Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


DÖVLƏT XƏRCLƏRİNİN GÖRÜNÜŞCƏ ARTIM SƏBƏBLƏRİ



Download 2,29 Mb.
bet21/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

5.6. DÖVLƏT XƏRCLƏRİNİN GÖRÜNÜŞCƏ ARTIM SƏBƏBLƏRİ

A .İctimai xidmətlərin pul ilə gördürülməsi


Keçmiş dövrlərdə, bəzi ictimai xidmətlər pul qarşılığı etdirilmirdi. Məsələn, Osmanlı İmperatorluğu dövründə, başda əsgərlik olmaq üzrə bir qisim ictimai xid-mət timar, xas və ya iməcilik üsulu ilə gördürülürdü. Yenə yaxın zamanlara qədər vətəndaşlar yol və məktəb tikintisində könüllü olaraq bədəni olaraq və hər hansı bir ödəniş götürmədən işlədilirdi. Həm məcburi işlər, həm də iməciliklər zamanı gö-rülən işlərin xərcləri büdcədə iştirak etməzdi.

Bu gün xeyli çox qərb ölkəsində əsgərlik xidmətlərinin böyük bir hissəsi pul ilə gördürülürkən, ölkəmizdə müəyyən şərtləri daşıyan hər Türk vətəndaşı hər hansı bir qarşılıq götürmədən müəyyən bir müddət hərəkəti əsgərlik xidmətində olmaq məcburiyyətindədir. Ancaq, bu surətlə meydana gələn artım, realda bir artım olma-yıb, görünüşcə bir artım sayılacaq. Çünki təmin edilən xidmətlərdə hər hansı bir real artım söz mövzusu deyil. Bu vəziyyət, daha əvvəl pulsuz gördürülən bir xid-mətin pulla gördürülməsindən ibarətdir. Buna görə, hal-hazırda ictimai xidmətlərin hamısının pulla gördürülməsi, dövlət xərcləmələrinin görünüşcə artım səbəblərin-dən biri sayılmaqdadır.


B. Pul dəyərinin düşməsi


Pul dəyərinin düşməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə qarşılanan iqtisadi problemlərdən biridir. Pul dəyərinin düşməsi, keçmişə nisbətlə eyni mal, ya da xidmətin daha çox miqdarda xərcləmə edilmək surəti ilə təmin edilməsi nəticə-sini doğurar. Başqa sözlə, dövlət xərcləmələrinin rəqəm olaraq artması hər vaxt üçün ictimai xidmətlərin də artdığı mənasına gəlməz. Pul dəyərindəki düşmənin təsiri ilə dövlət xərcləmələrində meydana gələn görünüşdəki artımı qeyd edə bilmək üçün qiymət indekslərindən istifadə edilir. Qiymət indeksləri köməyi ilə xərcləmələrdəki görünüşcə və həqiqətdə artım nisbətini təsbit etmək mümkün olar.

C. Büdcə texnikasında meydana gələn dəyişmələr


Köhnə dövrlərdə dövlət büdcəsi tətbiqlərində safi gəlir üsulu tətbiq edilirdi. Bu üsula görə hər dövlət dairəsi, bir il içində etdiyi xərcləmələri, yenə eyni il içində əldə etdiyi gəlirlərdən düşdükdən sonra artan safi gəlirini xəzinəyə göndərər və dövlət büdcəsində bu gəlir çoxu iştirak edərdi.

Dövlət xərclərinin dövlət büdcəsinə olduğu kimi əks olunmasına mane olan bu üsul hal-hazırda tərk edilərək, bunun yerinə bütün dövlət gəlir və xərclərinin olduğu kimi büdcədə iştirak etməsini təmin edən ümumi üsul tətbiqə qoyulmuşdur.


VI FƏSİL

DÖVLƏT BÜDCƏSİ ANLAYIŞI

6.1.DÖVLƏT BÜDCƏSİNİN TƏRİFİ


Büdcə kəlməsinin etimoloji baxımdan kökünün, latınca “bulga”, fransızca “bouge” və ya” bougette” kəlmələrindən götürüldüyü irəli sürülməkdədir.36 İngiltə-rədə Maliyyə Nazirinin büdcəni parlamentə təqdimat danışığı, əvvəllər olduğu kimi, yenə “opening the budget” olaraq qiymətləndirilməkdədir. Beləliklə, ingilis dilində “budget”, dilimizdə tələffüzü ilə “büdcə” termini dövlətin gəlir və xərclərinin illik təxminini göstərən sənədlər mənasında işlədilməyə başlanmışdır.37

Büdcə dövlətin gələcək bir dövr üçün gəlir və xərc tarazlığını göstərən və de-mokratik parlament idarə sistemi ilə idarə olunan ölkələrdə müvafiq icra hakimiy-yəti orqanının səlahiyyətli orqana dövlət adına xərcləri etmək və dövlət gəlirlərini yığmaq səlahiyyətini göstərən sənəddir.38

Hüquqi idarələr tərəfindən imzalanan büdcələrə icazə verilmədikcə istifadəyə veriləcək bir xərc olmayacağı üçün, dövlətin xidmətlərini həyata keçirmək imkanı yoxdur. Yenə həmin nöqteyi-nəzərdən baxdıqda bu cür icazə olmadıqca, dövlət gəlirlərinin də toplanması mümkün deyildir.

Büdcənin ortaya qoyduğu maliyyə yönlü mövzular olduqca qarışıqdır, çünki gəlir və xərc büdcələri, milli gəlirin yenidən paylaşdırılmasına yol açmaqdadır. Müharibə zamanlarında hazırlanan “fövqəladə büdcələr” və inkişaf etməkdə olan ölkələrin etmələri məcbur olan “inkişaf büdcələri” ölkənin iqtisadi və sosial möv-qeyinə təsir etməkdədir. Ayrıca olaraq, büdcənin imzalanması ilə dövlət xərclərini həyata keçirmək və bunlara aid gəlirləri toplamaq icazəsinin hüquqi orqanlar tərə-findən verilməsi büdcəyə iqtisadi xüsusiyyəti ilə bərabər, siyasi bir xüsusiyyət də qazandırmaqdadır.

İctimai yaşayışın tələbi olaraq, dövlət və digər dövlət qurumları, dövlət xidmət-ləri həyata keçirtmək üçün gələcəyə dair gəlir və xərcləri bir sənəddə göstərmək məcburiyyətindədir. Bu sənədə “büdcə” adı verilməkdədir.

Con F. Due`yə görə “Büdcə”, ümumi mənada, müəyyən bir vaxt ərzindəki maliyyə planıdır. Bunun üçün dövlət büdcəsi gələcək büdcə ili üçün təklif edilən xərclər və gözlənilən gəlirlər ilə birlikdə hal-hazırkı büdcə ili ilə keçmiş büdcə il-lərində həyata keçmiş xərclər və gəlirlər haqqında olan məlumatları açıqlayan sənəddir.


6.2. BÜDCƏNIN XÜSUSİYYƏTLƏRİ


Büdcənin ən əsas xüsusiyyəti dövlətin gələcək bir il içində edəcəyi xərclər ilə bu xərcləri qarşılayacaq gəlir təxminlərini göstərməsidir. Bu xüsusiyyətində dolayı büdcə dövlət üçün vacib bir planlama vəsaitidir.

Büdcənin başqa bir vacib xüsusiyyəti isə səlahiyyətli orqanlara dövlət adından xərclərin edilməsini və dövlət gəlirlərini toplamaq səlahiyyətini verməyidir.

Dövlətin biri iqtisadi, digəri hüquqi olmaq üzrə iki əsas xüsusiyyəti ortaya çıx-maqdadır. Büdcənin iqtisadi tərəfi, dövlətin hər il istehsal olunan ÜDM-nin bir qis-mini vergi və bənzər yollarla toplamaq, dövlət xərcləri yolu ilə təkrar iqtisadiy-yata qaytarılmasını təmin etməktədir.

Büdcənin hüquqi tərəfi isə, büdcənin bir qanun olmasını və büdcə qanununda yer alan bütün hökmlərə əməl olunmasının məcburiliyini ifadə edir.


6.3. BÜDCƏNİN FUNKSİYALARI


Büdcənin doğru mənasını ortaya qoya bilmək üçün müxtəlif tərəflərdən baxı-laraq araşdırmaq lazımdır. Büdcənin funksiyaları, klassik və müasir olaraq ikiyə ayrılmaqdadır. Klassik iqtisadçı və maliyyəçilərə görə, büdcənin funksiyaları ma-liyyə, hüquqi və siyasi olaraq sinifləndirilmişdir. Müasir iqtisadçılar isə dövlət an-layışındakı inkişaflara paralel olaraq, xüsusən, iyirminci əsrdə ümumi maliyyə anlayışının vacibyinin qalmadığını və dövlət xidmətlərinin artdığını, dövlət gəlir və xərclərinin dəyişdiyini və bunların məcmu tələbdəki təsirinin genişləndiyini ortaya qoymuşdurlar.39

6.3.1. KLASSİK FUNKSİYALAR


a- Maliyyə funksiyası

Büdcələr gələcəkdəki bir dövr üçün xərclənəcək xərclərin və əldə olunacaq gəlirlərin müqayisəsini və təxminini göstərən bir lövhədir. Ancaq bütün gəlir və xərc lövhələri büdcə deyildir. Düzgün mənada büdcə gələcəkdəki gəlir və xərcləri təxmin etmək, bir-bir göstərmək, miqdarlarını təqdir etmək və müqayisə etmək deməkdir. Başqa sözlə, büdcə dövlətin gəlir qaynaqlarını və bu qaynaqların xərclənmə yerlərini göstərməkdədir.

Büdcələr əsas olaraq maliyyə funksiyasına sahibdir: ancaq, bu gün iqtisadi baxımdan güc qazanmağa başladığı üçün maliyyə və iqtisadi funksiyaları bir yerdə görülməkdədir. Çünki dövlət xidmətlərinin bir maliyyə planı içində edilməsi və təxminlərin bildirilməsi çətin hala gəlmişdir. Məqsəd ən az maliyyə qaynağı ayıraraq, ən yüksək dövlət faydası əldə etməkdir.

b- Hüquqi funksiya

Büdcələr şəkil baxımından bir qanundur. Çünki digər qanunlar kimi, hökumət tərəfindən hazırlanmaqda, səlahiyyətli orqan tərəfindən baxılmaqda və imzalan-maqdadır. Əslində isə onun bir qanun deyil, bir idari sənəd olduğu fikri vardır.

Maliyyəçilərin bir qismi büdcənin bir qanun, digər bir qismi isə inzibati sənəd olduğunu qəbul etməkdədirlər. Büdcənin hazırlıq və işlək dövrlərindəki mərhələlər qanunla edildiyinə görə, büdcənin hüquqi funksiyasını aşkar hala gətirməkdədir. Dövlət gəlirlərinin toplanması və dövlət xərclərinin edilməsi, hüquq qaydaları ilə olur; bütün dövlət idarələri bu maliyyə qanunlarına əməl etməlidirlər.

c- Siyasi funksiya

Büdcələr cəmiyyətin gələcəyə aid fəaliyyət planlarını göstərdiyinə, dövlət gə-lirlərini toplamaq və xərclərini etmək səlahiyyəti də hökumətə aid olduğuna görə, bu vəziyyət hüquqi gücün idarəedici orqana olan üstünlüyünü ifadə edir. Ayrıca, demokratik rejimlərdə, hökumətlərin fəaliyyət proqramlarının həyata keçməsi büd-cə ilə mümkün olmaqdadır. Büdcənin siyasi funksiyası ancaq parlamentli sistemin olduğu ölkələrdə mümkündür.



d- İqtisadi funksiya

Dövlət xərcləri büdcəyə uyğun olaraq edilir. Bunların xərclənəcəyi xidmət növ-lərinin seçilməsi və miqdarlarının təsbit olunması bir tərəfdən inzibati, digər tərəf-dən də iqtisadi bir hərəkətdir. Dövlət əli ilə iqtisadiyyata edilən müdaxilədə ən va-cib nöqtə dövlət xərclərindən əmələ gələcək məcmu faydanın şəxs əli ilə edilən xərclərdən daha çox olmasının vacibyidir.

Büdcənin iqtisadi funksiyası dövlətin gəlir və xərcləri arasında bir bərabərlik yaradılmasının vacibliyi və büdcə siyasətinin bir iqtisadi ünsür halına gəlməsi halın-da, müasir büdcə anlayışı baxımından vacib olmaqdadır.

e- Sosial funksiya

Sosial tərəfdən büdcə, gəlirlərin paylanmasına üstünlük verən bir ünsür olaraq, son dərəcə lazımlı olmaqdadır. Büdcə, xərclər yolu ilə bəzi şəxslərdən alınan vergi-ləri digər şəxslərə paylamış olmaqdadır. Bu yolla dövlət cəmiyyətin müxtəlif təbə-qələri arasında bir tarazlıq yaratmaqdadır.



f- Nəzarət funksiyası

Büdcə təxminidir. Büdcə qanunu təxmini olaraq hazırlanır, qəbul edilir və son-ra həyata keçirilir. Büdcənin həyata keçməsi dedikdə xərclərin edilməsi və gəlirlə-rin yığılması başa düşülməkdədir. Ümumiyyətlə, bir il içərisində qəbul edilən büd-cələrdə yer alan təxmini gəlir və xərclərin ilin sonunda, mövcud olduqdan sonra yoxlanmağı vacibdir.

Büdcənin yoxlama funksiyasının məqsədi dövlətin bütün maliyyə əməliyyat-larının yoxlanmasıdır. Beləliklə, büdcədə təxmin edilən gəlir və xərc rəqəmləri il sonunda mövcud olan rəqəmlər arasında bir müqayisə etmək imkanı vermiş olur.

6.3.2. MÜASİR FUNKSİYALAR


Müasir maliyyəçilərə görə maliyyə hadisələri klassik maliyyəçilərin əksinə, iqtisadi həyatın içindədir. Bu vəziyyətlə əlaqədar büdcəyə yeni funksiyalar veril-mişdir. Büdcə vasitəsi ilə iqtisadi və sosial həyata, yeniliklərə təsir olunması gün-dəmə gəlmişdir.

Büdcənin bəhs olunan yeni müasir makro-iqtisadi funksiyaları aşağıdakılardır:



a-Büdcənin konjektura funksiyası

Büdcənin konjektura funksiyasına görə, büdcə iqtisadiyyatdakı konjektur inkişaf qarşısında müəyyən bir dəyişkənliyə sahib olmalıdır. Nümunə kimi, iqtisa-diyyatda deflyasiya varsa, lazım olduqda büdcə kəsiri verərək iqtisadiyyatın yeni-dən canlanması təmin olunmalıdır. Buna görə deflyasiya ilə mübarizədə xərcləmə siyasəti tələbyönlü bir iqtisadi siyasət içərisində ələ alınacaqdır.40 Tərsinə, inflya-siya baş verərsə, xərclərin məhdudlaşdırılması, gəlirlərin isə artırılmasına cəhd edilməsi lazım gələcəkdir. Hədəf büdcə vasitəsi ilə iqtisadiyyatdakı konjekturanın mənfi təsirlərini azaltmaq, bunun üçün lazım olduqda büdcədə balansı illik deyil, bütün konjektura dövrü etibarı ilə düşünməkdir.

Bu çərçivədə inflasiya ilə mübarizədə büdcə üç şəkildə hazırlanıb həyata ke-çirilə bilər.41

─ büdcə xərcləri azaldılır, gəlirlərində, yəni vergilər üzərində müxtəliflik edilə bilməz və beləcə, bir büdcə gəliri meydana gətirilə bilər.

─ büdcənin xərcləri mümkün qədər dəyişdirilməyərək mövcud vergilər artırıla bilər və ya vergiləndirilməyən vergi rezervləri vergiləndirilə bilər. Burada hədəf yenə bir büdcə gəliri yaratmaqdır.

─ büdcənin xərcləri və gəlirləri azaldılaraq bir il əvvəlkinə nisbətən az, lakin balanslaşdırılmış bir büdcə hazırlana bilər. Büdcənin belə hazırlanması ilə istənilən hədəf məcmu tələb içərisindəki dövlət xərclərinin faizlə nisbətinin dəyərini azaltmaqdır.



b-Büdcənin əvəzetmə funksiyası

Büdcənin əvəzetmə funksiyası işsizliyin azaldılmasında və əsasən, struktur xa-rakterdə olmayan depressiyadan ayılmaqda vacib bir rol oynamaqdadır. Funksiya çərçivəsində büdcə, lazım olduqda, büdcə kəsiri verərək sektorun yetişmədiyi hissələrə müdaxilə edəcək, beləcə, iqtisadiyyat normal inkişaf dövrünə soxula biləcəkdir. İqtisadiyyat tam işləmə səviyyəsində sağlam bir balansa qovuşunca, büdcənin bağışlama funksiyası tamamlanmış olacaqdır. Bu vəziyyətdə büdcələr yenidən balans olaraq hazırlanıb həyata keçirilə biləcəkdir.



c- Büdcənin inkişaf funksiyası

Büdcələr bu funksiyaya uyğun olaraq, ölkələrin iqtisadi inkişaf cəhdlərində əsas bir maliyyə ünsürü olaraq işlədilməkdədir.

İqtisadi inkişaf, şübhəsiz, az inkişaf etmiş ölkələrin problemidir. Az inkişaf et-miş ölkələr büdcə vasitəsi ilə inkişaflarını sürətləndirmək yolundadırlar. Bunu hə-yata keçirə bilmək üçün də büdcədə investisiya xərclərinə ağırlıq vermək, büdcənin inkişafı barədə plan və proqramları ilə uyğun həyata keçirilməsini təmin etmək məcburiyyətindədirlər. Az inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin sərhədli və yetərsiz olması büdcə xərclərinin artım sürətini yavaşlatmaqdadır.42

d-Büdcənin qaynaq bölüşdürülməsi funksiyası

Qaynaq istifadəsində əlverişlilik, iqtisadiyyatdakı tükənən qaynaqların ictimai faydanı ən üst səviyyədə təmin edəcək formada yönləndirilərək mal və xidmət istehsal edilməsi, başqa sözlə, mövcud istehsal ünsürlərini ən rasional formada və ən geniş ölçüdə ictimai ehtiyacları təmin edəcək səviyyədə işlədilməsi şəklində ifadə edilə bilər.43

Dövlət digər tərəfdən həyata keçirəcəyi büdcə siyasətləri ilə iqtisadiyyatda da qaynaqların ehtiyaclara ən yaxşı şəkildə təhsis edilməsinə, qaynaq işlədilməsində əlverişlilik yaradılmasına cəhd edə bilər.

e- Büdcənin gəlir paylanmasının tərtibi funksiyası

İqtisadiyyatda mal və xidmət istehsalına qatılan istehsal faktorları istehsal sonu yaranan gəlirdən müəyyən bir pay alırlar. Dolayısı ilə milli gəlir iqtisadi mexaniz-minin işləməsi nəticəsində faktorlar arasında bazar qanunlarına görə paylanır. Bu paylanma nəticəsində istehsal faktorları: əmək, sərmayə, idarəçi, təbiət özlərinə dü-şən payları alırlar. Büdcənin gəlir paylanmasını tərtibi funksiyası iqtisadi mexaniz-minin işləməsi nəticəsində öz-özündən meydana gələn gəlir paylamasına təsir etmə, əmək gəlirinin payını yüksəltmə, hər hansı bir səbəblə iqtisadi fəaliyyətlərə qatıl-mayan bir əmək faktoru varsa, bu hal minimum keçim səviyyəsində gəlir təmin etmə kimi tədbirlərə əl atmaq mənasına gəlir.



f- Büdcənin iqtisadi sabitliyi təmin etmə funksiyası

Büdcənin əsas funksiyalarından biri də iqtisadi sabitliyi təmin etmək funksi-yasıdır.

İqtisadi Sabitlik, bir iqtisadiyyatda tam məşğulluq və qiymətlərdə sabitliyin təmin edildiyi vəziyyəti ifadə etməkdədir. Yeri gəlmişkən, ödəmələr balansının qu-rulması, arzu edilən uyğun bir böyümə faizinin həyata keçməsi də iqtisadi sabitlik üçün əhəmiyyətlidir. 44


Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish