1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet98/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   94   95   96   97   98   99   100   101   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

5. DİLÇİLİK VƏ COĞRAFİYA
Coğrafiya – təbii və istehsal ərazi komplekslərini və on-
ların komponentlərini tədqiq edən elmdir. Bu elmin tərkib 
hissələrindən biri olan qitələrin fiziki coğrafiyasında bu və ya 
başqa qitənin, məsələn, Afrikanın səthinin formalaşması, 
relyefi, faydalı qazıntıları, iqlimi, suları, torpağı, bitkilə-
ri, heyvanları və əhalisi haqqında bəhs olunur, əhalinin 
mənşəyi, irqi tərkibi aydınlaşdırılır və bununla bərabər dil 
ailələri, qrupları haqqında məlumat verilir. Coğrafiya elmi, 
şübhəsiz ki, burada dil ailələri haqqında dəqiq elmi mə-
lumat vermək üçün mütləq dilçiliyə müraciət etməli olur. 
Dilçilik də, öz növbəsində, dillərin regionlar üzrə tədqiqi 
prosesində coğrafi ərazi bölgüləri, dünya xəritəsi, atlaslar, 
torpağın relyef quruluşu və s. haqqında coğrafi biliklərdən 
istifadə edir. Dilçiliyin coğrafiya ilə sıx əlaqəsi nəticəsində 
dilçilik coğrafiyası adlanan sahə əmələ gəlmişdir.
Dilçilik coğrafiyası dilçiliyin son nailiyyətlərindən 
biri kimi xüsusi əhəmiyyətə malikdir. Burada müxtəlif əra-
zi üzrə dialektlərin müasir vəziyyəti öyrənilir.
Dilçilik coğrafiyası XIX əsrin son rübündə yaranmağa 
başlamışdır. XX əsrdə bu sahədə çox böyük nailiyyətlər 
əldə edilmişdir. Bir sıra Avropa dillərinin atlasları hazır-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
174
lanmışdır. Slavyan dillərinə dair ciddi tədqiqatlar aparıl-
mışdır. Bu sahədə Azərbaycan dilalektoloqları da müəy-
yən işlər görmüşlər, dilimizin atlası da yaradılmışdır.
Dilçilik coğrafiyasının nəzəri məsələlərinə dair ədəbiy-
yatda bu sahədə görülən və görüləsi işlərə toxunulmuşdur
1
.
Rus dilinin dialektlərinə dair ilk xəritələri 1915-ci 
ildə N.N.Durnovo, N.N.Sokolov, D.N.Uşakov hazırlamış 
“Опыт диалектологической карты русского языка в 
Европе” adı altında nəşr etdirmişlər. Əllinci illərdən baş-
layaraq bu istiqamətdə Azərbaycan dilinin dialektləri öy-
rənilmişdir. Həmin dialektlərin səciyyəvi xüsusiyyətlərini, 
Azərbaycan milli ədəbi dilinin hansı yerli dialekt əsasında 
təşəkkül tapdığını, başqa dialektlərin ədəbi dilə göstərdi-
yi təsiri və dil tarixinin bəzi məsələlərini aydınlaşdırma-
ğa kömək edə biləcək atlaslar hazırlanmağa başlanmışdır. 
Azərbaycan dilinin dialektləri coğrafi bölgü əsasında 4 
qrupa bölünür:
1. Azərbaycan dilinin şimal qrupu dialektləri.
2. Azərbaycan dilinin cənub qrupu dialektləri.
3. Azərbaycan dilinin şərq qrupu dialektləri.
4. Azərbaycan dilinin qərb qrupu dialektləri.
Şübhəsiz ki, Azərbaycan dialektoloqları bu bölgünü 
respublikanın fiziki coğrafiyası əsasında aparmışlar.
Dilçiliklə coğrafiyanı birləşdirən problemlərdən biri 
də coğrafi adların – toponimlərin öyrənilməsidir. Toponim-
lərin öyrənilməsi dilçilik və coğrafiya elmlərinə lazımi elmi 
faktlar verir. Burada hər iki elmin tədqiqat obyekti bir olsa 
da, məqsəd və tədqiqat metodları başqa-başqadır. Dilçi 
alim toponimlərin mənşəyini müəyyənləşdirərkən orada 
qədim dil ünsürlərini aşkara çıxarmağı, dilin leksik siste-
1
Bax: Вопросы теории лингвистической географии. M., 1962; Д.И.Эдельман. Основные 
вопросы лингвистической географии. M., 1968 və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
175
mində toponimlərin yerini müəyyənləşdirməyi, onların 
leksik-qrammatik, fonetik xüsusiyyətlərini (toponimlərin 
dil tərkibini) öyrənməyi qarşısına məqsəd qoyur.
Coğrafiyaçı isə toponimləri təsviri istiqamətdə öyrənir. 
Onları nominasiyaya görə təsnif edir. O, toponimlərin tərki-
bində yerli relyef quruluşuna, iqlim xüsusiyyətlərinə, əha-
linin peşə məşğuliyyətinə, miqrasiyasına və s. məsələlərə 
dair faktlar axtarmağı qarşıya məqsəd qoyur. Toponimlərin 
öyrənilməsində dilçilik və coğrafiya elmləri bir-birinin nə-
ticələrindən istifadə edir. Məsələn, Azərbaycan dilçiləri və 
coğrafiyaçıları bu sahədə xeyli iş aparmışlar
1
.
Dilçilik coğrafiyasının nəzəri məsələlərinin öyrənilməsi 
müasir dilçiliyin aktual problemləri cərgəsində durur.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   94   95   96   97   98   99   100   101   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish