Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


N.S.Xruşşovun Sov.İKP MK-nın Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti



Download 2,21 Mb.
bet5/32
Sana09.05.2017
Hajmi2,21 Mb.
#8546
1   2   3   4   5   6   7   8   9   ...   32

N.S.Xruşşovun Sov.İKP MK-nın Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti. 1953-cü ildə Stalinin vəfatından sonra Xruşovun hakimiyyətə gəlməsi ilə xarici siyasətdə mühüm dəyişikliklər baş verdi. 1949-1953-cü illərdə SSRİ-nin xarici işlər naziri (XİN) olmuş Vışinsikinin «Prokuror» doktrinası Xruşovun «Mülayimləşmə» dokrinası ilə əvəz olundu. Bu dövrdə Koreyada sülhə nail olundu, Yuqoslaviya ilə münasibətlər nizama salındı. 1954-cü ildə atom SSRİ-nin silah cəbhəxanasına daxil edildi. 1954-cü ildə SSRİ-nin yaxından iştirakı ilə Fransa Vyetnamın müstəqilliyini tanıdı. 1955-ci ildə olmuş Cenevrə konfransında SSRİ Eyzenhauerin «aşıq səma» dokrinasını qəbul etmədi. 1954-cü ildə SSRİ Port-Artur hərbi bazasını yenidən Çinə, hərbi-strateji məqsədlər üçün götürdüyü Xanko yarımadasını Finlandiyaya qaytardı.

Sosialist dövlətləri arasında münasibətlərin möhkəm­lənməsində 1955-ci ilin mayında yaradılmış Varşava müqa­viləsi təşkilatı mühüm mərhələ oldu. Buraya Yuqoslaviyadan başqa, Aropanın bütün sosialist ölkələri daxil oldular.

Sovet xarici siyasətinin mühüm istiqamətlərindən biri də Hindistanla dostluq münasibətlərinin yaradılması oldu.

«Mülayimləşmə» SSRİ-nin Qərb ölkələri ilə müna­sibət­lərinə də təsir göstərdi. 1954-cü ildə ABŞ, Böyük Britaniya, Fransa və SSRİ xarici işlər nazirlərinin müşavirəsi oldu. Müşa­virədə Hindistan, Koreya, Almaniya problemini və Avropada kollektiv təhlükəsizlik məsələsini müzakirə etdilər. Qərb dövlət­ləri NATO-nun müdafiə xarakterini təbliğ etdikdə SSRİ bildirdi ki, əgər ABŞ-ın iştirakı ilə Avropada kollektiv təh­lükə­sizlik haqqında müqavilə bağlansa, o, NATO–ya girməyə razılıq verir. SSRİ-nin təklifi rədd edildi.

Dünyanın müharibədən sonrakı quruluşunun ən kəskin problemi Almaniya məsələsi idi. 1955-ci ilə kimi SSRİ-nin alman dövlətlərindən ancaq biri ADR-lə diplomatik müna­sibətləri var idi. 1955-ci ildə Sovet höküməti SSRİ-də olan alman hərbi-əsərlərinin vətənə qaytarılması haqqında qərar qəbul etdi. Lakin alman hərbi əsirlərinin bir qismi, hərbi cinayət­karlığa görə məhkum edilmiş 6 min nəfərdən çox adam SSRİ-də qalmaqda idi. Qərb mətbuatında bu məsələ son dərəcə kəskin şəkil almışdı. SSRİ əsirlərin qanunsuz saxlanılmasında ittiham edilirdi. Onların taleyini yüngül­ləşdirməyi ADR höküməti də xahiş edirdi. 1955-ci ilin sen­tyabrında AFR kansleri Adenauer SSRİ-yə gəldi. Danışıqlarda alman əsirləri məsələsi başlıca müzakirə obyekti idi. Xuruşşov təkid edirdi ki, ADR-i AFR rəsmən tanısın. Yalnız qismən kom­promis əldə edildi. SSRİ ilə AFR arasında diplomatik münasibətlər yarandı. 1957-ci ildə alman hərbi əsirlərinin vətənə qaytarılması haqqında razılıq alındı. Lakin danışıqlar başa çatdıqdan sonra Adenaner bütün alman xalqını təmsil etməyə vəkil edildiyini bildirdi. Buna cavab olaraq SSRİ-də bildirdi ki, o, ADR-in hüquqlarını tanıyır.

Avstriya ilə Dövlət müqaviləsinin bağlanması beynəlxalq sahədə böyük nailiyyət idi. SSRİ əvvəl Avstriya ərazisində dörd dövlətin kiçik qoşun kontingentinin saxlanılmasını təklif edirdi. Lakin Avstriya hökümətindən ölkənin bitərəfliyi haq­qında təminat alaraq digər böyük dövlətlərlə birgə 1955-ci ilin mayında müstəqil, demokratik Astriyanın bərpası haqqında müqaviləni imzaladı.

Stalinin ölümündən sonra Şərqi Avropadakı sosialist dövlətlərin bir çoxu bu sistemdən yaxa qurtarmağa çalışdı. 1953-cü ildə ADR və Polşada, 1956-cı ildə isə Macarıstanda antisovet çıxışları gücləndi. SSRİ Polşa və ADR-ə güzəştə getsə də, Macarıstandakı hadisələri zor gücünə yatırtdı. Orada Yanoş Kadar hakimiyyətə gətirildi.

1956-cı ilin fevralında olmuş partiyanın XX qurultayında SSRİ müasir dövrdə müharibənin qarşısını almaq, dinc yanaşı yaşamaq və müxtəlif ölkələrin sosializmə keçmək formalarının müxtəlifliyi məsələsini yeni tərzdə beynəlxalq aləmə çatdırdı. 1956-cı ilin oktyabrın 19-da SSRİ ilə Yaponiya arasında diplomatik münasibətlər yarandı. Birgə bəyannamənin imzalanması ərəfəsindəki danışılarda Yaponiya ilk dəfə olaraq SSRİ qarşısında «Şimal ərazilərinin» - İturur, Kunaşir, Şikotan adaları və Cənubi Kiril adaları qrupunda Xabomai ada silsiləsiin qaytarılması məsələsini irəli sürdü. Razılığa gəlindi ki, sülh müqaviləsi bağlanarkən Şikotan və Xabomai ada silsiləsi Yaponiyaya verilsin, digər adaların taleyinə isə sonra baxılsın. Lakin ABŞ-la Yaponiya arasında ABŞ-a Yaponiya ərazisində hərbi qüvvələrini və hərbi bazalarını saxlamaq hüquqi verən 1960-cı il müqaviləsindən sonra SSRİ Yapo­niyaya heç bir ərazi verməyəcəyini bildirdi.

1957-ci ildə Yuqoslaviya ilə münasibətlər yenidən pisləşdi. Sovet ideologiyası sosializmin Yuqoslaviya modelini – özünüidarənin geniş inkişafını və bazar münasibətlərinə malik bu modeli kobud sürətdə tənqid etdi. Yuqoslaviya tərfəindən bu kəskin etiraza səbəb oldu. 1957, 1960-cı illərdə keçirilən Kommunist və fəhlə partiyalarının Moskva müşa­virəsində SSRİ sosializmə keçmənin ümumi qanunauy­ğunluqları məsələsini ön plana çəkdi.

1959-cu ilin payızında N.S.Xruşşov ABŞ-a səfər etdi. ABŞ prezidenti ilə danışıqlarda tərk-silah problemləri açıq müzakirə edildi. Amerika prezidenti ilə şəxsi əlaqə beynəlxalq gərginliyin zəifləməsinə kömək edirdi. Diplomatik yolla razılaşdırıldı ki, SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökümət başçıları 1960-cı ilin mayında görüşsünlər. Lakin SSRİ səmasında ABŞ təyyarəsinin görüşdən bir neçə gün əvvəl vurulması SSRİ-nin orada iştirakdan imtina etməsinə səbəb oldu.



1960-cı ilin payızında Xruşşov BMT-nin tribunasında hələ də qalan müstəmləkə rejimlərinin ləğvi barədə məsələ qaldırmaqla bütün üçüncü dünya ölkələrində SSRİ-nin nüfuzunu xeyli yüksəltdi. 1961-ci ilin avqustunda Xruşşovun «qorxulu iş», dünya siyasətçilərinin «ikinci Çin səddi» adlandırdıqları Berlin divarı çəkildi. 1961-1962-ci illərdə SSRİ –ABŞ qarşıdurması zamanı əsas arena Kuba oldu. 1961-ci ili aprel ayında Amerika gəmilərində Kuba ərazisinə kubalı mühacirlərin hərbi desantı çıxarıldı. Belə şəraitdə SSRİ çox təhlükəli addım ataraq 1962-ci ilin iyun ayında Kubada Sovet atom silahını yerləşdirməsi haqqında Kuba ilə gizli müqavilə imzaladı. Kubada ABŞ-ın böyük şəhərlərinə qarşı yönəldilmiş 62 ədəd orta mənzilli raket yerləşdirildi. Buna cavab olaraq Kennedi hökuməti 1962-ci ilin oktaybrın 22-də Kubanı hərbi-dəniz blokadasına aldı. Hər iki tərəfin qarşılıqlı güzəştə getməsi nəticəsində Karib böhranı dinc yolla aradan qaldırıldı və dünya nüvə müharibəsi təhlükəsindən qurtardı. 1962-ci ildə Karib böhranı zamanı SSRİ özünün sualtı gəmi raketlərini geri çəkməklə, ABŞ isə Kubaya müdaxiləyə cəhd etməyəcəyi və rejimi devirmək üçün səylər göstərməyəcəyi barədə öhdəlik götürməklə yeni dünya müharibəsinin baş verməsinin qarşısını aldılar.Bu hadisədən sonra ABŞ-ın dövlət rəhbərləri SSRİ ilə münasibətləri təhlükəli vəziyyətə çatdırmamağa üstünlük verdilər. Kennedi bildirdi ki, ABŞ mühüm beynəlxalq problemlərin hərbi yolla deyil, dinc vasitələrlə həll edilməsinə və Yer kürəsindəki hər hansı başqa sistemlə dinc yarış aparmağa tərəfdardır. 1963-cü ilin avqustun 5-də ABŞ, SSRİ və İngiltərə arasında nüvə silahının atmosferdə, kosmik fəzada və sualtında sınaqlarının qadağan edilməsi haqqında saziş bağlandı. Xruşşovun dövründə SSRİ ilə Çin arasında münasibətlərin kəskinləşməsinin əsas səbəbi Çinin SSRİ-dən Sov. İKP-nin XX qurultayının «Şəxsiyyətə pərəstiş» haqqında qərarından, Sov. İKP proqramından əl çəkməsini, həmçinin vaxtilə bağlanmış Nerçinski (1689-cu il) və Pekin (1860-cı il) müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etməsi və ərazi iddiaları idi. Lakin Xruşşovun dövründə bu məsələlər öz həllini tapmadı. SSRİ Çinin təklifini rədd etdi.

SSRİ L.İ.Brejnevin Sov. İKP MK-nin Baş katibi olduğu dövrdə (1964-1982-ci illər). Sovet İKP MK-nın 1964-cü ilin oktyabr plenumunda Leonid İliç Brejnev Sov. İKP MK-nın birinci katibi seçildi. Aleksey Nikolayeviç Kosıgın isə SSRİ Nazirlər Sovetinin sədri təyin edildi. 1964-cü ilin noyabrında yeni bir plenum çağrılaraq şəhər və kənd partiya təşkilatları yenidən birləşdirildi. Böyük islahatçı olan Kosiginin başçılığı ilə sənaye və kənd təsərrüfatında köklü dəyişikliklərin zəruriliyi ilə əlaqədar islahatlar keçirilməyə başlandı. 1965-ci ilin martında Mərkəzi komitənin xüsusi plenumunda kənd təsərrüfatında təxirə salınmaz tədbirlər haqqında məsələ müzakirə edildi. Plenum kənd təsərrüfatının inkişafının ləng getməsinin səbəblərini aşkara çıxartdı. Bu səbəblər, əsasən obyektiv iqtisadi inkişaf qanunlarının lazımınca nəzərə alınmaması, bəzən isə bunlara etinasızlıq göstərilməsi, ictimai mənafe ilə şəxsi mənafenin əlaqə­lən­dirilməməsi, kənd təsərrüfatı məhsulları istehsalını artırmağa kolxoz­çularda və sovxoz fəhlələrində maddi maraq oyatmaq prinsipinin pozulması idi. Səbəblərdən biri də rəhbərlik praktikasında, xüsusilə planlaşdırma, qiymətqoyma, maliy­yə­ləşdirmə və kreditləşdirmə sahəsində subyektivist xarakterli hərəkət­lərin getdikcə daha üstün yer tutması idi. Kolxoz və sov­xozlar üzərinə əsassız istehsal tapşırıqları qoyulur, kənd təsər­rüfatı bitkilərinin coğrafi yerləş­diril­mə­sində özbaşnalığa yol verilirdi.

Plenum kənd təsərrüfatındakı geriliyin səbəblərini aradan qaldırmaq üçün qərarlar qəbul etdi. Taxılın satın alınmasına dair 1965-ci il üçün müəyyən edilmiş plan azaldılıb. 4 milyard puddan 3 milyard 400 milyon puda endirildi və bu plan 1970-ci ilədək sabit və dəyişilməz elan edildi. Kəndlilərə istədiyi kimi mənzil tikmək, istədiyi qədər mal-qara saxlamaq icazəsi verildi. Kəndlilərdə maddi maraq yaratmaq üçün kolxozların dövlətə olan borcları silindi. Belə bir yeni qayda qoyuldu ki, kolxozlardan gəlir vergisi heç də əvvəllər olduğu kimi, ümumi gəlirdən deyil, xalis gəlirdən tutulsun. Kolxoz torpaqlarının əsaslı sürətdə yaxşılaşdırılması üçün çəkilən xərclərin hamısını dövlət öz üzərinə götürdü. Dövlət kolxozçular, fəhlə və qulluqçuların şəxsi yardımçı təsərrüffatları məsələsində subyektivist səhvləri də düzəltdi. Kənd yerləri, şəhərlər və şəhərətrafı zonalarda yardımçı şəxsi təsərrüfatlar üzərinə əvvəlki illərdə qoyulmuş lüzumsuz və əsassız məhdudiyyətlər aradan qaldırıldı. Mal-qarası olan şəxslərdən vergi tutulması ləğv edildi, mal-qara sahiblərinə qüvvətli yem satmağa icazə verildi. Kəndlilər yük avtomobilləri ilə yanaşı həm də digər avtomobilləri dövlətdən ala bilərdilər. Kənd təsərrüfatına əsaslı vəsait qoyuluşu artırıldı, kənd təsərrüfatının texniki bazası möhkmələndirildi. Böyük torpaq sahələrində meliorasiya işləri görmək nəzərdə tutulurdu. Sənayedə olduğu kimi, kənd təsərrüfatında da sabit plan tətbiq edildi. Artıq qalan məhsul 50%, bəzən də 100% artıq qiymətlə dövlətə satıla bilərdi. Kolxozçulara pul və kənd təsərrüfatı məhsulu şəklində təminatlı əmək haqqı verilməsi qaydasının tətbiq edilməsi məsləhət görüldü.

Kənd təsərrüfatı mütəxəssislərinin və kənddə işləyən müəllimlərin, həkimlərin imtiyazları artırıldı. Onlar mənzillə təmin edilməli, onlara elektrik enerjisi pulsuz verilməli idi. Onların maaşları da çox olmalı idi. Bütün bu tədbirlərdən məqsəd kənd təssərrüfatını, onun məhsuldarlığını sabit sürətlə yüksəltmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın maddi vəziyyətini yaxşılaşdırmaq idi.

Sov. İKP MK-nın 1965-ci ilin sentyabr plenumunda isə sənaye ilə əlaqədar məsələ müzakirə edildi. Plenum sənayenin idarə olunmasını yaxşılaşdırmaq, sənaye istehsalında plan­laşdırmanı təkmilləşdirmək və iqtisadi həvəsləndirməni gücləndirmək haqqında məsələ müzakirə etdi. Bu məsələnin müzakirəyə qoyulmasına səbəb sənayenin çox böyük ehtiyat mənbələrindən daha mükəmməl və daha yaxşı istifadə etmək mülahizələri idi. Digər tərəfdən son illərdə sənayedə milli gəlirin artım sürətinin azalması, əsas istehsal fondlarının hər rubl hesabı ilə sənaye məhsulu buraxılışının azalması, əmək məhsuldarlığının artım sürətinin yavaşıması, yeni müəssisələrin işə salınmasının ləngiməsi, yeni qurğuların istifadəyə gec verilməsi, elmi nailiyyətlərin istehsalata ləng tətbiqi kimi xoşagəlməz hallar aşkara çıxmışdı. Yüngül, yeyinti, kimya, meşə, kağız, tikinti materialları ölkənin tələ­batını ödəmirdi. İdarəetmə işində sahə prinsipinin pozulması sənayenin inkişafına mənfi təsir göstərirdi. Bu plenumda sənayeni idarə etməyin ərazi-istehsalat prinsipindən yenidən sahə prinsipinə keçirildi, xalq təsərrüfatı şuraları ləğv edildi, yenidən nazirliklər yarandı. Müəssisələrdə xüsusi həvəs­ləndirmə, ictimai-mədəni tədbirlər və mənzil tikintisi fondları təşkil edildi. On üçüncü əmək haqqı verilməyə başladı.

Plenum iqtisadiyyata planlı rəhbərlik formalarını və müəs­sisələrdə təsərrüfatçılığı təkmilləşdirmək işinin üç əsas istiqamətini müəyyən etdi. Bu istiqamətlər aşağıdakılar idi: iqtisadiyyatın dövlət xətti ilə planlaşdırılmasının elmi səviyyəsini yüksəltmək; müəssisələrin təsərrüfat müstəqil­liyini və təşəbbüsünü genişləndirmək, təsərrüfat hesabını möhkəmlət­mək; qiymət, mənfəət, kredit kimi vasitələrin kö­məyi ilə istehsalatda iqtisadi həvəsləndirməni gücləndirmək.

Bu plenumdan sonra müəssisələrə qiymət istehsal etdiyi məhsulun miqdarına görə geyil, keyfiyyətinə və satılmış məhsulun həcminə görə verilməyə başladı. Müəssisələr dövlət tərəfindən verilmiş planları əvvələcədən öz müəssisələrinə uyğun şəkildə azalda və ya çoxalda bilərdilər.

Əhalinin asudə vaxtının təşkilinə, onun dispanser­ləş­dirilməsinə, kütləvi bədən tərbiyəsi və idmana xüsusi diqqət yetirilməyə başlandı.

Ümumiyyətlə, 1965-ci il plenumlarında irəli sürülürdü ki, iqtisadiyyatı inkişaf etdirməyin ekstensiv metodlarından da­ha çox intensiv metodlarına üsütünlük verilsin, elmi nailiy­yətlərin istehsala tətbiqi gücləndirilsin.

Ölkədə sosial sahədə də tədbirlər görüldü. 1966-cı ildə məc­buri orta təhsilə keçmək haqqında SSRİ Nazirlər Soveti xü­susi qərar qəbul etdi. Təhsil və səhiyyəyə, təqaüdlərə ayrılan vəsait artırıldı.

1966-cı ildə olmuş Sovet İKP XXIII qurultayında 1966-1970-ci illəri əhatə edən səkkizinci beşillik plan qəbul edildi. Bu beşillik plan SSRİ tarixində «qızıl beşillik» adlandı. Bu beşillikdə SSRİ iqtisadiyyat özünün ən yüksək inkişaf göstəricilərini nümayiş etdirdi. Beşillik ərzində təqribən 1900 iri sənaye müəssisəsi və obyekti işə salındı. Sənaye məhsulları istehsalı 47% əvəzinə 50%, milli gəlir 38% əvəzinə 41%, kənd təsərrüfatı məhsulunun orta illik həcmi əvvəlki beşillikdə olan 12% əvəzinə 21% artdı. 1970-ci ildə ölkədə 186 milyon tondan çox, yəni özünün bütün tarixi ərzində ən çox taxıl yığıldı. 1966-1970-ci illərdə yarım milyard kvadrat metrdən artıq mənzil sahəsi istifadəyə verildi.

70-ci illərdə SSRİ artıq xammal və material, enerji və əmək ehtiyatları problemi ilə üzləşməyə başladı. Bunlar üçün çox böyük məsrəf sərf edilməsi tələb olunurdu. Artıq iqtisadiyyatı ekstensiv yolla inkşaf etdirmək imkanları tükənmişdi. Lazım gəlirdi ki, iqtisadiyyatı inkşaf etdirməyin intensiv yollarına (elmi nailiyyətlərdən istifadə etmək) keçilsin. 1971-ci ildə olmuş partiyanın XXİV qurultayında bu məsələlər öz geniş əksini tapdı. Qurultayda həm də sosial sahəni əhatə edən mühüm qərarlar qəbul edildi. Qurultay partiyanın nizamnaməsində də dəyişiklik edərək «Birinci Katib» sözünü «Baş Katib» sözü ilə əvəz etdi.

70-ci illərin əvvəllərində iqtisadiyyatın inkişafında durğunluq özünü göstərməyə başladı. Ölkənin durğunluq vəziyyətinə düşməsinin səbəbi ilk növbədə iqtisadi vəziyyətin dəyişməsinə vaxtında siyasi qiymət verilə bilməməsi idi. SSRİ-nin silahlanmaya öz büdcəsinin yarıdan çoxunu sərf etməsi də səbəblərdən biri idi. SSRİ - də olan alimlərin 1/ 3 hissəsi hərbi sahədə çalışırdı. Həmçinin əsrin ən böyük tikintisi hesab edilən Baykal – Amur magistralının (BAM) çəkilişi də ölkəyə çox böyük xərcə başa gəlirdi. Vəziyyəti çətinləşdirən amillərdən biri də SSRİ–nin Şərqi Avropa ölkələrində qoşun saxlaması idi. Digər təsiredici amillərdən biri SSRİ–nin Yaxın və Orta Şərqdə baş verən hadisələrə qa­rışması, Ərəb ölkələrinə və azadlıq uğrunda mübarizə edən digər ölkələrə kömək etməsi idi. Ölkə daxilində sosial xərclərin artması da durğunluğu səbəb olan amillərdən idi. Belə ki, 70-ci illərin əvvəllərində ölkədə orta aylıq əmək haq­qı 70 manat oldu. Hər nəfərə 50 manatdan az düşən ailə­lərdə uşaqlar üçün müavinət təyin edildi. Bütün bunlar onunla nəticələndi ki, 1980-ci illərin əvvələrində durğunluq böhran qabağı vəziyyətlə əvəz olundu. Ölkədə ət və yağ məhsulları talon sistemi ilə əhaliyə satılmağa başladı. Kənd təsərrüfatı bu illərdə cəmi 6% artdı. Ölkədə mili gəlir 60 – ci illərlə mü­qa­yisə­də 2,5 dəfə aşağı düşdü. SSRİ–də iqtisadiyyatda baş verən böhran ideologiya və siyasətdə də özünü birüzə verdi. Nəz­zəriy­yə praktikadan ayrı düşdü. İnsanlar sözdə bir şey, işdə isə başqa şey gördülər. Zəhmətsiz gəlirlər çoxaldı. Xəlvəti iqti­sadiyyat ölkədə canlandı.

Leonid İliç Brejnev dövrünü bəzən ədəbiyyatda «Neo­stalinizm», «qızıl əsr» dövrü kimi də qiymətləndirirlər. Bu dövrdə inzibatı amirlik sisteminin yerini inzibatı-bürokratik sis­tem tutdu. Stalini ittiham etməkdən əl çəkildi, partiya dövlət nomen­klaturası ənənəsi gücləndirildi. «Kadrların sabitliyi» xət­ti irəli sürüldü «Partiyanın birliyi uğrunda mübarizə» şüarı altında baş xəttə uyğun gəlməyən hər bir hərəkət heçə endirilirdi.

1976-cı ildə olmuş Sov. İKP-nin XXV qurultayında 1976-1980-ci illəri əhatə edən X beşillik planın direktivləri qəbul edildi. Bu qurultayda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosu üzv­lüyünə namizəd seçildi. Partiya aparatı sürətlə şişməyə baş­ladı. Orada işləyənlərin sayı 18 milyonu ötüb keçdi. Kom­munist partiyasının diktaturası hökm sürməyə başladı. Bu, 1977-ci ildə qəbul edilən SSRİ-nin üçüncü konstitusiya­sında da öz əksini tapdı. Konstitusiyanın 6-cı maddəsində partiyanın rəhbər rolu təsbit olundu. İndi müəssisələrdə, təş­kilatlarda partiya komitələrinin razılığı olmadan heç bir məsələ həll edilə bilməzdi. 1982-ci ilin noyabrında L.İ.Brejnev vəfat etdi.



L.İ.Brejnevin Sov.İKP MK-nın Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti. L.İ.Brejnevin dövründə SSRİ-nin xarici siyasətində də inzibati-amirlik metodları özünü göstərirdi. SSRİ sosialist ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu ölkələri öz təsiri altında saxlayırdı. Bu özünü 1968-ci il «Praqa baharı» adlanan Çexoslovakiya hadisələrində bir daha nümayiş etdirdi. 1968-ci ilin avqust ayında SSRİ Varşava müqaviləsinin, Ruminiyadan başqa, iştirakçısı olan dövlətlərin hamısını Çexoslovakiyaya qoşun yeritməyə məcbur etdi. Orada antisosialist qüvvələr zərərsiz­ləşdirildi. Yenidən sosialist sistemi bərqərar oldu. Bu “Praqa baharı” adlandı. Çexoslovakiya hadisələri göstərdi ki, SSRİ hərbi cəhətdən güclüdür və onunla zarafat etmək olmaz.

1969-cu ilin martında Çinlə SSRİ arasında münasibətlər kəskinləşdi. Amur çayında yerləşən Damansk adasında silahlı toqquşma baş verdi. Lakin SSRİ 80 dəqiqə ərzində bu toqquşmaya son qoydu. Lazer şüasından istifadə edərək Çin hərbçilərini geri oturtdu.

60-cı illərin sonlarında baş verən bu hadisələr SSRİ-nin hərbi qüdrətini nümayiş etdirdi. 1967-ci ildə altı günlük İsrail-Ərəb müharibəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin sonunda SSRİ ilə ABŞ arasında silahlanmada hərbi paritet yarandı. Bütün bunlar beynəlxalq iqlimdə dəyişikliyə səbəb oldu, «soyuq müharibə»nin zəifləməsinə, beynəlxalq gərgin­likdən qarşılıqlı anlaşmaya doğru addım atılmasına gətirib çıxartdı. Dünyanın taleyini həll edən iki dövlət - ABŞ və SSRİ 1972, 1979-cu illərdə strateji silahları məhdudlaşdırmaq haqqında SSM-1 və SSM-2 sazişlərini bağladılar.

Sov. KİK-nin 1971-ci ilin mart-aprel aylarında olmuş XXIV qurultayında sovet dövləti öz sülh proqramını elan etdi ki, bunun da əsas müddəaları aşağıdakılardan ibarət idi:

- Cənub-Şərqi Asiyada və Yaxın Şərqdə müharibə ocaqlarını ləğv etmək, təcavüzə məruz qalan dövlətlərin və xalqların qanuni hüquqlarına hörmət əsasında bu rayonlarda vəziyyətin siyasi yolla nizama salınmasına kömək göstərmək; hər cür təcavüzkarlıq və beynəlxalq özbaşınalıq hərəkətlərini dərhal və qətiyyətlə dəf etmək, mübahisəli məsələlərin həlli üçün zor işlətməkdən və zor işlətmək həvəsindən imtina edilməsi beynəlxalq həyat qanunu olmalıdır. Sovet İttifaqı bu nöqteyi-nəzərdən məhəlli müqavilələr bağlamağa hazırdır.

- İkinci dünya müharibəsi nəticəsində dünyada əmələ gəlmiş ərazi dəyişikliklərinin qəti şəkildə qəbul edilməsini əsas tutmaq, bu qitədə gərginliyin zəiflədilməsinə və sülhə doğru əsaslı dönüş yaratmaq, Ümumavropa müşavirəsinin çağırılmasını və müvəffəqiyyətini təmin etmək, Avropada kollektiv təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirləri görmək. Sovet İttifaqı Varşava müdafiə müqaviləsinin iş­tirakçısı olan ölkələrlə birlikdə ifadə etdikləri belə bir fikri təsdiq edir ki, Varşava müqaviləsi ilə Şimali Atlantika İttifa­qının, eyni vaxtda ləğv edilməsinə, yaxud ilk addım olaraq on­ların hərbi təşkilatlarının ləğv edilməsinə hazırdır.

- Nüvə silahını, kimyəvi və bakterioloji silahı qadağan edən müqavilələr bağlamaq, nüvə silahı sınaqlarının, o cümlədən yeraltı sınaqların hər yerdə və hamı tərəfindən dayandırılmasına nail olmaq; dünyanın müxtəlif rayonlarında nüvə silahı saxlanmayan zonalar yaradılmasına kömək etmək. Sovet dövləti nüvə silahına malik olan bütün dövlətlərin nüvə silahını tərk etməsinə, nüvə silahına malik olan beş dövlətin – SSRİ, ABŞ, ÇXR, Fransa və İngiltələrinin bu məqsədlə konfranslarının çağırılmasına tərəfdardır.

- Hər cür silahla sürətlə silahlanmanın dayandırılması uğrunda mübarizəni gücləndirmək, Sovet İttifaqı tərksilah mə­sə­lə­lərini bütövlükdə müzakirə etmək üçün Ümumdünya kon­fransı çağırılmasına, xarici hərbi bazaların ləğv edilməsinə, qoşunların qarşı-qarşıya durmasının xüsusilə təhlükəli olduğu rayonlarda, Mərkəzi Avropada silahlı qüvvələrin və silahların azaldılmasına tərəfdardır. Hərbi münaqişələrin təsadüfi baş verməsi və ya qəsdən törədilməsi, böyüyüb beynəlxalq böh­ran­lara, müharibəyə çevrilməsi ehtimalını azaldan tədbirlər iş­lənib hazırlanmasını məqsədəuyğun hesab edir. Sovet İttifaqı hərbi xərcləri, birinci növbədə iri dövlətlərin hərbi xərclərini azal­tmaq haqqında razılığa gəlməyə hazırdır.

- Hələ də qalan müstəmləkə rejimlərini ləğv etmək haq­qında BMT-nin qərarlarını tamamilə həyata keçirmək, irqçilik və aparteid təzahürləri hamı tərəfindən pislənilməli və boykot edilməlidir.

- Sovet İttifaqı əməkdaşlıq etmək istəyən dövlətlərlə bütün sahələrdə qarşılıqlı fayda əsasında əməkdaşlıq münasibətlərini dərinləşdirməyə hazırdır, təbii mühiti qoruyub saxlamaq, enerji ehtiyatlarından və başqa təbii ehtiyatlardan istifadə etmək, nəqliyyat və rabitəni inkişaf etdirmək, ən təhlükəli və ən çox yayılmış xəstəliklərin qarşısını almaq və bu xəstəlikləri ləğv etmək, kosmosu və Dünya okeanını öyrənmək və onlardan istifadə etmək kimi problemlərin həllində digər əlaqədar dövlətlərlə birlikdə iştirak etməyə hazırdır.

Lakin bu proqram heç də bütün dünya dövlətləri tərəfindən birmənalı qarlışanmadı.

1970-ci ildə nüvə silahını yaymamaq haqqında müqavilənin qüvvəyə minməsində SSRİ-nin böyük rolu oldu. 1971-ci ildə Berlinə dair 4 dövlət sazişi bağlandı. Qərbi Berlinin müstəqilliyi təmin olundu. 1973-cü ilin oktyabrında SSRİ-də ümümdünya sülh konqresi keçirildi. SSRİ 1973-1974-cü illərdə İsrail-Ərəb müharibələrində Ərəb ölkələrinə yaxından kömək etdi.

1975-ci ildə SSRİ-nin fəal iştirakı ilə Helsinki müşavirəsində Avropada təhlükəsizlik və əməkdaşlıq müşa­virəsi (ATƏM) təşkilatı yarandı 1994-cü ildən bu təşkilat ATƏT adlandı. 1978-ci ilin sonu 1979-cu ilin əvvəllərində Çin Vyetnama qarşı hərbi müdaxiləyə başlasa da, SSRİ buna imkan vermədi, Vyetnamı müdafiə etdi.

70-ci illərdə SSRİ ilə sosialist ölkələri arasında iqtisadi əməkdaşlıq sahəsində müəyyən müvəffəqiyyətlər qazanıldı. Sosialist ölkələrinin sənaye cəhətdən inkişafı, yanacaq-xammal və energetika bazasını yaratmaq üçün onların səylərinin birləşdirilməsi tələb edilirdi. Bu məqsədlə birgə obyektlər tikildi ki, «Dostluq» qaz kəməri onlardan birincisi oldu. «Sülh» energetika sistemi yaradıldı. Əməkdaşlığın genişlən­dirilməsində QİYŞ mühüm rol oynayırdı.

1971-ci ildə QİYŞ üzvü olan ölkələr 15-20 il üçün nəzərdə tutulmuş sosialist inteqrasiyasının kompleks proqramını qəbul etdilər. 70-ci illərin axırlarında əməkdaşlığın bir sıra sahələrində uzunmüddətli məqsədli proqramlar işlənib hazırlandı və qəbul olundu. Lakin onlar bütövlükdə kompleks inteqrasiya proqramı kimi, resurs, gözlənilən nəticə və məqsəd nöqteyi-nəzərindən kifayət qədər işlənmədiyindən onların reallaşdırılması ancaq ayrı-ayrı tədbirlərdən ibarət oldu.

70-ci illərin ikinci yarısında SSRİ-nin və digər sosialist ölkələrinin həyatında çətinliklər artmağa başladı. Siyasi və iqtisadi əməkdaşlığın yeni forma və metodlarının axtarışı, əmtəə-pul münasibətlərinin təkmilləşdirilməsi tələb olunurdu.

Bu dövrdə SSRİ inkişaf etməkdə olan «üçüncü dünya» ölkələrinə müxtəlif sənaye, tədris, kənd təsərrüfatı müəssisələrinin tikilməsində, milli kadrlar, həkim, müəllim və başqa mütəxəssislər hazırlanmasında yardım göstərirdi. Lakin Sovet İttifaqı ilə bu ölkələr arasındakı münasibətlərə çox vaxt Sovet rəhbərliyinin səhvləri və nöqsanları, müxtəlif nəzəri və sosial-iqtisadi sxemlərin həyata keçirilməsi ardınca qaçmaq, daxili və xarici amillərin, milli xarakterin, tarixi ənənələrin kifayət qədər qiymətləndirilməməsi mane olurdu.

Əgər 60-cı illərin sonundan və 70-ci illərin sonuna qədər olan dövr beynəlxalq gərginliyin zəifləməsi ilə əlamətdar idisə, 70-ci illərin sonundan 80-ci illərin ortalarına qədər olan dövr isə silahların sürətlə artırılması, hələ tarixdə görünməmiş hərbi qarşıdurma ilə yadda qaldı. Dünya hərbi qarşıdurmanın ən təhlükəli hüdudlarından birinə yaxınlaşdı. Bu isə ilk növbədə SSRİ və ABŞ tərəfindən əmələ gəlmiş reallıqlara yeni yanaşmanı tələb edirdi. Beynəlxalq gərginliyin kəskin­ləşməsinin səbəblərindən biri SSRİ və kapitalist ölkələrinin siyasəti idi. Bu siyasətin əsasını SSRİ-nin nüvə müharibəsinin qarşısının alınması strateji konsepsiyası təşkil edirdi. Həmin siyasət fasiləsiz olaraq surətlə silahlanmaya, nəticədə isə nüvə müharibəsinin mümkünlüyünə haqq qazandırırdı. Bu dövrdə Brejnev rəhbərliyi isə sovet adamlarını inandırırdı ki, bey­nəlxalq gərginliyin və müharibə təhlükəsinin güclənmə­sinin başlıca səbəbi Qərbin hərəkətləridir. Bu dövrdə Brejnev rəhbər­liyi xarici siyasətdə çox böyük səhvlərə yol verdi ki, bu da sovet xalqına olduqca baha başa gəldi. Qarşı tərəfə cavab «raketə raket», «təyyarəyə təyyarə», «tanka tank» xarakteri kəsb etdi.

SSRİ silahlı qüvvələri bir sıra silahlara görə də ordunun sayında olduğu kimi ABŞ-ı ötüb keçdi. Bu dövrdə Sovet xarici siyasətinin digər nöqsanı Avropada orta mənzilli raketlərin yerləşdirilməsi haqqında qərar oldu. Bu isə SSRİ-nin sülh və tərksilahın xeyrinə olan ənənəvi siyasi və ictimai fəaliyyətinin inandırıcılığını itirdi.

70-ci illərin sonu - 80-ci illərin ortalarında SSRİ-nin beynəlxalq mövqeyində böhranlı vəziyyət əmələ gəldi. SSRİ heç vaxt həmin dövrdəki kimi qüdrətli strateji potensiala malik olmamışdı, sovet adamarı isə heç vaxt öz təhlükəsizliyi və dünyada vəziyyət üçün belə böyük narahatlıq keçirməmişdi.

1979-cu ilin dekabrında SSRİ Əfqanıstanda qoşun yerləşdirdi. Bunun üçün öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etməyin, həmçinin Əfqanıstanda demokratiyanın müdafiə etməyin zəruriliyi «səbəb» kimi irəli sürülürdü.

70-ci illərin sonlarında SSRİ-nin Avropanın sosialist ölkələrində orta mənzilli raketləri yerləşdirməsi, həm də Əfqanıstana qoşun yeritməsi onu dünya ictimaiyyətinin nəzərində nüfuzdan saldı, onun sülh səylərinə inamı ciddi surətdə sarsıtdı. O artıq demokratiyanın dayağı kimi öz mövqeyini itirdi. Bu hadisələrdən sonra 1980-ci ildə Moskvada keçirilən ümumdünya olimpiadasında bir çox dövlətlər iştirak etmədi.



Download 2,21 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish