Təsdiq edirəm: Kafedra müdiri prof. T.Ə. Abdullayev 16 sentyabr 2014-cü il



Download 52,51 Kb.
Sana29.01.2017
Hajmi52,51 Kb.
#1348


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ 

Təsdiq edirəm:

Kafedra müdiri prof. T.Ə. Abdullayev

16 sentyabr 2014- il 

Fənn proqramı (sillabusu)

Kafedra “MEMARLIQ KONSTRUKSIYALARI VƏ ABIDƏLƏRIN BƏRPASI”

Fənnin adı “BƏRPA VƏ KONSERVASİYA”

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili - 2014-2015 semestr - 7

Fakültə MEMARLIQ

Qrup – 111a1, 111a2

Tədris yükü: mühazirə 30 saat, seminar (məşğələ) 60 saat, Cəmi ___90__ saat.

Kredit:  __6__

Auditoriya: №  1105 (II k.)

Saat: 14:00

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Vidadi Həbibullah oğlu Muradov



Memarlıq üzrə fəlsəfə doktoru, professor

Kafedranın ünvanı:  AzMİU, II korpus, 6 mərtəbə

Məsləhət saatları: _______________________________

E-mail ünvanı: vidadi.muradov1945@mail.ru

İş telefonu: 5380479

3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. С.С. Подъяпольский, Г.Б.Бессонов и др.- Реставрация памятников

архитектуры. М., 1988.

2. Məmmədova Z.G. Memarlıq abidələrinin bərpasının əsasları. Bakı, 2004

3. Məmmədova Z.G. Bərpanın elmi- nəzəri əsasları, Bakı, 2007

4. Mədəni irsin qorunmasına dair normativ hüquqi aktlar toplusu, Bakı, 2001

6. Методика и практика сохранения памятников архитектуры. М, 1974.

7. Михайловский Е.В. - Реставрация памятников архитектуры. Развитие

исторических концепций. М., 1971.

8. История и теория реставрации памятников архитектуры. М., 1986.

9. Теория и практика реставрационных работ. М., 1972.
4. Fənnin təsviri və məqsədi:

Fənn III kur VI semestrdə tədris olunan «Tarixi mühitin qorunması bərpası» fənni ilə bağlıdır.

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.) 



KURSUN MƏQSƏDİ - memarlıq irsi və bərpası haqqında təsəvvürlərə istinad edərək bərpanın elmi- nəzəri əsaslarını acıqlamaqdır. Mühəndis konservasiyasının texnikasının müasir vəziyyəti, memarlıq abidələrinə təsir edən mənfi amillərin kompleksi, abidənin deformasiyasının diaqnostikası, texniki diaqnostikanın əsas metodları və s. problemklər araşdırılır. Bununla yanaşı müxtəlif tarixi dövrlərdə mövçud olmuş “üslub”, “arxeoloji” bərpa nəzəriyyələrini zaman kontekstindən şərh edərək, klassisizm, romantizm, müasir memarlıq üslubları və bununla bağlı baxışlar sisteminin və Azərbaycan milli memarlığının müxtəlif dövrlərinə aid bərpa ənənələri xarakterizə edilir.
KURSUN VƏZİFƏSİ - tələbəni tarixi və bədii dəyəri olan və cəmiyyət tərəfindən memarlıq abdələri kimi qəbul edilmiş tikililərin bərpasının təcrübi və elmi- nəzəri əsasları ilə tanış etməkdir.
MEMAR-BƏRPAÇININ PROFESSİONAL HAZIRLIĞINDA KURSUN YERİ. Kurs tələbənin professional hazırlığında ixtisasın baza fənlərindən biri kimi əhəmiyyət daşıyır. Burada müasir insanın dünyagörünüşü ilə cəmiyyətin həyatında abidələrin rolu, o cümlədən tikilini memarlıq abidəsi kimi qəbul etməyindən irəli gələn fəaliyyət proqramı kimi geniş dərk olunan bərpanın məqsədi və elmi-nəzəri əsasları haqqında təsəvvür arasında əlaqə yaradır. Bərpanın elmi- nəzəri əsasları insan mədəniyyətinin inkişaf prosesinin nəticəsi kimi nəzərdən keçirilir; mədəniyyət dəyişikliyə məruz qaldığı kimi, proses özü də bitib qurtarmır. Bu zaman bərpanın əsas məqsədi keçmiş dövrə aid abidənin ömrünü uzatmaq və onu gələçək nəsillər ücün saxlamaqdır.
KURSUN MƏZMUNUNUN MƏNİMSƏNİLMƏSİNƏ VERİLƏN TƏLƏBLƏR.

Kurs abidələrdə aparılan işlərin iki əsas istiqaməti- bərpa və konservasiya haqqında tələbələrə əsasən bir neçə istiqamətdə bilik verilir:



  • Müxtəlif tarixi dövrlərdə mövcüd olmuş “üslub”, “arxeoloji” bərpa nazariyyələrini zaman kontekstindən şərh edilməsi

  • XVIII-XX əsrlərdə Qərbi Avropa, Rusiyyada və Azərbaycanda bərpa fəaliyyətinin ən əhəmiyyətli amillərin tarixi xülasəsi. Azərbaycan milli memarlığının müxtəlif dövrlərinə aid bərpa ənənələrinin xarakterizəsi

  • Abidələrin müasir istifadə ücün uyğunlaşdırılması və problemləri istiqamətində yerli və xarici təcrübənin araşdırılması

  • Memarlıq irsinin qorunması sahəsində fəaliyyəti tənzimləyən Beynəlxalq sənədlər və Respublika qanunlarının araşdırılması

  • Memarlıq abidələrinə təsi edən mənfi amillərin kompleksi

  • Abidənin deformasiyasının diaqnostikası

  • Memarlıq abidələrin deformasiya səbəblərinin texniki diaqnoskikasının əsas metodları


5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmalları


Həftə

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

I həftə

Mövzu 1

Antik abidələrə maraq və onların XIX əsrin əvvəlində bərpası

Tarixi dövrün cəmiyyətin keçmiş irsə münasibətini müəyyən edən amil kimi başa düşülməsi; humanizm və antik mədəniyyətin dəyərinin etiraf olunması; antik incəsənət abidələrinin öyrənilməsi və saxlanması üçün klassizmin əhəmiyyəti: İ.İ.Vinkelmanın fəaliyyəti; Arxeologiyanın bir elm kimi yaranması; Romanın antik tikililərinin bərpası (R.Stern və C.Valadye), onun fərqləndirici əlamətləri (orijinala üstünlük, təqliddən imtina etmək, materialın fərqlənməsi, yenidən yaradılan hissələrdə detalların sadələşdirilməsi).



2

15.09.1

II həftə

Mövzu№ 2

Orta əsr abidələrinə olan maraq və onların bərpası

Romantizm və tarixi - bədii irsin dəyərinin dərk olunması; Fransada inqilab və abidələrin dövlət mühafizəsi sisteminin meydana gəlməsi; orta əsr abidələri bərpa fəaliyyətinin əsas abidələri kimi; bərpa nəzəriyyəsinin meydana gəlməsi (C.Röskin, L.Vite, P.Merime)




2

22.09.14

III həftə

Mövzu№ 3

«Üslub bərpası» nəzəriyyəsi

E.E.Violle – le - Dyukun praktik fəaliyyəti və nəzəriyyəsi; üslub restavrasiyanın prinsipləri və üsulları - yenidən yaratmanın tamlığı, analogiyalardan geniş istifadə etmək, əslini tam təqlid etmək. Avropa ölkələrində üslub bərpasının miqyası. Pyotrdan sonrakı dövrdə Rusiyada və Qərbdə abidələrin və onların bərpasının əhəmiyyətinin qiymətləndirilməsinə yanaşmanın ümumiliyi. XVIII əsrdə və Napoleonun hücumundan sonra Moskva Kreml abidələrinin bərpasına xüsusi münasibət; XIX əsrin ortalarında üslub restavrasiyası; XIX əsrin sonu və XX əsrin əvvəllərində bərpa fəaliyyətində yeni meyllər; 1918-1920-ci illərdə bərpa; İ.E.Qrabar və B.N.Zasıpkinin əsərlərində bərpa nəzəriyyəsi.





2

29.10.14

IV həftə

Mövzu 4

«Arxeoloji bərpa» nəzəriyyəsi

Üslub bərpasının tənqidi; abidələrə və bərpaya yeni münasibətin tarixi – mədəni şərtləri; yeni bərpa nəzəriyyəsi, abidələrin yeni təsnifatını və yeni bərpa növlərini yaratmaq cəhdləri (K.Boyto, A.Riql, Q.Covannoni); abidəyə ilk növbədə tarixi qaynaq kimi yanaşmaya əsaslanan bərpa prinsipləri; İtaliya bərpa Xartiyası və bərpaçiların Afinada keçirilən Beynəlxalq konqresinin qərarları.  




2

06.10.14

V həftə


Mövzu№ 5

İkinci Dünya müharibəsindən sonra bərpa

Abidələrin kütləvi sürətdə dağılması və itirilənləri yenidən yaratmanın mümkünlüyü problemi; yenidən yaratmanın miqyası (Varşava, Leninqradın ətrafı); müharibə dağıntılarını ləğv etməklə bağlı olan spesifik təcrübənin genişlənərək üslub bərpasının normalarına qayıtmaq təhlükəsi.




2

13.10.1













VI həftə

Mövzu№ 6

Azərbaycanda bərpa

Azərbaycanda memarlıq irsinin qorunub saxlanması və ondan müasir məqsədlər üçün istifadə edilməsi. Abidələr haqqında respublika qanunu.


Azərbaycanda memarlıq abidələrinin bərpa edilməsinin bəzi məsələləri. Müdafiə tikililəri və onların bərpa problemləri. Xatirə tikililərinin bərpası. Bərpa prosesində qarşıya çıxan problemlərin ümumi nəzəri prinsiplər konteks-tində həlli.  


2

20.10.14

VII həftə

Mövzu№ 7

Abidələrin müasir istifadə üçün uyğunlaşdırılması. Memarlıq abidələrinin ərazisinin abadlaşdırılma problemləri

Funksiyanın seçilməsi prinsipləri – abidənin xüsusiyyətləri, planlaşdırma strukturu, dəyərli interyer, eyni zamanda funksional tələbatları nəzərə alan ümumi planlaşdırma qərarı; bərpa və uyğunlaşmanın əlaqəsi; yeni elementlərin, qurulmuş avadanlığın layihələri haqqında. Memarlıq abidələrində mühən-dis xətlərinin layihələndirilməsinin xüsusiyyətləri.

Memarlıq abidələrinin ərazisinin abadlaşdırılması – bərpaçı – memarın əsas məqsədlərindən biri kimi. «Qoruq zonası»nın yaradılmasının məqsədi, ölçüləri və ona verilən tələblər. «Qoruq zonası»nın sərhədlərinin müəyyənləşdirilməsi. Memarlıq abidələrinin ərazisinin abadlaşdırılmasının nümunələri – Şəkidə Kiş məbədi, Özbəkistanda Buxara və Səmərqənddəki memarlıq ansamblları (Registan kompleksi, İsmayıl Samani məqbərəsi və s.). Memarlıq abidələrinin ərazisinin abadlaşdırılması zamanı müasir mühitlə əlaqənin düzgün sintezi. 



2

30.X.14

VIII həftə

Mövzu№ 8

Memarlıq irsinin qorunması sahəsində fəaliyyəti tənzimləyən Beynəlxalq sənədlər və Respublika qanunları

Bərpaçıların 1931 – ci il Venesiya Bərpa xartiyası, 1931 – ci il Beynəlxalq Afina xartiyası. Abidələrin bərpası və konservasiyası üzrə 1964 – cü il Venesiya xartiyası, onun əsas müddəaları. Abidələrin və tarixi yerlərin qorunması üzrə Beynəlxalq Şura (İKOMOS). Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında YUNESKO – nun Konvensiyası. Paris, 16 noyabr 1972 – ci il.Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respub-likası Prezidentinin 10 aprel 1998 – ci il tarixli qanunu. Arxeoloji irsin mühafizəsi haqqında 16 yanvar 1992 – ci il Avropa konvensiyasına qoşulma (Azərbaycan Respublikasının 20 oktyabr 1999-cu il tarixli qanunu ilə qüvvəyə minmişdir).



2

06.XI.14

IX həftə

Mövzu№ 9

 Memarlıq abidələrinə təsir edən mənfi amillərin kompleksi

Qurğunun özül qruntuna və konstruksiyalarına dinamikanın təsiri. Vibrasiyaların təsiri altında qruntların deformasiyasına, yeraltı konstruksiyaların dağılmasına, konstruksiyaların möhkəmliyinin itirilməsinə, memarlıq abidələrinin konstruksiyalarında gərginliyin yaranmasına və s. səbəb olan sənaye seysmikası. Memarlıq abidələrinin dağılmasını və çökməsini tezləşdirən nəqliyyat vasitələrinin, su hövzələrinin yaxınlıqda yerləşməsi və ərazinin relyefinin təsirinin mənfi rolu. Sürüşmə hallarının yaranma səbəbləri, çökmə qruntların nəmliyi zamanı abidələrin dağılması, yan əlavə tikililərin nəticəsində abidələrdə əmələ gələn destruktiv dəyişikliklər.


2

13.XI.14

X- XI

həftə


Mövzu 10

Memarlıq abidələrində deformasiyaların növləri. Deformasiyaların təyin edilməsi. Memarlıq abidəsinin xarici və daxili səthlərinin diaqnostikası.

Memarlıq abidələrində deformasiyaların qruplar üzrə növləri: «əsas – abidə» sistemində olan deformasiyalar, xarici faktorlar, qruntların qeyri – dayanıqlığı, çökməsi və boşluğu səbəbindən qurğunun bünövrə sistemində pozuntularla

əlaqədar qruntların deformasiyası, qurğunun bünövrəsinin zəifliyi, dayaq divarlarına qruntun yan təzyiqi, örtmələrin hədsiz yüklənməsi. Qeyri – dayanıqlı və daxilində metal bağlayıcı karkasın olduğu inşaat materiallarının istifadəsi. Qurğuların zəifliyinə səbəb olan ikinci dərəcəli səbəblər – hidrogeoloji şərait, temperatur və nəmlik rejiminin pozulması, abidənin yanında böyük bünövrə dərinliyinə malik tikilinin inşası, bünövrələrin qurulması zamanı texnologiyanın gözlənilməməsi, binanın ilkin işçi sxeminin dəyişdirilməsi, dam örtüklərinin, su axıtma borularının zədəli olması. Abidələrdə vertikal, horizontal, əyilmiş, qarışıq və digər çatların yaranma səbəbləri. Qurğunun və ya onun hissələrinin hidrostatik və digər faktorların (sürüşmə, çökmə, sıxılma, həcminin azalması, əyilmə, yeraltı və yerüstü konstruktiv elementlərin yerini dəyişməsi) təsirindən formasının dəyişilməsinin təyini. Abidənin mövcud olduğu mərhələdə deformasiyanı törədən fəaliyyətlər (qısa və uzun müddətli). Qurğularda onların xassə və xarakterindən asılı olan də-yişkən, eyni zamanda təsadüfi, uzun müddətli fəaliyyətin mövcudluğu. Mexaniki və fiziki təsirlər və digər amillər. Memarlıq abidəsinin xarici səthlərinin mövcud vəziyyətinin xarakteristikası (fasadlar və dam). Elmi – texniki tapşırığın, memarlıq – inşaat, konstruktiv cizgilərin düzgün tərtibi, bərpa – möhkəmləndirmə işlərinin istehsalı üçün əsas mərhələ olan qurğunun tədqiqi, analizi və diaqnostikası. Binanın daşıyıcı və konstruktiv hissələri olan bünövrələrin analizi. Memarlıq abidəsinin daxili səthlərinin mövcud vəziyyətinin xarakteristikası (daxili divarlar və dam – tavan, döşəmə). Memarlıq abidələrində konstruktiv elementlərin, memarlıq dekorunun və inşaat materiallarının dağılma tipləri. Nəmişliklə mübarizə nümunələri, torpağa yeridilmiş divarların mühafizəsi, abidə ətrafında xarici dairəvi drenajın qurulması. 






4

20.XI.14

27.XI.14

XII- XIII

həftə


Mövzu№ 11

Tağbəndlərin və dartqı sistemlərinin deformasiyası

Vertikal konstruksiyaların vəziyyətindən asılı olan və dayaq funksiyasını yerinə yetirən tağ və tağbənd sistemlərinin xarakterstikası. Onların deformasiya və dağılma səbəbləri: vertikal konstruksiyaların yerini dəyişməsi (divar, pilon, sütun və s.), dayaq konstruktiv elementlərin çökməsi nəticəsində bünövrə hissələrinin yerini dəyişməsi, tağbəndlərin dabanının vertikal istiqamətdə qaçması zamanı qurğunun bağlayıcı karkasının dağılması.  





4

04.XII.14

11.XII.14

 XIV-XV

həftə


Mövzu 12

Dağılmaya məruz qalmış memarlıq abidələrinin mühəndis möhkəm-ləndirilməsinin metodları

Deformasiya olunmuş daş hörgünün möhkəmləndirmə prinsipləri, qeyri– dayanıqlı konstruksiyaların möhkəmlən-dirilməsinin metodikası, memarlıq abidələrinin gizli və açıq konstruktiv möhkəmləndirilməsi.

Memarlıq abidələrinin hissələri, inşaat və bəzək materialları, əsasların qruntu, su axıdımları üzrə xüsusi mühəndisi və konstruktiv tədqiqatın aparılmasının mühümlüyü. Mütəxəssislərin iştirakı və əldə edilmiş bütün materialların və di-gər texniki sənədlərin yekunlaşması ilə hesabatın (yekun nəticənin) tərtib olunma mərhələsi.


4

18.XII.14

25.XII.14

5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

qr.111a3, 111a4, 111a5

1

2

3

4

1-3 həftə

Mövzu№ 1

Fasadın krokaları, ölçmə cizgiləri, 3 detal, binanın əraziyə bağlanması – istinad planı




12

17.IX.  18.IX. 24.IX. 25.IX.

01.X. 02.X

18.IX.  19.IX. 25.IX. 26.IX.

02.X. 03.X

4 həftə

Mövzu№ 2

Fotofiksasiya: fasadlar, interyerlər, detallar, abidənin diaqnostikası

- problemli hissələrinin təsviri


 4

08.X. 09.

09.X. 10.

5-7 həftə

Mövzu№3

Fasad və kəsimin və ya divarların açılışlarının ölçmə cizgiləri, plan, detalların və s. bütün ölçülərinin verilməsi

 


12 

15.X. 16.X. 22.X. 23.X.

29.X. 30.

16.X. 17.X. 23.X. 24.X.

30.X. 31.

8- 9 həftə

Mövzu№ 4

Fasad və daxili divarların və digər səthlərin diaqnostikası




8 

05.XI. 06.XI. 12.XI. 13.XI 

06.XI. 07.XI. 13.XI. 14.XI 

10 həftə

Mövzu№5

Abidənin analogiyaları



4

19.XI. 20.XI

20.XI. 21.XI

11-13 həftə

Mövzu№6

Bütün ölçülərin verilməsiylə plan, fasad və kəsimlərin və ya divar açılışlarının və s. (günbəz, tağ, tağbənd və s.) bərpa cizgiləri



12

26.XI. 27.XI. 03.XII. 04.XII

10.XII. 11.XI 

27.XI. 28.XI. 04.XII. 05.XII

11.XII. 12.XI 

14-15 həftə

Mövzu№7

Uğunlaşma cizgiləri, fasad və interyerlərin rəsmləri, ərazinin abadlaşdırılması



8

17.XII. 18.XII. 24.XII.25.XII













18.XII. 19.XII. 25.XII.26.XII

5.3. Kurs işləri (layihələri) dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

qr.110a1 110a2

1

2

3

4

1-3 həftə

Mövzu№ 1

Fasadın krokaları, ölçmə cizgiləri, 3 detal, binanın əraziyə bağlanması – istinad planı




12

17.IX.  18.IX. 24.IX. 25.IX.

01.X. 02.X

18.IX.  19.IX. 25.IX. 26.IX.

02.X. 03.X

4 həftə

Mövzu№ 2

Fotofiksasiya: fasadlar, interyerlər, detallar, abidənin diaqnostikası

- problemli hissələrinin təsviri


 4

08.X. 09.

09.X. 10.

5-7 həftə

Mövzu№3

Fasad və kəsimin və ya divarların açılışlarının ölçmə cizgiləri, plan, detalların və s. bütün ölçülərinin verilməsi

 


12 

15.X. 16.X. 22.X. 23.X.

29.X. 30.

16.X. 17.X. 23.X. 24.X.

30.X. 31.

8- 9 həftə

Mövzu№ 4

Fasad və daxili divarların və digər səthlərin diaqnostikası




8 

05.XI. 06.XI. 12.XI. 13.XI 

06.XI. 07.XI. 13.XI. 14.XI 

10 həftə

Mövzu№5

Abidənin analogiyaları



4

19.XI. 20.XI

20.XI. 21.XI

11-13 həftə

Mövzu№6

Bütün ölçülərin verilməsiylə plan, fasad və kəsimlərin və ya divar açılışlarının və s. (günbəz, tağ, tağbənd və s.) bərpa cizgiləri



12

26.XI. 27.XI. 03.XII. 04.XII

10.XII. 11.XI 

27.XI. 28.XI. 04.XII. 05.XII

11.XII. 12.XI 

14-15 həftə

Mövzu№7

Uğunlaşma cizgiləri, fasad və interyerlərin rəsmləri, ərazinin abadlaşdırılması



8

17.XII. 18.XII. 24.XII.25.XII













18.XII. 19.XII. 25.XII.26.XII

5.4. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

-si



Mövzunun adı

1.

 Mövzu üzrə cizginin tərtibi:

Deformasiya olunmuş daşdan olan divarın möhkəmləndirilmə prinsipi

2.

Mövzu üzrə cizginin tərtibi:

Dayanıqsız konstruksiyaların möhkəmləndirilməsi 

3.

 Mövzu üzrə cizginin tərtibi:

«Fondedille» üsulu ilə bünövrənin möhkəmləndirilməsi

4.

 Mövzu üzrə cizginin tərtibi:

Dəmir-beton qurşaqlar vasitəsilə bünövrənin möhkəmləndirilməsi

5.

 Mövzu üzrə cizginin tərtibi:

Abidənin kontrfors vasitəsilə möhkəmləndirilməsi

6.

 Mövzu üzrə cizginin tərtibi:

Tağbəndlərin sallanması zamanı tətbiq edilən ənənəvi metod

7.

 Mövzu üzrə cizginin tərtibi:

Kompakt sərt həcmlərinobelisk, pilon, stellaların dikəldilməsi metodu

8.

 Mövzu üzrə cizginin tərtibi:

Binaların «açıq» üsulla möhkəmləndirilməsi

9.

 Mövzu üzrə cizginin tərtibi:

Tağların möhkəmləndirilməsi

10.

 Mövzu üzrə cizginin tərtibi:

Günbəzlərin möhkəmləndirilməsi

6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal; məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı           –     “qeyri-kafi”      – F

51 - 60 bal                   –     “qənaətbəxş     – E

61 - 70 bal                   –     “kafi”               – D

71 - 80 bal                   –     “yaxşı              – C

81 - 90                         –     “çox yaxşı       – B

91 - 100                       –     “əla”                – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ________________________ (  prof. V.H.Muradov  )

_17___sentyabr__ 2014  il.
Download 52,51 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish