1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet149/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   145   146   147   148   149   150   151   152   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

6.09. SİNTAKSİS ŞÖBƏSİ
Dilçilikdə dilin sintaktik sistemindən bəhs edən şöbə 
sintaksis adlanır. Sintaksis termini yunan mənşəli syntaxis 
sözündən olub “tərtib edilmə” mənasını bildirir. Dilçilik 
ədəbiyyatında sintaksis termini həm dilin sintaksis siste-
mi, həm də bu sistem haqqında təlim mənasında işlənilir. 
Bu terminin belə ikimənalılığı elm üçün müsbət hal deyil.
Sintaksisin obyekti həm söz birləşmələri, həm də 
cümlələrdir. Sintaksis bu vahidlərdən hər birinin əlamət 
və xüsusiyyətlərini, dildəki mövqe və rolunu aydınlaşdı-
rır. Demək, sintaksis dildəki söz birləşmələri və cümlələr 
haqqında linqvistik təlimdir.
Dilçilikdə sintaktik tədqiqatın tarixi çox qədim dövr-
lərlə bağlıdır. Sintaksis anlayışı dil haqqında elmə hələ 
eramızdan əvvəl qədim hind alimləri tərəfindən daxil 
edilmişdir. Hind dilçiləri ilə yanaşı, klassik yunan, Roma 
və ərəb dilçiləri də dilin sintaktik sistemindən (cümlə 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
258
məsələlərindən) bəhs etmişlər. Lakin qədim dövrdə və 
istərsə də orta əsrlərdə sintaksis xüsusi tədqiqat obyekti 
olmamış, bu şöbənin mövzusu başqa dil məsələlərinə qa-
rışdırılmışdır. Buna görə də həmin dilçilik ənənələrində 
sintaksis məsələləri çox az tədqiq edilmişdir.
Sintaksis məsələləri XVIII əsrdə rus alimlərini çox 
maraqlandırmışdır. M.V.Lomonosov 1755-ci ildə yazdığı 
“Rusiya qrammatikası” adlı əsərində sintaksis məsələlərinə 
geniş yer vermişdir. M.V.Lomonosovun dilçilik baxışları, 
eləcə də sintaksis, söz birləşmələri sahəsindəki fikirləri on-
dan sonra bir sıra dilçilər tərəfindən inkişaf etdirilmişdir. 
Alimin söz birləşməsi haqqındakı fikirləri xüsusilə qram-
matika dərsliklərinə güclü təsir göstərmişdir”
1
.
Sintaksis problemləri XIX əsrdə geniş şəkildə tədqiqat 
obyektinə çevrilmişdir. “Bu dövrdə sintaksisin əhatə da-
irəsi və mövzusu tam mənada dəqiq müəyyənləşdirilməsə 
də, bu sahədə çox mühüm işlər görülmüşdür”
2
. Əsrin ilk 
illərindən başlayaraq sintaksis məsələləri diqqət mərkəzin-
də olmuş, söz birləşmələri, cümlə müxtəlif cəhətdən tədqiq 
edilmişdir. Rus dilçilərindən A.Vostokovun, N.Qreçin, 
F.For tunatovun, A.Şaxmatovun, A.Peşkovskinin və başqa-
larının əsərlərində sintaksisə dair bir sıra fərqli fikirlər irəli 
sürülmüşdür. XIX əsrdə türk dillərinin sintaksisini tədqiq 
etməyə də müəyyən maraq göstərilmişdir. Görkəmli Azər-
baycan alimi M.A.Kazımbəy öz əsərlərində dilimizin sin-
taktik sisteminin şərhinə xüsusi yer vermişdir.
Doğrudur, M.A.Kazımbəyin yaradıcılığında bu mə sə-
lələr lazımi şəkildə işlənilməmişdir. Lakin Azərbaycan di-
li sintaksisinin təhlili sahəsində onun ideyaları ilk addım 
kimi çox əhəmiyyətli olmuşdur.
1
Y.Seyidov. “Azerbaycan ədəbi dilində söz birləşmələri”. Bakı, 1966, səh. 14.
2
Yenə orada, səh. 12.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
259
XX əsr dilçiliyində sintaksisə dair problemlər dərin-
dən və ətraflı tədqiq olunmuş, bu sahədə əsaslı nəzəriyyə 
yaradılmışdır.
Dilçilikdə sintaksisə dair külli miqdarda tədqiqatlar 
aparılmasına baxmayaraq, yenə də bəzi məsələlər tam həll 
olunmamışdır. Məsələn, sintaksislə əlaqədar qarşıya belə 
bir sual qoyulsa ki, “Cümlə nədir?” – bu suala çox müxtəlif 
cavablar verildiyinə rast gələrik.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   145   146   147   148   149   150   151   152   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish