1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet128/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   124   125   126   127   128   129   130   131   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

8. PARONİM SÖZLƏR
Dildə səslənmə cəhətdən bir-birinə yaxın olan, lakin 
müxtəlif məna ifadə edən və nitqdə səhvən biri digərinin yerin-
də işlənən sözlərə paronim deyilir. Məsələn: hərf-hərif, mətn-mə­
tin, əsr-əsir, his-hiss, bala-bəla, ahəng-əhəng, həsr-həsir və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
222
Bədii ədəbiyyatda paronimlərdən kalambur yaratmaq 
üçün istifadə edilir. Məsələn:
Arayışı nə barədə yazım, yoldaş ispolkom?
“– Nə barədə yazasan? Mən sizdən nə soruşdumsa, nə 
ilə maraqlandımsa, haman barədə yazın.
– Hamam barədə?
– Bəli, bəli, haman barədə...” (S.Rəhman).
Bu misalda haman və hamam sözləri səslənmə cəhətdən 
bir-birinə yaxın olduğuna görə obrazın nitqində bunlar də-
yişik düşür və gülüş doğurur. Paronimlər dildə omofon və 
omoqraflara çox oxşayır. Lakin onların özünəməxsus fone-
tik, semantik və morfoloji xüsusiyyətləri də vardır.
Dünya dillərinin çoxunda paronimlik hadisəsi möv-
cuddur. Müxtəlif dillərə məxsus “abonent-abonement”, “maq­
bet-malbet” “ekskurs-ekskursiya”, “serviz-servis”, “eskalator- 
ekskavator”, ‘‘ekvador-ekvator” və s. paronim sözlərin mövcud-
lu ğu da bunu sübut edir.
6.05. FRAZEOLOGİYA ŞÖBƏSİ
Dildəki sabit söz birləşmələri, ifadə və ibarələrdən bəhs 
edən dilçilik şöbəsi frazeologiya adlanır. Frazeologiya ter-
mini iki yunan sözündən əmələ gəlmişdir. Yunan dilində 
phrasisifadə” deməkdir. Bütövlüklə frazeologiya termini 
dildə ifadə və ibarə haqqında təlim anlayışını bildirir.
Frazeologiyanın məqsədi frazeoloji vahidlərin (fra-
zemlərin) dildə mövqeyini müəyyənləşdirmək, onların 
müvafiq prinsiplərə əsasən təsnifini vermək, üslubi xüsu-
siyyətlərini aydınlaşdırmaq, əmələgəlmə və inkişafetmə 
yollarını aşkar etməkdən ibarətdir
1
. Frazeologiya dilçiliyin 
1
A.Qurbanov. “Müasir Azərbaycan dilinin frazeologiyası”. Bakı, 1963, səh. 3-5.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
223
tam müstəqil şöbəsi kimi çox gəncdir. Lakin bu heç də o 
demək deyildir ki, frazeologiya məsələləri ilə əvvəllər məş-
ğul olunmamışdır. Bu məsələ alimlərin diqqətini çoxdan 
cəlb etmiş və frazeologiya “gizli” inkişaf yolu keçmişdir.
Frazeoloji vahidlərin birinci müşahidəçiləri lüğət tər-
tib edən leksikoqraflar olmuşlar. Lüğət tərtib edənlər bəzi 
sözlərin mənalarının itdiyini müşahidə etmişlər. Belə və-
ziyyət, adətən, bu və ya başqa söz bölünməz birləşmə tər-
kibində olduqda nəzərə çarpmışdır
1
.
Filoloqların diqqətini cəlb edən frazeoloji material ilk 
dəfə məcmuə şəklində toplanılmaqla kifayətlənilmiş, bun-
ların xüsusiyyətlərinə, məna və quruluşlarına, müxtəlif 
tipə malik olduqlarına fikir verilməmişdir. “Rusiyada belə 
məcmuələr üç yüz il bundan əvvəl meydana gəlmişdir”
2
.
XIX əsrin II yarısında rus alimlərindən A.A.Potebnya, 
İ.İ.Sreznevski, F.F.Fortunatov, A.A.Şaxmatov və başqaları 
frazeoloji materialın elmi təhlili ilə məşğul olmuşlar. On-
lar öz əsərlərində yeri gəldikcə frazeoloji materialı, əsasən, 
sintaktik baxımdan işləmişlər. Başqalarından fərqli olaraq, 
F.F.Fortunatov və onun davamçıları frazeoloji vahidlərin 
həm semantik, həm qrammatik əlamətlərini aydınlaşdır-
mağa çalışmışlar.
