssisəsi yox idi. 70-ci illərdə orta məktəblər üçün Tiflisdəki Aleksandrovski Müəllimlər Institutunda müəllim hazırlanmağa başladı. 1876-cı ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təşkil olundu. 1879-cu ildə həmin seminariyada Azərbaycan bölməsi yaradıldı. Bu bölmənin ilk rəhbəri A.O.Çernyayevski idi. Qori seminariyasının Azərbaycan şöbəsində xeyli miqdarda kadr hazırlandı. Həmin kadrlar azərbaycanda xalq maarifinin təşkilində misilsiz fədakarlıq göstərdilər.

Məktəbdarlıq sahəsində müəyyən qədər biliyi və təcrübəsi olan müəllimlər bir sıra dərsliklər və köməkçi vəsaitlər hazırladı. M.Ə.vəzirovun hazırladığı Azərbaycan dili dərsliyi 1861-ci ildə çap olundu. Azərbaycan dilinin tədrisi sahəsində A.O.Çernyayevskinin «Vətən dili» dərsliyinin böyük əhəmiyyəti olmuşdu. Bu dərslik dəfələrlə çap edilmişdi. M.T.Sidqinin 80 nəsihətdən ibarət «Qiraət kitabı» marağa səbəb olmuşdu. 80-ci illərin sonunda R.Əfəndiyevin «Uşaq bağçası» və N.nərimanovun «Azərbaycan dilinin müxtəsər sərf-nəhvi» dərslikləri diqqəti cəlb edirdi.

Xalq kütlələrinin anna dilində təhsil almasında və maariflənməsində ərəb əlifbası ciddi çətinlik törədirdi. Qabaqcıl ziyalılarımız ərəb əlifbasının islah olunmasına maraq göstərirdilər. Bu işdə ardıcıl və mətin mübarizə aparan M.F.Axundov oldu. O, 1863-cü ildə əlifba islahatını təbliğ etmək məqsədilə Türkiyəyə getdi. Onun Istambula gəlişi gurultaya səbəb olsa da, əlifba islahatını həyata keçirmək mümkün olmadı. M.F.Axundov 1878-ci ildə rus və latın qrafikası əsasında ərəb əlifbasını tamamilə əvəz edəcək yeni əlifba tərtib etdi, onun bu cəhdi də nəticəsiz qaldı.

Azərbaycanın zəngin neft, dəmir, mis, alünit, polimetall və s. yataqları rus geoloqlarının diqqətini cəlb edirdi. Ömrünü Qafqazın tədqiqinə sərf etmiş akademik G.V.Abix burada geniş tədqiqat işləri aparırdı. Azərbaycan rayonlarının geoloъi quruluşunu öyrənmək işində görkəmli alimlərdən V.I.Arxipov, Q.B.Xalatov, I.Valentin və başqalarının xidməti böyük idi.

80-ci illərin ortalarında ilk azərbaycanlı kimyagər Möhsünbəy Xanlarovun (1857-1921) üzvi kimya sahəsində tədqiqatları başlandı.

Biologiya, kənd təsərrüfatı elmləri üzrə Rusiyada aldıqları bilikləri öz vətənində geniş yayan, Darvin təliminin müdafiəçisi H.B.Zərdabi (1842-1907), N.B.Vəzirov (1854-1926) və başqaları elmin həqiqi ehtiraslı carçıları idi.

 əsrin ikinci yarısında Mirzə Yusif Nersesov, Mirzə Camalın oğlu Rzaqulubəy, Mirmehdi Xəzani, Həsənəlixan Qaradaği, Əhmədbəy Cavanşir, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu və başqaları tarixşünaslıq sahəsində az-çox iş görmüşlər.

Qafqazın tədqiqi ilə məşğul olan şərqşünaslardan I.I.Berezin, N.V.Xanıkov, V.V.Qriqoryev, A.P.Berъe, V.V.Bartold, P.Q.Butkov və başqalarının əsərlərində Azərbaycanın V əsrlər tarixinin bir sıra hərbi-siyasi məsələləri işıqlandırılırdı.

 əsrdə Azərbaycanda fəlsəfi və ictimai fikirin inkişafı M.F.Axundovun adı ilə bağlıdır. Onun yaradıcılığı və dünyagörüşü  əsrin 60-70-ci illərində fəlsəfi fikir tarixində bütöv hadisə idi. Yaşadığı dövr rus, Şərq və Avropa fəlsəfəsi ilə yaxından tanışlıq onun filosov və mübariz ateist kimi formalaşmasına təsir etmişdi. O, fəlsəfəyə dair görüşlərini bir çox əsərlərində, xüsusilə «Kəmalüddövlə məktubları», «Mola Rumi və onun əsəri haqqında», «Filosof Yuma cavab», «Babilik əqidələri», «Con Stüart Milli-azadlıq haqqında» və s. əsərlərində daha qabarıq və konkret vermişdi.

Ədəbiyyatşünaslıq – elmin və mədəniyyətin bir çox sahələrində olduğu kimi, ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində də yeni, mütərəqqi, demokratik cərəyanın banisi M.F.Axundov idi. Tənqidi realizmi Azərbaycanda ədəbi məktəb səviyyəsinə yüksəldən M.F.Axundov ədəbi elmi tənqidi rels üzərinə qaldırdı. Onun başladığı işi H.B.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.M.Nəvvab, Firudin bəy Köçərli ləyaqətlə davam etdirdi və kamilləşdirdi.

Ədəbiyyat – qabaqcıl rus və dünya ədəbiyyatının mütərəqqi ənənələrinin təsiri altında ədəbiyyatda xəlqilik, maarifçilik, demokratizm prinsipləri möhkəmlənirdi. M.F.Axundov tərəfindən qoyulan ənənələr 80-90-cı illərdə Eynəli Sultanov, N.Nərimanov, Ə.Haqverdiyev, S.M.Qənizadə, S.Ə.Şirvani, N.B.Vəzirov, C.Məmmədquluzadə, R.Əfəndiyev və başqaları tərəfindən davam etdirilirdi. Həmin ədiblərin yaradıcılığında Azərbaycan ədəbi Milli dilinin formalaşdırılması davam edirdi.  əsrin ikinci yarısında elmi əsərlərin çoxu Azərbaycan dilində yazılırdı.

Azərbaycan ədəbiyyatı tarixində qüvvətli satirik və maarifçi şair kimi tanınan S.Ə.Şirvani nəsr sahəsində müəyyən iz qoymuşdu. Onun hekayələrindən «nəkir və Munker», «Talıbxan»ı göstərmək olar. Nəsr və şerlə yazılmış 8 təmsilin müəllifidir. Onların içərisində «Tülkü və çaqqal» daha maraqlıdır.

S.M.Qənizadənin yazdığı «Müəllimlər iftixarı», «Gəlinlər həmayili», «Allah divanı», «Qurban bayramı» hekayə və povestləri bədii nəsrin yaxşı nümunələri hesab edilə bilər.

Keçən əsrin sonlarında ədəbi fəaliyyətə başlayan maarifçi-pedaqoq, böyük demokrat C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti bədiiliyi və realizmi cəhətdən inqilabdan əvvəlki ədəbiyyatımızda misli görünməmiş əsər idi. XX əsrin əvvəllərində onun yaradıcılığı daha da çiçəkləndi.

Bu dövr ədəbiyyatımızı N.Nərimanovun ədəbi-bədii publisist əsərləri tamamilə yeni yüksəkliyə qaldırdı, ideya istiqamətini müəyyənləşdirdi. «Bahadır və Sona» romanı ilk realist roman kimi müəllifinə ölməz şöhrət qazandırdı.

Dramaturgiya sahəsində M.F.Axundovun ənənələrini N.B.vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, R.Əfəndiyev davam etdirdi.

 əsrin ikinci yarısında poeziya əsas etibarilə dörd qol üzrə – yazılı ədəbiyyatda aşıq şerri, realist satirik cərəyan, qəzəl şerri və dini mərsiyyə şerri – inkişaf edirdi. Bu dövrün xalq aşıqlarından Dədə Ələsgər, aşıq Nəcəfqulu, Hüseyn Bozalqanlı, Çoban Əfqan, Mola Cümə və başqaları böyük şöhrət qazanmışdı.

Qəzəlçiliyin geniş yayılması ilə əlaqədar olaraq Bakıda, Şamaxıda, Qarabağda, Lənkəranda, Ordubadda şairlərin bir sıra ədəbi məclisləri təşkil olunmuşdu. Şuşadakı «məclisi-üns» ədəbi məclisin üzvlərindən biri xan qızı Xurşidbanu Natəvan (1832-1897) idi.

Bu dövrdə realist satirik poeziyanın ən görkəmli nümayəndəsi S.Ə.Şirvani idi. O, zəngin irs qoyub getmişdi.

Mədəniyyət sahəsində ən böyük nailiyyətlərdən biri Milli mətbuatın yaranması oldu. Ziyalıların qabaqcıl nümayəndələri Milli mətbuatın əsasını qoymaq üçün min cür əziyyətə qatlaşırdılar. H.B.Zərdabinin məşəqqətli mübarizəsindən sonra istənilən məqsədə nail olundu. 1875-ci il iyunun 22-də «Əkinçi» qəzetinin birinci nömrəsi çapdan çıxdı. 1877-ci il sentyabrın 29-dək çap olunan «Əkinçi» qəzeti ayda iki dəfə 300-400 tiraъla çap olunmaqla cəmi 56 nömrəsi çıxmışdı. «Əkinçi» qəzeti «Daxiliyyə», «Əkin və ziraət xəbərləri», «məktubat», «elmi xəbərlər» və «təzə xəbərlər» başlıqları altında 5 şöbəyə bölünürdü.

«Əkinçi» qəzetinin nəşri dayandırıldıqdan sonra 1879-cu ildə Tiflisdə Azərbaycan dilində «Ziya» adlı yeni qəzet çıxmağa başladı. Qəzet həftədə bir dəfə nəşr edilirdi. Həcmi 4-8 səhifədən ibarət idi. Cəmi 76 nömrəsi buraxıldı. Qəzetin redaktoru mürtəce baxışlı ziyalı olan Seyid Ünsizadə idi. 1880-ci ilin sonunda «Ziya» qəzeti «Ziyayi Qafqaziyyə» adı ilə çıxmağa başladı. Onun nəşri 1884-cü ilin iyun ayına qədər davam etdi. Bu müddət ərzində 104 nömrəsi çıxdı. Bu qəzetin nəşri davam etməklə, 1880-ci ilin yanvarında Tiflisdə «Ziya» mətbəəsində «Kəşkül» adlı yeni bir qəzet nəşrə başladı. Onun naşiri demokratik ziyalıların nümayəndələrindən olan Cəlal Ünsizadə idi. «Kəşkül» həftədə bir dəfə nəşr olunurdu. Onun cəmi bir nömrəsi çapdan çıxdı. «Kəşkül» qəzeti 1891-ci ilə qədər nəşr olundu.

70-90-cı illərdə Bakıda burъuaziyanın vəsaiti ilə onun ideologiyasını təbliğ edən bir sıra («Bakinskiye izvestiya», «Kaspii» və s.) qəzetlər nəşr edilirdi.

Əsrin sonunda Bakıda 16 mətbəə fəaliyyət göstərirdi.

Milli teatrın təşəkkül tapması xalqımızın mənəvi həyatında böyük hadisə oldu. 1873-cü ildə Bakıda çalışan bir sıra ziyalının təşəbbüsü ilə Milli teatr yaradıldı. Ilk teatr tamaşası 1873-cü il martın 22-də Novruz bayramı günündə Bakı realnı məktəbi teatr həvəskarları truppasının təşəbbüsü ilə hazırlanmışdı. Onlar M.F.Axundovun «Hacı Qara» komediyasını göstərmişlər. Bununla Milli teatrın əsası qoyuldu. Bu tamaşadan sonra 80-90-cı illərdə ətrafında yeni qüvvələr toplanan Bakı həvəskarlar truppası 1883-cü ildə peşəkar teatr qrupuna çevrildi. Az vaxt içərisində Bakıda bir sıra istedadlı teatr xadimləri (Cahangir Zeynalov, Həbibbəy Mahmudbəyov, Nəcəfqulu Vəliyev, H.Sarabski və b.) yetişdi. 1895-ci ilin yanvarında Bakıda həvəskar aktyorlar tərəfindən N.nərimanovun «Nadanlıq» pyesi tamaşaya qoyuldu. Bir il sonra müəllifin «Dilin bəlası» və ya «Şamdan bəy» pyesi tamaşaya qoyuldu. Tamaşadan yığılan pulun bir hissəsi Nərimanov kitabxanasına sərf edildi.

Maarifə və mədəniyyətimizə böyük qayğı göstərən kapitalist H.Z.Tağıyev 1883-cü ildə teatr binası tikdirdi (hazırda Ş.Qurbanov adına Musiqili Komediya teatrının binası).

Musiqi – əsrin birinci yarısında olduğu kimi, musiqi iki istiqamətdə inkişaf edirdi. Onlardan birini əsrlər ərzində püxtələşən, xalqın həyatı ilə sıx bağlı olan və peşəkar, ustad aşıqlar tərəfindən inkişaf etdirilən aşıq yaradıcılığı təşkil edirdi. Digəri, xanəndə və sazandaların yaradıcılığını təmsil edən istiqamət idi. Onların hər birinin öz ansamblı və repertuarı vardı.

 əsrin ikinci yarısında musiqi ifaçılığı sahəsində istedadlı ustalar yetişmişdi. Onların sırasına Xarrat Qulu, Sadıqcan, Hacı Hüsü, Cabbar, Qaryağdı, Ələsgər Abdullayev, Keçəçi Məmməd və onlarla başqaları daxil idi.

Musiqi xadimlərinin beşiyi, Qafqazın konservatoriyası Qarabağın ürəyi Şuşa idi. Şuşadakı musiqi məktəbləri musiqinin yayılmasında və peşəkar xanəndələrin və sazəndələrin yetişdirilməsində misilsiz roloynamışdı.

Kapitalizmin sürətlə inkişafı Bakıda tikinti işlərinin geniş miqyas almasına səbəb oldu. Bir-biri ilə rəqabətə girən milyon sahibləri zənginliyi və təmtəraqı ilə diqqəti cəlb edən gözəl binalar tikdirirdilər. Bu möhtəşəm binalar şəhərə yaraşıq verməklə bərabər, əvəzsiz abidələrə çevrilirdilər. Onlar indi də sosialist Bakısının gözəl inciləridir.

Keçmiş əsrlərdə tikilmiş abidələrin bərpası sahəsində də iş aparılırdı. 50-ci illərdə Şəkidə xan sarayının bərpası başa çatdırıldı.

Rəssamlıqda və təsviri sənətdə M.M.Nəvvabın, X.Natəvanın, M.Q.Irəvaninin əsərləri marağa səbəb olurdu.
Cənubi Azərbaycan XIX- ХХ əsrlərdə

1. Cənubi Azərbaycan XIX əsrdə

2. Cənubi Azərbaycan ХХ əsrin əvvəllərində

3. 1920-ci il Təbriz üsyanı

4. Cənubi Azərbaycan Denokratik Respublikası (1945-1946-cı illər)
ƏDƏBİYYAT


  1. M.M.Çəşmazər Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti /Cənubi Azərbaycan, 1945-1946-cı illər/ Bakı, 1986.

  2. Ivanоv M.S. Nоvеyşaə istоriə İrana. M. 1965.

  3. Əlövsət Quliyev. Cənubi Azərbaycanda milli-azadlıq və Denokratik hərəkət tarixindən /1941-1946-cı illər/ tarix və fəlsəfə İnstitutunun əsərləri. I buraxılış, Bakı, 1951.

  4. Dəvəlli – Məmməd Ə.Ə. Cənubi Azərbaycanda Milli hökümətin təşkili və fəaliyyəti /1945-1946-cı illər/. /nam-diss/. Bakı, 1967.

  5. Dəstküşadə F.M. İran Azərbaycanda Milli hökümətin iqtisadi tədbirləri. /1945-1946-cı illər/ /namizədlik dissertasiyası/ Bakı, 1971.

Mirzəzadə S.Q. İran Azərbaycanın Milli məclisi və onun qanunvericilik fəaliyyəti /1945-1946
XIX əsrdə Azərbaycanın bötövlükdə götürüldükdə iqtisadi inkişafını müəyyən etmiş əsas amil onun çar Rusiyası və İran arasında bölüşdürülməsi oldu Azərbaycanın şimal hissəsinin Rusiyaya birləşdirilməsi Şimali Azərbaycanın Ümumi Rusiya və sonuncu vasitəsilə ümumdünya iqtisadi inkişaf dairəsinə daxil olmaqla, obyektiv olaraq bu diyarda iqtisadi proseslərin sürətlənməsinə, daha mütərəqqi kapitalist inkişaf yoluna keçməsinə şərait yaratdı.

Cənubi Azərbaycanın iqtisadiyyatında isə bütün İranda olduğu kimi, durğunluq meyli davam edirdi. Bütün XIX əsr ərzində İran dövlətinin Avropa dövlətlərinə bir – birinin ardınca güzəştləri getməsi, onların xeyrinə müqavilələri bağlanması və s. nəticəsində ölkədə kapitulyasiya qaydası yarandı. Ölkə yarımmüstəmləkəyə çеvrildikdən sоra isə İranın , о cümlədən Cənubi Azərbaycanın iqtisadi inkişaf yоlunda ən mühüm əngəl iqtisadiyyatın iki tərəfli inkişafa düçar etmiş хarici kapitalın ağalığı oldu.

Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti yеnə də kənd təsərrüfatı –əkinçilik və maldarlıq idi. Təkcə kənd əhalisinin dеyil, şəhər əhalisinin də bir hissəsi əkinçilik , bağçılıq və kənd təsərrüfatının başqa sahələrində çalışırdı.

Rusiya ile müharibələr qurtardıqdan sonra təsərrüfat həyatının nisbi canlanması ticarətin də genişlənməsinə təkan verdi. Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Urmiya, Zəncan istər İran miqyasında, istərsə də İranin xarici ölkələrlə ticarət əlaqələrində mühüm rol oynayırdılar.

XIX əsrin ortalarında Cənubi Azərbaycanın feodal munasibətlərində nəzərə çarpacaq dəyişiklik baş verməmişdir. Əyalət əhalisinin əsas hissəsi yenədə zəhmətkeş kəndlilərdən ibarət idi. Torpaq üzərində mülkiyyət formaları XVII-XVIII əsrlərdəki kimi idi.

XIX əsrin ortalarında Cənubi Azərbaycanda feodalların sahib olduğu böyük torpaq sahələrinin əksəriyyəti şah ttərəfindən tam mülkiyyət hüququ olmadan dövlət torpaqları hesabına bağışlanmış tiyul və başqa torpaq sahibliyi formalarından ibarət idi. Dövlət, xalisə torpaqların renta gəlirindən əlavə ayri-ayri şəxslərin xüsüsi mülkiyyətinin təşkil edən torpaqdan aldiği vergisini də tiyul kimi bu və ya digər vəzifə sahibinə məvacib əvəzinə verirdi. Şah oturaq və ya köçəri, yarımköçəri həyat sürən ayrı-ayrı tayfalara dövlət qarşısında hərbi xidmətə görə torpaq sahələri bağışlayırdı. Bütün tayfanın sərəncamına verilən bu torpaqlar ilati-ilat (ellər) torpağı adlanırdı.


Download 0,71 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish