Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


VIII FƏSİL VЕRGI MÜNАSIBƏTLƏRININ NƏZƏRİ ƏSАSLАRI



Download 2.29 Mb.
bet37/61
Sana10.09.2017
Hajmi2.29 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

VIII FƏSİL

VЕRGI MÜNАSIBƏTLƏRININ NƏZƏRİ ƏSАSLАRI

8.1. VERGİ ANLAYIŞI VƏ TARİXİ İNKİŞAFI

8.1.1. Vergilərin yaranma tarixi


Vergilər ictimai məhsulun bir hissəsinin məcburi ödəniş şəklində dövlətin maliyyə sisteminin formalaşmasının əsas mənbəyi kimi hələ çox qədim zaman-lardan məlumdur. Vergitutma iqtisadi mədəniyyətin bir elementi kimi təsərrüfatın bazar və ya qeyri-bazar tipindən asılı olmayaraq, bütün dövlət sistemlərinə xasdır. Bununla əlaqədar olaraq vergitutma barədə bəşər sivilizasiyasının fenomeni, onun ayrılmaz hissəsi kimi danışmaq olar.

Vergilərin tutulması mexanizminin tarixi inkişafında üç əsas mərhələ bir-birindən fərqləndirilir.

İlkin mərhələ (qədim dünyadan başlamış orta əsrlərə qədər) vergilərin müəy-yən edilməsi və yığılması üçün maliyyə aparatının olmaması ilə xarakterizə olunur.

İkinci mərhələ (xvı-xıx əsrlər) birbaşa və dolayı yolla vergiləri özündə birləşdirən sistemlərin meydana gəlməsi ilə başlandı. Bu dövrdə T.Qobbs, C.Lokk, L.Fon Sekondorf kimi ingilis və alman alimləri maliyyə elminin inkişafına öz əvəzsiz töhfələrini verdilər. İkinci mərhələdə bir sıra dövlət qurumları, o cümlədən maliy-yə qurumları yarandı və dövlət vergilərinin həcminin müəyyən edilməsi, vergilərin yığılması prosesinə nəzarət və s. kimi funksiyaları yerinə yetirməyə başladı.

Üçüncü mərhələ dövlətin vergilərin təyin edilməsi və yığılması ilə bağlı bütün funksiyaları tamamilə öz əlində cəmləşdirməsi ilə xarakterizə olunur. Birinci dünya müharibəsindən sonra elmi cəhətdən əsaslandırılmış vergi islahatları həyata keçi-rildi və beləliklə də müasir vergi sisteminin bünövrəsi qoyulmuş oldu. 1929­­ - 1933-cü illər depressiyası dövləti vergilərə makroiqtisadi stabilliyin bir aləti kimi yanaş-mağa vadar etdi. İkinci dünya müharibəsindən sonra isə vergilərdən iqtisadiyyatın dövlət tənzimlənməsinin bir vasitəsi kimi istifadə olunmağa başlandı.

Vergilərin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Vergilər dövlətin maliyyə ehtiyatlarının yaradılmasının əsas mənbəyi olmaqla min illərdir ki, mövcuddur. Onlar dövlətin təşəkkül tapdığı və cəmiyyətin siniflərə bölündüyü andan iqtisadi münasibətlərin zəruri elementinə çevrilmişlər. İngilis iqtisadçısı Ş.Parkinsonun sözləri ilə desək, “Vergitutma dünyanın özü qədər qədimdir. Onun ilk forması hər hansı bir yerli hökmdarın çayın mənsəbinə, iki çayın qovuşduğu yerə və ya dağ keçidinə sədd çəkdiyi və tacir və səyyahlardan keçib getmək üçün haqq aldığı za-man yaranmışıdır”.

Vergitutma öz inkişafının ilk mərhələsində primitiv və təsadüfi xarakter daşı-yırdı. Qədim Roma və Afinada sülh dövrində vergi tətbiq olunmaz, sadəcə mühari-bələrə hazırlıq zamanı tutularmış. İlk zamanlar vergilər əsasən natural formada, məsələn: ərzaq məhsulları ilə ödənilərdi. Əmtəə-pul münasibətləri inkişaf edib möhkəmləndikcə, vergilər də pul forması almağa başladı. Əgər başlanğıcda vergi-lər saray və ordunun saxlanması, istehkamların, ehramların, yolların tikilməsi üçün toplanırdısa, onlar zaman keçdikcə, dövlətin saxlanması üçün əsas gəlir mənbəyinə çevrilirdi.

Vergilərin təsadüfi xarakter daşıması, onların tutulmasında ayrı-seçkiliyə yol verilməsi çox zaman əhali arasında böyük narazılıqlara səbəb olurdu. Bu nöqteyi- nəzərdən Əhəmənilər dövlətinin hökmdarı I Daranın həyata keçirdiyi vergi isla-hatları mühüm əhəmiyyət kəsb edir. Belə ki, b.e. ə. 518-ci ildə I Dara dövlət vergi-lərinin yeni sistemini tətbiq etdi. Bu qanuna əsasən bütün vilayətlər becərilən tor-paqların həcminə və münbitliyinə uyğun olaraq ciddi şəkildə müəyyən edilmiş miqdarda vergini pul şəklində ödəməli idilər. Bunun nəticəsində əhali verginin ödənilməsi üçün lazım olan pulu əldə etmək üçün kənd təsərrüfatı və sənətkarlıq məhsullarını satmağa məcbur olurdu. Bu isə əmtəə-pul münasibətlərinin inkişafına təkan verirdi.

İlk mütəşəkkil vergi sistemlərindən biri Qədim Romanın vergi sistemidir. Roma vətəndaşları öz əmlaklarına və ailə vəziyyətlərinə görə təqdim etdikləri ərizəyə əsasən vergiyə cəlb olunardılar. Göründüyü kimi, bu ərizə hal-hazırda tət-biq edilən gəlir haqqında bəyannaməni xatırladır. Verginin həcmi xüsusi olaraq seçilmiş məmurlar tərəfindən beş ildən bir müəyyən edilirdi.

Vahid vergi sistemi mövcud olmadığından, ayrı-ayrı ərazilərdən vergi tutulması yerli əhalinin metropoliyaya münasibətlərindən çox asılı idi. Roma regionlarına ciddi müqavimət göstərən ərazilərin əhalisi işğaldan sonra ağır vergilərə məruz qa-lırdı. Romanın əyalətlərində dövlət maliyyə orqanları olmadığından, hökumət yerli iltizamçıların xidmətindən istifadə etmək məcburiyyətində qalırdı. İltizamçılar yı-ğılmalı olan vergi məbləğini xəzinəyə ödəyərək səlahiyyət əldə edir və öz mənfəətini də nəzərə almaqla əhalidən vergi toplayırdılar.

XII əsrdə Fransada duza aksiz vergisi tətbiq edildi. Buradan da aksiz vergisi anlayışı əvvəl Hollandiyaya, sonra İngiltərəyə, daha sonra isə digər Avropa ölkələ-rinə yayıldı. Adətən aksiz vergisinə alkoqollu içkilər və tütün məmulatları cəlb edi-lirdi. İngiltərədə isə Kromvelin dövrində bir sıra istehlak mallarına da aksiz vergisi tətbiq olunurdu. Adətən aksizlər idxal və ixrac olunan mallardan şəhər qapılarında tutulardı. Aksiz vergisinin dərəcəsi 5-25% arasında idi.

Demək olar ki, XVI-XVII əsrlərə qədər heç bir dövlətdə mütəşəkkil vergi sis-temi olmamışdır. Hər yerdə vergi ödənişləri birdəfəlik xarakter daşımış, onların sayı və dərəcələri hökmdarların subyektiv rəyindən asılı olmuşdur.

Dövlətçiliyin inkişaf etməsi təsadüfi vergilərin aradan qaldırılmasını, elmi cə-hətdən əsaslandırılmış vergitutmanın yaradılmasını tələb edirdi. XVII əsirin sonları XVIII əsrin əvvəllərində özündə birbaşa və dolayılı vergiləri əks etdirən vergi sis-temləri formalaşırdı.

XIX əsrdən başlayaraq vergilərin inkişafında yeni bir mərhələ başladı. Məhz bu dövr vergilərin sayının azalması, onların tutulmasının hüquqi bazasının yaran-ması ilə xarakterizə olunurdu. Maliyyə elmi inkişaf etdikcə vergitutmanın da nəzəri problemləri təşəkkül tapırdı.

İqtisadiyyatçılar vergilərin ölkənin iqtisadi vəziyyətinə təsir göstərmək üçün istifadə edilə bilməsi haqqında düşünməyə başladılar. İstehsalın inhisarçı inkişafı ilə əlaqədar olaraq iqtisadiyyatın tənzimlənməsi birinci dərəcəli əhəmiyyət kəsb et-məyə başladı. Bu dövrdə vergilər bir çox ölkələrin dövlət gəlirlərinin əsas mənbə-yinə çevrildi.

Bunun da nəticəsində vergilərin rolu getdikcə artmağa başladı. Onlar dövlətin iqtisadi siyasətinin aləti kimi cəmiyyətdə bazar münasibətlərinin inkişafı ilə, hər şeydən əvvəl, müxtəlif qütblü gəlirləri olan şəxslərin gəlirlərini, az da olsa, bir-birinə yaxınlaşdırmaq nöqteyi-nəzərindən daha çox əhəmiyyət kəsb etməyə başladılar. Bu zaman vergi yolu ilə yığılan pulların təkcə kəmiyyəti deyil, strukturu da dəyişməyə başladı. Əgər əsrin əvvəllərində vergi ödəmələrinin əsas hissəsini (70-80 faizini) dolayı vergilər təşkil edirdisə, dövlət tədricən ölkənin iqtisadi inkişafını nizamlama vasitəsi kimi birbaşa vergiləri də inkişaf etdirmək məcburiyyəti ilə üzləşirdi. Qeyd etmək lazımdır ki, ideal vergi sisteminin yaradılması hələ də bəşəriyyətə müyəssər olmamışdır. Vergi yolu ilə qazancın müəyyən bir hissəsi məcburi qaydada özgəninkiləşdirildiyindən tarix boyu vergi ödəyicilərinin ona münasibəti heç də birimənalı olmamışdır. Hələ XIII əsrdə görkəmli kilsə xadimi və filosof Foma Akvinski (1226-1274) vergiləri “soyğunçuluğun yol verilən forması” adlandırmış-dı. Hazırda maliyyə elmi qarşısında duran əsas məsələ dövlətin və vergi ödəyicilə-rinin maraqlarını maksimum nəzərə alan vergi sisteminin yaradılmasıdır. Demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə daim aparılan vergi islahatları məhz bu istəyin nəticəsidir.88





Download 2.29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2020
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa
davlat universiteti
ta’lim vazirligi
O’zbekiston respublikasi
maxsus ta’lim
zbekiston respublikasi
o’rta maxsus
davlat pedagogika
axborot texnologiyalari
nomidagi toshkent
pedagogika instituti
texnologiyalari universiteti
navoiy nomidagi
samarqand davlat
guruh talabasi
toshkent axborot
nomidagi samarqand
ta’limi vazirligi
haqida tushuncha
toshkent davlat
Darsning maqsadi
xorazmiy nomidagi
Toshkent davlat
vazirligi toshkent
tashkil etish
Alisher navoiy
rivojlantirish vazirligi
Ўзбекистон республикаси
matematika fakulteti
pedagogika universiteti
таълим вазирлиги
sinflar uchun
Nizomiy nomidagi
tibbiyot akademiyasi
maxsus ta'lim
ta'lim vazirligi
o’rta ta’lim
махсус таълим
bilan ishlash
fanlar fakulteti
Referat mavzu
umumiy o’rta
haqida umumiy
Navoiy davlat
Buxoro davlat
fanining predmeti
fizika matematika
universiteti fizika
malakasini oshirish
kommunikatsiyalarini rivojlantirish
jizzax davlat
davlat sharqshunoslik