Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


GƏLİR BÖLGÜSÜ ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ



Download 2,29 Mb.
bet15/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

4.6. GƏLİR BÖLGÜSÜ ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ


Gəlir bölgüsü – bir iqtisadiyyatdakı bütün gəlirin şəxslər, ya da ailələr arasın-dakı bölgüsü şəklində ələ alına biləcəyi kimi, bütün gəlirin müxtəlif istehsal faktor-ları arasındakı bölgüsü şəklində də izah oluna bilər. Buna görə gəlir bölgüsü ilə ən yüksək və ən aşağı gəlir əldə edənlər arasındakı fərq və ya əmək sahiblərinin aldığı maaşla sərmayə sahiblərinin aldığı iqtisadi pay arasındakı fərq ifadə edilməkdədir. Bu araşdırma metodlarından birincisinə şəxsi bölgü, ikincisinə funksional bölgü deyilməkdədir.

Gəlir bölgüsünün hansı sərhədlər içində daha ədalətli və ya ədalətsiz göstərən dəqiq ölçü və açıqlamaların olmamağı ilə əlaqədar olaraq bəzi ölçülərə görə hər ölkə üçün ayrı-ayrı hesablamalar apararaq əldə edilən dəyərlər beynəlxalq qarşılaş-malarda istifadə edilməkdədir. Bu hesablamalarda istifadə edilən bərabərsizlik ölçüləri, Gini indeksi, loqaritma törəmələrin ortalması, nisbi varyans, theil indeksi, Atkinson indeksi kimi ölçülərdir. BM Bəşəri İnkişaf Raportuna görə 2012-ci ilin sonunda dünya əhalisinin ən yüksək 20%-lik hissəsinin dünya hasilatından aldığı pay 80% ikən ən aşağı 20%-lik hissəsinin aldığı pay da 1% təşkil edir. Ən ədalətsiz gəlir bölgüsü 100 olaraq qəbul edildiyi halda, Braziliyanın GINI - gəlir bərabərsiz-liyi indeksi 57.1, Cənubi Afrikanın 56.3, Meksikanın 53.7, Malayziyanın 48.4, ABŞ-ın 40.1-dir. Ən ədalətsiz gəlir bölgüsünə sahib ölkələr arasında yer alan Türkiyənin Gini gəlir bərabərsizliyi indeksi də 2008 ci ildə 40.6 dır. Azərbaycanın 2008 ci il Gini indeksi isə 33.7 dir.

Gəlir bölgüsündəki dəyişmə dövlətin ortaq dərdi olan sülh, təhlükəsizlik, ədalət və rifahın yaranıb inkişafında bir vasitə olaraq ələ alındığından vacibliyi daha yaxşı başa düşülməkdə, aşağı gəlirli təbəqənin nisbi payının pisləşməsinin ehtiyatsızlıq-lara səbəb ola biləcəyi meydana gəlməkdədir. Bir ölkədə gəlir bölgüsünün pis olmasının bir-biri ilə əlaqəsi olan müxtəlif səbəbləri vardır. Bunlardan vacib olan-ları: əhalinin artımı, işsizlik, inflyasiya, vergi siyasəti, bazar mexanizmi, qiymətlən-dirmə siyasəti və sosial yardım siyasəti kimi səbəblərdir.

4.7. BÜDCƏ KƏSİRLƏRİNİN MEYDANA GƏLMƏSİ VƏ İQTİSADİYYATA TƏSİRLƏRİ


1. Dövlət sektorunda olan balanssızlıqlar və göstəriciləri

İqtisadiyyatın təməl sektorlarından biri olan ictimai sektorda, hansı mal və xidmətin nə miqdarda çıxarılacağı müəyyən bir siyasi müddət içində təyin olunur. Bu müddət, demokratik dövlətlərdə xalqın seçdiyi nümayəndələr tərəfindən reallaş-dırıldığından, ümumiyyətlə, xalqın seçimlərini əks etdirdiyi qəbul edilir. Burada dövlət quruluşlarının gələcək bir dövr üçün gəlir-xərc tarazlığını göstərən, idarə-çilərə dövlət xərclərinin edilməsinə, dövlət gəlirlərinin toplanmasına səlahiyyət və icazə verən qanuni sənədə büdcə adı verilir.

İqtisadi quruluşda əhəmiyyətli bir pay meydana gətirən dövlət sektorunda sabitliyin təmin edilməsi, ümumi iqtisadi tarazlıq üçün də əhəmiyyətlidir. Bunun üçün büdcədə sabitliyi pozan, iqtisadi müvəffəqiyyətə maneçilik törədən hər hansı bir ünsürün olmamağı lazımdır. Ancaq bəzi səbəblərdən ötəri ictimai sektorun xüsusi sektora görə müvəffəqiyyətsiz olduğu görünməkdədir. Bu səbəblər:

1- İctimai fayda və zərərlərin ölçülməsinin çətin və qeyri-müəyyən olması;

2- Bütün seçki sistemlərinin fərqli nəticələr ehtiva etməsi səbəbi ilə xalqın dövlət malları ilə əlaqədar seçimlərini doğru olaraq təyin edəcək tam və təsirli bir mexanizmin olmamağı;

3- Dövlət quruluşlarının bazar intizamına görə hərəkət edən quruluşlar olma-mağı səbəbi ilə təsirli bir istehsalçı olmasını gözləmək üçün çox az səbəbin olması;

4- Seçilmiş və təyin edilmiş olan dövlət məmurlarının öz ehtiyaclarının və seçimlərinin də olması səbəbi ilə ictimai mal və xidmətlərə qarşı (Dövlət üçün ən faydalı olanını bilsələr də) mənfəətpərəst davranmayacağını gözlə-mənin ağıllı bir davranış olmamağıdır.

Yuxarıdakılar kimi, bir çox səbəbdən ötəri Dövlət Sektorunda və buna bağlı olaraq ümumi iqtisadiyyatda keçmişdən günümüzə iqtisadi balanssızlıqlar davam etmişdir. 1700-cü illərdən 1900-cü illərə davamlı borclanan İngiltərənin borcluluq nisbəti 1821-ci ildə 275% -ə çatmışdır. Fransa dövləti qiyamdan əvvəl xüsusi sektora görə yüksək faiz ödəyərək borclanmaq vəziyyətində qalmışdır. Misir, İspaniya, Honduras, Kosta Rika və Osmanlı İmperatorluğu kimi ölkələr də 1870-ci illərə qədər ödənməsi çətin olan borclanma problemləriylə qarşılaşmışlar. ABŞ Vətəndaş Müharibəsi əvvəli əhəmiyyətsiz səviyyədə borclanma içində ikən, döyüşdən sonra 1865-ci ildə milli gəlirinin 40% -i nisbətində borclanmışdır.

İkinci Dünya Müharibəsi sonrası tətbiq olunan Keynes İqtisad Siyasətləri xüsusilə rifah dövləti anlayışı ilə dövlət xərclərinin artmasına səbəb olmuşdur. Ayrıca 1970-ci illərdə valyuta kursları üzərindəki nizamlayıcı təsiri səbəbi ilə maliyyə siyasətlərində bir azda olsa, intizam təmin edə bilən Bretton Woods sistemi də çökmüşdür. Beləcə, 1973-cü ildən bəri dövlət xərclərində və büdcə kəsirlərində diqqətçəkici bir artım olmuşdur. Xüsusilə OECD ölkələri ilə inkişaf etməkdə olan Latın Amerikası ölkələrində bu, etibarlı bir nəticədir. Məsələn, 1980-ci illərdə Meksika, Argentina və Boliviyada dövlət gəlir və xərclərində əsaslı bir həll tələb edəcək dərəcədə müxtəlifliklər olarkən İtaliya, Belçika kimi ölkələrdə də borc/ÜDM nisbəti 100% -i keçmişdir. Yenə bu illərdən günümüzə doğru bir çox yeni müstəqilliyini qazanmış köhnə dəmir pərdə ölkəsi, digər Asiya və Avropa ölkələri və Türkiyə bənzər iqtisadi problemlərlə qarşılaşmışdır.

Dövlət Sektorunda mövcud olan balanssızlıqların makro-iqtisadi təsirləri səbəbi ilə mümkün olduqca tez aradan qaldırmaq lazımdır. Buna görə mövsümü sabitsizliyi aradan qaldırıcı standart Keynesçi siyasətlər, iqtisadi durğunluqda dövlət vergi gəlirlərini azaldıb dövlət xərclərini çoxaltmaq, iqtisadi canlanmada dövlət vergi gəlirlərini artırıb dövlət xərclərini azaltmaqdır. Bu cür sabitlik təminedici siyasətlərə "maliyyə siyasətləri" deyilməkdədir.

Tətbiq olunan iqtisadiyyat siyasətləri iqtisadiyyatın içində olduğu vəziyyətə görə ya büdcə kəsirləri ilə, ya büdcə profsiti ilə, ya da büdcə bərabərliyi ilə nəticə-lənər. Durğunluq zamanı kəsir verilib xərclər artırılarkən, inflyasiya zamanı tərsi tətbiqlər edilməkdədir. İqtisadi tarazlıq vəziyyətində isə büdcə bərabərliyi davam etdirilməyə çalışılmaqdadır. Buna görə genişləyici siyasət tətbiqləri ilə xərclər artıb gəlirlər azaldığı üçün büdcə kəsirləri meydana gələrkən daraldıcı siyasət tətbiqlə-rində tərsinə bir nəticə meydana gələcək. Beləcə, dövlət sektorunda mövcud olan balanssızlıqlar büdcə kəsirləri və büdcə profsiti şəklində araşdırılacaq.

2.Büdcə kəsirləri

Dövlətin iqtisadiyyatın içində olduğu vəziyyətə görə gəlirlərindən çox xərclə-mə etməsi və ya xərcləri qədər gəlir əldə edə bilməməyi vəziyyətində büdcə kəsiri meydana gəlməkdədir. Bu vəziyyət bərabərlik olaraq belə yazıla bilər.



Büdcə Kəsiri - Dövlət xərcləri >Dövlət Gəlirləri

Dövlət Sektorunun əldə etdiyindən daha çoxunu xərclədiyi bu Kəsir mövqe və-ziyyəti üçün bütün ölkələrdə etibarlı klassik bir tərif istifadə edilməkdədir. Bu da dövlət Sektoru Borclanma tələbidir (Public Sector Borrowing Requirement). Buna görə dövlət sektorunda meydana gələn bütün vahidlərin cəmi xərcləri ilə cəmi gəlirləri arasındakı fərq (General Government Financial Deficit) Dövlət Sektoru Borclanma Ehtiyacı (PSBR) olaraq təyin olunur. Dövlət Sektorunu gəlirlərinin xərclərindən çox olduğu vəziyyət isə İctimai sektor Borc Geri Ödəməsi (Public Sektor Debt Repayment) olaraq adlandırılır.27

Dövlət Sektorunda istifadə edilən müxtəlif üsullara görə təsnif edilməkdədir. Belə ki, ənənəvi (Conventional) Kəsir: Borc ana pul geri ödəmələri xaric (amma borcalmaların faiz ödəmələri daxil) bütün dövlət xərcləri ilə borclanma xaricindəki bütün dövlət gəlirləri arasındakı kəsiri ifadə edər. Yəni borclanma ilə əldə edilən hasilat gəlir, borc geri ödəmələri xərc olaraq qiymətləndirilməzsə, borc faiz ödə-mələri xərclərə daxil edilməkdədir. Beləcə, ənənəvi kəsir; mərkəz bankından doğrudan borclanma daxil olan dövlət borclanması ilə qarşılana bilən kəsiri ifadə etməkdədir.

Fəaliyyət (Operational) Kəsiri: Büdcə Kəsirindən bütün faiz ödəmələrinin de-yil, yalnız inflyasiya səbəbi ilə artmış olan faiz miqdarının çıxarılması ilə əldə edilən kəsirdir. Beləcə, inflyasiya səbəbi ilə nominal faiz nisbətlərində meydana gələn artım aradan qaldırılmaqda, borclanma qarşılığında dövlət sektorundan borc verənlərə doğru nə qədər real mənbə transferi edildiyi aydın olmaqdadır.

İlk (Primary) Kəsir: Nominal və ya real bütün faiz ödəmələrinin büdcə kəsir-lərindən çıxarılması ilə əldə edilən kəsirlərdir. İlk kəsir vasitəsilə iradi olmayan faktorlar (əvvəldən reallaşdırılan borclanmalar üçün məcburi olan faiz ödəmələri) çıxarılmaqda, hökumətin idarə edə biləcəyi, mövsümi siyasətlərin necə inkişaf etdiyi ilə əlaqədar şərhlərin edilə biləcəyi bir nəticə əldə edilməkdədir. Bir ölkədə dövlət büdcəsi davamlı ilk kəsir verə bilməz. Bunun salınması lazımdır. Bu da cari gəlirlərin faiz xarici xərcləri aşması ilə əldə edilən ilk çoxlar ilə reallaşdırıla bilər.

Dövlət Kəsirləri ilə əlaqədar olaraq klassik maliyyə anlayışının mənimsədiyi məhdud dövlət, tam büdcə bərabərliyi, büdcə defisitinin ümumi tarazlıqdan keçici sapmalar olduğu anlayışı şüurluluqdan uzaqdır. Maliyyə ədəbiyyatındakı hakim görüş bu kəsirlərin sosial-iqtisadi faktorlardan qaynaqlandığı və xroniki hala gələn bir varlıq olduğudur.

Keynesin siyasət tətbiqləri nəticəsində artan dövlət kəsirlərinin səbəbləri ilə əlaqədar iqtisadi olan və olmayan müxtəlif səbəblər diqqəti çəkməkdədir. Bunlardan iqtisadi səbəblər olaraq qiymətləndirilə biləcək olanlar, vergi gəlirlərinin aşağı olması və ya salınması, müdafiə etmə xərclərinin çoxalması, yaşlı əhali üçün edilən xərclərin artması, səhiyyə üçün daha çox xərcləmə edilməsi, faiz ödəmələrinin artması kimi səbəblərdir. Bunun yanında seçki sistemlərinin təsirləri, siyasi partiyalar , dövlət rəhbərliyinin daha alt vahidlərə ayrılması (fragmentation) və siyasi qütbləşmələr kimi səbəblər də iqtisadiyyatxarici sosial - siyasi səbəblər olaraq qiymətləndirilə bilər. Məsələn bu səbəblərdən rəhbərliyin bölünməsi hadisəsində müxtəlif vahid və ya qrupların maliyyə qərar alma müddətində öz mənfəətlərini təmin etmək üçün qərar alıcılar üzərində təsirlərdə hər qrupun öz ağırlığı nisbətində dövlət xərclərini artırdığı görünməkdədir.

3. Büdcə Profsiti

Əgər dövlətin gəlirləri xərclərindən daha çox isə, bu vəziyyətdə büdcə profsit-ləri meydana gəlməkdədir. Yəni dövlətin vergilərdən ibarət olan gəlirlərinin mal və xidmət satışalışları ilə transfer ödəmələrini aşan qisimi büdcə profsitlərini mey-dana gətirməkdədir.

Büdcə profsitləri iqtisadiyyatın sürətli inkişafına bağlı olaraq işsizlik və rifah xərclərindəki azalmalardan mənbələnə biləcəyi kimi, əlavə vergi tətbiqləri və ya xərcləmə endirimləri kimi maliyyə məhdudlaşdırmalar, nəticəsində də meydana gələ bilməkdədir. İbarət olan profsitlər tükənənə qədər; ya xərclərdə istifadə edilər, ya vergi endirimləri ilə kompensasiya edilər, ya da milli borcların maliyyəsində istifadə edilər. Ancaq bunların iqtisadiyyat üzərindəki təsiri profsitlərin istifadə şəklinə görə fərqli olacaq.

Büdcə profsiti heç xərclənməyib dövlət qənaəti olaraq tutulduğunda və ya mərkəz Bankına olan borclar ödəndiyində iqtisadiyyat üzərində daraldıcı təzyiq göstərəcək. Lakin ibarət olan profsitlər fərd və firmaların əllərindəki dövlət təhvil-lərinin alınması şəklində dövlət borclarının ödənməsi üçün istifadə edilirsə, daral-dıcı təsir daha az olacaq. Ayrıca, büdcə profsiti səbəbi ilə vergi endirimlərinə gedil-məsi vergi ödəyicilərinin iş istəyini, qənaət və investisiyaları artıra biləcək, məh-suldarlığı daha çox olan xüsusi sektorun xariclənməsinə maneə ola biləcək28.

Dövlət xərclərindəki artımın ibarət olan büdcə profsitlərini azaldacağı kəsirdir. Ancaq dövlət xərclərindəki artımın nəzərə çarpan təsiri (1/1-c) səbəbi ilə məcmu gəlir səviyyəsini və buna bağlı olaraq gəlir vergilərini artıracaq. Burada maraqlı olan nəticə, bəlkə də dövlət xərclərindəki artımın cəmi vergi gəlirlərini və büdcə çoxunu artırmasıdır. Bənzər şəkildə vergi nisbətlərindəki artım büdcə Profsitinı artırmaq yerinə təklif yönümlü iqtisadçıların Laffer əyrisi ilə izah etdikləri nəticəyə görə insanların iş motivasiyalarını azaldaraq məcmu gəlir səviyyəsinin və büdcə profsitlərinin düşməsinə səbəb ola biləcək. Yenə vergi nisbətlərindəki azalma tərsi bir təsir ilə büdcə profsitinə səbəb ola biləcək.

İbarət olan büdcə kəsirinin və ya çoxunun iqtisadiyyat üzərindəki ətlilərinin nə olacağı, bunlara qarşı alınan tədbirlərin necə nəticə verəcəyi göz qarşısında saxla-nılaraq qərar verilməsi uyğun nəticələrə çatmada müvəffəqiyyət təmin edəcək. Müasir iqtisadiyyatda büdcə profsiti, ümumiyyətlə, büdcə kəsirlərinə görə daha az meydana gəlməkdədir. Məsələn, ABŞ federal büdcəsi 1931-ci ildən 1998-ci ilə qədər yalnız səkkiz maliyyə ilində profsit vermişdir. Azərbaycanda isə əsasən 2006 cı ildən dünyada neft qiymətlərinin büdcədə nəzərdə tutulandan 2-3 dəfə baha olması səbəbi ilə 2-3 il profsit olmuş və ilin ortalarında büdcə layihəsi dəyişdiri-lərək bu artımı bəzi sosial və infrastruktur layihələrə istiqamətləndirilmişdir. Lakin 2008-ci il Dünya Maliyyə böhranı neft qiymətlərinin azalması ilə müşahidə olun-duğundan 2008 və 2009 - cu illərdə profsit gözlənilməmişdir.



Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish