2. QƏDİM HİNDİSTANDA DİLÇİLİK
Hindistanda çox qədim zamanlarda dilçilik elmi ya-
ranmış və inkişaf etmişdir. Hind dilçiliyi praktiki məqsəd-
lərlə bağlı olaraq təşəkkül tapmışdır. Belə ki, qədim hind-
lilər uzaq keçmişdə, təxminən bizim eradan 1500 il əvvəl
yaranmış və xalq tərəfindən əzbər öyrənilən dini-fəlsəfi
məcmuələrin (vedaların) mətnindəki arxaikləşmiş söz
və ifadələrin dil cəhətdən izahı zərurəti nəticəsində dil
haqqında elmin bünövrəsini qoymalı olmuşlar.
Hindlilərin müqəddəs dini məcmuələri veda adlanır-
dı. Onlarda müxtəlif adlı 4 veda vardı: Riq-veda, Sama-veda,
Yacur-veda, Atxarva-veda.
Bu dini-fəlsəfi traktatların öyrənilməsinə o zamanlar
xüsusi fikir verilmiş və bunun nəticəsində bir sıra şərhedici
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
34
ədəbiyyat yaranmışdı. Vedalara aid olan həmin ədəbiyyat
vedanq adlanırdı.
Uzun zamanlardan bəri yaşayan vedaların dili qədim
hindlilərin xalq danışıq formalarından – prakritdən çox-çox
fərqlənib tanınmaz, anlaşılmaz şəkil almışdı. Qədim hindlilər
müqəddəs mətnlərin mənimsənilməsini asanlaşdırmaq, başa
düşülməyən sözlərin mənalarını izah etmək, səsləri və onla-
rın tələffüzünü, deyilişini öyrənmək, müqəddəs hesab edilən
həmin himnlərin dilini canlı hind danışıq dilinin (prakrit)
təsirindən qorumaq, şeirlərin vəznlərini başa salmaq məqsə-
dilə onların təbii tələffüz formalarını aydınlaşdırmış, veda-
lardakı dil hadisələrini diqqətlə müşahidə etmiş və bunları
aydınlaşdırmağa ciddi fikir vermişlər. Məhz həmin məqsədlə
vedaların dilini öyrənən vedanqlar dörd qrupa ayrılır. Bun-
lardan şikşa deyilən vedanqda fonetika və orfoepiya, niruk
ta vedanqında etimologiya və leksikologiya, vyakarana ve-
danqında qrammatika, çxanda adlanan vedanqda isə poeziya
nəzəriyyəsinə dair məsələlər şərh olunurdu.
Vedaların dili ilə qədim dövrün ayrı-ayrı alimləri çox
məşğul olmuşlar. Bizim eradan əvvəl V əsrdə hind alimi
Yaska vedaların dilinə dair geniş və ətraflı kommentariya
yazmışdır.
Yaska (Yaska) – ilk və peşəkar hind dilçisidir. Öz
dövründə böyük şöhrət tapmış Yaska “Nirukta” (Niruk-
ta) adlı vedanqın müəllifidir. “Nirukta” dini məcmuə olan
vedaların dilinin müəyyən cəhətinin aydınlaşdırılmasına
həsr edilmişdir. Bu əsərdə, əsasən, leksikoloji, etimolo-
ji məsələlər işıqlandırılır. “Nirukta” beş bölmədən ibarət
irihəcmli əsərdir. Burada sözlər müəyyən prinsiplərə görə
qruplaşdırılmış və ayrı-ayrı bölmələrdə şərh edilmişdir
1
.
1
Bu haqda geniş məlumat almaq üçün bax: История лингвистических учений. Древний
мир. Ленинград, 1980, c. 69-73.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
35
Yaska “Nirukta”da dövrü üçün yeni və zəruri olan
bir sıra qrammatik elmi məlumatlar da vermişdir. Onun
qrammatika məsələlərinə dair ən qiymətli fikri dilçilik ta-
rixində nitq hissələrinə dair əsaslı elmi təsnif irəli sürməsi-
dir. Yaska, müasirlərindən fərqli olaraq, sözlərin qramma-
tik təsnifini verərkən 4 nitq hissəsi müəyyənləşdirmişdir.
Həmin nitq hissələri aşağıdakılardır:
1. İsim (ñaman).
2. Feil (ākhyāta).
3. Önlük (upasarga).
4. Hissəcik (nipata).
Yaska bunlardan isim və feili başlıca nitq hissəsi kimi
götürmüş, ismi əşya bildirən və feilin hərəkətə aid oldu-
ğunu göstərmişdir. O, önlüyü dilin göstərici ünsürü kimi
izah etmişdir. Müəllifin fikrincə, önlüyün vəzifəsi isim və
feillərin mənalarını təyin etməkdir. Hissəciklər öz mənala-
rına görə izah olunmuş və bunlar 3 qrupa bölünmüşdür:
1) müqayisə bildirən,
2) birləşdirici,
3) mənası olmayan formal hissəciklər
1
.
Yaska əsərdə zəngin qrammatik terminlər sistemi ya-
ratmışdır. Onun hazırladığı bu elmi terminlər sistemi həm
müasirlərinin, həm də sonralar meydana çıxan bir sıra dil-
çi alimlərin diqqətini cəlb etmişdir. Görkəmli hind dilçisi
Panini onun yaratdığı qrammatik terminləri məqbul bil-
miş və bunlarda dəyişiklik aparmadan olduğu şəkildə öz
qrammatikasında istifadə etmişdir.
Yaska qrammatika məsələlərinə toxunarkən onaqə-
dərki fikirlərə heç də biganə qalmamış, bu sahəyə dair
möv cud bilikləri ümumiləşdirmişdir.
1
В.А.Звегинцев. История языкознания XIX и XX веков в очерках и извлечениях. Часть
I, 1960, с. 7.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
36
Yaskanın elmi fəaliyyəti dünya dilçilik elminin yaran-
masında xüsusi rolu olan hind dilçiliyinin formalaşmasın-
da böyük əhəmiyyətə malikdir.
Qədim hindlilər dilin qrammatik quruluşu üzərində
çoxlu müşahidə aparmışlar. Onlar həm morfoloji, həm də
sintaktik hadisələrlə ciddi maraqlanmışlar. Elə buna görə də
yalnız bizim eradan əvvəl V–IV əsrlərdə Hindistanda 60-dan
artıq alim-qrammatik fəaliyyət göstərmişdir. Qədim hind
qrammatikləri içərisində Panini diqqəti daha çox cəlb edir.
Do'stlaringiz bilan baham: |