MÖHSÜn nağisoylu XVI əsr azərbaycan təRCÜMƏ ƏSƏRİ “KƏvamiLÜt-təBİR” Bakı – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu



Download 1,59 Mb.
bet12/16
Sana08.09.2017
Hajmi1,59 Mb.
#20199
1   ...   8   9   10   11   12   13   14   15   16

Ata-ana//əta-əna. Müəbbirlər aydur: Ata görmək düşdə xəyrə dəlalət edər... Amma ana görmək düşdə sənətə dəlalət edər. Və dedilər: Əgər bir kimsənə düşdə kəndü anasın yəndi görsə, kəndüyə bir qayğu irişə. Və bilgil anəyə düşdə əgər bir nəsnə hadis olsa, uşağına ayid ola, zira ki uşağa irişən nəsnə anəyə irişir. Və dedilər: Anə düşdə yerə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndü anəsin satdı görsə, kəndü iqarin sata, ya sənətin tərk edə.
* * *

Ətməcə. İbn Sirin aydur: Ətməcə düşdə əgər müti olub şöylə kim endəsə gəlüb əli üstünə qonar görsə, bir mərtəbəyə dəlalət edə. Və əgər bu sifətdə ki zikr olundı, aq olsa, bir əka­bir kimsənədən cah və mənzilət bula. Və əgər anı əlindən uçub, ipi əlində qaldı görsə, cahı zayil ola və əlində az mal qala.

Cabir Məğribi aydur: Ətməcə düşdə padişahlər içün mülkə və ululığa və mənzilətə dəlalət edə və baylər içün mənfəətə və malə dəlalət edər və fəqirlər içün uşağa dəlalət edər. Əgər bir kimsənə düşdə kəndü ətməcəsin əlindən düşüb həlak oldı görsə, əgər bu düş issi padişah olsa, məmləkətindən məzul ola. Və əgər bəg, ya sərvər olsa, mərtəbəsindən düşə və əgər bay olsa, fəqir və biçarə ola. Və əgər fəqir olsa, uşağı fəvt ola. Və bəzi aydur: Ətməcə düşdə həyasız əyyar kişiyə dəlalət edər. Əgər bir kimsənə düşdə ətməcə ətin yeydi görsə, düşməndən mal yəyə. Və əgər bir kimsənə düşdə bir yerdə çoq ətməcə görsə, ol yerdə əyyarlər cəm olmağına dəlalət edə.

Cəfər (r) aydur: Ətməcə düşdə dört vəchə dəlalət edər: 1.qüdrət və mənzilətə; 2.buyruq eşidilməgə; 3.mala və mənfəətə; 4.uşağa.

* * *


Ətmək. Danyal aydur: Pakizə ətməklər düşdə şadlığa dəlalət edər və yaramaz ətməklər düşdə yaramaz dirligə dəlalət edər anı yəyən kimsənəyə. Və əgər bir kimsənə düşdə ətmək satun alub anı əvinə gətürdi görsə, mal ziyadəliğinə və halal rizqə dəlalət edə. Və əgər bir kimsənə düşdə bir axər kimsənəyə ətmək verdi görsə, ana bir rahət irişdürə.

İbn Sirin aydur: Əgər bir kimsənə düşdə bir-iki avuc ətmək buldı görsə, qayğudən qurtula. Və əgər bir kimsənə düşdə bir məchul yerdə yarum ətmək buldı görsə, ömrindən yarum keçmiş ola. Və əgər bir kimsənə düşdə bir azacuq ətmək bulub, anı yəyə bilməz görsə, əcəli yaqın olmış ola. Və əgər bir kimsənə düşdə kəndözünə çoq ətmək görüb, anı yeməz görsə, kəndüyə halal mal və nemət irişə və bəzi aydur qərdəşilə müctəme ola. Və əgər bir kimsənə düşdə bir möhkəm issi ətmək görüb, andən yeydi görsə, kəndüyə bir qayğu irişə.

İbrahim Kirmani aydur: İssi ətmək yemək düşdə eyşə və nemətə dəlalət edər və quru ətmək yemək düşdə anun xilafı ola, amma din yolında bəgənilmiş ola. Və bəzi aydur: İssi ətmək yemək düşdə nifaqə və şübhəli rizqə dəlalət edə, zira ki hənuz içində od əsəri vardur. Və bilgil kəpəklü ətmək yemək düşdə qızlığa dəlalət edər və yumşəq və pakizə buğday ətməgin yemək düşdə padişah ədlinə və rəiyyət insafinə dəla­lət edə. Və təru ətməgin yemək düşdə tarlığa və pərhizkarligə dəlalət edər. Və ərpə** ətməgin yəmək düşdə şiddətə və iş bağ­lanmağına dəlalət edər, və bəzi aydur əyü əməl ilə rəncbərligə dəlalət edər. Və mərcümək, bəqlə və noxud ətməgin yemək düşdə qayğuyə və əl tarlığına dəlalət edər.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndözini yuqə*** ətmək yeydi görsə, kəndü üzərinə rizqi gen ola və bəzi aydur ömri qısa ola. Və əgər bir kimsənə düşdə kəndü əlinə bir çörək asılmış görsə, yoxsul ola.

İsmayıl Əşəs aydur: Ətmək düşdə adəm məratibinə dəlalət edər, zira ki bir ətmək düşdə padişah və bəg içün bir şəhrə, ya bir vilayətə dəlalət edər və bazirgan və bay adəmlər içün bin aqçəyə dəlalət edər. Və orta hallu adəm içün yüz aqçəyə dəlalət edər və əşəğə hallu adəm içün on aqçədən bir aqçəyə dəlalət edər. Və bilgil alçaq ətmək düşdə eyş nöqsanına dəlalət edrə və çoq ətmək düşdə çoq mala və çoq qərdəşlərə və dustlərə və ömr uzunlığına dəlalət edər. Və rəvayətdür ki, Danyal demişdir: Qatumdə düşdə ətməkdən əyü nəsnə yoqdur, zira ki ətmək düşdə zəhmətsiz ələ girər halal mala dəlalət edər və ol səbəbdən ki, cəmiyi-zəhməti getmişdür, şöylə kim andə yemək zəhmətindən qeyr qalmışdır. Və əgər bir kimsənə düşdə alçaq ətməkləri xəlqə üləşdürür görsə, ol yılda nırxlar ucuz ola. Və bilgil ətmək bişürmək düşdə məişət tələbində iş işləməgə dəlalət edər. Əgər bir kimsənə düşdə tənur savumadın ətməgi tezcək büşürdi görsə, bir dəvlətə irişə və əlilə ətmək büşürdi qədəri mal hasil edə və anı dağıda.

Cəfər (r) aydur: Ətmək düşdə dört vəchə dəlalət edər: 1.eyşə; 2.asanlig ilə ələ girər halal mala; 3.vilayətə, ya şəhrə; 5.xəyrə və bərəkətə.

Və bəzi aydur: Aq ətmək düşdə rizqə və əyü məişətə dəlalət edər və qərə ətmək düşdə bir yaramaz dirligə dəlalət edər. Və denildi: Hər çörək düşdə qırq yıl ömrə dəlalət edər və gen ətmək düşdə rizqə və uzun ömrə dəlalət edrə. Əgər gen və qalın olsa və əgər gen və yuqə olsa, ömr qillətinə və rizq kisrətinə dəlalət edər. Və əgər bir kimsənə düşdə kəndüyə bir ətmək verildi görsə, kəndüyə xəyr irişə və denildi anı qəbul edən kimsənəyə ömr bəqasinə dəlalət edər. Və yumşəq ətmək düşdə əgər padişahdən olsa, ədlinə dəlalət edə və əgər pişkardən olsa, sənətin nəsihət ilə işləməgə dəlalət edə və bir ətmək düşdə ərəb içün əvlənməginə. Və bilgil kömək ilə bişən ətmək düşdə məaşda darlığa dəlalət edər, zira ki bişməz, illa çoq intizardən sonra. Və əgər bir kimsənə kəndözüni qatqısız ətmək yər görsə, qatında heç kimsənə olmadın fəvt ola.

Artamidorəs dedi: Bişməmiş ətmək düşdə qatı isitməyə dəlalət edər və kəpəksiz düşdə baylərə dəlalət edər.Və kəpəklü ətmək düşdə fəqirlərə dəlalət edər.

Və amma bəksəməd ki, farisilə kak derlər. İbn Sirin aydur: Bəksəməd düşdə xoş eyşə və çoq mala dəlalət edər. Əgər bir kimsənə düşdə bəksəməd yər görsə, mal hasil edə. Və əgər bir kimsənə düşdə kəndü ağzına bəksəməd qoyub anı çəynəyə bilmədi görsə, kəndü malı ayruqlərə qismət oluna.



Cəfər (r) aydur: Bəksəməd düşdə 4 vəchə dəlalət edər: 1.halal mala; 2.gen rizqə; 3.nemətə; 4.eyşə.

Və bilgil ətməkci düşdə ədl və şəfəqət issi padişahə yaqın kişiyə dəlalət edər. Və denildi: Ətməkci düşdə müamiləsində xəbis kişiyə dəlalət edər, zira ki işi od ilədür.


* * *

Uçmaq. Danyal aydur: Əgər bir kimsənə düşdə quş kib yerdən yerə uçar görsə, səfərə vara, ya bir yerdən yucalığı qədəri şərəf və ululıq bula. Və bəzi aydur: Əgər bir kimsənə düşdə bir tamdan bir tama uçdı görsə, əgər yucədən alçağa gəldi görsə, bir yuca qədərlü kişidən bir alçaq qədərlü kişiyə taşına. Və əgər alçaqdan yucaya uçdı görsə, bir aşağa qədərlü kişidən bir yuca qədərlü kişiyə vara. Və əgər tamlar bərabər olsalar, mislinə taşına. Və denildi: Tamdan tama uçmaq düşdə bir əvrətdən bir əvrətə taşınmağa dəlalət edər.

Və əgər bir kimsənə düşdə dikinə gögə uçdı görsə, tez də kəndüyə bir məzərrət irişə. Əgər gögdən kəndözini napədid olub, dəxi yerə gəlmədi görsə, tez də fəvt ola. Amma müstəcəb olan uçmaq düşdə oldur ki, yüzi üstinə və arqası ola.



İbn Sirin aydur: Əgər bir kimsənə düşdə qiblədən yana uçub yenə yerinə gəldi görsə, səfərə varub, andən çoq mənfəət ilə tez də evinə qayıda, xassə ki kəndözünə qənəd görə. Və əgər kəndözüni qənədsiz uçdı görsə, halından bir özgə hala dönə. Və əgər bir kimsənə düşdə kəndözünə quş kib çoq tüy görsə, izzəti və cahı ziyadə ola.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə gögə uçdı görsə, Həccə vara. Və əgər bir kimsənə düşdə kəndu sərayından bir məchul sərayə uçdı görsə, əcəli yaqın olmuş ola, ana tövbə gərəkdür.

Əgər bir kimsənə düşdə quşlar yuninə bənzəməz kəndö­zünə yun görsə, bir böyük iş bula.



Cəfər (r.) aydur: Uçmaq düşdə bəş vəchə dəlalət edər: 1. səfərə; 2. Həccə; 3. şərəfə və ululığa; 4. hal təğyir olmağına; 5. xəstəligə.

* * *


Ədik. Danyal aydur: Ədik düşdə qış əyyamında xəyrə və ululığa dəlalət edər və yay əyyamında qayğuyə və əndişəyə dəlalət edər. Bilgil ki, müəbbirlər ədik təbirində çoq müxaləfət etmişlərdür.

İbn Sirin aydur: Əgər bir kimsənə düşdə ədigi səlah ilə gəydi görsə, düşməni kəndüdən fikirlü ola və əgər anı səlahsız gəydi görsə, qayğuyə dəlalət edə, xassə ki ədigi əyəğində dar görə. Və əgər bir kimsənə düşdə kəndözinə dəbağlu, yəni dəridən bir ədik görsə, bir əvrətə əvlənə. Və dedilər: Ədik düşdə maşligə dəlalət edər...

Və əgər bir kimsənə kəndü ədigin tərsə gəydi görsə, kəndüyə bir möhkəm qayğu irişə. Və əgər anı əgri gəydi görsə, kəndüdən qayğu və əndişə zayil ola.



İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndözünə qoyun dərisindən çoq ədik görsə, ya anları kəndüyə bir axər kimsənə verdi görsə, mala dəlalət edər.Və əgər bir kimsənə düşdə kəndü ədigin yırtıldı görsə, əvrəti vəfat bula və bəzi aydur şadlığa və mal bulmağına dəlalət edə. Və əgər bir kimsənə düşdə bir sadə ədik satun aldı görsə, bir bikr qərəvəş kəndüyə əvrət edenə. Və əgər bir kimsənə düşdə kəndü ədigin əyəğindən çıqardı görsə, şadlığ bula və əgər tutsaq olsa, xilas ola. Və əgər bir kimsənə düşdə kəndü ədigin yandı görsə, əvrəti vəfat bula və əgər ədigin bir tayı yitdi görsə, malınun yarumı zaye ola və əgər iki tayı yitdi görsə, malınun cümləsi zaye ola və bəzi aydur qayğudən nicat bula.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndü ədigin əvdən taşra atdı görsə, əvrətini təlaq verə və əgər əvrəti xəstə olsa, vəfat bula. Və əgər bir kimsənə düşdə kəndü ədigin quyuyə düşdi görsə, əvrətinə təlaq verə. Və əgər bir kimsənə düşdə kəndü ədigin bir yad kimsənəyə satdı görsə, əvrəti fəvt ola və əgər anı oğurladılar görsə, bir rəncə mübtəla ola. Və əgər bir kimsənə düşdə bir ərsilan, ya bir qurt, ya bir yırtıcı cənəvər sıçrayub kəndü ədigin yırtdı görsə, bədfel yigitlər kəndü əvinə qəsd edələr.

Cəfər (r) aydur: Ədik düşdə yədi vəchə dəlalət edər: 1.əvrətə; 2.xadimə; 3.qərəvəşə; 4.qüvvətə; 5.eyşə; 6.zəfərə; 7.mənfəətə.

Və bəzi aydur: Ədik düşdə bərriyyə səfərinə dəlalət edər. Və əgər bir kimsənə düşdə bir yəni ədik gəydi görsə, bir yaramazdan məhfuz ola, əgər anunla səlah gəymiş olsa. Və dar ədik düşdə qayğuyə və darlığa və borc ilə mütalibətə dəlalət edər. Və gah ola ki, əski ədik düşdə qəyd bəndə dəlalət edə anı gəyən kimsənəyə. Və əgər anı kəndüdən yoq oldı görsə, üzərindən dünya qayğusı zayil ola. Və dedilər: Niqabla ədik geymək düşdə cahdə ziyadəyə və rizqdə genligə dəlalət edər. Və əgər bir kimsənə düşdə bir ədigi qalibinə qodı görsə, bir əvrətə əvlənə.


* * *

Ir. İbn Sirin aydur: Irlamaq düşdə batilə və müsibətə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözini ırlar görsə, bir batil söz söyləyə və kəndüyə bir müsibət [irişə]. Və əgər ırlamağı dəf və çəng və naylə olsa, müsibət dəxi bədtər ola. Və əgər kəndözini ır eşidür [görsə], bir batil söz eşidə.

İbrahim Kirmani aydur: Bazarda ır ırlamaq düşdə əgər ırlayan kimsənə əkabir olsa, kəndünin rüsvayliginə dəlalət edə və əgər fəqir olsa, qayğuyə və əndişəyə dəlalət edə. Və bəzi aydur: Irlayıcı düşdə alimə dəlalət edər.

Cəfər (r) aydur: Irlamaq və ır eşitmək düşdə altı vəchə dəlalət edər: 1.batil sözə; 2.qayğuyə və əndişəyə; 3.müsibətə; 4.rüsvayligə; 5.savaşa; 6.elmə və hikmətə. Və bəzi aydur: Irlamaq düşdə əgər əyü avaz ilə olsa, mənfəətlü ticarətə dəlalət edə və əgər əyü avaz ilə olmasa, ziyan edər ticarətə dəlalət edə. Və denildi: Irlamaq düşdə şənaətlü ticarətə dəlalət edər və içində izlənən əvün adəmisinə təfriqə düşə və dəxi yəlan düşə, zira ki əvvəl ırlayan kimsənə iblis idi, lənətullah.

Artamidorəs dedi: Irlamaq düşdə çığırmağa və münaziətə dəlalət edər və əgər yaramaz ır ırlar görsə, bətaligə və miskinligə dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndözüni yürürkən ırlar görsə, xəyrə dəlalət edə, xüsusən ki cüft ardı isrə yürür ola. Və əgər bir kimsənə düşdə kəndözüni həmmamdə ırlar görsə, müxasimət edə. Və əgər təqilərdən bir kimsənə düşdə kəndözüni bazarda ırlar görsə, ol bazarda bir düşər fitnəyə hazır ola. Və dedilər: Bazardə ırlamaq düşdə ırlar kimsənün əqli nöqsanına dəlalət edə.

Və bilgil ırlayıcı düşdə vaizə və həkimə və alimə dəlalət edər.

* * *


Ördək. İbn Sirin aydur: Ördək qəyr quşlərdən yegrəkdir, zira ki anun yüki cəmiyi-quşlər yükindən çoqrək olur. Və dəxi məaşı cəmiyi-quşlərdən əyürək olur, zira ki anun məaşı həm sudan olur və həm qurulıqdan. Əgər bir kimsənə düşdə kəndözünə ördək görsə, ya anı kəndüyə bir axər kimsənə verdi görsə, könli muradinə irişə və mal bula. Və əgər bir kimsənə düşdə kəndözünə çoq ördək cəm olunmış görsə, gördügi qədəri mal hasil edə və düşməninə zəfər [bula].

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndözüni ördək tutdı görsə, ululığa dəlalət edə və böylədür anun və kəmügi və yunı düşdə. Əgər bir kimsənə bunlərdən kəndüdə bir nəsnə görsə, xəyrə dəlalət edə.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndözünə bir ördək görsə, bir uşağı doğa.

Cəfər (r.) aydur: Ördək düşdə dört vəchə dəlalət edər: 1. mala; 2. ululığa; 3. riyasətə; 4. hacət rəva olmağına. Və bəzi aydur: Ördək düşdə əvrətə və xadimə dəlalət edər.
* * *

Ərsilan. İbn Sirin aydur. Ərsilan düşdə qəvi düşmənə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözüni ərsilan ilə savaşdı görsə, düşmənilə müxasiməti düşə və düşdə qalib gələn qalib ola. Və əgər bir kimsənə düşdə bir ərsilanı ardından gəlür, likən kəndüyə irişə bilmədi görsə, padişahdən kəndüyə bir qorqu irişə, likən andən ziyanı olmaya. Və əgər bir kimsənə düşdə kəndözüni ərsilandən qaçar, likən ərsilan kəndüyi tələb etməz görsə, qorqdüğindən eymən ola.

Və əgər bir kimsənə düşdə ərsilan ətin yeydi görsə, ya anun südin içdi görsə, padişahdən mənfəət və xələt bula və düşməninə zəfər bula. Və bəzi aydur: Əgər bir kimsənə düşdə ərsilan ətindən, ya kəmügindən, ya tüyindən bir nəsnə aldı görsə, kəndüyə padişahdən, ya bir müsəllət düşmən­dən mal irişə.



İbrahim Kirmani aydur: Ərsilan düşdə padişahə dəlalət edər. Əgər bir kimsənə düşdə anun başın yeydi görsə, padişahdən vilayət və ululıq və çoq mal bula. Və əgər kəndözində ərsilan əzasindən bir nəsnə görüb, andən ət yeydi görsə, düşməndən mal yəyə. Və əgər bir kimsənə düşdə ərsi­lanı qucağına aldı görsə, düşmənilə barışa, ya padişahə mü­qərrəb ola. Əgər bir kimsənə düşdə kəndü ardından bir ərsilanı gəlüb öginə kəçdi görsə, padişahdən məzərrətə dəlalət edə.

Danyal aydur: Əgər bir kimsənə düşdə bir ərsilan başın buldı görsə, səltənətə irişə. Və əgər bir kimsənə düşdə kəndözünə bir padişah bir ərsilan başı verdi görsə, kəndüyə padişahlığın verə, ya vilayətə hakim edə. Və əgər bir kimsənə düşdə bir ərsilanə bindi görsə, bir təmam mənzilət hasil edə, söylə ki ol diyar padişahləri padişahə müdəbbər ola. Əgər anı kəndüyə müti görsə və əgər müti olmasa, əgər padişah olsa, əkabirlər kəndüyə müti olmayalar.

Cabir Məğribi aydur: Ərkək ərsilan düşdə padi­şahə dəlalət edər və dişi ərsilan padişah əvrətinə dəlalət edər.

Əgər bir kimsənə düşdə bir dişi ərsilanı sağar görsə, padişahə vəzir ola və əgər bu düşi əvrət görsə, padişah oğlına dayə ola. Və əgər bir kimsənə düşdə bir ərsilanı arqasına aldı görsə, kəndü üzərinə düşmən zəfər bula. Və əgər bir kimsənə düşdə kəndüyi bir ərsilan dişlədi görsə, düşməndən, ya padişahdən məzərrət bula.



İsmayıl Əşəs aydur: Əgər bir kimsənə düşdə kəndüyi bir ərsilan qucağına aldı görsə, padişahə müqərrəb ola. Və əgər bir düşdə ərsilan ilə təam yər görsə, padişahun bir mötəməd kişisi ola. Və əgər bir kimsənə düşdə kəndözini bir ərsilan yaladı görsə, padişahə sirdaş ola. Və əgər bir kimsənə düşdə ərsilan ətin yeydi görsə, düşmən malın yeyə və böylədur. Anun dərisi və kəmügi düşdə düşməndən ələ girər mala dəlalət edər.

Cəfər (r.) aydur: Ərsilan görmək düşdə üc vəchə dəlalət edər: 1. padişahə; 2. cürətlü kişiyə; 3. qəvi düşmənə.

Və bəzi aydur: Ərsilan görmək düşdə zalim düst-düşmən inanmaz padişahə dəlalət edər. Və denildi: Bir müsəllət düşmənə dəlalət edər. Və denildi: Mələkülmövtə dəlalət edər, zira ki əli üstünə çoq canlar çıqmışdır.

Və əgər ərsilan görməmiş kimsənə düşdə ərsilan görüb andən qaçdı görsə, qorqdüğindən eymen ola və kəndüyə elm və hikmət hasil ola...Və əgər bir kimsənə düşdə kəndüyə bir ərsilan istiqbal etdi görsə, əgər kəndözüni andən qaçdı görsə, padişahdən kəndüyə bir qayğu irişə və sonra həlakdən və xəstəlikdən nicat bula. Və əgər bir kimsənə düşdə bir ərsilan kəndüyi yıqdı, likən öldürmədi görsə, anı müttəsil isitmə duta, zira ki ərsilan müttəsil isitməlü olur, ya həbs oluna, zira ki isitmə Həqq-təala zindanıdur. Və denildi: Əgər bir kimsənə düşdə ərsilan ilə gürəşdi görsə, kəndü təninün əti tələf ola. Və əgər bir gürəşçi düşdə ərsilan ilə gürəşdi görsə, kəndü təninün əti tələf ola. Və əgər bir gürəşci düşdə ərsilan ilə gü­rəşdi görsə, gürəşməkdə əhli-sənətin qəhr edə. Və əgər bir kimsənə düşdə bir ərsilanə bindi, likən kəndözüni andən qorqar görsə, bir bəlayə düşə və əgər kəndözüni andən qorqmadı görsə, düşmənin qəhr edə. Və əgər bir kimsənə düşdə bir ərsilan ilə yatub, andən qorqmadı görsə, düşmənindən eymen ola. Və əgər bir kimsənə düşdə ərsilanı adam üzərinə sıçrar görsə, padişah rəiyyətinə zülm edə. Və əgər bir kimsənə düşdə bir ərsilan başın yeydi görsə, həyatı uzunligilə kəndüyə bir mülk irişə. Və əgər bir kimsənə düşdə bir ərsilanı güdər görsə, bir zalim padişah ilə qərdəş oqışa. Və əgər bir kimsənə düşdə yeri yarılub, andən bir ərsilan çıqdı görsə, bir zalim padişah kəndü rəiyyətinə cövr edə. Və əgər bir kimsənə düşdə kəndü qucağında bir ərsilan ənəgün görsə, əgər əvrəti hamilə olsa, bir oğlan doğa və illa qucağına bir bəg oğlan ala.

Və əgər bir kimsənə düşdə kəndüyə bir ərsilan yaltaqlanur görsə, əli üzərinə işlər ola ki, adam əcəbə qala və düşmənin qəhr edə. Və əgər bir qul düşdə kəndüyi bir ərsilan öldürdi görsə, azad ola. Və əgər bir kimsənə düşdə bir əvə bir ərsilan girdi görsə, ol əvdə xəstə olsa, ölümündən üzərinə qorqu ola və illa ol əv issinə bir qorqu irişə. Və denildi: Dişi ərsilan düşdə padişah qızına dəlalət edər.

* * *

Arşun. Müəbbirlər aydur: Arşun düşdə səfərə dəlalət edər və səfər uzunlığı və arşunlədüği nəsnə qədəri ola və əgər arşunlədüği nəsnə az olsa, az ola və illa çoq ola və böylədür. Qarış və ölçək dəxi həm səfərə dəlalət edər.
* * *

İrğəd. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndu əvində iş işlər görsə, kəndü qəvmlərindən, ya dustlərindən bir kimsənəylə xüsumət edə.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndözüni bir axər kimsənə əvində irğədlik edər görsə, bir möhkəm işə güriftar ola və əv issi bir kimsənəylə xüsumət edə. Və əgər bir kimsənə düşdə kəndü əvində irğədi çəmur işlər görsə, qayğulu ola.

İsmayıl Əşəs aydur: Əgər bir kimsənə düşdə irğədi kəndü əvinə topraq taşur görsə, anun qədərincə mal və nemət bula.
* * *

Arqa. İbn Sirin aydur: Arqa düşdə bir pənah edəcək ulu qəvi kişiyə dəlalət edər, şöylə kim qul içün əfəndiyə və rəiyyət içün padişahə dəlalət edər. Və bəzi aydur: Arqa düşdə kişinün yarına və müsahibinə dəlalət edər və gah ola ki, adəmün həyatına dəlalət edə. Əgər bir kimsənə düşdə kəndü arqasın sındı görsə, əgər xəstə olsa, vəfat bula və illa kəndüyə püştü pənah olan kimsənə vəfat bula, ya fəqir ola. Və əgər bir kimsənə düşdə kəndü arqasına bir zəxm irişdi görsə, kəndü pənahı və arqası olan kimsənəyə rənc və afət irişə.

İbrahim Kirmani aydur: Arqa möhrələri düşdə adəmün qüvvətinə və uşağına dəlalət edər və hər səlah və fəsad ki arqa möhrələrində görünə, düşdə kəndünün qüvvətinə və uşağına ayid ola. Əgər bir kimsənə düşdə kəndü arqasın qəvi və doğrı görsə, bir uşağı doğa ki, qəvi və dana və aqil ola. Və əgər bir kimsənə düşdə kəndü arqasına bir nəsnə gö­türdi görsə, anun ağırlığı qədəri kəndüyə rənc və qayğu irişə. Və bəzi aydur: Əgər bir kimsənə düşdə kəndü arqası üzərinə bir ağır yük götürdi görsə, bir əzim günahə mürtəkib ola...Və denildi: Ağır yük düşdə yaramaz qonşıya və çoq əyala və mal qillətinə dəlalət edər.

Və əgər bir kimsənə düşdə bir ölüyi kəndü arqasına götürdi görsə, ol ölü adəmisinün müənnəsi anun üstünə ola. Və əgər bir kimsənə düşdə iki əlinün arqasın döndi görsə, halı yaramaz ola.



Cabir Məğribi aydur: Düşmən arqasın görmək düşdə ey­menligə dəlalət edər və qarı əvrət arqasın görmək düşdə dünyaligi dönməgə dəlalət edər.

İsmayıl Əşəs aydur: Arqa düşdə qərdəşə dəlalət edər.

Əgər bir kimsənə düşdə kəndü arqasın sındı görsə, qərdəşi fəvt ola. Və əgər bir kimsənə düşdə kəndü arqasına dağ edərlər görsə, din və dünya səlahinə dəlalət edə. Və əgər kəndü arqasın divarə verdi görsə, səfərə vara və mal hasil edə.



Cəfər (r.) aydur: Arqa düşdə on iki vəchə dəlalət edər: 1. qüv­vətə; 2. qərdəşə; 3. yara; 4. padişahə; 5. vəzirə; 6. hüccətə; 7. ətəyə; 8. ənəyə; 9. oğlana; 10. mala; 11. yardum verməyə; 12. də­dəyə. Və bəzi aydur: Kafir arqasını görmək düşdə imanə də­lalət edər və fasiq arqasın görmək düşdə tövbətə dəlalət edər...

Və əgər bir kimsənə düşdə kəndü arqasın büküldi [görsə], malı ziyadə olub omri uzun ola və gah ola ki, əyalı çoq ola və gah ola ki, qayğusi qəvi olmağına, ya üzərinə borc tazələnməginə dəlalət edər.

* * *

Ərük. İbn Sirin aydur: Qərə və qızıl ərük düşdə mala dəlalət edər. Və bəzi aydur: Ərük düşdə sağ xəstəliginə və sayru və sağlığına dəlalət edər. Və denildi: Əgər bir sağ kimsənə düşdə kəndözüni ərük yeydi görsə, xəstəlikdən eymen ola.

Artamidorəs dedi: Ərük düşdə əgər vəqtində olsa, mala dəlalət edə. Və əgər qeyr vəqtində olsa, xəstəligə və qayğuya dəlalət edə, xassə ki əgşi ola.

Amma qərə ərük əğəci düşdə.

İbn Sirin aydur: Nəfi qamu adəmə irişür təbib kişiyə dəlalət edər. Amma saru ərük əğəcı sayru və zəncur tənlü kişiyə dəlalət edər.

* * *


İrin. İbn Sirin aydur: İrin düşdə kəndü tənində görən kimsənəyə mala dəlalət edər. Əgər bir kimsənə düşdə kəndü tənindən irin çıqar görsə, çıqan irin qədəri malı nöqsan ola. Və əgər bir kimsənə düşdə kəndü tənindən qan və irin çıqub yenə anı yerinə gəldi görsə, malınun heç nöqsanı olmaya.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə irini əmüb yər görsə, haram mal yeyə. Və bilcümlə, təndə irin cəm olmaq düşdə mal cəminə dəlalət edər və təndən irin çıqmaq mal nöqsanına dəlalət edər. Və bilgil: Gümiş və dəmir və qalay irini düşdə hər bunlara bənzər nəsnənün irini düşdə andən gördügi qədəri qayğuyə və əndişəyə dəlalət edər.
* * *

Örümçək. İbn Sirin aydur: Ənkəbut düşdə gümrah zəif kişiyə dəlalət edər. Əgər bir kimsənə düşdə örümçək tutdı görsə, bu sifətlü adəmə zəfər bula.

İbrahim Kirmani aydur: Örümçək düşdə cülfə kişiyə dəlalət edər. Əgər bir kimsənə düşdə örümçəgi kəndüdən qaçdı görsə, bu sifətlü kişidən cüda ola. Və bəzi aydur: Örümçək düşdə zöhd ilə əhdi yəqin kişiyə dəlalət edər. Və denildi: Bir məlun əvrətə dəlalət edər. Və bilgil: Örümçək düşdə məsx olunmuş cənəvərləndəndür və bunun əvi və toqmağı düşdə zəfə dəlalət edər...

* * *


Ərməğan. Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə bir axər kimsənəyə ərməğan deyü bir nəsnə göndərdi görsə, əgər ol nəsnə növi-məğrub nəsnələrdən olsa, kəndüyə və ol kimsənəyə əyüyə dəlalət edə və həm ikisinün bir-birindən hasil ola. Və əgər yaramaz idisə, anlarun arasına xüsumət düşə.

İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndüyə bir axər kimsənə ərməğan göndərdi görsə, əgər ol nəsnə kəndüyə xoş gəldi görsə, şərrə dəlalət edə və əgər naxoş gəldi görsə, xəyrə dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndüyə bir qırğıl kişi, ya bir qarı bir nəsnə göndərdi görsə, mənfəətə dəlalət edə. Və əgər anı göndərən yigit idisə, təvil anun xilafı ola. Və bəzi aydur: Ərməğan düşdə şadlığa dəlalət edər... Və dedilər: Ərməğan düşdə məhəbbətə dəlalət edər. Və dedilər: Ərməğan düşdə iki bir-birin səvməz kimsənə sülhinə dəlalət edər.

Və denildi: Ərməğan düşdə əvrət adamağa dəlalət edər. Əgər bir kimsənə düşdə kəndüyə bir tabaq içində hədiyyə gəldi görsə, qızın nişan edələr, əgər qızı varsa və əgər yoq isə, aralarına məhəbbət düşə.

* * *


Download 1,59 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish