1. ÜMumi DİLÇİLİk I indd


Dilçilik elminin başqa elmlər üçün əhəmiyyəti



Download 10,63 Mb.
Pdf ko'rish
bet12/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   8   9   10   11   12   13   14   15   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

6. Dilçilik elminin başqa elmlər üçün əhəmiyyəti. 
Hazırkı dövrdə dilçilik elminin nailiyyətlərindən geniş isti-
fadə olunur. Bu və başqa problemin həllində bir sıra elmlər 
dilçiliyə, onun əldə etdiyi faktlara müraciət edir. Məsələn, 
loqopediya elmi nitqi nöqsanlı olan uşaqların danışığını 
qaydaya salmaqda mütləq dilçiliyin fonetik şöbəsinin elmi 
nəticələrindən geniş istifadə etməli olur və s.
7. Dilçilik elminin dövlət əhəmiyyəti. Müasir dövr-
də dilçilik elminin də rolu və əhəmiyyəti xeyli dərəcədə 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
27
artmışdır. Elmin başqa sahələri kimi, dilçilik də yüksək in-
kişaf etmiş cəmiyyət uğrunda mübarizədə öz əhəmiyyətini 
tam saxlayır. İndiki dövrdə bu elm dövlətin yaxın kömək-
çisidir. Buna görə də dilçilik elminin əhəmiyyəti dövlət 
tərəfindən xüsusi olaraq qiymətləndirilir.
Demək, dilçilik ancaq müəyyən bir dövr və ya dövrlər 
üçün faydalı olmayıb, həm dünənin, həm bugünün, həm 
də sabahın proqressiv elmlərindəndir. Bu elm, heç şübhə-
siz, cəmiyyətin inkişafı ilə bağlı şəkildə gələcəkdə də xüsu-
si əhəmiyyətə malik olacaqdır.


28
II FƏSİL
DİLÇİLİK ELMİNİN YARANMASI
VƏ İNKİŞAFI
2.01. MƏSƏLƏNİN QOYULUŞUNA DAİR
Hər bir elm insanların həyati, zəruri tələbləri nəticə-
sində yaranır. Bütün elmlərin kökü təcrübə ilə bağlıdır. 
Təşəkkül tapan bu və ya başqa elm hər hansı bir faktın öy-
rənilməsi və təsvir edilməsi ilə başlamışdır. Məhz dilçilik 
elmi də təcrübənin nəticəsi olaraq insanların vacib tələblə-
rini ödəmək məqsədilə yaranmışdır.
Dilçilik elminin yaranma tarixindən bəhs edilərkən iki 
məsələ – dilçiliyin təşəkkülü və dilçiliyin ayrıca elm kimi 
tam müstəqilləşməsi məsələsi bir-birilə qarışdırılmış və 
buna görə də dilçiliyin yaranma tarixinə dair iki fikir mey-
dana çıxmışdır. Bunlardan birincisində dilçiliyin yaranma 
tarixi XIX əsrdən götürülür, ikincisində isə dilçiliyin hələ 
eramızdan əvvəl təşəkkül tapdığı və ayrı-ayrı dövrlərdə 
inkişaf etdiyi göstərilir.
Dilçiliyin tarixini XIX əsrin birinci rübündən götürən-
lər nəyə əsaslanmışlar? Əvvəla, deməliyik ki, bir sıra icti-
mai elmlər, o cümlədən pedaqogika (o vaxt buna tərbiyənin 
fəlsəfəsi deyilirdi), psixologiya, ədəbiyyatşünaslıq, dilçilik 
uzun zaman ümumfəlsəfi tədqiqatların hissələri olmuşdur. 
Dilçilik məsələləri fəlsəfənin tərkibində əhatə edildiyindən 
müstəqil filologiya elm hesab edilmirdi. Bu elm ancaq XIX 
əsrdə fəlsəfədən tam ayrılıb müstəqilləşmişdir.
Dilçiliyin tarixini XIX əsrdən hesab edənlərin əsaslan-
dıqları digər amil dilçilikdə müqayisəli-tarixi metodun tət-
biqidir. Dilçiliyin tarixini yaxın dövrdən götürənlər alman 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
29
alimi Frans Boppun 1816-cı ildə yazılmış “Sanskrit dilinin 
yunan, latın, fars və german dilləri ilə müqayisədə təsriflənmə 
sistemi haqqında” əsərini elmi dilçiliyin başlanğıcı, bünöv-
rəsi hesab etmişlər. Frans Bopp müqayisəli-tarixi metodu 
dilçilik tədqiqatına geniş tətbiq edərək dil haqqında elmin 
inkişafında xüsusi rol oynamışdır. Bu dilçilik metodu dil-
lərin müqayisə yolu ilə öyrənilməsinin mahiyyətini müəy-
yənləşdirmiş, beləliklə də dilçilik elminə yeni istiqamət 
verə bilmişdir. Dilçilik elminin XIX əsrdə yaranması 
haqqında mülahizə, əlbəttə, şərtidir, çünki dilçilik elminin 
ilk rüşeymləri hələ eramızdan əvvəlki əsrlərlə bağlıdır. 
Buna görə də dil haqqındakı elmin yaranma tarixinin XIX 
əsrdən başlanması anlayışı düzgün hesab edilə bilməz.
Dilçiliyin tarixini eramızdan əvvəlki dövrdən götür-
mək fikri elmi və məntiqi cəhətdən tamamilə doğrudur. 
Məlumdur ki, insanlar hələ lap uzaq keçmişdə dilin nə 
olduğu, onun quruluşu, bir dilin, xüsusən öz ana dilinin 
başqa xalqın dilindən fərqlənməsi ilə maraqlandığı dövr-
dən dilçilik elmi tədricən yaranmağa başlamışdır. Belə ki, 
dilçilik heç də, bəzilərinin güman etdiyi kimi, gənc elm de-
yil. Onun yaranma tarixi çox-çox qədimdir; bu elmin tarixi 
eramızdan əvvəlki əsrlərdən başlayır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish