Ali məktəb pedaqogikası fənninin tədrisinin əhəmiyyəti və pedaqoji elmlər sistemində yeri


Ali məktəb pedaqogikasi ümumi pedaqogikanin sahəsi kimi



Download 55,08 Kb.
bet5/9
Sana03.12.2022
Hajmi55,08 Kb.
#878490
1   2   3   4   5   6   7   8   9
Bog'liq
Ali m kt b pedaqogikas f nninin t drisinin h miyy ti v pedaqo

Ali məktəb pedaqogikasi ümumi pedaqogikanin sahəsi kimi.

Ümumi pedaqogikanın inkişaf etmiş sahələrindən biri də ali məktəb pedaqogikasıdır. Ali məktəb pedaqogikası ümumi pedaqogikanın əsas kateqoriyalarından, anlayışlarından, qanunauyğunluqlarından, prinsip və qaydalarından, başlıca müddəalarından, tətqiqat metodlarından istifadə edir. Lakin bununla belə, ali məktəb pedaqogikası məktəb pedaqogikası ilə eyni deyil. Ali məktəb pedaqogikasının tədqiqat obyekti, predmeti və bir sıra özünəməxsus xüsusiyyətləri onu ümumi pedaqogikadan fərqləndirir.
Ali məktəb pedaqogikasının spesifik xüsusiyyətləri onun pedaqogikanın müstəqil bir sahəsi kimi inkişafına sabəb oldu.
Ali məktəb pedaqogikasının araşdırmaları gəncliyin ikinci və yaxud yetkinlik dövrünü əhatə edir. Məhz ali məktəb pedaqogikasının spesifik xüsusiyyətləri də bundan irəli gəlir. Bu dövrdə insan artıq əxlaqi, mənəvi dəyərlərin təşəkkülü və dərki ilə digərlərindən fərqlənir.
Tələbə auditoriyası müxtəlif yaşlı, müxtəlif səviyyəli, işgüzarlığı, intizamı, mənəviyyatı, davranışı, şəxsi keyfiyyətləri ilə biri – birindən seçilən gəncləri əhatə edir. Burada əsgəri xidməti başa çatdıran oğlanlar, az-çox əmək təcrübəsinə malik gənclərlə yanaşı, məktəb partası arxasından birbaşa ali məktəbə gələn məzunlar da vardır. Deməli, ali məktəb pedaqogikasının tədqiqat obyekti – 17 – 18 – 25 yaşlı gənclərdir. Hər yaş dövrünün daxilində də müəyyən fərqlər vardır (məsələn 1- ci və 2 – ci, 3 – cü və 4 – cü kurs tələbələri arasında).
Gəncliyin ikinci dövrü şəxsiyyətin formalaşmasının, sosial varlıq kimi təşəkkülü prosesinin müəyyən həddə çatması mərhələsidir. Məhz bu yaş dövründə gəncin psixoloji , ideoloji, vətəndaşlıq yetkinliyi formalaşır. Gənc sosial cəhətdən inkişaf edir, fəal həyat mövqeyi təşəkkül tapır, keyfiyyətcə yeni maraq və meyilləri, tipik xarakter əlamətləri yaranır. Deməli, ali məktəbdə pedaqoji proses tələbələrin hər yaş dövrünün özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla təşkil edilməlidir.
Ümumitəhsil məktəbində təlimin əsas təşkili forması – dərsdir. Dərsdə yeni materialın izahı zamanı müəllim – nəqletmə, şərh, müsahibə, nəzarət, qiymətləndirmə və digər metodlardan istifadə edir. Ali məktəbdə isə prosesində əsasən mühazirədən istifadə olunur. Dərsdəki rəngarəngliyi, müxtəlifliyi mühazirədə reallaşdırmaq mümkün olmur. Təcrübə göstərir ki, tələbələr çox zaman mühazirənin məzmununu, daxili məntiqini dərk etmədən, mexaniki surətdə qeydlər aparırlar. Bu isə xüsusən aşağı kurslarda tələbənin tez yorulmasına və iş qabiliyyətinin zəifləməsinə səbəb olur.
Ali məktəb pedaqogikasının fərqləndirici xüsusiyyətlərində biri də ali təhsil müəssisələrində təlimin formalaşdırıcı rolunun aparıcı olmasıdır. Bu, ali təhsil müəssisələrində pedaqoji prosesin özünəməxsus xüsusiyyətlərindən irəli gəlir.
Ali məktəbdə ümumtəhsil məktəbində olduğu kimi, geniş və hərtərəfli tərbiyəvi iş planı ilə fəaliyyət göstərən sinif rəhbəri yoxdur. Ali məktəbdə ümumtəhsil məktəbində olduğu kimi, geniş miqyasda tərbiyəvi tədbirlər keçirmək imkanı da yoxdur ( vaxt məhdudiyyəti, əsas diqqətin təlim prosesinə verilməsi, tələblərin müstəqil işlərə daha çox vaxt ayrılması və s.). Bununla əlaqədar olaraq ali təhsil müəssisələrində tərbiyəvi tədbirlər epizodik xarakter daşıyır, müəllim – tələbə münasibətləri əsasən təlim prosesi çərçivəsində cərəyan edir. Bu, həm də onunla şərtlənir ki, ümumtəhsil məktəbindən fərqli olaraq ali məktəbdə təhsil – tərbiyə prosesini reallaşdıran – interpretator deyil, elmin bu və ya digər sahəsində elmi tədqiqatlarla məşğul olan alimdir.
Orta məktəb şagirdlərə ümumi təhsil verir, gələcəkdə hansı sahədə işləməsindən asılı olmayaraq, onları təbiət, cəmiyyət və təfəkkürün inkişaf qanunnlarına aid biliklərlə silahlandırr, onlarda müvafiq bacarıq və vərdişlər formalaşdırır. Ümumitəhsil məktəbi həm də politexnik təhsil verir. Politexnik təhsil məktəbliləri istehsal prosesinə aid olan ümumi bilik, bacarıq və vərdişlərlə silahlandırır. Ali məktəb isə peşə təhsili verir, yəni gəncləri konkret fəaliyyət sahəsinə - müxtəlif peşə və ixtisaslara hazırlayır. Ümumtəhsil məktəblərində gəncin gələcək fəaliyyətindən asılı olmayaraq bir çox elmlərin əsasları öyrədilir. Başqa sözlə, orta məktəb insanı əmək fəaliyyətinin hər bir növünə, məşğulluğun hər bir formasına, bazar iqtisadiyyatının müxtəlif istiqamətlərinə hazırlayır. Məktəbli insanların əmək fəaliyyətinin müxtəlif növləri arasındakı əlaqələri dərk edir, şəxsi fiziki və əqli əməyin təşkili yolları ilə tanış olur, cəmiyyət həyatında hazırlanır.
Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisələrində təlim prosesi “monotexnizm” prinsipi üzərində qurulur. Ali məktəb “ümumiyyətlə mütəxəssis” deyil, konkret peşə sahibi əməyin bütün növləri ilə məşğul ola bilən “universal işçi” deyil, əməyin konkret sahəsi üçün mütəxəssis hazırlayır. Lakin bu mütəxəssis fasiləsiz təhsil almalı, özünütəhsillə məşğul olmalı, arzusundan və sosial səbəblərdən asılı olaraq öz peşəsini, ixtisasını dəyişməyə hazır olmalıdır.
Ümumi pedaqogikadan fərqli olaraq, ali məktəb pedaqogikası öz araşdırmalarını xüsusi təhsil (ixtisas təhsili), peşə hazırlığı, konkret əmək fəaliyyəti üçün monotexnik mütəxəssis formalaşdırılması problemlərinin həllinə yönəldir.
Buradan məntiqi olaraq, ali məktəb pedaqogikasını ümumi pedaqogikadan fərqləndirən digər bir xüsusiyyət də irəli gəlir. Belə ki, məktəb pedaqogikasının iqtisadi nəzəriyyə və bazar iqtisadiyyatı ilə əlaqəsi dolayı olsa da, ali məktəb pedaqogikasının əlaqəsi birbaşa aşkar görünür. Məktəb pedaqogikası yetişməkdə olan nəslin tərbiyəsi nəzəriyyəsini təkmilləşdirərkən, şəxsiyyətinin inkişafı problemini araşdırarkən fəlsəfə, tarix, etika, və digər ictimai elmlərin aparıcı müddəalarına istinad edir. Ali məktəb pedaqogikası elmlərlə bilavasitə üzvi əlaqədədir, bazar iqtisadiyyatının tələblərinə uyğun əqli əmək adamlarının formalaşdırılması prosesinin fəal və nüfuzlu iştirakçısıdır.
Bazar iqtisadiyyatının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasının həlledici amili – peşə oriyentasiyasıdır. Məktəb pedaqogikası şagirdlərin peşə oriyentasiyası problemini mücərrəd və ümumi səviyyədə həll edir: məktəblilərə əməyə, əmək adamlarına məhəbbət və hörmət hissi aşılamağa çalışır, şagirdləri psixoloji cəhətdən müxtəlif peşə və ixtisaslara hazırlayır. Ali məktəb pedaqogikası isə ölkə iqtisadiyyatı üçün prioritet olan bu problemi konkret elmi nəzəriyyə və praktika əsasında həll edir.
Sivil cəmiyyət əxlaqca saf, mənəviyyatca zəngin, ahəngdar inkişaf etmiş, çevik, həyatın hər cür təsadüflərinə hazır, rəqabətə dözümlü insanlar tələb edir. Orta məktəb bu ciddi və mürəkkəb məsələləri vahid pedaqoji proses çərçivəsində həll etməyə cəhd göstərir. Şagirdlərin elmlərin əsaslarına yiyələnməsini təmin etməklə təlim prosesi ilə sinifdənxaric işləri əlaqələndirib məqsədəuyğun istiqamətə yönəltməklə onların əqli, əxlaqi, fiziki, mənəvi, estetik inkişafını təmin etməyə çalışır.
Bu problemi ali məktəb pedaqogikası necə həll edir ?
Müasir ali təhsil müəssisələrində tələbə şəxsiyyətinin inkişafının biri – birinə zidd iki istiqaməti mövcuddur: bir tərəfdən ali məktəbdə tərbiyə prosesi, informasiya bolluğu, kollektiv həyatın müxtəlif formaları, kommunikasiyaların zənginliyi tələbənin ahəgdar şəxsiyyət kimi inkişafını istiqamətləndirir. Digər tərəfdən, tələbəlik həyatının bir sıra obyektiv və subyektiv amilləri şəxsiyyətin ahəngdar formalaşma tendensiyasına zidd olan birtərəfli inkişaf meyilləri doğurur.
Bu amillər aşağıdakılardır:

  • dar ixtisaslaşma;

  • Tədris planlarının utilitar (fransızca utilitalre, latınca utilitas – fayda, mənfəət deməkdir. Yalnız əməli fayda, yaxud xeyir götürməyə uyğunlaşdırılan) xarakteri;

  • ali məktəb proqramlarının həcminin durmadan artması və vaxt çatışmazlığı;

  • Ümumi və ictimai fənlərin tədrisinə geniş yer verilməsi və s.

Bütün bunlar tələbəni hədsiz dərəcədə yükləyir. Bu da asudə vaxtı məhdudlaşdırır. Ona görə də tələbə asudə vaxtını fiziki və intellektual inkişafına, şəxsi maraqlarının təmin edilməsinə, fərdi imkanlarının və qabuliyyətlərinin təkmilləşdirilməsinə yönəldə bilmir. Paradoksal vəziyyət yaranır: ali məktəb hərtərəfli yetişmiş mütəxəssis əvəzinə birtərəfli inkişaf etmiş peşə - sənət sahibi formalaşdırır.
Deməli, ali məktəb pedaqogikası bu ziddiyyəti həll etmək üçün tələbə şəsxiyyətinin inkişafındakı “birtərəfliyi”, “məhdudluğu” aradan qaldırmaq yollarını müəyyənləşdirməlidir.
Ali məktə pedaqogikasının mühüm xüsusiyyətlərindən biri də tədqiqat predmetinin və praktik fəaliyyətinin çoxplanlı olmasıdır. Ali məktəb pedaqogikasının predmetinin çoxplanlı olması ali təhsil müəssisələrinin müxtəlifliyi, peşə və ixtisasların geniş spektri, hər bir ali təhsil müəssisəsində pedaqoji prosesin özünəməxsus şəkildə qurulması, tərbiyə prosesinin ali məktəbin profilinə uyğunlaşdırılması və sairədən irəli gəlir.
Əlbəttə, bu heç də ali məktəb pedaqogikasının peşələr üzrə (məsələn, tutaq ki, mühəndis hazırlığı pedaqogikası və s ). Sahələrə ayrılmasına gətirib çıxarmalıdır. Ali məktəb pedaqogikası, sadəcə olaraq, ali təhsilli mütəxəssis hazırlığının səmərəli yol və vasitələrini deyil, ali təhsil müəssisələrində pedaqoji prosesin ümumi qanunauyğunluqlarını aşkarlamalı, bu istiqamətdə pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin edən ümumi prinsipləri işləməli, səmərəli fəaliyyət növləri müəyyənləşdirməli, bu sahədə qabaqcıl təcrübəni öyrənməli və ümumiləşdirməlidir.
Orta məktəbdən fərqli olaraq, ali təhsil müəssisələrində praktikanın, xüsusən də istehsalat praktikasının rolu əvəzedilməzdir. Ali təhsil müəssisələrində praktika ümumtəhsil məktəbindən fərqli olaraq, çoxcəhətlidir. Orta məktəbdə praktika daha çox biliklərin möhkəmləndirilməsinə yönəldiyi halda, ali təhsil müəssisələrində praktika mütəxəssis hazırlığının üzvü tərkib hissəsidir və bu səbəbdən də son dərəcə müxtəlif istiqamətləri (müəllim hazırlığı, həkim hazırlığı, mühəndis hazırlığı və s.) əhatə edir.
Ali təhsil sistemində praktikanın həlledici mövqeyi- ali məktəbin həyatla, cəmiyyət quruculuğu ilə, bazar iqtisadiyyatı ilə əlaqəsinin təzahürüdür. Bu əlaqə həm də ölkə iqtisadiyyatının ali təhsil qarşısında qoyduğu qlobal vəzifələrin yerinə yetirilməsinə istiqamətlənir.
Ciddi və məqsədəuyğun surətdə təşkil olunmuş istehsalat praktikası ali məktəbin çoxcəhətli və müxtəlif istiqamətli fəaliyyətinin keyfiyyət göstəricisidir. Ali məktəbin mütəxəssis hazırlığı sahəsində qazandığı uğurlar istehsalat praktikasının təşkilindən çox asılıdır : istehsalat praktikası, hər şeydən əvvəl, tələbəyə gələcək ixtisası ilə daha dərindən tanış olmağa imkan verir, ikincisi, tələbənin seçdiyi peşə - ixtisas istiqamətində praktik bilik, bacarıq və vərdişlər qazanması üçün əlverişli şərait yaradır ; üçüncüsü, ali təhsil prosesində qazanılmış nəzəri bilikləri möhkəmləndirir və dərinləşdirir ; dördüncüsü, tələbədə seçdiyi peşəyə daha dərin maraq və məhəbbət formalaşdırır ; beşincisi, tələbə istehsalat prosesinin qanunauyğunluqları və insanlar arasında istehsal münasibətləri haqqında aydın təsəvvürlər əldə edir ; altıncı istehsalat praktikasında tələbə öz qüvvə və imkanlarını sınayır, təşkilatçılıq qabiliyyətlərini inkişaf etdirmək imkanı əldə edir.
Adaptasiya dövründə təcrübəçi tələbənin şəxsiyyətində özünəməxsus “yenidən qurulma” prosesi baş verir : o, əmək kollektivinə daxil olur, müvafiq müəssisənin istehsal prosesində öz yerini və rolunu müəyyən edir, yen münasibətlər formalaşır, əmək kollektivinin üzvünə çevrilir. Əsasən nəzəri biliklər ehtiyatına malik olan təcrübəçi tələbə tədricən əmək prosesinin fəal üzvünə çevrilir, ali məktəbdə qazandığı bilikləri tətbiq etməyi öyrənir, istehsalla bağlı xüsusi bacarıq və vərdişlər qazanır.
Bütün bunlar bir daha sübüt edir ki, ali təhsilli mütəxəssis kadrlarının hazırlığında təcrübənin rolu çox böyükdür. Bununla əlaqədar olaraq, ali məktəb pedaqogikası ali məktəbdə praktikanın növləri, təşkili formaları, tələbənin mütəxəssis kimi formalaşması qanunauyğunluqlarını öyrənir, müxtəlif peşələrin professioqramını tərtib edir, konkret mütəxəssis üçün zəruri keyfiyyətləri müəyyənləşdirir və ali məktəbdə pedaqoji prosesin, xüsusən də praktikanın təşkili zamanı bütün bunları əsas götürür.
Aydındır ki, ali məktəbə daxil olan gənclər müxtəlif ixtisas – peşə sahələrinə marağı olan, xüsusi qabiliyyətləri ilə seçilən adamlardır. Məhz ali məktəbdə ixtisasla bağlı qabiliyyətlərin daha artıq inkişafının təmin edilməsi məqsədi aparıcıdır. Bu məqsəd isə təlim prosesinin məqsədəuyğun və effektiv surətdə fərdiləşdirilməsini, peşə - ixtisas hazırlığını fərdi plan və qrafik əsasında qurmağı tələb edir. Ali məktəbdə təlimin fərdiləşdirilməsi tələbələri müvafiq kafedraların elmi - tədqiqat işlərinə cəlb edilməsi ilə sıx bağlıdır. Bu da tələbədə yaradıcılıq qabuliyyətlərinin təşəkkülünə imkan yaradır. Elmi - tədqiqat işlərinə qoşulan tələbədə elmi təfəkkür və tədqi – qatçılıq qabiliyyəti formalaşır.
Ali məktəbdə təlimin fərdiləşdirilməsində məqsəd – gələcək mütəxəssisin müvafiq qabiliyyətlərinin inkişafını səmərəli, məqsədyönlü təmin etməkdən ibarətdir. Bu, ictimai həyatda, istehsal prosesində, elmi – tətqiqat işlərində uğur qazanmağın əsas yoludur. Unutmaq olmaz ki, peşə qabiliyyətlərinin inkişaf səviyyəsinin ən etibarlı kriteriyası – seçilmiş peşə sahəsində səmərəli fəaliyyətdir. Bu isə hər bir tədris ilində, bütövlükdə ali məktəbdə təhsil müddətində tələbənin bütün fəaliyyətinin diqqətli təhlilini və diferensial qiymətləndirilməsini tələb edir.
Digər tərəfdən, peşə bacarığının strukturuna şəxsiyyətin psixoloji hazırlığından (tələbələrin maraq və meyilləri, dünyagörüşü və s.), bilik, bacarıq və vərdişlərə yiyələnmənin fərdi formalarından tutmuş, bu və ya digər fəaliyyətin icrası yollarına qədər bir sıra keyfiyyətlər daxildir. Bunlar da tələbənin peşəyə hazırlıq səviyyəsinin komponentləri kimi özünü göstərir.
Bu komponentləri nəzərə alaraq tələbənin bu və ya digər praktik fəaliyyət növünə hazırlıq səviyyəsini müəyyənləşdirmək məqsədilə “sərbəst xarakteristikalar” metodundan istifadə olunur. Bu halda tələbənin fərdi keyfiyyət və xüsusiyyətləri bir sıra kompetent şəxslər (dekanlar, kafedra müdirləri, aparıcı müəllimlər və s.) tərəfindən biri – birindən asılı olmayaraq qiymətləndirilir və sonda ümumiləşdirilir.
Ali məktəb pedaqogikası məktəb pedaqogikasından təlim prosesinin təşkili formalarına görə də seçilir. Belə ki, ali məktəbdə müstəqil işlərə daha artıq yer ayrılır. Bu, ali məktəbin yüksək səviyyədə ixtisaslaşmış mütəxəssis hazırlamaq funksiyasından irəli gəlir.
Tələbə mütəqil işləri təkcə həcminə görə deyil, keyfiyyətinə görə də şagird müstəqil işlərindən seçilir. Orta məktəbdə şagirdlər bazis bilikləri əsasən dərsdə müəllimin rəhbərliyi altında mənimsəyirlər. Müstəqil işlər şagirdin sinifdə qazandığı bilik və bacarıqların möhkəmləndirilməsinə, habelə sinifdə icrası mümkün olmayan tapşırıqların yerinə yetirilməsinə həsr olunur.
Ali məktəbdə müstəqil iş formaları tələbələrdə təşəbbüskarlığın, şüurluluq və fərdi imkanlarının inkişafına qüvvətli təkan verir. Tələbə zəruri bilikləri müstəqil surətdə əldə edir, ixtisasa uyğun lazımi təcrübəni mənimsəyir və bu yolla konkret peşəyə yönəlir. İnformasiyaların, biliklərin müstəqil axtarışı – təlim fəaliyyətinin səciyyəvi xüsusiyyətidir. Ali məktəbdə məqsədyönlü, planlı və mütəşəkkil təşkil olunmuş təlim prosesi, həm də tələbənin müxtəlif məzmunlu müstəqil işlərinin, özünütəhsilin vəhdəti kamil mütəssis şəxsiyyətinin formalaşmasını təmin edir. Müstəqil işləmək bacarığının əsası orta məktəbdə qoyulur, ali məktəbdə isə tələbənin özünütəhsil səyləri artır, müstəqil işləmək bacarıqları daha da təkmilləşir.
Ali məktəb pedaqogikası müstəqil işləri müəyyənləşdirərkən tələbənin hansı kursda oxuduğunu da nəzərə almalıdır. Məsələn, birinci və ikinci kurlarda tələbənin müstəqil işi əsasən mühazirə mətinləri üzərində aktiv işi əhatə edir (mühazirə materialı mənimsəmək, mövzu üzrə əlavə mənbələri öyrənmək və s.). Seminar, laborator və praktik məşğələlərə hazırlıq ( məruzə hazırlamaq, şifahi çıxış üçün tezislər yazmaq., müxtəlif tapşırıqları icra etmək, məsələ həlli, hesablama – qrafik işlər, xarici dilin öyrənilməsi ilə bağlı işlər və s. ) aşağı kurslarda geniş istifadə olunan müstəqil iş formalarıdır. Kollekvium, zaçot və imtahanlara hazırlıq da bu qəbildən olan işlərdir.
Yuxarı kurslarda müstəqil iş daha mürəkkəb, ən başlıcası, yaradıcı xarakter daşıyır. İlk mənbələrin dərindən öyrənilməsi, arxiv materialları və sənədlər üzərində iş kurs layihələrinin hazırlanması, buraxılış işlərinin yazılması və s. yuxarı kurs tələbələrinin icra etdiyi müstəqil işlərin formalarıdır.
Tələbə müstəqil işi ali təhsil müəssisəsində pedaqoji prosesin bütün mərhələlərinə və struktur elementlərinə nüfuz etməlidir. Birinci kursdan başlayaraq son kursa qədər, istisnasız olaraq, bütün tələbələr müstəqil işlərə cəlb olunmalıdır.
Ali məktəb pedaqogikasının özünəməxsus xüsusiyyətlərindən biri də tələbələrin biliyinin yoxlanılmasının diskret ( latınca discretus – fasiləli deməkdir ) xarakter daşımasıdır. Ümumtəhsil məktəbində şagirdlərin biliklərinə bütün tədris ili ərzində müntəzəm surətdə nəzarət edilir. Ali təhsil müəssisəsində isə tələbələrin bilikləri dövri olaraq, əsasən ildə iki dəfəimtahan sessiyasında yoxlanılır və qiymətləndirilir.
Ali təhsil müəssisəsində biliklərin diskret yoxlanıması tələbələrin təlim fəaliyyətinin qeyri – müntəzəm, “sıçrayışlı” xarakter almasına səbəb olur. Bütün semestr boyu tələbənin fəaliyyəti passiv – seyrçi xarakter daşıyır . Tələbələrin gündəlik fəallığını, hazırlığını təmin etməyə çalışan müəllimlər tələbələrin “müqavimətinə” təsadüf edir. Tələbə “arxayındır” - əsas imtahandır. Sessiya müddətində isə biliklərin bərpası və “hücumu” prosesi start götürür.
Dekanlığın imtahana hazırlıq üçün ayırdığı 4 – 5 gün ərzində mühazirə və seminarlarda ümumi formada qavranılan (bəzən dəheç dərk edilməyən ) biliklər edilir, dəqiqləşdirilir,əlavələr edilir və sistemləşdirilir. Cəmi 4 – 5 günə ! Əlavə izahata ehtiyac yoxdur !
Biliklərin “hücumu” dövrü, birincilər – müntəzəm nəzarətə alışan dünənki məktəblilər üçün xüsusilə ağır olur. Ali məktəb müəllimlərinin “nəzarətsizliyindən ” aldıqları “ləzzətin” ötrü çox çəkmir. Birinci kurs tələbəsinin ilk imtahan sessiyasının nəticələri ürəkaçan olmur.
Lakin ali məktəbdə diskret nəzarətin qüsurları bununla bitmir. İmtahan sessiyaları bir qayda olaraq, tədris ilinin ilk ayının itirilməsinə səbəb olur. Bu müddət ərzində tələbə irəli getmir, sadəcə olaraq yerində addımlayır. Bu da adaptasiya dövrünün helə başa çatmadığına dəlalət edir.
Nəhəyət, imtahan sessiyası təkcə tələbələrin deyil, həm də müəllimlərin fiziki və əsəbi gərginliyi dövrüdür.
Beləliklə, məlum olur ki, imtahan sessiyası vasitəsilə tələbələrin biliklərinin hesaba alınması dövrü (1936 – cı ildən ali məktəbdə imtahan tətbiq edilməyə başlanıb) çoxdan ötüb. Nəzarət və hesablamanın bu sistemi ali məktəb qarşısında duran yüksək ixtisaslı mütəxəssis hazırlığı məqsədini təmin edə bilmir. Ali məktəb pedaqogikası diskret nəzarət formasını daha səmərəli forma ilə əvəz etmək istiqamətində axtarışlar aparır. Təhsil mütəxəssisləri belə bir mülahizə irəli sürür ki, ənənəvi qış və yay sessiyaları əvəzinə müntəzəm “mikroimtahan”lar (məsələn, ayda bir dəfə) keşirilməsi daha məqsədəuyğundur. Yoxlama və nəzarətin bu forması ali təhsil prosesini daha səmərəli idarə etməyə imkan verir, tələbələrin biliklərinin səviyyəsini vaxtında aşkarlamağa kömək edir, müəllimləri təlim prosesində korreksiya işi aparmağa sövq edir, tələbə və müəllimlərin qarşılıqlı əməkdaşlığı və əks əlaqə üçün əlverişli şərait yaranır, yoxlama və nəzarətin “mikroimtahan” sistemini tələbədə gələcək mütəxəssisə xac şəxsi keyfiyyətlər formalaşdırır; müəllim öz yetirmələrinə yaxından bələd olur. İmtahan sessiyası sistemində, bir çox hallarda müəllimin tələbə ilə ilk tanışlığı imtahan prosesində baş verir. “Mikroimtahanlar” isə biliklərin müntəzəm yoxlanılmasına, tədris kursunun hər bir bölməsinin ümumiləşdirilməsinə və yekun nəzarətin keçirilməsinə şərait yaratmaqla qiymətləndirmə prosesindəki təsadüfləri aradan qaldırır. Tələbənin imtahan biletinin suallarına və müəllimin əlavə suallarına verdiyi cavablarla onun tədris kursunu tam bilməsi qənaətinə gəlmək çox çətindir. Tələbənin biliklərinin çoxballı sistemlə qiymətləndirilməsinin öz problemləri var. “Mikroimtahan”lar isə tələbənin bütün kurs üzrə biliklərini müntəzəm surətdə yoxlamağa imkan verir. “Mikroimtahan”ın üstünlüklərini sübut edən digər arqumentlər də göstərmək mümkündür.
Ali məktəbin özünəməxsus xüsusiyyətlərindən biri də tələbənin həyat tərzinin və davranışının köklü surətdə dəyişməsi ilə bağlıdır.
Dünənki məktəbli yeni sosial mühitə düşür. O bu yeni şəraitə alışmalıdır. Ali məktəbdə təlim – tərbiyə prosesinin orta məktəbdən fərqli əlamətləri, habelə məktəb illərindən seçilən yeni yaşayış tərzi (yataqxana həyatı, kirayə, yaxud qohum evində evində qalmaq, nisbi mstəqillik, özünəxidmət, valideyn nəzarətindən uzaq düşmək, müstəqil olaraq qərarlar qəbul etmək, büdcə imkanlarından düzgün istifadə etmək və s.) yeni davranış normalarının formalaşmasına səbəb olur.
Ali məktəb pedaqogikası tələbəyə orta məktəbdə olduğu kimi, valideynləri vasitəsilə təsir etmək imkanının qeyri – mümkünlüyünü nəzərə alaraq, auditoriyadankənar tərbiyə işinin təşkilinə xüsusi diqqət yetirir. Nəticə etibarilə, tələbənin təlim fəaliyyətinə, psixologiyasına qüvvətli sürətdə təsir etməklə, onda təlim – idrak maraqları və motivlərin məqsədyönlü inkişafına əsas verir.
Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisəsində təlim prosesinə maddi maraq kimi qüvvətli amil təsir göstərir. Etiraf etməliyik ki, tələbəni təlimin son nəticəsi kimi, əsasən təqaüd (stipendiya) maraqlandırır. Bu da özlüyündə nəticəyə təsir edən stimul yaradır, tələbənin təlim məsuliyyətini artırır. Təqaüdün təyin edilməsi tələbənin təlim müvəffəqiyyətindən asılıdır. Əlaçı tələbələr yüksək təqaüd alırlar. Təqaüd tələbənin təlim müvəffəqiyyətinə qüvvətli surətdə təsir göstərsə də, ali məktəbdə yeganə təlim amili deyil.
Ümumtəhsil məktəbində tərbiyə işi şagirdin ümumi inkişafının təmin edilməsinə yönəldilir. Ali məktəbdə isə bundan fərqli olaraq, tələbənin əxlaqi – mənəvi tərbiyəsi onun peşə hazırlığı ilə vəhdətdə həyata keçirilir. Ali məktəb pedaqogikasını ümumi pedaqogikadan fərqləndirən bir xüsusiyyətdə buradan irəli gəlir.
Tələbə kollektivi içərisində tərbiyə işi aparmaq ali məktəb müəllimindən zəngin bilik ehtiyatı, yüksək mədəni – mənəvi səviyyə, xüsusi metodiki hazırlıq tələb edir. Çünki tələbə ümumi təhsilalmış, müəyyən hazırlığa və həyat təcrübəsinə malik, daim inkişafda və təkmilləşməkdə olan, həyatı başa düşən, təhlil etməyi və ümumiləşdirməyi bacaran, şəxsi fikri, düşüncə tərzi olan insandır. Ali məktəb müəllimi tərbiyəçi kimi fəaliyyət göstərərkən bunu nəzərə almalı, tələbəyə təsir vasitələrini seçərkən pedaqoji nümayiş etdirməlidir. Tələbəni sabahkı həmkarı kimi görməyi bacarmalı, onun şəxsiyyətinə hörmətlə yanaşmalı, onun səviyyəsinə enməyi bacarmalıdır. Çünki tələbə məktəbli, dünənki uşaq deyil, onu “qorxutmaq”la, “hədələmək”lə ələ almaq, özünə tabe etmək mümkün deyil. Zaçot və imtahandan tələbəyə qarşı vasitə kimi istifadə etmək düzgün pedaqoji takt hesab edilə bilməz. Müasir tələbə daha sərbəstdir, müstəqildir, özünə inamlıdır. Ali məktəb müəllimi bütün bunları nəzərə almalı və tələbəyə tərbiyəvi təsir yollarını müəyyənləşdirkən həssas, diqqətli və ehtiyatlı olmalıdır.
Ali məktəb pedaqogikasını ümumi pedaqogikadan fərqləndirərkən bütün spesifik xüsusiyyətlər onun tədqiqat obyektini və tendensiyalarını müəyyənləşdirir.

Download 55,08 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish