1. ÜMumi DİLÇİLİk I indd


Dillərin tarixi və müqayisəli öyrənilməsi ideyasının



Download 10,63 Mb.
Pdf ko'rish
bet40/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   36   37   38   39   40   41   42   43   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Dillərin tarixi və müqayisəli öyrənilməsi ideyasının 
inkişaf etdirilməsi. Elmdə tarixilik görüşlərinin yaranması 
hələ əvvəlki əsrlərlə bağlıdır. Dilçilik ictimai elm olduğu 
üçün və həm də ictimai elmlər içərisində yetişdiyinə görə 
buraya tarixi inkişaf ideyası, məlum olduğu üzrə, fəlsəfə, 
1
Т.А.Амирова, Б.А.Олховников, Ю.В.Рождественский. Очерки по истории лингвисти-
ки. M., 1975, c. 263.
2
Я.В.Лоя. История лингвистических учений. М., 1968, с. 39.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
72
sosiologiya və hüquqşünaslıq elmlərindən keçmişdir. Dil-
çilikdə bu ideyanın nümayəndələri dilin müxtəlif hadisələ-
rinin tarixi prinsip əsasında şərh olunmasını vacib bilmiş 
və özləri də elmi-tədqiqat fəaliyyətlərində buna müəyyən 
dərəcədə əməl etmişlər. Bütün bu işlər XIX əsrdə dilə ta-
rixi baxımdan yanaşmaq zəruriliyini bir daha əsaslandır-
mışdır. Bu ideya ilə yanaşı, dillərin müqayisəli öyrənilmə-
si ideyası da XIX əsrin başlanğıcından yeni istiqamət al-
mışdır. Məlumdur ki, müqayisədən hələ XI əsrdə istifadə 
olunmuşdur. Lakin dillərin müqayisəli öyrənilməsinə XIX 
əsrdə xüsusi əhəmiyyət verilmiş, müqayisə ideyası çox ge-
niş yayılmış və inkişaf etdirilmişdir.
Dillərin tarixi və müqayisəli öyrənilməsi ideyasının 
inkişafı, bu ideyaya uyğun bəzi əsərlərin yaranması XIX 
əsr dilçilik tədqiqatında yeni metodun meydana çıxması 
üçün əsas olmuşdur ki, bu da müqayisəli-tarixi metod ad-
lanmışdır.
Dilçilikdə müqayisəli-tarixi metodun tətbiqi. XIX 
əs rin başlanğıcında dilçilikdə ən böyük hadisələrdən bi-
ri müqayisəli-tarixi metodun kəşfidir. Dilçilik elmində bu 
metodun baniləri Frans Bopp, Rasmus Rask, Yakob Qrimm, 
Aleksandr Vostokov hesab olunurlar.
Frans Bopp (Franz Bopp, 1791–1867). XIX 
əsr dilçiliyinin ən məşhur nümayəndələrin-
dən alman alimi Frans Boppdur. O, hələ 
gimnaziyada oxuyarkən Şərq dillərini, o 
cümlədən sanskrit, qədim yəhudi, ərəb, 
fars dillərini öyrənməyə xüsusi həvəs 
göstərmişdir. Boppun bu dillərə olan ma-
rağı get-gedə daha da güclənmiş, adları 
çəkilən dillərin abidələri ilə tanış olmağa bö-
yük səy etmişdir. Qədim dillərdən sanskrit onun diqqəti-
ni daha çox cəlb edirdi. Buna görə o, sanskrit abidələrini 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
73
oxumaq üçün (20 yaşından sanskriti öyrənməyə başlamış-
dı) Berlindən Parisə gəlmiş (1812–1816-cı illərdə) və kitab-
xanada sanskrit abidələrini oxumuş, onun sirlərinə ətraf-
lı bələd olmuşdur. Bu zaman Bopp bir sıra başqa dillərin 
materiallarını da gözdən keçirmiş, yeni-yeni dil faktları ilə 
bilik dairəsini genişləndirmişdir.
1816-cı ildə Frans Boppun “Sanskrit dilinin yunan, latın, 
fars və germaıı dilləri ilə müqayisədə təsriflənmə sistemi haqqın­
da” adlı əsəri nəşr edilmişdir. Bu kitab 25 yaşlı Boppun ilk 
əsəridir. Burada müəllif 5 dilin müqayisəsini vermişdir. 
Əsərdə müqayisələrin mərkəzində ən qədim hind-Avropa 
dillərindən biri olan sanskrit dili durur.
Frans Bopp bu məşhur əsəri ilə dilçilikdə müqayisə-
li-tarixi metodun bünövrəsini qoymuşdur. O, birinci ola-
raq müqayisəli planda dillərin “ilk vəziyyətini” müəyyən 
etməyin mümkün olduğunu göstərmişdir. Frans Bopp dil-
dəki ilk, ibtidai qrammatik formaları açaraq onları aydın-
laşdırmış, bir dilin hadisəsini başqa dil faktının köməyi ilə 
işıqlandırmışdır. Onun bu yeniliyi dilçilikdə tarixi-müqa-
yisəli metodun əsasını təşkil etmişdir.
Frans Boppu maraqlandıran mühüm məsələlərdən 
biri dillərin qohumluğu olmuşdur. Buna görə də o, dillə-
rin qohumluğunu aydınlaşdırmağı qarşısına əsas məqsəd 
qoymuş və buna nail olmaq üçün bir sıra dilləri müşahidə 
etmiş, onlarda oxşar və yaxın cəhətləri müəyyənləşdirməyə 
çalışmışdır. Bopp tədqiqata cəlb etdiyi dilləri dilçilik elmin-
də ilk dəfə olaraq hind-Avropa dilləri adlandırmışdır.
Məlumdur ki, dillərin qohumluğundan hələ Frans 
Bopp dan əvvəl Vilyam Counz və Fridrix Şlegel bəhs etmiş-
lər. Bəs belə olduqda F.Boppun xidməti nədən ibarətdir? 
Deməliyik ki, F.Boppa qədər dillərin qohumluğu ayrı-ayrı 
leksik və qrammatik hadisələrin oxşarlığında görülürdü. 
Lakin F.Bopp topladığı materialları müqayisə edib belə bir 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
74
nəticəyə gəlmişdir ki, qohum dillərdə yalnız ayrı-ayrı oxşar 
hadisələr yox, bütöv oxşar sistem mövcuddur. Eyni zaman-
da, o, dillərin müqayisəsində qrammatik quruluşu əsas gö-
türmüş, hər bir hissənin ancaq zahiri oxşarlığına və ya yaxın-
lığına əsaslanmayaraq onun tarixinə müraciət etmişdir. Bü-
tün bunların əsasında Bopp sistemli nəzəriyyə yaratmışdır.
Bu qeyd olunan yeniliklər Frans Boppun dilçilik ta-
rixindəki xidmətləridir.
Frans Boppun adını çəkdiyimiz əsəri XIX əsrin əv-
vəllərində dilçiliyin yeni qaydada inkişafına xüsusi təsir 
göstərmişdir.
Hind-Avropa dillərinin ilk müqayisəli qrammatikası 
da Frans Bopp tərəfindən yaradılmışdır. Onun “Zend, sans­
krit, erməni, yunan, latın, litva, qədim slavyan, qot və alman 
dillərinin müqayisəli qrammatikası” adlı məşhur əsəri (1833-
1849) üç cilddən ibarətdir. Bu tarixi əsər hind-Avropa dil-
lərinin qrammatik formalarının şərhinə həsr edilmişdir. 
Lakin burada fonetikadan da bəhs olunur. Əsərdə əsas yer 
morfologiyanın tədqiqinə verilmiş, sintaktik hadisələrə isə 
toxunulmamışdır. Buna görə də Boppun “Tarixi qramma-
tikası” mahiyyətcə tarixi morfologiyadır. Burada kök və 
fleksiyanın şərhi əsas xətt təşkil edir.
F.Boppun “Müqayisəli qrammatikası” hind-Avropa 
dillərinin qohumluğunu elmi şəkildə və dərindən sübut 
etmişdir. Bu əsər dilçiliyin inkişafı tarixində böyük əhə-
miyyətə malikdir. Onun elmi qiyməti indi də yüksəkdir.
Hind-Avropa dillərinin müqayisəli öyrənilməsin-
də Boppun xidməti əvəzedilməzdir. Bu sahədə dilçilik 
elminin nailiyyətləri Boppun yaradıcılığı ilə bağlıdır. 
Boppdan sonra yaranmış hər bir əsər onun yaradıcılı-
ğına əsaslanmış, ondan elmi istiqamət almışdır. Bir çox 
dünya dilçilərinin yetişməsində də Frans Bopp böyük 
rol oynamışdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
75

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   36   37   38   39   40   41   42   43   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish