Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti



Download 2.29 Mb.
bet22/61
Sana10.09.2017
Hajmi2.29 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

6.4. BÜDCƏNİN PRİNSIPLƏRİ


Büdcənin prinsipləri, büdcənin hazırlıq və həyata keçmə dövrlərində yerinə yetirilməsi gərək olan prinsiplər olaraq göstərilə bilər.45 Büdcənin prinsipləri zaman keçdikcə müxtəlifliklərə məruz qalmışdır; bu vəziyyətin dövlət anlayışında və iqtisadi doktrinlərdə meydana gələn müxtəlifliklərlə yaxın bir əlaqəsi var.

a- Ümumilik prinsipi

Ümumilik prinsipi, büdcədə mədaxil və məxariclərin arasındakı fərqin büdcəyə qeyd olunmasıdır. Bütün gəlirlər xəzinədə toplanılır və büdcə qanunu ilə göstərilən məxariclərə xərclənilir. Ümumilik prinsipinə görə dövlət maliyyəsi bir bütün olaraq ələ alınmaqdadır. Beləliklə, Dövlət gəlir və xərcləri haqqında açıq və tam məlumat alınmaqdadır.



b- Birlik prinsipi

Birlik prinsipi bütün mədaxil və məxariclərin tək bir büdcə içində toplanması, dövlətin başqa büdcəsi olmamağı prinsipidir. Birlik prinsipindən bütünlüklə əl çəkmək mümkün deyil. Dövlətin büdcə hesablarında bir bütövlüyün təmin olun-ması üçün hesab növləri, büdcə hesabları ilə iqtisadi və sosial hesablar arasında əlaqə qurularaq müəyyən bir birliyə doğru addım atılmaqdadır. Tək bir sənəddə dövlət hesablarının bir yerə gətirilməsi parlamentlərin bir dəfədə bütün olaraq döv-lət büdcəsinin istiqamətlərini, lazımlı bilgilərə sahib olmaqlarını təmin etmişdir.46



c- Səmimiyyət prinsipi

Səmimiyyət prinsipi, büdcə balansı baxımından çox vacibdir. Bu prinsip gəlir və xərc təxminlərinin çox yaxşı və pis tərəfə meyl etmədən, daxildən və doğru ola-raq hazırlanmasıdır.

Büdcəni hazırlayanlar səmimiyyət prinsipinə əməl etdikləri zaman büdcə təx-minləri doğru olacaq və böyük büdcə kəsirləri meydana gəlməyəcəkdir. Sözü gedən bir illik büdcənin iqtisadi şərtlərinin göz önündə saxlandığı başa düşüləcəkdir.

d- Başa düşülmə prinsipi

Başa düşülmə prinsipi, büdcənin gəlir və xərc rəqəmlərinin hər kəsin asan başa düşə biləcəyi ölçüdə açıq və sadə olaraq sinifləndirilməsidir. Əsasən, büdcənin tətbiq edilmə dövründə diqqətə alınmalı olan bir prinsipdir. Bu zamanlarda büdcə-lərin həcmləri çox böyüdüyü üçün bu prinsip tam olaraq həyata keçməməkdədir.47



e- Xərclərin gəlirlərdən əvvəl proqnozlaşdırılması prinsipi

Xərc və gəlir təxmin edərkən əvvəlcə xərclər, sonra isə gəlirlər ələ alınır. Hə-dəf ölkənin iqtisadi, sosial və siyasi vəziyyətinin ehtiyac duyduğu xərcləmələrin təxmin edilməsi və bu xərcləmələri qarşılayacaq mədaxillərin sonradan təsbit edilməsidir. Bu əsasən, iqtisadi inkişaf üçün lazım olan bir prinsipdir.



f- Qabaqcadan icazə prinsipi

Qabaqcadan icazə prinsipi büdcənin imzalanması ilə əlaqəlidir. Həyata keçiril-mədən qabaq, büdcənin səlahiyyətli orqan tərəfindən təsdiq edilməsi, dövlət xərclə-mələrinin edilməsi və dövlət gəlirlərinin toplanması üçün idari orqana icazə veril-məsi deməkdir. Səlahiyyətli orqanın bu icazəni verməməsi, dövlət xərclərinin edil-məsi və gəlirlərin toplanmasına xalqın icazə verməməsi deməkdir, bu isə həyatı fəlakətə gətirər.



ç- Təyinatlılıq prinsipi

Təyinatlılıq prinsipi, bir büdcə ili içində həyata keçirilməsi lazım olan müəyyən işlərə müəyyən pulun ayrılması deməkdir. Hansı xidmətlərin həyata keçiriləcəyi-nin bəlli edilməsi “keyfiyyət” baxımından bu xidmətlərə nə qədər pul xərclənəcə-yinin müəyyən olunması isə “kəmiyyət” baxımından təxsisdir.



g- Zaman prinsipi

Büdcə mədaxil və məxariclərinin həyata keçirilməsi üçün müəyyən edilən vaxta zaman prinsipi deyilir. Bu prinsip bəzən təxsis xüsusiyyəti ilə birlikdə, bəzən də ayrı olaraq tədqiq edilməkdədir. Büdcələr, əsasən, bir il üçün hazırlanır. Lakin bir ildən daha az və bir ildən daha uzun zamanlar üçün düzəldilən büdcələr də vardır.



ğ- Şəffaflıq prinsipi

Şəffaflıq prinsipi, büdcə qanunu ilə buna bağlı cədvəllərin və xəzinə hesabları ilə qatma büdcələrin hər kəsə dağıdılması, hər kəsin tədqiqinə açıq olması prin-sipidir. Büdcələr nəşr olunaraq yayımlanır və hər hansı bir gizlilik içində deyildir.



i- Qənaət prinsipi

Qənaət prinsipi, ən az məsrəflə ən çox iş görmə prinsipidir; dövlət gəlirlərinin ən tez, ən əlverişli və lazımlı dövlət xidmətlərinə xərclənməsi, siyasi səbəblərlə yersiz xərcləmə edilməməsidir.



ı- Doğruluq prinsipi

Doğruluq prinsipi, büdcədə səmimiyyət prinsipinə yaxın bir prinsipdir. Büdcə təxminləri ən son texnika istifadə edilərək doğru bir şəkildə edilə bilərsə, əsl iqti-sadi və maliyyə şərtləri göz önünə alına bilərsə, büdcə kəsirləri ən alt səviyyəyə enəcəkdir. Bu hal büdcədə səmimiyyət prinsipinin başqa bir ifadəsidir.



j- Balans prinsipi

Büdcədə balans, gəlir və xərclərin bir-birinə uyğun, bərabər olması demək-dir;48 son dərəcə vacib bir prinsipdir. Büdcə balansı problemi bir çox nəzəriyyələrin ortaya çıxmasına səbəb olan, inkişaf etmiş ölkələrdə olduğu qədər, inkişaf etməkdə olan ölkələri də yaxından maraqlandıran bir qanundur.


6.5.BÜDCƏ NÖVLƏRİ


Müasir büdcə sistemindəki inkişafların 1929- cu il Dünya İqtisadi Böhranından sonra və xüsusən, İkinci Dünya Müharibəsindən sonra sürətləndiyini söyləmək olar.

Müasir büdcə sistemləri ilə xərclərin maya dəyərini, xidmətlərin faydalarını ölçmək barəsində biliklər inkişaf etdirilmişdir.

Müasir büdcə sistemləri ümumi olaraq ,”milli iqtisadi büdcələr”, “investisiya büdcələri”, “performans büdcə sistemi”, “proqram büdcə sistemi”, “planlama, proqramlama büdcə sistemi” və “sıfır əsaslı büdcə sistemi” şəklində bölünürlər.

1. Ümumi büdcə sistemi

İngiltərədə istifadə olunmağa başlamış, daha sonra Fransa və digər ölkələr tərəfindən bir az fərqli olaraq qəbul edilən sadə bir sistemdir. Bu sistemdə dövlət xidmətlərinin keyfiyyət və kəmiyyətindən daha çox, idari təşkilatların ehtiyaclarına diqqət verilir.49



2. Milli iqtisadi büdcələr

Dövlət anlayışındakı sürətli müxtəlifliklər nəticəsində dövlətə cəmiyyətin iqti-sadi fəaliyyətlərini düzəltməsi ilə yanaşı bu fəaliyyətlərin sövq, idarə və yoxlan-ması ilə əlaqəli məsuliyyəti də verilmişdir. Bu yöndə, milli iqtisadi büdcə və ya “milli büdcə”, “iqtisadi büdcə” anlayışları İkinci Dünya Müharibəsindən sonra ortaya çıxmışdır. Dövlətin iqtisadi həyatda böyük bir rolu və məsuliyyəti üzərinə götürməsinin nəticəsi olaraq, büdcə, ümumiyyətlə, iqtisadi siyasətin həyata keçiril-məsində əsas bir vasitəyə çevrilmişdir.

Bu sistemin əsas xüsusiyyəti qısamüddətli olması və bəlli bir hesab sisteminə söykənmiş olmasıdır. Dar mənada və həyata keçmə baxımından milli iqtisadi büd-cə; büdcə fəaliyyətlərini asanlaşdırmaq, dövlətin iqtisadi qərarlarının təsirini ölç-mək və bu qərarlara yol açmaq üçün büdcəyə əlavə edilən bir raport şəklində orta-ya qoyula bilər. Bu məqsədlə milli iqtisadi büdcələr, büdcə hazırlama, həyata keçir-mə və həyata keçirmənin yoxlanılması işlərində baş vurulan əsas bir mənbə rolu daşımaqdadır.

Milli iqtisadiyyatın dövlət və özəl sektorlarını əhatə edəcək bir şəkildə hazırlanan milli mühasibat göstəricilərinin gələcək il üçün ətraflı təxmin edilməsinə əsaslanan milli iqtisadi büdcələr, İngiltərədə “Economic Survey”, ABD-də Nazirin “Büdcə Mesajları” və Fransada “Milli İqtisadi Büdcə Raportları” adı ilə hazırlanmaqdadır.

Milli iqtisadi büdcələr, bir cəmiyyətin gəlir qaynaqlarının idarəsi ilə əlaqədar və vacib hökmləri üçün olan büdcələrdir. Bunlar dövlətin mövcud olduğu konjektura uyğun bir fəaliyyət proqramı təsbit etməsinə kömək edəcəklər.

3.Performans büdcə sistemi

Bu büdcələr geniş mənada dövlət dairələri tərəfindən bir maliyyə ili ərzində edilən xərclərlə nə ediləcəyini, başqa sözlə, büdcənin fəaliyyəti ilə çatmaq istənilən hədəfi göstərən bir büdcə olaraq tərifləndirilməkdədir.



4.Proqram büdcə sistemi

Proqram büdcə bir maliyyə ili ərzində dövlət dairələri tərəfindən yerinə yetiri-lən əsas funksiyaları və bu funksiyaların həyata keçməsi ilə çatmaq istənilən hədəf-ləri göstərən bir büdcə sinifləndirməsidir.

Proqram büdcə ilk olaraq 1960-cı ilin əvvəllərinə qədər ABŞ-da tətbiq edilmiş-dir. ABŞ xaricində Skandinaviya ölkələrində və Qərbi Avropa ölkələrində sürətli bir şəkildə yayılmışdır50.

5.Planlama-proqramlama büdcə sistemi

Planlama-proqramlama büdcə sistemi dövlətin mövcud olan qaynaqlarının hə-dəflərə uyğun şəkildə hazırlanan, göstərilən proqramlara ödənməsində idarəçilər tərəfindən lazımlı qərarların verilməsinə imkan verən və beləliklə, dövlət idarəsinin göstərilən hədəflərə çatmasını həyata keçirən bir idari və büdcə sistemidir.



6. İnvestisiya büdcələri

Dövlətin iqtisadi həyata getdikcə daha çox müdaxilə etməsi və xərclərin müx-təlifləşməsi qarşısında, investisiya xərcləmələrinin ayrı bir büdcə içində hazırlan-ması məcburiyyəti meydana gəlmişdir. Bu büdcə növü klassik iqtisadçı-maliyyə-çilərin qəbul etdiyi, fövqəladə büdcələrin yenidən canlanan bir şəkli olaraq qəbul edilir. Fövqəladə büdcə anlayışında fövqəladə xərcləri normal xərclərdən ayıraraq borc almağı müvafiq görərək büdcə kəsirinin qarşısını almaq, parlament nəzarətin-dən qaçmaq və bəzi xərclərin borc yolu ilə qarşılanmasını təmin etmək kimi nəzə-riyyələrə yer verə bilmişdir.

İnvestisiya büdcələri lehinə və əleyhinə müxtəlif fikirlər söylənilmişdir. Lehinə fikirlərə görə, bu büdcələr dövlət fəaliyyətlərinin iqtisadi analizə uyğun tutulma-sını, xalqın büdcəni daha yaxşı başa düşməyini təmin etmək üçün faydalıdır. Ayrı-ca, bu büdcələr iqtisadi qaynaqları daha çox hərəkətə keçirəcək dövlət nəzarətinin çatışmazlıqlarını əvəz edəcək. İnvestisiya büdcələrinin ən əsas maliyyə qaynağı borcdur. İnvestisiya büdcələrinin əleyhinə isə büdcədə birlik prinsipini pozacağı, büdcə kəsirlərinin gizlənməsinə yol açacağı, maliyyə qaydalarını və iqtisadi sabit-liyi təhdid edəcəyi kimi fikirlər irəli sürülür.

Bu büdcələr cəmiyyətin sonsuz olan ehtiyaclarını tükənən ehtiyatlarla ödəmək və iqtisadi inkişaf üçün böyük investisiyalar qoymaq məcburiyyətində olan dövlə-tin bu investisiyaları həyata keçirməli olan büdcəsidir.



7. Sıfır əsaslı büdcə sistemi

Sıfır əsaslı büdcə sistemində keçmiş illərdəki xərcləmələr diqqətə alınmaz və hər il bu xərcləmələr sıfır qəbul edilər. “Sıfır əsaslılıq” bütün fəaliyyət və xərclərin yenidən həyata keçirilməsi məqsədindədir.51




Download 2.29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2020
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa
davlat universiteti
ta’lim vazirligi
O’zbekiston respublikasi
maxsus ta’lim
zbekiston respublikasi
o’rta maxsus
davlat pedagogika
axborot texnologiyalari
nomidagi toshkent
pedagogika instituti
texnologiyalari universiteti
navoiy nomidagi
samarqand davlat
guruh talabasi
ta’limi vazirligi
nomidagi samarqand
toshkent axborot
toshkent davlat
haqida tushuncha
Darsning maqsadi
xorazmiy nomidagi
Toshkent davlat
vazirligi toshkent
tashkil etish
Alisher navoiy
Ўзбекистон республикаси
rivojlantirish vazirligi
matematika fakulteti
pedagogika universiteti
таълим вазирлиги
sinflar uchun
Nizomiy nomidagi
tibbiyot akademiyasi
maxsus ta'lim
ta'lim vazirligi
махсус таълим
bilan ishlash
o’rta ta’lim
fanlar fakulteti
Referat mavzu
Navoiy davlat
umumiy o’rta
haqida umumiy
Buxoro davlat
fanining predmeti
fizika matematika
universiteti fizika
malakasini oshirish
kommunikatsiyalarini rivojlantirish
davlat sharqshunoslik
jizzax davlat