Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti



Download 2,29 Mb.
bet34/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

7.11. DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ


Dövlətin iqtisadi funksiyaları arasında gəlirlərin yenidən bölgüsü, ictimai əmtəə və xidmətlərin buraxılışı xüsusi əhəmiyyət kəsb edir ki, onun da həyata keçiril-məsinə müxtəlif səviyyəli büdcələr vasitəsi ilə nail olunur. Büdcə vasitəsi ilə gəlir-lərin yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir-biri ilə sıx əlaqədə olan ikitərəfli prosesdir. Həmin prosesə aşağıdakılar daxildir:80

− Büdcə gəlirlərinin yaradılması;

− Büdcə vəsaitlərinin xərclənməsi;

− Büdcənin tarazlaşdırılması.

Büdcə AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə, bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.

Büdcə dövlətin baş maliyyə planı sayılır. O, hesabdarlıqda olduğu kimi, iki tərəfə malikdir: gəlir və xərc. Əgər birinci tərəf vergilər, rüsumlar və qeyri-vergi ödənişlərindən təşkil olunarsa, ikinci tərəf özündə səhiyyə, təhsil, elm, sosial təmi-nat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları balansına fəaliyyət göstərən iqtisadiyyatın ayrıca sahələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir.

Büdcə gəlirləri müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada müxtəlif səviyyəli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödəniş və daxilol-malardır.81

“Büdcə sistemi haqqında” AR Qanununun 9-cu maddəsində qeyd olunur ki, dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir;82

− Dövlət vergiləri;

− Qrantlar;

− Digər gəlirlər.

Dövlət büdcəsinin gəlirləri iqtisadi mahiyyətinə görə aşağıdakı qaydada qrup-laşdırılır:

− Cari gəlirlər, o cümlədən vergilər haqqında qanunvericiliklə müəyyən edil-miş dövlət vergiləri, habelə həmin vergilərə görə hesablanmış faiz və ma-liyyə sanksiyaları;

− Dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları;

− Əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından və ya icarəyə verilməsindən alınan gəlirlər;

− daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər;

− Qanunvericiliklə müəyyən edilən digər daxilolmalar.

Büdcənin gəlirləri vergi ödəyicilərinə, vergitutma obyektlərinə, alınma üsulla-rına, ödənişin müddətinə və digər xüsusiyyətlərinə görə fərqlənir. Büdcə gəlirləri vergilərdən, vergi olmayan gəlirlərdən, əsaslı gəlirlərdən və rəsmi qaydada alınan vəsaitlərdən ibarətdir. Vergi gəlirlərinin əsas mənbəyini yenidən bölgü nəticəsində alınan yeni yaradılmış dəyər, gəlirlər və yığım təşkil edir.

Büdcənin gəlirləri, yeni vergilərdən daxilolmalar, əsaslı gəlirlər və rəsmi qay-dada alınan vəsaitlər dövlətin iqtisadi fəaliyyəti, ya da büdcə sisteminin səviyyələri üzrə alınmış gəlirlərin yenidən bölgüsü nəticəsində yaranır. Nəzərə almaq lazımdır ki, büdcə gəlirlərinin strukturu dəyişkəndir və konkret iqtisadi şəraitlə əlaqədardır. Məsələn, sosial-iqtisadi səviyyəsi yüksək olan ölkələrdə büdcə gəlirlərinin əsas hissəsini fiziki şəxslərdən alınan vergilər, zəif inkişaf göstəricilərinə malik ölkə-lərdə isə dolayı vergilər və hüquqi şəxslərdən alınan vergilər təşkil edir.

Azərbaycanda dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi hazırda 25 faiz təşkil edir. AR-nın büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini təmin etmək məqsədi ilə vahid büdcə təsnifatı tətbiq olunur.

AR Nazirlər Kabinetinin “AR vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 6 oktyabr 2004-cu il tarixli 149-saylı qərarı ilə dövlət büdcəsi gəlirlərinin və xərclərinin təsnifatı hazırlanıb.

Büdcə gəlirlərinin təsnifatı büdcə sisteminə daxil olan büdcə gəlirlərinin qrup-laşmasıdır. Büdcə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar (1.1), sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər (1.4). Bu kateqoriyalardan asılı olaraq, büdcə gəlirlərinin təsnifatı dörd səviyyədən: bölmə, yarımbölmə, mad-də və yarım maddədən ibarətdir.



Gəlirin büdcələr arasında bölüşdürülməsi

Büdcə sisteminə daxil olan bütün büdcələr zəruri gəlir mənbəyinə malik olma-lıdır. Büdcələrə daxil olan gəlirlər Azərbaycan Respublikasının Ali Qanunvericiliyi, yəni Konstitusiyası ilə, «Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının qa-nunu, «Vergi məcəlləsi», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbay-can Respublikasının qanunu və digər müvafiq qanunlar və sərəncamlarla müəyyən olunur. Ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının maliyyə təminatı üçün onlar qanunvericiliklə müəyyən gəlir mənbələri ilə təmin olunurlar.

Gəlirlərin büdcələr arasında paylaşdırılması ölkənin iqtisadi sistemi, vergi və gəlirlərin mövcud sistemi ilə həyata keçirilir və hər bir büdcə həlqəsi zəruri gəlir mənbəyi ilə təmin edilir və bununla onun iqtisadi, sosial inkişafı üçün maliyyə bazası yaradılır.

«Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının qanununa əsasən «Döv-lət büdcəsinin gəlirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar balansı hesabına formalaşır».

Azərbaycan Respublikasının ərazisində qanunla müəyyən olunmuş tədiyələr üzrə daxilolmaların dövlət büdcəsi və digər büdcələr arasında bölgüsü ölkənin, regionların inkişaf proqramı nəzərə alınmaqla hər il üzrə qəbul olunan dövlət büdcəsi haqqında qanunla tənzimlənir.

Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq respublikada müəyyən edilmiş və büdcəyə ödənilən vergi və gəlirlər üç növə ayrılır: 1) dövlət vergiləri; 2) Naxçıvan Muxtar Respublikası vergiləri; 3) yerli vergilər (bələdiyyə vergiləri). Dövlət vergiləri Azərbaycanın bütün ərazisində tətbiq edilən vergilər olmaqla aşağıdakılardan ibarətdir:

- fiziki şəxslərdən gəlir vergisi;

- hüquqi şəxslərdən mənfəət vergisi;

- əlavə dəyər vergisi ;

- aksizlər;

- hüquqi şəxslərin əmlak vergisi;

- hüquqi şəxslərin torpaq vergisi;

- yol vergiləri;

- mədən vergisi;

- gömrük vergi və rüsumları;

- sadələşdirilmiş sistem üzrə vergilər;

- sosial vergilər;

- dövlət qanunvericiliyi əsasında təyin edilən sair vergilər və rüsumlar.



Vergilərdən daxilolmalar

Vergilərdən daxilolmalar dövlətin və yerli özünüidarəetmə orqanlarının fəaliy-yətini maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul və-saitlərinin özgəninkiləşdirilməsi şəklində büdcəyə köçürülən məcburi, fərdi, əvəz-siz ödənişlərdir. AR-nın vergiləri qanunla müəyyən edilir. Vergilər dövlət vergilə-rinə, Muxtar Respublika vergilərinə və yerli vergilərə bölünür. Dövlət vergiləri dedikdə, AR Vergi Məcəlləsi ilə müəyyən edilən respublika ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur. Muxtar Respublika vergiləri dedikdə NMR-da AR-nın Vergi Məcəlləsinə müvafiq olaraq NMR-nın qanunları ilə müəyyən edilən və Muxtar Respublikanın ərazisində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilər dedikdə isə AR-nın Vergi Məcəlləsi, “Yerli vergilər və ödənişlər” haqqında AR-nın Qanunu və digər qanunlarla müəyyənləşdirilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər nəzərdə tutulur.83



1. Gəlirlərdən vergilər

Gəlirlərdən vergilər fiziki və hüquqi şəxslərin gəlirlərindən vergilərə bölünür.

Fiziki şəxslər vergi ili üçün AR-da və AR-nın hüdudlarından kənarda əldə et-diyi bütün gəlirlərindən və həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdi-rilən gəlirlərdən çıxılan məbləğ arasındakı fərqdən gəlir vergisi ödəyirlər. Fiziki şəxslərin gəlirləri muzdlu işlə əlaqədar olan gəlirlərə, muzdlu işlə əlaqədar olma-yan gəlirlərə və sair gəlirlərə bölündüyü üçün fiziki şəxslərdən gəlir vergisi də bu qruplar üzrə bölünmüşdür. Muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisi dedikdə əmək haqqından və bu işlə bağlı hər hansı ödəmədən, faydadan əldə edilən gəlirlər-dən gəlir vergisi nəzərdə tutulur.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi dedikdə isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən alınan vergi başa düşülür.

Fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi dedikdə vergilərdən azad edilən gəlirlərdən başqa, digər gəlirlərdən alınan gəlir vergisi nəzərdə tutulur.

2. Hüquqi şəxslərin mənfəət vergisi

Müəssisələrin mənfəət vergisinə, qeyri-rezidentin AR-dakı daimi nümayəndə-liklərinin gəlirlərinin gəlir vergisinə Hasilatın Pay Bölgüsü Sazişləri üzrə podrat-çıların və xarici subpodratçıların mənfəət vergisinə rezidentlərin və qeyri-rezident-lərin ödəmə mənbəyindən əldə edilən gəlirlərinin gəlir vergisinə və bələdiyyə mül-kiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinə bölünür.



3. Əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər

Əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər dedikdə əmək haqqı fondundan faiz nisbəti ilə və ya hər işçiyə görə konkret müəyyənləşdirilmiş məbləğ forma-sında işəgötürənlərdən və ya sərbəst qaydada məşğul olanlardan tutulan vergilərdir.



4. Mülkiyyətdən vergilər

Bu bölməyə mülkiyyətlə bağlı vergilər daxildir. Qeyd olunan vergiləri mülkiyyətin sahib-ləri və istifadəçiləri ödəyirlər. Təsnifatda mülkiyyətdən vergilər daşınmaz əmlaka görə dövri vergilərə, əmlakın xalis dəyərindən ödənilən cari vergilərə, maliyyə əməliyyatlarına və kapitala aparılan əməliyyatlara görə vergilərə, mülkiyyətə görə birdəfəlik vergilərə və mülkiyyətə görə digər cari vergilərə bölünür.84

Torpaq vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr, habelə rezident və qeyri-rezident fiziki şəxslər hesab olunurlar.

Rezident və qeyri-rezident müəssisələrin torpaq vergisi torpaq vergisinin ob-yektindən asılı olaraq sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı torpaqlara görə torpaq vergisinə, kənd təsərrüfatı təyinatlı torpaqlara görə torpaq vergisinə və digər təyinatlı torpaqlara görə torpaq vergisinə ayrılmışdır.

Rezident və qeyri-rezident fiziki şəxslərin torpaq vergisi isə yaşayış fondları-nın, həyətyanı sahələrin, bağ sahələrinin torpaq sahələrinə görə torpaq vergisinə, kənd təsərrüfatı üçün istifadə edilən torpaq vergisinə və digər təyinatlı torpaqlara görə torpaq vergisinə bölünür.

Torpaq vergisi torpaqların təyinatından asılı olaraq, təsnifatda müvafiq mad-dələrə aid edilməlidir.

Əmlak vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr, habelə rezident və qeyri-rezident fiziki şəxslər hesab olunurlar.

Rezident və qeyri-rezident müəssisələrin əmlak vergisi bu verginin obyektin-dən asılı olaraq, avtonəqliyyat vasitələrindən əmlak vergisinə, müəssisənin balan-sında olan əsas vəsaitlərdən alınan əmlak vergisinə və sair əmlakdan əmlak vergisinə bölünür.

Rezident və qeyri-rezident fiziki şəxslərdən əmlak vergisi fiziki şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələrindən əmlak vergisinə, əsas vəsaitlərdən əmlak vergisinə və sair əmlakdan əmlak vergisinə bölünmüşdür.

5. Mal və xidmətlərə görə vergilər

Mal və xidmətlərə görə xidmətlər kateqoriyasına malların, işlərin və xidmət-lərin istehsalı, hasilatı, satışı, verilməsi və onlardan istifadə ilə bağlı vergilər aid edilmişdir.

Bu kateqoriyaya aid olan vergilər aşağıdakılardır;

- Əlavə dəyər vergisi təsnifatda iki maddəyə bölünmüşdür: AR-da mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi, respublika ərazisinə gətirilən mallara görə əlavə dəyər vergisi;

- Satışdan vergilər malların, işlərin və xidmətlərin istehsal mərhələsindən tutulmuş, pərakəndə satış mərhələsinədək yalnız bir mərhələdə tutulan vergilərdir;

- Sadələşdirilmiş vergi üzrə daxilolmalarına əlavə dəyər vergisi kimi qeydiy-yatdan keçməyən hüquqi və fiziki şəxslərin bu sistem üzrə ödədikləri vergilər aiddir.85

Sadələşdirilmiş vergi aşağıdakı dərəcə ilə hesablanır.

Bakı şəhərində 4 faiz

Digər şəhər və rayonlarda, Naxcıvan MR-da 2 faiz

Aksizlər təsnifatda iki maddəyə bölünmüşdür. AR-da istehsal olunan mallara görə aksiz və respublikamıza idxal olunan mallara görə aksiz.

6 Yol vergisi respublikamızın avtomobil nəqliyyatı vasitələrinin sahibləri və respublika ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin növündən, otura-caqların sayından, yükgötürmə qabiliyyətindən, qət edilən məsafədən, mühərrikin gücündən və sair göstəricilərdən asılı olaraq ödənilən vergilərdir.

AR-nın ərazisinə daxil olan xarici dövlətlərin, habelə AR-nın ərazisində şəxs-lərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir.

Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə AR-nın ərazisində qət edilən yolun hər bir kilometri üçün aşağıdakı kimi tutulur;86

− 37 tondan 41 tonadək olduqda – 0,15 ABŞ dolları;

− 41 tondan 51 tonadək olduqda – 0,30 ABŞ dolları;

− 51 tondan 61 tonadək olduqda – 0,45 ABŞ dolları;

− 61 tondan 71 tonadək olduqda – 0,60 ABŞ dolları;

− 71 tondan 81 tonadək olduqda – 0,75 ABŞ dolları;

− 81 tondan çox olduqda – 1.8 ABŞ dolları;

7. Sosial ayırmalar

Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq, sosial təminata və sosial ehtiyaclara bölünür. Sosial təminata ayırmalar məcburi xa-rakter daşıyır və xüsusi fondun yaradılmasını nəzərdə tutur.



8. Qrantlar

Qrantlar dövlət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanması və həyata keçirilməsi üçün müvafiq qanunvericiliklə nəzərdə tutulmuş yardımdır. Beynəlxalq təşkilatlar, xarici hökumətlər, xarici hüquqi və fiziki şəxslər qrantların donoru kimi çıxış edə bilər. Bunlardan asılı olmayaraq, qrantlar cari və əsaslı qrantlara bölünür. Cari qrantlar aktivlərin alınması ilə şərtlənməyən cari xərclərin örütülməsi ilə bağlı ödənişlərdir; əsaslı qrantlar isə aktivlərin alınması, verilməsi ilə şərtlənən ödəniş-lərdir. Belə qrantlar resipiyent qarşılıqlı öhdəliklərin bağlanmasına da sərf edilə bilər.



Digər gəlirlər

Digər gəlirlər mülkiyyətdən gəlirlərə, mal və xidmətlərin satışından daxilolma-lara, cərimə və sanksiyalar üzrə daxilolmalara və könüllü köçürmələrə bölünür. 87



Cədvəl 7.2. AR-nın 2013-ci il üçün dövlət büdcəsinin gəlirləri




Gəlirlərin mənbələri

Dövlət büdcəsinin gəlirləri

(min manatla)

1

Fiziki şəxslərin gəlir vergisi

783 000.0

2

Hüquqi şəxslərin mənfəət vergisi

2 279 000.0

3

Əlavə dəyər vergisi

2 768 000.0

3.1

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

992 600,0



4

Aksiz

677 000,0

5

Hüquqi şəxslərin əmlak vergisi

116 000,0

6

Hüquqi şəxslərin torpaq vergisi

30 000.0

7

Yol vergisi

73 000.0

8

Mədən vergisi

121 000.0

9

Sadələşdirilmiş vergi

117 000,0

10

Gömrük rüsumları

285 400.0

11

Vergi olmayan sair gəlirlər

203 000.0

12

Dövlət neft fondundan daxilolmalar

11 350 000.0

13

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

126 100.0

Qaynaq: Azərbaycan Rəqəmlərlə 2013 ARDSK Nəşrləri

Respublikamızda istehsal olunan və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların satış qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən 30 faiz yığım müəyyən edilir. 2008 ci ildən xam neftin bir barelinin ixrac qiymətinin 50 ABŞ dollarından çox olan hissəsinin 75 faiz hissəsi yığımlarda yer alır. Məhsullardan olan yığımlar dövlət büdcəsinə, xam neftdən olan yığımlar isə Dövlət Neft Fonduna köçürülür.



Cədvəl 7.3. Dövlət büdcəsinin gəlir və xərcləri

 

2007

2008

2009

2010

2011

2012

Gəlirlər-cəmi, mlyn. manat

6006,6

10762,7

10325,9

11403,0

15700,7

17281,5

o cümlədən

əlavə dəyər vergisi

588,6

627,2

581,9

590,2

715,7

813,0

aksizlər

2457,7

2862,3

1329,2

1429,9

2134,0

2252,0

mənfəətdən vergi

27,1

30,6

26,2

35,3

35,3

30,6

mədən vergisi (royalti)

72,3

112,9

66,2

101,8

103,9

105,1

əhalidən gəlir vergisi

1179,2

1910,9

2012,8

2082,5

2222,7

2366,9

əmlak vergisi

402,9

486,9

485,1

514,9

480,2

531,5

xarici iqtisadi fəaliyyətdən vergi

123,2

147,7

121,9

130,1

129,8

125,8

rüsumlar və qeyri vergi ödənişləri

293,2

449,7

418,1

291,8

433,1

592,5

torpaq vergisi

68,6

96,8

86,8

90,3

140,6

157,6

sair

793,8

4037,7

5197,7

6136,2

9305,4

10306,5

Xərclər-cəmi, mlyn. manat

6086,2

10774,2

10503,9

11765,9

15397,5

17416,5

o cümlədən

iqtisadiyyata

2350,0

4958,6

4373,9

4889,9

6803,2

6960,7

sosial-mədəni tədbirlərə

1670,3

2312,5

2763,0

2901,4

3447,2

4072,9

o cümlədən

təhsilə

723,0

979,7

1147,9

1180,8

1268,5

1453,2

mədəniyyət və kütləvi informasiya vasitələrinə

257,2

346,2

402,4

429,2

493,4

609,4

səhiyyəyə

594,8

846,4

1054,4

1123,0

1495,4

1769,5

idmana

95,3

140,2

158,3

168,4

189,9

240,8

sosial-müdafiə fonduna

43,9

62,1

83,3

92,8

106,1

116,7

sosial təminat fonduna verilmiş vəsaitlərə

431,3

533,9

648,9

668,5

710,3

929,2

elmə

198,8

252,4

289,7

303,0

281,9

342,3

hüquq mühafizə orqanlarına

1391,9

2654,7

2345,1

2910,3

4048,8

4994,7

dövlət hakimiyyəti və

2007

2008

2009

2010

2011

2012

idarəetmə orqanlarının saxlanması xərcləri sair

6006,6

10762,7

10325,9

11403,0

15700,7

17281,5

Qaynaq: Azərbaycan Rəqəmlərlə 2013 ARDSK Nəşrləri.

Büdcənin neftdən əldə edilən gəlirlərin büdcə gəlirləri arasındakı yeri isə bu şəkildədir: Dövlət büdcəsi gəlirlərinə Azərbaycan Respublikası Dövlət Neft Şir-kəti (SOCAR) vasitəsiylə daxil olan neftin payı 2002-ci ildə 36.5% ikən, 2003-cü ildə bu nisbət 31% olmuşdur. Ancaq, Dövlət Neft Fondundan (ARDNF) transferlər də diqqətə alındıqda neft sektorunun dövlət büdcə gəlirləri içindəki payı 39.1% olmuşdur. 2009-cü ildə isə bu nisbət 47.9% (38.6% SOCAR-ın payı və 9.3% ARDNF-dən transferlər) səviyyəsində oldu.

Son illərdə büdcə gəlirlərində meydana gələn artışda neft ünsürü böyük rol oynayır. Rəqəmlər ildən ilə büdcə gəlirləri içində neft gəlirlərinin artdığını gös-tərir. Neft ixrac gəlirlərinin büdcə gəlirlərindəki payı 2006-cı ildən etibarən daha da artmışdır.

2012-cü il rəqəmləri ilə müqayisə etdikdə 2013-ci ildə dövlət büdcəsinin neft xarici kəsirinin ÜDM-nin 2.1%i həcmində olması planlanmışdır ki, bu da hökumətin neft gəlirlərinin xərcləməsinin artırılmasına dair orta müddətli stra-tegiyasına və 2009-ci il makro iqtisadi məqsədlərinə müvafiq gəlir.

Xərclərdə sosial bir bazaya sahib olan 2013-ci il büdcəsində, əmək haqqla-rına, təhsil və müdafiə xərclərinə daha çox yer verilmişdir. Bu çərçivədə orta-lama əmək haqqları bir əvvəlki ilə görə 30% artırılmışdır. Bu artış ilə rüşvət-xorluğun azaldılmasına cəhd edildiyi müşahidə olunur. Müdafiə xərcləri isə 70% artırılmışdır. Ümumi olaraq təxminən 20 mlrd.dollar olan 2012-ci il büd-cəsi, 2013-cı ildə 24 milyard dollara yaxınlaşmışdır ki , onun da 14 mlr dollara yaxını neft fondundan transferidir .Bu da Azərbaycana 2006-cı ildən başlayaraq “Əsrin Müqaviləsi” çərçivəsində neft gəlirlərinin daxil olması hesabına həyata keçirilsə də Amerkada başlayaraq dünyanı cənginə alan qlobal maliyyə böhranı nəticəsində neft qiymətinin dünya birjalarında kəskin ücuzlaşması Azərbaycan hökümətini bu addımı atmağa məcbur etdi. Dünya bazarlarında neft qiymətlə-rinin azalması büdcənin əvvəlki illərə nisbətən tədricən yavaş böyüməsində mühüm rol oynayır.

.


Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish