Yeni İnformasiya texnologiyalari



Download 43.22 Kb.
Sana21.01.2017
Hajmi43.22 Kb.
MÖVZU 1: “YENİ İNFORMASİYA TEXNOLOGİYALARI” FƏNNİNƏ GİRİŞ
Plan

  1. İnformasiya, informasiyanın xassələri, informasiya texnologiyası

  2. Informasiya texnologiyalarının evolyusiyası

  3. Şəbəkə informasiya texnologiyaları

  4. Açıq sistemlər texnologiyası

  5. Verilənlərin mühafizəsi texnologiyası



  1. İnformasiya, informasiyanın xassələri, informasiya texnologiyası

Hal-hazırda alimlərin çoxu informasiya anlayışının ciddi təyinini vermək cəhdlərindən imtina edirlər ve hesab olunur ki, informasiyanı riyaziyyatda çoxluq anlayışı kimi ilkin, qeyri-müəyyən anlayış kimi nəzərdən keçirmək lazımdır. Dərsliklərin bəzi müəllifləri informasiyanın aşaqıdakı təyinlərini təklif edirlər:



İnformasiya – kimsə və ya nəsə haqqında bilik və ya məlumatlardır.

İnformasiya – yığılan, saxlanılan, ötürülən, emal olunan, istifadə edilən məlumatlardır.

“İnformasiya” termini məlumatlar, şərhlər, açıqlamalalar mənasını daşıyan “informatio” latın sözündən əmələ gəlmişdir. Hal-hazırda elm informasiyanın çoxşaxəli anlayışına xas olan ümumi xassə və qanunauyğunluqlarını tapmağa cəhd edir, lakin böyük nisbətdə bu anlayış intuitiv olmaqda qalır və insan fəaliyyətinin müxtəlif sahələrində müxtəlif mənalar alır:

1. məişətdə kimsəni maraqlandıran istənilən verilənləri, məlumatları, bilikləri infirmasiya adlandırırlar. Məsələn, hansısa hadisələr, kiminsə fəaliyyəti barəsində və s. məlumatlar;

2. texnikada informasiya kimi işarələr və siqnallar formasında örürülən məlumatları başa düşürlər (bu təsadüfdə məlumatların mənbəsi, alıcısı və əlaqə kanalı mövcud olmalıdır);

3. kibernetikada informasiya kimi oriyentasiyada, aktiv hərəkətdə, idarəetmədə sistemin saxlanılması, təkmilləşdrilmsi, inkişafı məqsədləri ilə istifadə olunan biliklərin müəyyən hissəsini başa düşürlər;

4. informasiya nəzəriyyəsində informasiya obyektlər, və ətraf mühit hadisələri və s., onların parametrləri, xassələri və vəziyyətləri haqqında elə məlumatlardır ki, sistem haqqında qeyrimüəyyənlikləri, biliklərin natamamlıq dərəcəsini azaldırlar.



İnformasiya – xarici dünyann işarələr və siqnalların köməyi ilə əksidir.

İnformasiyanın xassələri:



1. tamlıq - informasiyanın əks edilən obyekt və ya prosesi əhatəli (müəyyən istehlakçı üçün) xarakterizə etmək qabiliyyətidir;

2. aktuallıq – zamanın lazımi anında istehlakçının istəklərinə müvafiq olmaq qabiliyyətidir;

3. dəqiqlik – informasiyada gizli səhvlərin olmaması xassəsi. Dəqiq informasiya zaman keçdikcə köhnəlib hadisələri həqiqi olaraq əks etdirməyəndə qeyri-dəqiq olur;

4. əlverişlilik – müəyyən istehlakçı tərəfindən informasiyanın alınması imkanını xarakterizə edən xassədir;

5. relevantlıq (adekvatlıq) – nəticənin praktiki tətbiqi dərəcəsi;

6. mühafizəlik – informasiyanın sanksiya olunmamış istifadəsinin və ya dəyişdirilməsinin mümkünsüzllüyünü xarakterizə edən xassəsidir;

7. erqonomiklik – müəyyən istifadəçinin nöqteyi nəzərindən informasiyanın formasının və ya həcminin rahatlığını xarakterizə edən xassədir.

İnformasiyanı resursun xüsusi növü kimi qəbul etmək lazımdır, “resurs” kimi maddi predmetlərin energetik, struktur və digər xarakteristikaları haqqında biliklər ehtimalı nəzərdə tutulur. Maddi əşyalarla bağlı olan resurslardan fərqli olaraq informasiya resursları tükənməzdirlər, yenidən hasil olunur və yenilənmənin tamamilə digər metodlarını təklif edirlər.

Bu nöqteyi nəzərdən informasiyanın belə xassələrini nəzərdən keçirmək olar:

1. yadda saxlanılma;

2. ötürücülük;

3. yenidən hasil edilmə;

4. dəyişdirilmə;

5. silinmə.


Yadda saxlanılma – xassələrin ən vaciblərinin biridir. Yadda saxlanılan informasiyanı makroskopik adlandıraq (yadda saxlayan xananın məkan miqyaslarını və yadda saxlanma zamanını nəzərə alaraq). Real praktikada məhz makroskopik informasiyadan biz istifadə edirik.

Əlaqə kanalları vasitəsilə (o cümlədən manealərlə) informasiyanın ötürücülük qabiliyyəti K. Şennonun informasiya nəzəriyyəsi çərçiəsində yaxşı tədqiq edilmişdir. Bu təsadüfdə isə bir qədər digər aspekt nəzərdə tutulur – informasiyanın kopyalanma qabiliyyəti, yəni o, digər makroskopik sistem tərəfindən “yadda” saxlanıla bilər və bu zaman özünə bərabər qala bilər. Aydındır ki, kopyalanma zamanı informasiyanın miqdarı artmamalııdır.

İnformasiyanın yenidən hasil edilməsi onun ötürücülüyü ilə sıx bağlıdır və müstəqil baza xassəsi deyildir. Əgər ötürücülük sistemin hissələri arasında məkan nisbətlərini əhəmiyyətli hesab etmək lazım olmadığını göstərirsə, onda yenidən hasil edilmə informasiyanın tükənməzliyini və qurtarmazlığını xarakterizə edir, yəni kopyalanma zamanı özünə bərabər qalır.

İnformasiyanın fundamental xassəsi dəyişdirilmədir. Bu, informasiyanın öz mövcudluğunun növünü və formasını dəyişmək qabiliyyətini göstərir. Kopyalama informsiyanın dəyişdirilməsinin bir növüdür, və bu zaman onun miqdarı dəyişilməz qalır. Ümumi halda dəyişdirilmə proseslərində informasiyanın miqdarı dəyişilir, lakin artmır.

İnformasiyanın silinmə xassəsi də müstəqil deyil. O, informasiyanin elə dəyişdirilməsi ilə bağlıdır ki, bu zaman onun miqdarı azalar və 0 bərabər olur.

İnformasiyanın bu xassələri onun ölçüsünün formalaşması üçün kafi deyillər, çünki onar informasiya proseslərinin fiziki səviyyəsinə aiddirlər.



Tapşırıq: informasiyanın nümünələrini verin:

  • cansız təbiətdə (məsələn, geologiya, arxeologiya və s.);

  • bioloji sistemlərdə (məsələn, heyanlar və ya bitkilərin həyatından);

  • texniki qurğularda (məsələn, televiziya, teleqraf məlumatları və s.);

  • cəmiyyət həyatında (məsələn, tarixi məlumatlar, reklam, kütləvi informasiya vasitələri, insanlar arasında əlaqə).

İnformasiya həmişə onun maddı daşıyıcısı ilə əlaqədardır.

İnformasiya daşıyıcısı kimi aşağıdakılar çıxış edir:

İxtiyari maddi əşya (kağız, daş və s.);

İxtiyari təbiətli dalğalar: akustik (səs), elektromaqnit (işıq, radiodalğa) və s.;

Müxtəlif vəziyyətdə maddə: maye həldə molekulların konsentrasiyası, temperatur və s.

İnformasiyanın maşın daşıyıcıları: perfolentlər, perfokartlar, maqnit lentər və s.

Siqnal - informasiyanın ötürülmə növüdür. Bu informasiya dəyərinə malik olan fiziki prosesdir. O kəsilməz və diskret ola bilər. Əgər siqnal zaman momentlərinin sonlu sayında qiymətlərin sonlu saylarını qəbul edirsə onda o diskretdir.

Analoq siqnalı – amplitudada və zamanda kəsilməz dəyişilən siqnaldır.

İnformasiya texnologiyası – obyektin, prosesin, hadisənin vəziyyəti haqqında yeni keyfiyyətli informasiyanın alınması üçün verilənlərin yığılması, emalı və ötürülməsinin vasitə və metodlar toplusundan istifadə edən prosesdir. İnformasiya texnologiyasının məqsədi – təhlil üçün insan tərəfindən informasiyanın istehsalı və onun əsasında qərarın qəbul edilməsidir.

Fərdi kompüterlərin informasiya sferasına tətbiqi və əlaqə telekommunikasiya vasitələrinin istifadəsi informasiya texnologiyası inkişafının yeni mərhələsini müəyyən etmişdirlər.



2. Informasiya texnologiyalarının evolyusiyası

“İnformasiya texnologiyası” anlayışının tərifindən çıxış edərək nəticəyə gəlmək olar ki, informasiya texnologiyalarının inkişaf tarixi öz başlanğıcınıı nitqin meydana çıxmasından götürür. Bu dövr informasiya texnologiyalarının birinci mərhələsini təşkil edir.

Şəxsi ünsiyyət zamanı ayrı-ayrı insanlar arasında informasiyanın mübadiləsi sadələşdirilmişdir. Bundan başqa insanarın yaxın nəsilləri arasında (babadan, ataya, sonra isə nəvəyə) informasiyanın ötürülməsi sadələşdirilmişdir. Biliklərin saxlayıcıları kahinlər жрецы, din xadimləri mövcud oldular. Biliklərə və informasiyaya girişin məhdud olduğundan biliklər cəmiyyətdə gedən istehsal və sosial proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilməzdilər.

Lakin informasiyanın “dodaqdan dodağa” ötürülməsi insanın ölümü ilə itirdi. Bundan başqa, zamanda və ya məkanda insanın iştirakı olmadan informasiyanın ötürülməsini təşkil etmək imkanı yox idi.

İnformasiya texnologiyası evolyusiyasının ikinci mərhələsi yazı ilə bağlıdır. İnformasiyanın yiğılması və bir çox nəsillərə ötürülməsi imkanı yaradılmışdır. Nformasiyanın daşıyıcısı qsmində yazılı məlumatdan istifadə edilirdi. Bu imkanlarla informasiya texnologiyası inkişafın növbəti pilləsinə qalxmışdir.

1445-ci ildə birinci çap maşınının və kitab çapının meydana çıxmasından 500 il ərzində olan informasiya texnologiyasının üçüncü mərhələsinə gətirib çıxartdı. Biliklər tirajlaşdırılırdı, insanlar arasında informasiya surətlənirdi. İnformasiya artıq istehsala təsir göstərə bilirdi. Müəyyən qurğular, buğ maşınları, fotoqrafiya, teleqraf, radio meydana çıxmışdırlar.

Lakin XIX əsrin sonunacan işləyən əhalinin maddi istehsalat sferasında . 95 %-ı informasiya sferasında isə cəmi 5% məşğul idilər. XX əsrin ortalarında informasiya sferasında məşğul olan əhalinin faizi təxminə 30 %- qədər qalxmışdır, və bu tendensiya artmağa doğrudur.

XIX əsrin sonunda – XX əsrin əvvəllərində informasiya evolyusiyasının 4-cü mərhələsi başlanmışdır, bu da informasiyanın ötürülməsi vasitələrinin yaradılması və yayımlanması ilə əlaqədardır. Real zaman rejimində ixtiyari məsafələrə informasiyanın ötürülməsi imkanı meydana çıxmışdır.

1946 ildə ilk elektron-hesablanma maşınlarının yaradılması informasiya texnologiyaları evolyusiyasının beşinci mərhələsinə gətirib çıxartdı. Formalizə olunmuş biliklərin yazılması və uzunmüddətli saxlanılması üçün bəzi üsullar yaradılmışdır ki, bu zaman bu biliklər istehsalat avadanlığının iş rejiminə bilavasitə təsir göstərə bilərdilər. Video- və audioinformasiyanın uzun məsafəyə ötürülmə, informasiya fondlarının yaradılma imkanları meydana gəlmişdir. Beşinci mərhələ ərzində EHM-lərin inkişafı baş verirdi, bu da informasiya texnologiyalarının ardıcıl inkişafına gətirib çıxarırdı. Bu dövrdə informasiya texnologiyalarının fəaliyyətinin əsas meyarı kimi maşın resurslarının qənaəti çıxış edirdi. Bu zaman avadanlığın maksimal yüklənilməsi məqsədi güdülürdü ki, bu da informasiyanın işlənlməsinin paket rejiminin təşkili ilə təchiz edilirdi.

Paket rejimi EHM-lərin istehsalat gücünü kəskin artırmışdır, lakin bu zaman proqramların sazlanması və yeni proqram məhsullarının yaradılma prosesini çətinləşdirmişdir.

1980-ci illərin əvvəllərində mini EHM-lər və böyük inteqral sxemlər üzərində qurulmuş üçüncü nəsil EHM-lər yaradılmışdır. Üçüncü nəsil EHM-lər bazasında informasiya texnologiyalarının yaradılmasının əsas meyarı proqramçının əməyinə qənaət oldu ki, bu da proqramlaşmanın instrumental vasitələrinin işlənilməsi ilə realizə olmuşdur. İkinci nəsil əməliyyat sistemləri yaradılmışdır ki, bunlar üç rejimdə işləyirdilər:


  • Real zaman;

  • Zamanın bölünməsi;

  • Paket rejimi.

Zamanın bölünməsi sistemləri mütəxəssis üçün dialoq rejimində işləməyə imkan vermişdir, belə ki, ona zaman kvantı ayrılmışdır, və bu müddət zamanı o sistemin bütün resurslarına daxil olma imkanını əldə etmişdir. Yüksək səviyyə dilləri (PL, Pascal və s.), tətbiqi proqramlar paketləri, verilənlər bazalarının idarəetmə sistemləri, layihələndirmənin avtomatlaşdırma sistemləri, EHM-lə ünsiyyətin dialoq vasitələri, proqramlaşdırmanın yeni texnologiyaları (struktur və modul) yaradılmışdır, EHM-lərin qlobal şəbəkələri meydana gəlmişdir, informatika adlı yeni elm sahəsi formalaşmışdır.

İqtisadi obyektlərin idarəedilməsinin avtomatlaşdırılması üçün idarəetmənin avtomatlaşdırılmış sistemləri, verilənlərin işlənilməsinin avtomatlaşdırılmış sistemləri və iqtisadi informasiyanın iənilməsinin digər avtomalaşdırılmış sistemləri yaradılmışdır.

İnformasiya texnologiyaları evolyusiyasının altıncı mərhələsi mikroprosesorun və fərdi kompüterin meydana gəlməsindən başladı.

Fərdi kompüter insan fəaliyətinin çətin formalizə olunan proseslərindən çoxunu formalizə etməyə imkan yaradan alətdir. İnformasiya texnologiyalarının funksionallığının əsas meyarı kimi onların biliklərin formalizə olunması üçün istifadəsi və insan fəaliyyətinin bütün sferalarına tətbiqi çıxış edir.

Dialoq əməliyyat sistemləri geniş yayım almışdırlar ki, onlar arsında UNİXi, avtomatlaşdırılmış işçi yerlərini, ekspert sistemlərini, biliklər bazalarını, lokal hesablama şəbəkələrini, hibrid avtomatlaşdırılmış istehsalatlarını, verilənlərin paylanılmış işlənilməsini sadalamaq olar.

İnformasiya artıq material, enerji və kapitalla bərabər resurs kimi çıxış edir. Yeni iqtisadi kateqoriya yaranır – milli informasiya resursları. Bu dövrdə cəmiyyətin informatizasiyası məqsədilə biliklərin avtoformallaşdırılması üçün informasiya texnologiyaları işlənilir.

Verilənlərin parallel işlənilməsi ilə olan maşınlar – transpüterlər yaradılır. Onlar üçün yeni dil – parallel proqramlaşdırma dili işlənilir. Qüvvəsinə görə böyük kompüterlərə öz yerni verməyən portativ EHM-lər, klaviaturasız kompüterlər, bundan başqa qrafik əməliyyat sistemləri və yeni informasiya texnologiyaları – obyekt-yönəldilmiş texnologiyalar, hipermətn, multimedia, CASE-texnologiyalar və s. yaradılmışdır.
3. Şəbəkə informasiya texnologiyaları

1960-cı illərdə ilk hesablama şəbəkələri meydana gəlmişdir. Məhz bu vaxtdan EHM-da əlaqə texnikası vasitəsilə informasiyanın yığımı, saxlanılması, ötürülməsi və emalı texnologiyalarını biləşdirən şəbəkə informasiya texnologiyaları yaradılır.

Şəbəkə (Network) - əlaqə xəttləri ilə biri-biri ilə bağlı olan obyektlərin interaktiv toplusudur.

Kommunikasiya şəbəkəsi – məhsuıun yaradılması, dəyişdirilməsi, saxlanılması və istehlakı funksiyalarını yerinə yetirən obyektlər sistemi və şəbəkə daxilində bu məhsulu ötürən xəttlərdir.

İnformasiya şəbəkəsi – kommunikasiya şəbəkəsidirdir ki, burada informasiya yaradılma, saxlanılma, emal və istifadə məhsulu kimi çıxış edir.

Qeyd edək ki, istifadə sahəsinə görə lokal, regional (territorial) və qlobal şəbəkələr seçilir.

Lokal hesablama şəbəkələri və ya LAN (Local Area Network) kiçik ərazidə məhdud sayda kompüterlərin qarşılıqlı əlaqəsini təmin edirlər.

Territorial şəbəkələr (Wide Area Network, WAN) – müxtəlif coğrafi əraziləri əhatə edən şəbəkələrdir.

Adətən onları ərazi prinsipinə görə regional bə qlobal şəbəkələrə bölürlər.

Regional şəbəkələr şəhərin, vilayətin və s. inzibati hissəsini, bundan başqa bir neçə şəhərdə və ya şəhərin bir neçə rayonunda və s. yerləşən istehsalat və digər təşkilatları əhatə edirlər. Bunun üçün regional şəbəkələri bəzən MAN (Metropolitan Area Network) adlandırırlar. Regional şəbəkələrə korporasiyaya daxil olan bir və ya bir neçə binanı birləşdirən korporativ şəbəkələr (təşkilat miqyasında şəbəkələr) də aiddir. Onlar paylanılmış informasiya rxitektura ilə mürəkkəb informasiya sistemləri (infosistemləri) təşkil edirlər.

Korporativ informasiya sisteminə (KİS) İmtranet də aiddir. Bu texnologiya daxili istifadəçi və xarici istehlalçı (bunlar kimi eyni bir insan çıxış edə bilər) üçün bir vahid nəzərdə tutur. Öz təşkilatı üçün o daxili istifadəçidir, kənar kompaniya üçün isə xarici istehlakçıdır. Bu metod təşkilatın öz filialları ilə işində və ya müxtəlif korporasiyalarda istifadə üçün əlverişlidir.

Qlobal hesablama şəbəkəsi (Wide Area Network, WAN) – coğrafi cəhətdən bir-birindən uzaqlaşdırılan və bir-biri ilə verilənlərin ötürülməsi kommunikasiya kanalları və xüsusi proqram təminatı vasitəsilə qarşılıqlı əlaqədə olan kompüterlər (host- düyünləri) çoxluğudur. Host-kompüterlər – qüvvətli çoxistifadəçili hesablama sistemləri (serverləri), bundan başqa kommunikasiya düyünlərin funksiyalarını yerinə yetirən xüsusi kompüterlərdir. Fərdi kmpüterlərin istifadəçiləri öz kompüterlərini belə şəbəkənin əsas düyünlərini birləşdirəndən sonra onun abonentləri olurlar.

İnternat – müxtəlif məsələləri yerinə yetirən və müxtəlif təyinatlı şəbəkələrin böyük sayından ibarət olat qlobal hesablama şəbəkəsidir. İnternet inteqrə olunmuş informasiya şəbəkəsini (infoşəbəkəni), yəni altşəbəkələr adlanan müxtəlif ölkələrdə qarşılıqlı əlaqədə olan informasiya şəbəkələrinin toplusunu təşkil edir.

İnformasiya şəbəkələrində idarəedən sistemlər server adlanır. “Server” termini altında (ing. “server” – xidmət göstərən prosessor, xidmət düyünləri) şəbəkəyə qoşulmuş kifayət qədər qüvvətli və ümumi istifadənin müəyyən resurslarına malik olan, bundan başqa bir neçə kompüterləri lokal və qlobal informasiya şəbəkələrinə birləşdirən hesablama maşınını başa düşürlər. Server ilə şəbəkə düyünü host (ing. “host” – sahib) adlandırılır. Adətən onlar İnternetin provayderi olurlar.

Serverlər adətən şəbəkədə inzibati idarəetmə funksiyalarını yerinə yetirirlər və bu zaman sistemin administratorları adlandırılırlar. Onların iş dairəsinə sistemin işləmə qabiliyyətinin yoxlanılması (kanalların, kompüterlərin, proqramların və s.), nasazlıqların, sanksiya olunmamış girişlərin aşkara çıxardılması, şəbəkənin işinin uçotu, onun iş haqqında hesabatların hazırlanması və istifadəçilərə şəbəəkənin resursları haqqında informasiyanın təqdim olunması daxildir.
4. Açıq sistemlər texnologiyası

Hesablama texnologiyası tezliklə inkişaf edir. Nəticədə müxtəlif qurğu və onlar ümün proqram hazırlanmışdır. Müxtəlif proqram-apparat vasitə və sistemlərin belə bolluğu onların bir çoxu arasında uyğunsuzluğa gətirib çıxartdı. Bu oblastda problemi həll etmək vahid qaydaların işlənilməsi ilə mümkündür ki, bu qaydalar sonradan sahə, milli və beynəlxalq statusunu alırlar. Beynəlxalq səviyyədə bu problemin həlli üçün açıq sistemlər prinsipindən istifadə etmək təklif olunmuşdur.

Açıq sistem (ing. “Open system”) – ictimaiyyət üçün açıq və ümumilikdə qəbul olunmuş (beynəlxalq) standartlara uyğun işlənilmiş apparat və proqram məhsul və texnologiyalardan ibarət hesablama mühitidir.

Apparat və proqram məhsul və texnologiyaların istifadəçiləri üçün açıq sistemlərin əsas təyini bu məhsulları və texnologiyaları istehsal edən təchizatçıdan müstəqillikdir. İdeyanın məğzi ondan ibarətdir ki, istehlakçılar öz sistemlərinin qüvvəsini artıraraq belə təchizatçının (firmanın, kompaniyanın) ixtiyari məhsulunu əldə edə bilərlər. Bu apparat və proqram vasitələrinə aiddir.

Açıq sistemlərin əsas xassələri:

1. daşınma;

2. interoperabillik;

3. miqyaslılıq;

4. inkişaf və modernizasiya üçün proqram və apparat təminatının əlverişliliyi.

Daşınma (portability) – proqram və apparat təminatının müxtəlif və ya müxtəlif əməliyyat sistemlərinin idarəsi altında işləmək qabiliyyətidir.

İnteroperabillik (Interoperability) müxtəlif proqram və apparat platformaların qarşılıqlı uyğunluq qabiliyyətidir.

Miqyaslılıq (Scalability) – proqram və apparat vasitələrin müxtəlif sistemlərlə korrekt işləmək qabiliyyətidir.

Açıq sistemlərdə, məsələn, UNIX standartlaşdırılmış əməliyyat sistemindən istifadə olunur. Açıq sistemlərin texnologiya və standartları verilən xassələrlə sistem və tətbiqi proqram vasitələrin istehsalının real mümkünlüyünü təmin edirlər.

İstifadəçilər üçün üstünlük ondan ibarətdir ki, onlar vaxt keçdikcə sistemin işləmə qabiliyyətini nəzərə almadan onun elementlərini daha təkmilləşdirilmişlərə dəyişə bilərlər.

“Açıq sistemlər” termini müvafiq tövsiyyələr köməyi ilə ixtiyari iki sistemin qarşılıqlı əlaqəsi kimi başa düşülür.

Açıq sistemlərin qarşılıqlı əlaqəsi (Open Systems Interconnection, OSI) – müxtəlif istehsalçılar tərəfindən yaradılan sistemlərin açıq arxitekturalarla birləşmə qaydalarıdır.

Açıq sistemlərin qarşılıqlı əlaqə modeli müxtəlif cinsli sistemlərin (kompüterlərin, terminalların, proseslərin, əlaqə vasitələrinin) şəbəkə əlaqələrinə aid tövsiyyələri birləşdirir. Belə ki, kompüter şəbəkələri üçün standart kimi TCP/IP şəbəkə protokollarıdır.

Açıq arxitektura (Open architecture) – dərc olunmuş spesifikasiyalarla olan kompüter və ya periferiya qurğusunun arxatekturasıdır. Belə arxitektura digər istehsalçılara sistemlər üçün əlavə qurğuların yaradılmasına imkan verir.


5. Verilənlərin mühafizəsi texnologiyası

İnformasiya texnologiyalarının geniş tətbiqi insan fəaliyyətinin bütün tərəflərinə olan pozitiv təsiri ilə birgə onların təhlükəsinə yeni təhdidlərin yaradılmasına gətirib çıxartdı. Bu onunla bağlıdır ki, hesablama texnikası vasitələri ilə yaradılan, saxlanılan və emal olunan informasiya insanların və texniki sistemlərin böyük hissəsinin fəaliyyətini müəyyən etməyə başlamışdır. Bununla əlaqədar informasiyanın oğurlanması ilə bağlı olan zərərin vurulma imkanları kəskin artmışdır, çünki fəaliyyətinin səmərəliliyini aşağı salmaqla və ya resursları mənimsəməklə ixtiyarı sistemə (sosial, bioliji və ya texniki) təsir göstərmək yalnız onda mümkündür ki, onun strukturu və funksinallıq prinsipləri haqda məlumatlar əldə edlmişdir.

İnformasiya təhdidlərinin bütün növlərini iki böyük qrupa ayırmaq mümkündür:

Proqram və texniki vasitələrin işləmə qabiliyyətinin imtinaları və nasazlqları;

Zərərin verilməsi üçün cinayətkarlar əvvəlcədən planlaşdırılmış düşünülmüş təhdidlər.

Kompüter sistemlərinin işində nasazlıq və ə imtinalar səbəblərinin əsas qrupları seçilir:

Daşıyıcıların vaxtından əvvəl köhnəlməsi səbəbindən əmələ gələn verilənlırin strukturlarının operativ və xarici yaddaşında saxlanılan fiziki və məntiqi tamlığının pozuntuları;

Vaxtından əvvəl köhnəlməsi səbəbindən apparat vasitələrinin işində pozuntular;

Kompüterresurslarının quyri-korrekt istifadəsi səbəbindən verilənlırin strukturlarının operativ və xarici yaddaşında saxlanılan fiziki və məntiqi tamlığının pozuntuları;

Apparat və proqram vasitələrində yanlış istifadə səbəbindən yaranan pozuntular;

Sınaqlar prosesində aşkara çıxarılmayan və proqram və apparat vasitələrindən aradan götürüməyən səhvlər.

Yuxarıda adları çəkilmiş vaxtında aşkarlan və aradan götürülən səbəblərin təbii yollarından başqa, kompüter sistemlərinin işləmə qabiliyyətinin pozuntularından informasiyanın mühafizəsinin aşağıdakı xüsusi yollarından istifadə edirlər:

Kompüter resurslarının struktur, zaman, informasiya və funksional ehtiyatlarının tətbiqi;

Kompüter sisteminin resurslarının qeyri-korrekt istifadəsindən mühafizə;

Proqram-apparat vasitələrinin işləmə mərhələlərində səhvlərin aşkarlanması və vaxtında aradan götürülməsi.

Kompüter resurslarının struktur ehtiyatları apparat komponentlərin və verilənlərin maşın daşıyıcılarının rezervləşdirilməsi, imtina etmiş rezerv komponentlərinin vaxtında əvəz olunması sayəsində əldə edilir. Struktur ehtiyatlar ehtiyatların digər növlərinin əsasını təşki edirlər.

İnformasiya ehtiyatlarının tətbiqi verilənlərin konkret və rezerv daşıyıcılarında dövrü və ya daimi (fon) rezervləşdirilməsi yolu ilə əldə edilir. Rezervləşdirilmiş verilənlər təsadüfən və ya əvvəlcədən düşünülmüş məhv edilmiş və ya təhrif olunmuş informasiyanın bərpasını təchiz edirlər. Dayanıqlı imtinaların aşkara çıxardılmasından sonra kompüter sisteminin işinin bərpası üçün adi verilənlərin rezervləşdirilməsindən başqa sistem informasiyasını əvvəlcədən rezervləşdirmək, bundan başqa bərpanın proqram vasitələrini hazırlamaq lazımdır.

Kompüter resurslarının funksional ehtiyatları funksiyaların dublyajı və ya hesablama sisteminin proqram-apparat resurslarına əlavə funksiyalarının yüklənilməsi ilə onun nasazlıq və imtinalardan mühafizəsinin artırılması üçün, bundan başqa kompüter sisteminin özünütestləmə və ya özünübərpa komponentləri ilə əldə edilir.

İnformasiya resurslarının qeyri-korrekt istifadədən mühafizə hesablama sisteminin resurslarının istifadəsi nöqteyi nəzərindən proqram təminatının korrekt fəaliyyətindən ibarətdir. Proqram səlis və vaxtında öz funksiyalarını yerinə yetirə bilər, lakin bununla belə zəruri funksiyaların yoxluğu üzündən (məsələn, əməliyyat sistem və tətbiqi proqramlar üçün əməli yaddaşın sahələrinin izolyasiyası, xarici daşıyıcılarda sistem oblastlarının mühafizəsi, verilənlərin tamlığının və ziddiyyətsiz olmasının dəstəyi) kompüter resurslarından qeyri-korrekt istifadə edər.

Proqram-apparat vasitələrinin işlənilməsi zamanı səhvlərin aşkara çıxardılması və aradan götürülməsi layihənin konsepsiyasının sistemli təhlili və realizasiyası əsasında işləmənin baza mərhələlərinin keyfiyyətli yerinə yetirilməsi yolu ilə əldə edilir.

Informasiyanın tamlığına və konfidensiallığına təhdidlərin əsas növü zərərin verilməsi üçün cinayətkarlar tərəfindən planlaşdırılan əvvəlcədən düşünülmüş təhdidlərdir. Onları iki qrupa bölmək olar:

Insanın iştirakı ilə yerinə yetirilən təhdidlər;

Cinayətkarlar tərəfindən işlənilən müvafiq kompüter proqramlarla insanın iştirakı olmadan yerinə yetirilən tədidlər.

Hər növ təhdidlərdən mühafizə eynidir:

Hesablama texnikasının resurslarına sanksiya olunmamış girişin qadağası;

Girişin yerinə yetirilməsi zamanı kompüter resurslarının sanksiya olunmamış istifadəsinin qeyri-mümkünlüyü;

Sanksiya olunmamış tədbirlər faktının vaxtında aşkar olunması, onların səbəblərinin və fəsadlarının aradan götürülməsi.

Hesablama sistemlərinin resurslarına sanksiya olunmamış girişin qadağasının əsas yolu istifadəçilərin identifikasiyası və onlar üçün informasiya resurslarına məhdudiyyətlərın qoyulmasından ibarətdir və aşağıda mərhələləri daxil edir:

İdentifikasiya – kompüter sistemi üçün unikal identifikatorun təyin ediməsi;

Autentifikasiya – istifadəçinin səlahiyyətlərinin doğru olmasının yoxlanılması;

Sonrakı nəzarət üçün səlahiyyətlərinin təyini və kompüter resurslarına girişin məhdudiyyətlər.

Resurslara girişə görə istifadəçilər hüquqlarının aşağıdakı növləri seçilir:

Ümumi (resursun tam təqdim olunması);

Funksional və ya qismən;

Müvəqqəti.

Girişin daha yayımlanmış növləri aşağıdakılardır:

Siyahılara (istifadəçilərin və ya resursların) uyğun məhdudiyyətlər;

Səlahiyyətlərin paylanılması matrisinin istifadəsi (matrisin sətirləri – istifadəçilərin identifikatorlarıdır, sütunları – kompüter sisteminin resurslarıdır);

Məxfilik səviyyəsi və kateqoriyalara uyğun məhdudiyyətlər (məsələn, ümumi giriş, kofidensial, məxfi);

Parol ilə məhdudiyyətlər.

İnformasiyanın tədqiqatdan və kopyalanmadan mühafizəsi verilənlərin oğurlanmasından kriptoqrafik bağlantısını nəzərdə tutur. Kriptoqrafiyanın vəzifəsi şifromətn və ya kriptoqramm adlanan və təsadüfi kimi görünən işarələr ardıcıllığına müəyyən başa düşülən ilkin mətnin (açıq mətnin) reversiv dəyişdirilməsidir. Şifrdə əsas 2 əlementi seçirlər – alqoritm və açar. Şifrələnmə alqoritmi şifrələnmə açarından asılı olan işlənilən verilənlərin dəyişdirilmə ardıcıllığıdır. Açar informasiyanın şifrələnməsini və deşıfrələnməsini təmin edən şifrələnmə alqoritmin bəzi parametrlərinin qiymətlərini verir. Kriptoqrafik sistemdə informasiya İ və açar K informasiyanın şifrələnməsi və deşıfrələnməsi üçün giriş verilənləridir. İnformasiyanın əldə edilməsi (oğurlanması) zamanı açarı və şıfrələnmə alqoritmini bilmək lazımdır.

Açarların istifadəsi yoluna görə kriptorafik sistemlərin iki növünü seçirlər: simmetrik və asimmetrik.

Simmetrik kriptorafik (biraçarlı) sistemlərdə şifrələnmə və deşıfrələnmə açarları ya eynidir, ya biri-birindən asanlıqla.

Asimmetrik kriptorafik (ikiaçarlı və ya açıq açarla) sistemlərdə şifrələnmə və deşıfrələnmə açarları elə müqayisələnirlər ki, hesablama ilə bir açarı digərindən çıxması mümkün deyil. Biraçarlıya nisbətən ikiaçarlı kriptorafik sistemlərdə şifrələnmə surəti daha aşağıdır. Buna görə asimmetrik sistemlərdən iki təsadüfdə isifadə olunur:

Hesablama şəbəkəsinin istifadəçiləri arasında paylaşan gizli açarların şıfrələnməsi üçün;

Rəqəmsal imzanın yaradılması üçün.

Şifrələnmə metodlarının kütləvi tətbiqinin məhdudiyyətləri sırasında məlum şifrlərin çoxusunun proqram realizasiyası zamanı (DES, FEAL, REDOC, IDEA) mühüm zaman resurslarının istehlakıdır.

İnformasiyanın oğurlanmasının əsas təhdidlərindən biri kompüterin olan qalıq veriənlərə girişdir. Qalıq verilənlər kimi istifadəçi tərəfdən fayllarının silinməsindən, istifadəçi bilmədən müvəqqəti faylların silinməsindən, son klasterlərin istifadə olmayan hissələrində olan, disklərin formatlaşdırılmasından sonra əməli və xarici yaddaşda qalan verilənlərdir.

Konfidensial qalıq verilənlərin girişinə qarşı mühafizənin əsas yolu kompüterin aşağıdakı sahələrindəki verlənlərin vaxtında silinməsidir:

Işin seansının sonunda istifadəçi üçün ayrılan əməli və xarici yaddaşın işçi sahələrindən;

Faylların silinməsinə sorğunun verilməsindən sonra onların yerlərindən.

Qalıq verilənlərin silinməsi ya əməliyyat sistemlərinin vasitələri ilə ya xüsusi proqramların köməyilə realizasiya oluna bilər. Xüsusi proqramların (atonom və ya mühafizə sisteminin tərkibində) istifadəsi informasiyanın zəmanətli silinməsini təmin edir.

Kompüter viruslarından (xüsusi surətdə sanksiya olunmamış hərəkətlərin yerinə yetirilməsi üçün proqramlardan) mühafizə altsistemi informasiyanın mühafizəsi sisteminin əsas komponentlərindən biridir. Kompüter viruslarından mühafizənin üç səviyyəsini seçirlər:

Məlum növ virusların hesablama texnikasına daxil olmasından mühafizə;



Mühafizənin birinci səviyyəsini keçən məlum və naməlum növ virusların mövcudluğunun dərin təhlli;

Destruktiv hərəkətlərdən və ilk iki mərhələni keçən virusların çoxalmasından mühafizə.

Download 43.22 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2020
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa
davlat universiteti
ta’lim vazirligi
O’zbekiston respublikasi
maxsus ta’lim
zbekiston respublikasi
davlat pedagogika
o’rta maxsus
axborot texnologiyalari
nomidagi toshkent
pedagogika instituti
texnologiyalari universiteti
navoiy nomidagi
samarqand davlat
guruh talabasi
ta’limi vazirligi
nomidagi samarqand
toshkent davlat
toshkent axborot
haqida tushuncha
Darsning maqsadi
xorazmiy nomidagi
Toshkent davlat
vazirligi toshkent
tashkil etish
Alisher navoiy
Ўзбекистон республикаси
rivojlantirish vazirligi
matematika fakulteti
pedagogika universiteti
таълим вазирлиги
sinflar uchun
Nizomiy nomidagi
tibbiyot akademiyasi
maxsus ta'lim
ta'lim vazirligi
махсус таълим
bilan ishlash
o’rta ta’lim
fanlar fakulteti
Referat mavzu
Navoiy davlat
haqida umumiy
umumiy o’rta
Buxoro davlat
fanining predmeti
fizika matematika
malakasini oshirish
universiteti fizika
kommunikatsiyalarini rivojlantirish
jizzax davlat
davlat sharqshunoslik