İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Sənaye təyinatlı məhsulların alışı haqda qərarların qəbulu mərhələləri



Download 324,66 Kb.
bet15/133
Sana21.01.2017
Hajmi324,66 Kb.
#753
1   ...   11   12   13   14   15   16   17   18   ...   133
İstehlakçıya təlim vermə prosesində yaddaş

Yaddaş informasiyanı əldə etmə və saxlama prosesində iştirak edir. İnsan həyatının bütün hadisələri onun yaddaşından gəlib keçir. İnsan yaddaşının iki əsas təsnifatı olduğu irəli sürülür:



  1. Psixoloji aktivlik xarakterinə görə yaddaşın aşağıdakı növləri var:

  • hərəkət (motor) yaddaşı – hərəkətlərin və onların sistemlərinin yaddaşa vurulması, yadda saxlanması və icra edilməsi; müxtəlif praktik bacarıqların formalaşmasında iştirak edir; belə demək mümkündürsə, özünəməxsus hərəkət yaddaşı;

  • emosiaonal yaddaş – hiss və emosiyalar yaddaşıdır;

  • obraz yaddaşı – həyatda və təbiətdə gördüyü şəkilləri, obrazları, habelə eşitdiyi səsləri, duyduğu iyləri hifz edən yaddaş; görmə, eşitmə, iybilmə və toxunma yaddaşı olur;

  • eydetik yaddaş – insanlarda çox az hallarda rast gəlinir; obraz yaddaşının növlərindən biridir.

  • söz məntiq yaddaşı – düşüncə yaddaşı; düşüncələr dilsiz olmur, ona görə də bu yaddaş söz – məntiq və ya verbal yaddaş adlanır. Fikri mətn şəklində ötürərkən sintaksis (düşüncənin sözlə düzgün tərtib edilməsi) və semantika (məna tərtibatının düzgünlüyü) iştirak edir.

  1. Yadda saxlama xarakterinə yaddaş iradi və qeyri-iradi olur. Yadda saxlama və icra xüsusi məqsəd qoyulmadan baş verirsə, buna qeyri-iradi yaddaş deyilir. Əks halda iradi yaddaş meydana çıxır. Bununla birlikdə iradi və qeyri-iradi yaddaş yaddaşın iki ardıcıl inkişaf pilləsi rolunu oynayır.

İnformasiyanı unutma prosesini bilmək də marketoloqlar üçün mühümdür. Unutma bir çox amildən: yaşdan, informasiyadan və ya onun xarakterindən istifadə etmədən və bilavasitə yadda saxlamaya qədər və ya ondan sonra baş verən hadisələrdən əmələ gələn maneə interferensiyalardan (məsələn, reklam çarxının uğursuz musiqi müşayiəti), habelə aktiv unutmaya səbəb olan şüursuz motivasiyalardan asılıdır.

Yaddaş düşüncənin bütün proseslərində iştirak edir. Reklamistlər və marketoloqlar öz işində bütün düşüncə proseslərinin ikisindən istifadə edir.



  1. Anlayışların formalaşması və mənimsənilməsi;

  2. Problemin həlli

Nəzərə almaq lazımdır ki, problemi həll etmə prosesində insanlar bir qayda olaraq rasional seçməyə əsaslanan düşüncə strategiyasından istifadə edir.

Reklamistlər həm də onu yadda saxlamalıdırlar ki, hərəkətlər fikirlərə nisbətən daha yaxşı yadda qalır, hərəkətlərin içində isə ən çox maneələr özü yox, onları aşma ilə əlaqəli olanlar daha tez yadda qalır.

Mal və reklam özü – özlüyündə informasiya əldə etmə üçün güclü siqnal ola bilər. İstehlakçılar üç əşya tipinə daha çox üstünlük verir: mebelə, təsviri incəsənət predmetlərinə və fotoqrafiyalara. Belə bağlılığın ən geniş yayılmış izahı budur ki, həmin əşyalar xatirələri canlandıra bilir. Bu xatirələr elə bir üsuldur ki, onların vasitəsilə reklam insanlarda emosional cavab yarada bilər; nostalgik xatirələrlə malın markası arasında əlaqə güclüdürsə, insanların yaddaşında keçmişi canlandıran reklam onların daha çox xoşuna gələr.
Xülasə

Yüksək inkişaf etmiş marketinq mühiti rəqabət üstünlüyü əldə etməyə çalışan firmaları istehlakçının psixologiyasını diqqətə almağa, həmçinin istehlakçının bu və ya digər qərarı qəbul etməsinin səbəbini anlamağa vadar edir.

İstehlakçı marketinq kompleksinin strukturunu və məzmununu müəyyən edir. Biznesin istehsalat meyarlarından tutmuş satış, istehlak və sosial meyarlara qədər bütün uğur meyarlarını dəyişdirmə tendensiyası mövcuddur.

İstehlakçıların davranışı tətbiqi elmi fənndir. İstehlakçı davranışının obyekti insandır.

Reklamın effektivliyinə kommunikasiyanın təbiəti və onun təqdim edilmə forması təsir göstərir.

Bir çox marketinq strategiyalarında əsas diqqət qıcıqlandırıcılarla onlara verilən reaksiya arasında assosiasiya hazırlamağa yönəlmişdir. Dərk etmə fəaliyyətinin bixeviorist prinsipi bir çox bazar situasiyasında – ticarət markasının fərqləndirici imicinin yaradılmasından tutmuş malla həmin malın ödədiyi tələbat arasında asan qavranan rabitəyə qədər tətbiq edilir.



Download 324,66 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   133




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish