1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet42/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   38   39   40   41   42   43   44   45   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Yakob Qrimm (1785–1863). Dilçiliyin tarixinə müqa-
yisəli-tarixi metodun banisi kimi daxil olanlardan biri də 
görkəmli alman alimi Yakob Qrimmdir.
Yakob Qrimm müqayisəli-tarixi metod əsasında ger-
man dillərini tədqiq etmiş və ilk dəfə olaraq həmin dillərin 
müqayisəli qrammatikasını yaratmışdır.
Dilçilik tarixində Yakob Qrimmi məşhur edən onun 
“Alman qrammatikası” əsəri olmuşdur. Bu nəhəng əsər 4 
cilddən ibarətdir. Birinci cild fonetikaya, ikinci cild morfo-
logiyaya, üçüncü cild söz yaradıcılığına, dördüncü cild isə 
sintaksisə həsr edilmişdir. Əsərin I cildi 1819-cu ildə nəşr 
olunmuşdur.
“Alman qrammatikası” əsərinin əsasını alman dili ilə 
bütün german dillərinin müqayisəsi təşkil edir. Müəllif 
müqayisədə hətta ən qədim yazılı abidələri də unutma-
mışdır. Y.Qrimm dildəki hər bir dəyişikliyi qanunauyğun 
inkişaf kimi təsvir etmişdir.
Yakob Qrimmin fəaliyyəti qardaşı Vilhelmlə əlaqədar 
olmuşdur. Onlar bir sıra əsərləri birlikdə hazırlamışlar. 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
77
Qrimm qardaşları alman filologiyasının inkişafında da xü-
susi rol oynamışlar.
Yakob Qrimmin yaradıcılığı öz dövrünün nəzəri dil-
çiliyinin inkişafında mühüm əhəmiyyətə malikdir. Eyni 
zamanda, onun dilçilik fəaliyyəti gələcək dilçilər nəslinin 
yetişməsinə də böyük təsir göstərmişdir.
Aleksandr Vostokov (1781-1864). Görkəmli rus ali-
mi akademik Aleksandr Xristoforoviç Vostokov dilçilik 
tarixində müqayisəli-tarixi metodun banilərindən biri 
kimi məşhurdur. Onun əsas əsərlərindən biri “Slavyan 
dili haqqında mülahizə” adlanır. 1820-ci ildə nəşr edilmiş 
bu əsərdə rus dilinin fonetik quruluşunu və onun inkişaf 
tarixini öyrənməkdə müqayisəli metod dəqiq tətbiq olun-
muşdur. Həmin əsərdə slavyan və rus dillərinin tarixinin 
dövrləşdirilməsi, qədim rus dilinin kilsə slavyan dilinə, 
həmçinin polyak və serb dillərinə münasibəti şərh edilir.
Aleksandr Vostokov slavyan dillərinin müqayisəli 
qrammatikasının əsasını qoymuşdur. O, müqayisəli-tarixi 
istiqamətdə tədqiqat aparanların hamısından çox sintak-
sislə məşğul olmuşdur.
A.Vostokov tədqiqat zamanı ölü dilin abidələrinə də 
müraciət etməyi zəruri hesab etmişdir. O, canlı dillərin və 
dialektlərin faktlarını tarixi aspektdə yoxlamaq və əsaslan-
dırmaq üçün ölü dillərin abidələrindəki faktlarla qarşılaş-
dırmağı tədqiqatın başlıca cəhəti kimi qiymətləndirirdi.
Aleksandr Vostokovun yaradıcılığı dilçiliyin müqa-
yisəli-tarixi istiqamətdə inkişafında xüsusi rol oynamışdır. 
Onun elmi irsi indi də öz yüksək qiymətini saxlamaqdadır.
Beləliklə, qeyd etməliyik ki, XIX əsrin başlanğıcında 
bir sıra müxtəlif ölkələrdə müqayisəli-tarixi metodun dil-
çilik tədqiqatına tətbiqi dünya dilçiliyinin inkişafında mi-
silsiz hadisəyə çevrilmiş və dil nəzəriyyəsinə dair bir çox 
elmi-tədqiqat əsərlərinin yaranmasına səbəb olmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
78

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   38   39   40   41   42   43   44   45   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish