proqramlı idarəetmə periodik proseslərdə istifadə edilən avadanlıqların qoşulması və açılmasını əvvəlcədən verilmiş proqram üzrə təmin edir.
Siqnallama bu və ya digər hadisələr haqqında səs və/və ya işıq vasitəsilə operativ personalı xəbərdar edir. Siqnallamanın müxtəlif növləri vardır:
texnoloji siqnallama özü xəbərdarlıq və qəza siqnallarına bölünür:
xəbərdarlıq siqnalı parametrlərin buraxıla bilən həddən meyl etməsi və qəzaya səbəb ola bilməsi haqqında verilir;
qəza siqnalı parametrin icazə verilməyən qiymət alması və hər hansı bir aparatın qəza vəziyyətində olması haqqında verilir.
vəziyyət siqnalı avadanlıqların bu və ya digər vəziyyətdə (nasos işləyir və ya işləmir) olması haqqında verilir.
avtomatik bloklama (sığortalama) avadanlıqların işəsalma ardıcıllığının pozulmasının qarşısını alır.
avtomatik mühafizə qəza hallarının qarşısını alır.
avtomatlaşdırılmış işəsalma və saxlama prosesin hər hansı bir səbəbdən (məs.təmir) dayandırıldıqdan sonra yenidən işə salınması və zəruri olduqda (məs.təmirə) dayandırılmasını təmin edir. Adətən bu proseslər operativ personalın və texniki vəsaitlərin birgə fəaliyyəti ilə həyata keçirilir.
müxtəlif hesablama məsələlərinin həlli. Buraya optimallaşdırma, texniki-iqtisadi göstəricilərin təyini, gündəlik hesabat, material balansının hesabı, yuxarı idarəetmə səviyyəsinə (MAİS) məlumatın hazırlanması və s.
Yalnız tənzimləmə funksiyasını yerinə yetirən kontrollerli idarəetmə sistemlərində funksional
sxemlərin tərtib edilməsi
Şəkil 3.7-də kontrollerin yalnız tənzimləmə funsiyasını yerinə yetirdiyi funksional sxem verilmişdir. Digər funksiyaları analoq cihazlar şəkil 3.6-dakı kimi yerinə yetirir. Tənzimlənən kəmiyyətlərin cari qiymətləri kontrollerə analoq rəqəm çeviricilər (Aİ), kontrollerdən çıxan ədədi tənzimləyici kəmiyyətlər rəqəm-analoq çeviricilər (AO) və elektropnevmatik çeviricilər (E/P) vasitəsilə icra mexanizmlərinə verilir.
Şəkil 3.7. Kontrollerin yalnız tənzimləmə funksiyası ilə
avtomatlaşdırmanın funksional sxemi
Şəkildən göründüyü kimi tənzimlənən kəmiyyətlərlə icra mexnizmləri arasında birbaşa əlaqə görünmür. Əlaqələr yalnız, cihazların mövqe nömrələrinə əsasən müəyyən edilir. Kontrolerli avtomatlaşdırma sistemlərində bir çox hallarada Aİ, AO, Dİ (diskret siqnalları daxil etmə) və DO (diskret siqnalları obyektə ötürmə) modullarının konkret tipiləri göstərilir. Əgər, məsələn, analoq-rəqəm çeviricinin iki tipindən istifadə edilirsə, onda onların hər ikisi sxemdə onlara aid parametrlərin sayı göstərilməklə təsvir edilir.
Şəkil 2.6 və şəkil 2.7 arasında müqayisəni asanlaşdırmaq məqsədilə eyni təyinatlı cihazlar hər iki şəkildə eyni mövqe nömrələri ilə verilmişdir.
Temperaturun kaskad tənzimlənməsi
İstidəyişdiricinin çıxışında temperaturun qızdırıcı (soyuducu) agentin sərfi ilə müxtəlif kaskad tənzimləmə sxemləri şəkil 4.15-də verilmişdir:
a – temperaturun 1a termometri (TE), 2a daraldıcı quruluş (FE), 1b normallaşdırıcı (TY-E/E), 1c elektropnevmatik (TY-E/P) çeviriciləri, 1d və 2b ikinci cihazları (TİRK, FİR), 1e və 2c tənzimləyiciləri (TC, FC) və 2d icra mexanizmi ilə tənzimlənməsi;
Şəkil 4.15. Temperaturun analoq (a), analoq-rəqəmsal (b)
və rəqəmsal (c) vasitələrlə kaskad tənzimlənməsi
b - temperaturun 1a termometri (TE), 2a daraldıcı quruluş (FE), 1b pnevmoelektrik (FY-P/E), 2c elektropnevmatik (FY-E/P) çevirici və 2d icra mexanizmi ilə tənzimlənməsi. Analoq-rəqəm (Aİ) və rəqəm-analoq (AO), tənzimləyicilər (C) PMK-da, virtual göstərən (İ) və tapşırıqverici (K) OP-də reallaşdırılmışdır;
c - temperaturun 1a rəqəmsal termometri (TE), 2a rəqəmsal sərfölçən (FE) və 2d icra mexanizmi ilə tənzimlənməsi. Tənzimləyicilər (C) PMK-da, virtual göstərən (İ) və tapşırıqverici (K) OP-də reallaşdırılmışdır.
Kontrollerli avtomatlaşdırma sistemində siqnallama
Kontrollerli avtomatlaşdırma sistemində (KAS) siqnallamanın funksiyası klassik sistemdə olduğu kimi qalsa da, texniki reallaşdırılması tamamilə fərqlidir. Məlum olduğu kimi klassik avtomatlaşdırma sistemindəki böyük sahəli operator zalı və mərkəzi nəzarət lövhəsi KAS-da dəfələrlə kiçik sahəli operator məntəqəsi və monitorla əvəz edilir. Mərkəzi nəzarət lövhəsindəki texniki vəsatlər monitorda virtual vasitələrlə əvəz olunur. Klassik sistemdə texnoloji siqnallama bir qayda olaraq parametrin yalnız texnoloji reqlamentdən çıxmasını bildirirdisə, KAS-da texnoloji siqnallamanın imkanları daha genişdir: siqnallanan parametrin müxtəlif hədlərində həmin parametrin qiymətini göstərən virtual cihaz müxtəlif rəng ala və müxtəlif işıqlana (sabit və ya döyünərək) bilər. Bunun üçün heç bir texniki və ya proqram vəsaiti tələb olunmur. Bütün bu işlər operator panelinin ekran elemenlərinin xassələrinin verilməsi ilə yerinə yetirilir.
Bununla belə, operator panelinin hər hansı bir parametrin reqlamentdən çıxmasını səs siqnalı ilə bildirən imkanı yoxdur. Bu məqsədlə sistemə əlavə olaraq adi zəng qoşulur və onu kontroller idarə edir. Siqnallanan parametrlərin reqlamentdən çıxmasını yoxlamaq, zəngi səsləndirmək, zəngi şöndürmək üçün proqramdan istifadə edilir. LAD dilində iki parametr üçün proqram şəkil 5.6-da verilmişdir. Proqramı istənilən sayda parametrə tətbiq etmək öçün Network 3 hər bir yeni parametr üçün uyğun dəyişənlərlə tirajlanmalı, Network 4-ə isə bir sətir əlavə edilməlidir.
Təqdim edilən proqram siqnallamanın operator panelində siqnalanan parametrin cari qiymətini göstərən virtual cihazın rənginin dəyişməsini nəzərə almaqla tərtib edilmişdir, daha doğrusu proqram yalnız zəngin çalınması və onun söndürülməsi üçün nəzərdə tutulmuşdur. Virtual cihazın rənginin dəyişdirilməsi isə ekran elementləri yaradılarkən uyğun virtual cihazın xassəri verilməklə nəzərə alınmalıdır. Baxılan proqram hər bir parametrin aşağı və yuxarı həddən çıxmasını bir parametr kimi nəzərə almaqla işləyir.
Şəkil 5.6. İki parametrə görə zəngi səsləndirmə proqramı
Şəkildə: y1 və y2 siqnallanan texnoloji parametrlər; y1min, y1max. y2min, y2max uyğun olaraq onların aşağı və yuxarı hədd qiymətləridir.
Siqnallama proqramının işi: fərz edək ki, y1 parametri özünün aşağı və ya yuxarı həddinə çatmış və ya onu keçmişdir. Bu zaman p1 konnektoru “1” qiymət alır (Network 2) və onun Network4 -dəki p1 kontaktı qapanaraq zəngi səsləndirən diskret çıxışı (
Do'stlaringiz bilan baham: |