XX əsrin əvvəllərində frazeologiya məsələləri ilə ilk 
dəfə ətraflı şəkildə Şarl Balli məşğul olmuşdur. O, dilçili-
yin tarixində birinci olaraq frazeologiyanı leksikologiyanın 
müstəqil şöbəsi kimi müəyyənləşdirmişdir. Balli nitqdə iki 
növ söz birləşməsi olduğunu müşahidə etmiş, bunlardan 
sabit birləşmələrin sirri onu xüsusi olaraq maraqlandır-
mışdır. O, bu növ birləşmələri frazeoloji qrup adlandıraraq 
onları sinxronik planda şərh etməyə çalışmışdır.
1
А.М.Бабкин. Русская фразеология (ее развитие и источники). Ленинград, 1970, c.4.
2
В.Н.Телия. Что такое фразеология. M., 1966, c. 10.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
224
Ş.Balli frazeoloji vahidlərin əlamətini müəyyənləş-
dirməkdə birləşmənin həm zahiri, həm də daxili cəhətinə 
nəzər yetirməyi mühüm şərt hesab edirdi.
1
O, sabit birləş-
mələri öz əsərində leksik, semantik və üslubi məna cəhət-
dən şərh etmişdir. Dilçilik tarixində sabit birləşməyə bu 
şəkildə yanaşmaq tamamilə yeni idi. Ş.Ballinin nəzəriyyəsi 
frazeologiyanın inkişafına böyük təsir göstərmişdir.
1920–30-cu illərdə frazeologiya problemlərinə həm 
sovet, həm də digər ölkə dilçiliyində bir sıra əsərlər həsr 
olunmuşdur. Həmin əsərlərdə sabit birləşmələrin bu və ya 
digər cəhətlərinin aydınlaşdırılması ilə yanaşı, təsnifinə də 
xüsusi cəhd edilmişdir.
Rus dilçiliyində frazeologiya məsələlərinə dair ilk 
dəfə 1931-ci ildə Y.D.Polivanov fikir söyləmişdir. O, fra-
zeologiyaya xüsusi əhəmiyyət verərək demişdir ki, fraze-
ologiyanın leksikologiyaya münasibəti sintaksisin morfo-
logiyaya olan münasibəti kimidir. 1936-cı ildə S.İ.Abaku-
mov “Sözlərin sabit birləşmələri” adlı məqaləsində sabit bir-
ləşmələri idiomatika və frazeologiya adı altında iki qrupa 
ayırmışdır. Abakumova görə, tərcümə edilməyən, mə na 
bütövlüyü olan, leksik və sintaktik cəhətdən bölünmə yən, 
sabit söz sırasını mühafizə edən bütün birləşmələr idio-
matikaya aiddir. Ədəbi sitatlar, şablonlar, ştamp xarak terli 
bir ləşmələr frazeologiyaya məxsusdur. Buraya aid olan va-
hidlərin komponentləri məna müstəqilliyini az itirir. Həm-
çinin bu tipli vahidlər bir sözün ekvivalenti ola bilmir. Bu 
bölgü frazeologiyanı düzgün təsəvvür etməyə heç cür im-
kan vermir.
Dilçiliyin tarixində frazeologiyanın leksikologiya çər-
çivəsindən çıxıb tam müstəqil şöbə kimi formalaşmasında 
V.V.Vinoqradovun xidmətləri çox böyük olmuşdur. Onun 
1
Ş.Balli. Fransız üslubiyyatı. 1909, rusca tərcüməsi, 1961.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
225
1940-cı illərin sonunda çap olunmuş əsərlərində rus dilinin 
frazeologiyası elmi aspektdə şərh edilmişdir.
Ümumiyyətlə, V.V.Vinoqradovun frazeologiya kon-
sepsiyası frazeologiyanı dərindən dərk etməyə kömək 
etmiş və tədqiqatın istiqamətini bu sahəyə yönəltmişdir. 
1950–60-cı illərdə frazeologiya sahəsində ciddi tədqiqat-
lar aparılmış və o, dilçiliyin xüsusi şöbəsi kimi fərqlən-
dirilmişdir
1
. 1960-cı illərdən frazeologiya nəzəriyyəsində 
bir neçə istiqamət yaranmış, frazeoloji məsələlər ayrı-ayrı 
mövqelərdən şərh edilməyə başlanılmışdır.
XX əsrdə frazeologiyanın inkişafı tam yeni istiqamət 
almışdır. Dilçilər frazeologiyaya dair tədqiqat sahəsində 
böyük işlər görmüşlər. Rus, ukrayn, gürcü, özbək, qazax, 
türkmən və s. dillərin frazeoloji sistemi yeni metodlarla 
tədqiq edilmişdir. Azərbaycan dilinin də frazeoloji sistemi 
tədqiqat obyektinə çevrilmişdir
2
.
Frazeologiyanın mübahisəli məsələlərindən biri onun 

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   124   125   126   127   128   129   130   131   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish