Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Download 322 Kb.
bet7/14
Sana28.06.2017
Hajmi322 Kb.
#18539
TuriYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   14

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XVIII əsrin sonlarinda İran Sahi Aga Məhəmməd Qacarın Azərbaycana basqınlari Rusyanı bu yerlərə hucuma kecməyə baslamaga tələsdirdi.1796-cı ilin aprelində general Zubovun (“qızıl ayaq ) başcılığı altında 30 minlik rus qoşunu Azərbaycana soxuldu. Ruslar Dərbənd qalası yaxınlığında güclü müqavimətə rast gəlsələr də qalanı işğal etdilər. Şəhərin açarını 74 il əvvəl I Pyotra təqdim edən yaşlı kişi indi də Zubova təqdim etdi. Iki ay sonra Zubov Bakiya tərəf hərəkət edir. Bakını işğal edərək Şamaxıya doğru yürüş edir. Bunu görən Şamaxı və Şəki xanları Rusiyaya sədaqət andı içmək vərəqinə qol çəkirlər.

Rusiya I Pyotrun vəsiyyətlərinə əməl etmək istəyirdi. Lakin II Yekaterinanın ölümü (1796) bu planın həyata keçrilməsini yarımçıq qoydu. Onun oğlu I Pavel Rusiya qoşunlarını tezliklə Cənubi Qafqazdan çıxarmaq əmri verir.

Rusiya işğalçılıq siyasətlərini XIX əsrin əvvələrindən yenidən həyata keçirməyə başlayırlar. Bu dövrdə Azərbaycanın daxili və xarici vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərinə parçalanmışdı. Şəki və Quba xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial iqtisadi geriliyi, digər tərəfdən isə xarici işğallar mane olurdu. Ayrı-ayrı xanlıqların hakimlərinin yalnız öz ərazisini qorumaq cəhdi və bir-birlərinə güzəştə getməmələri də bu işə ciddi maneçilik törədirdi. Belə bir şəraitdə Azərbaycana göz tikmiş İran, Rusiya və Türkiyəyə qarşı duracaq vahid qüvvə yox idi.

Hələ I Pyotr dövründə başlamış II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı işğal etmək cəhədlərindən sonra Rusiya yenidən Cənubi Qafqazı tutmaq planı hazırladı. 1801 –ci ildə hakimiyyətə gələn I Aleksandr işğalçılıq siyasətini davam etrdirməyə başladı. O, hər şeydən əvvəl Həştərxandan Dərbənd –Bakı vasitəsi ilə Gürcüstanla əlaqə yaratmağa çalışırdı.

1801- ci il sentyarın 12-də Kartlli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Rus baş komandanı tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Qazax, Borçalı və Şəmşəddil sultanlıqları bu quberniyanın tərkibinə daxil edildi. Beləliklə ilk olaraq Azərbaycan,torpaqlarının birləşdirilməsi başlandı. Hələ 1800-cü ildə Lənkəran xanlığı da Rusiyanın himayəsini qəbul etmişdi.

Belə bir vaxtda İran Şahı Qarabağ və Bakı xanlıqlarının İrana tabe olması tələbini verir və göstərir ki, əks təqdirdə bu yerlərə hücum edəcəkdir.

Lakin 1802-ci il dekabrın 26-da Georgiyevsk şəhərində Quba, Lənkəran xanlıqları və Dağıstan feodalları Rusiyanın ali himayəsini qəbul etmək haqqında müqaviləni imzaladılar. Müqaviləyə görə onu imzalayanlar İranın hücum edəcəyi təqdirdə ona qarşı çıxmağı öz öhdəsinə götürdülər. Müqavilə Cənubi Qafqazda ticarətin genişləndirilməsi, Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsi və sair nəzərdə tutultrdu.

Digər Azərbaycan xanlıqları müqaviləyə qoşulmayaraq Rusiyanın hakimiyyətini tanımaq istəmirdilər. Ona görə də Rusiya bu yerləri işğal etmək üçün general Sisianovun başçılığı altında qoşun hissələri göndərdi. Rusiya ilk növbədə Car-Balakən camatının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Çar-Balakənə hücum etdi və güclü müqavimətə rast gəldi. Alazan çayı sahilində şiddətli döyüş baş verdi. Caamatın müqavimətini qıran Qulyanov Balakəni yandırdi. Daha şonra Car içğal olundu.

1803-cü il aprelin 12-də Car-Balakən caamatının Rusiyanın hakimiyyəti altına alınması haqqında saziş bağlandı. Sazişə əsasən yerli camaat 220 pud ipək verməli idi. Car-Baləkinin fəthindən sonra İlisu sultanlığı da Rusiyanın təəbəliyini qəbul etli.

General Sisianov Gəncə xanlığının ələ keçilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliyə getməsi üçün bir açar idi.

1803-cü ilin dekabrında Sisianov Cavad xana təslim olmaq haqqında ultimatum verdi. Lakin Cavad xan ona cavab verir ki, Gəncəyə yalnız meyitlərin üstündən keçə bilərsən .

Sisianov 11 topu olan piyda bataliyonunu, 3 eskodron və 2 kazak yüzlüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Şəhərin iki verstliyindəki Quruqobu adlanan yerdə rus qoşunları ilə gəncəlilər arsında ilk vuruşma oldu.Cavad xan bir qədər müqavimətdən sonra Gəncə qalasına qayıdır.Rus qoşunları Gəncəni mühasirəyə alırlar. Mühasirə bir ay davam etdi. 1804-cü ilyanvarın 2-dən 3-nə keçən gecə ruslar qalaya hücuma başladılar. Onların iki cəhdi dəf olundu.Qalanın müdafiəçiləri inadlı müqavimət göstərirdilər. Döyüşlərdə Cavad xan və oğlu Hüseynqulu bəy və şəhər əhalisindən 250 nəfər həlak oldu. Şəhərin təslim olunmasında şəhərdə yaşayan ermənilərin xəyanəti mühüm rol oynadı.

Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhərin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. ”Gəncə” adını çəkmək qadağan olundu və bu qaydanı pozanlar bir manat cərimə olunurdular.

Gəncənin alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb edirdi.Gəncə xanlığının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təəbəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon (3 min manat) bac verməyi öhdəsinə götürdü.

Gürcüstan və Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfndən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu.

1804-cü ilin mayında Fətəli Şah rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını Rusiyadan tələb etdi. Tələb Rusiya tərəfindən rədd olundu . Odur ki, iyulun 10-da İranla Rusiya arasında diplomatik əlaqələr kəsildi və 10 il davam edən müharibə başlandı.

1804-cü il iyulun 2-də İrəvan xanlığı ərazisində, Eçmiədzin divarları yanında ilk döyüş oldu. Bu döyüşdə Ruslar üstünlük qazandı. İkinci döyüş İrəvan yaxınlığında baş verdi. İyulun 29-dan 30-na keçən gecə qanlı döyüş başlandı və rus qoşunları İrəvandan geri çəkildilər.

Bu döyüşlərdən sonra İran qoşunları Gəncəyə doğru hərəkətə başladılar. Lakin Gəncə qalası ruslar tərəfindən işğal edilmişdi.Gəncənin işğal edilməsi digər Azərbaycan xanlıqlarının da işğalını sürətləndirdi. İlk növbədə Qarabağ xanlığının mövqeyinin müəyyən edilməsi haqqında İbrahim xana elçi göndərildi. İran da Qarabağı öz tərəfinə çəkmək məqsədi ilə xanın İrandakı girov saxlanılan oğlu Əbülfət xanın başçılığı altında 500 nəfərlik qoşun göndərir. Lakin İbrahim xan öz oğlunu düşməncəsinə qarşılayır və Dizax yaxınlığında onun dəstəsini məğlub etdi.

1805-ci il mayın 14-də Kürəkçay adlanan yerdə Qarabağ xanı ilə Sisianov arsında müqavilə imzalandı. Həmin müqaviləyə görə xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiyyanın hakimiyyətini qəbul etdi. Çarhakimiyyəti isə öz növbəsində xan sülaləsinin hüquqlarını təsdiq edirdi. Qarabağ xanlığı ildə Rusiya xəzinəsinə 8000 çervon pul verməyi öhtəsinə götürürdü.

1804-cü il mayın 21-də Şəki hakimi Səlim xan da həmin müqaviləyə eyni şərtlərlə qoşuldu. Şəkililər Rusiyaya 7000 çervon verməli idilər.

Bu zaman Şah qoşunları Qarabağa soxuldular və oranı talan etdilər.1805-ci il iyunun 26-da İran qoşunları Şahbulaq qalasını mühasirəyə aldılar. İyulun 7-də qaladakı rus əsgərləri gizlincə qaladan çıxaraq Gəncəyə tərəf çəkilirlər. İran qoşunları başda Abbas Mirzə olmaqla onları təqib edir. Daha sonra O,Qazax və İrəvana doğru yürüşlər etmişdir.

Belə bir zamanda Rusiya Azərbaycanda öz mövqelərini möhkəmləndirmək üçün Şirvan ,Bakı və Quba xanlıqlarını tabe etmək məqsədiilə yürüşlərə başlayır.Şirvan xanı Mustafa xan bir sıra tələblər qoysa da Sisanov razılaşmır və 1805-ci ilin noyabrında Şamaxıya hücuma keçir. Müqavimətin mənasızlığını görən Mustafa xan ildə 100000 çevron verməklə rusların hakimiyyətini qəbul edir.(dekabrın 25-də).

Sisianov Şirvanı tutduqdan sonra Bakıya doğru hərəkət etdi və 1806-cı ilin yanvarında Bakıya yaxınlaşdı. O, Hüseynqulu xana öz müqavilə layihəsini göndər-di.Bakı xanı Sisianovun şərtlərini qəbul etdiyini, lakin şəhərin açarlarını ona vermək, həmçinin bir neçə məxfi söz demək istəyini bildirdi.

1806-ci il fevralın 8-də Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür.Bundan sonra rus qoşunları geri çəkilərək Sara adasında yerləşdilər.

Həmin il iyunun 22-də Dərbənd işğal olunur.Sentyabr ayında Bulqakovun rəhbərliyi altında ruslar yenidən Bakıya hücüm etdilər. Oktyabrın 3-də Bakı da işğal olundu və xanlıq ləğv olundu.Bundan bir qədər sonra Quba xanlığı da döyüşsüz təslim oldu. Beləliklə 1806-cı ilin sonlarına yaxın Lənkaran,İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan ərazisi Rusiyanın işğalı altına düşdü.

1806-cı ilin sonlarında Türkiyə də Rusiya əleyhinə müharibəyə başladı. Hərbi əməliyyatlar Balkanlarda və Qafqazda gedirdi.1810 və1811-ci illərdə Rusiya Türkiyə üzərində qələbələr qazanaraq onu 1812-ci il mayın 16-da Buxarestdə sülh bağlamağa məcbur etdi. Həmin müqaviləyə əsasən Türkiyə Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğal edilməsi faktını təsdiqləməli oldu.

1812-ci ilin yayında Napoleon da Rusiya ilə müharibəyə başladı. Fransa-Rusiya müharibəsindən istifadə edən İran ordusu Qafqazda fəal hərbi əməliyyatlara başladı. 1812-ci ilin iyulunda Xudafərindən keçən İran ordusu Qarabağa soxularaq Şahbulaq qalasını tutur və sonra Ruslar 20 minlik İran qoşununu geri çəkilməyə məcbur edir. İran qoşunları Gəncə və Şəki istiqamətlərində də ağır məğlubiyyətə uğradılar.

Rusların Qafqazdakı hərbi-siyasi uğurlarından və İranın içərilərinə doğru irəliləməsindən qorxuya düşən İngilis məsləhətçiləri İran şahını sülh bağlamağa təhrik etdilər.

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində iki ölkə arasında sülh müqaviləsi imzalandı. Müqaviləni İran tərəfdən Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfdən isə Qafqazın yeni baş komandanı Ratişev imzaladılar. Sülhün şərtlərinə görə Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatılırdı. İran Şərqi Gürcustana, Qazax və Şəmşəddil sultanlıqlarına, hənçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi.

İran təkcə Rusiyanın Xəzər dənizdə hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı.Aşağı, 5%-lik gömrük tarifi qoyuldu, bu da o demək idi ki, Rus tacirləri üçün İrana yol açılırdı. Rus tacirləri daxili gömrük rüsumlarından da azad edilirdi.

Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq sayan İran sarayı hec cürə Rusiyanın bu yerləri işğal etməsi ilə razılaşa bilmirdi. Eyni zamanda İngiltərə və Fransada bu vəziyyətlə barışmaq istəmirdilər və onlar İranı Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə İran arasında Rusiyaya qasşı müqavilə bağlandı. Həmin ölkələr İrana hərbi sursat cəhətdən yardım etməyi öhtələrinə götürdülər.

1826-cı il mayın 26-sında Abbas Mirzənin başçılığı ilə 60 minlik İran qoşunu Şimali Azərbaycana soxuldu.

Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı tutmaq sonra isə Gəncəni tutmaqla Tiflisə hücüm etmək idi. İran qoşunu bütün Qarabağ mahallarını ələ keçirərək Şuşa qalasını mühasirəyə aldı. Şuşada cəmi 4 topu olan 1500 nəfərlik Rus qarnizonu var idi. Qalanın muhasirəsi 48-gün davam etdi. Lakin İran ordusu hec nəyə nail ola bilmədi və Ruslar tərəfindən geri oturduldu. İran sərbazlarının hücümü zamanı bəzi yerli xanlar, hansı kı, İrana qaçmışdılar, onlar da aktiv iştirak edirdilər. Bakı xanı Hüseynqulu, Şamaxı xanı Mustafa xan öz əvvəlki mülklərini geri qaytaracaqlarını düşünürdülər. Məsələn Səlim xanın oğlu Hüseyn xan (Şəki), İran qoşunları ilə Şəkiyə girdi. O, daha sonra Salyan, Qızılağac və Lənkəranı ələ keçirdi.

General Yermolov Dağıstanda yerləşən Rus qoşunlarını xanların və İran qoşununun üzərinə göndərdi. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında qanlı döyüş başladı. Rus qoşunları və Gürcü dəstələri Şəmkirçay ətrafında İran qoşunlarını məğlub etdilər. İran qoşunu tələsik Gəncəyə tərəf geri çəkildilər və az sonra ruslar Gəncəyə girirlər. İran qoşunlarının məğlubiyyət xəbərini Şuşa ətrafında alan Abbas Mirzə məğlub olmuş oğlunun köməyinə gəlir.

1826-ci il sentyabrın 10-da hər iki tərəf General Paskeviç Gəncə ətrafına gəlir. Sentyabrın 13-də amansız döyüş başlayır.

Tarixçi Mirzə Adıgözəl bəy yazır: ”Səhər vaxtı Sərdar Raskeviç və General Mədətov qoşunlarına nizam verib Şeyx Nizami turbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük sultani müharibəsi oldu. Bir saatdan sonra qizilbaşlar basıldılar”. Bu döyüşdə İran tərəfi 1000 nəfər itki verdi. Min yüz nəfər əsir alındı, bir neçə top ələ keçirildi. Abbas Mirzə öz qoşunu ilə tələsik Qarabağdan keçərək Xudafərinə tərəf qaçdı.

Gəncə döyüşü Rusiya-İran müharibəsinin sonrakı taleyində mühüm rol oynadı və faktiki olaraq müharibənin taleyini həll etdi. İran qoşunları ilə bərabər öz hakimiyyətlərini qurmaq ümüdündə olan xanlar da İrana qaçdılar. Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunları iki istiqamətdə irəliləməyə başladı. Rusların əsas məqsədi İrəvan xanlığını ələ keçirmək idi. Aprelin 23-də İrəvan mühasirəyə alındı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində Ruslar bir neçə qalaya hücüm etsə də, hər dəfə məğlub olaraq geri oturdular. Mayın 8-də ən böyük həmlə oldu, Ruslar yenə də uğur əldə edə bilmədilər. Bunu görən Rus qoşunu Naxçıvan üzərinə hərəkət edərək mayın 26-da oranı döyüşsüz tutdular. Naxçivan İran qoşunları üçün strateji əhəmiyyətə malik olduğuna görə Abbas Mirzə 16 minlik qoşunla hücuma keçdi. Lakin iyunun 5-də Cavanbulaq deyilən yerdə məğlub oldu. Sentyabrın 26-da yenidən İrəvan mühasirəyə alındı. İrəvan xanlığının əksəriyyətini Azərbaycanlılar təşkil edirdi. General Paskeviç yazırdı.”İrəvan vilayətində 10 min müsəlman, ancaq 3 min erməni ailəsı var idi”. Həmin 3 minlik erməni ailəsi ruslara hər cür yardım edirdilər. Oktyabrın 1-də ermənilər İrəvanın şimal darvazalarını açaraq rusları qalaya buraxdılar. Qanlı döyüşdən sonra İrəvan ələ keçirildi. Bundan sonra Rus qoşunları maneəsiz olaraq Azərbaycanın cənub toroaqlarına soxuldular. Oktyabrın 2-də Mərənd döyüşsüz təslim oldu.

1827-oktyabrın 27-də rus qoşunları Təbrizə daxil oldular. Ruslar çoxlu qənimət ələ keçirdilər. Şəhəri idarə etmək üçün müvəqqəti idarə üsulu yaradıldı. Burdsef şəhərə komendant təyin olundu. Rus qoşunlarının Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Cənubi Azərbaycan feodal hakimləri Rusların köməyi ilə hakimiyyətlərini qaytarmaq ümidi ilə rusların cənuba-Tehran üzərinə yürüşü davam etdirməyi təhrik edirdilər.

Lakin həm daxili, həm də beynəlxalq vəziyyət Rusiyanı müharibəni başa çatdırmağa sövq edirdi. Odur ki, 1827-ci ilin noyabırında danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, İran qoşunun Lənkəran xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin İngiltərə və Türkiyənin təzyiqi altında danışqlar kəsildi.

1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində hücum etməyi əmr etdi. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil işğal olundu. Rus qoşununun yeni hücumu sarayda vahimə doğurdu. İranın tamamiilə darmadağın ediləcəyindən ehtiyat edən İngiltyərə səfiri Makdonald tərəflər arasında vasitəçi kimi çıxış etdi.

Fevralın 6-da Təbriz yaxınlığında, Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsi tələbini irəli sürürdü. Lakin İngiltərə hökuməti hər vasitə ilə Rusiyanın bu yerlərə iddiasından əl çəkməyə çalışırdı. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində Çar hökuməti İran ilə sülh müqaviləsi bağlamağa tələsdi.

Müqavilə 1828-ci ilin fevralın 10-da bağlandı. Türkmənçay sülh müqaviləsinə görə İran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusiyanın hakimiyyətini tanıyırdı. Beləliklə, Azərbaycan iki hissəyə bölündü. Cənubi Azərbaycan Şah istibdadının, Şimali Azərbaycan isə Çar Rusiyanın müstəmləkəsinə çevrildi. Həmin vaxtdan bu ərazilərin və xalqın tarixi inkişafı müxtəlif yollarla getdi.

Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi:

4-cü maddəyə görə İran və Rusiya arasında sərhəd xətti müəyyən edilir və bu xətt Araz çayından ibarət idi. 5-ci maddədə İrəvan və Naxçıvan xanlıqları Rusiyaya güzəştə gedilirdi. 8-ci maddəyə görə İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verilirdi. Bu maddə İngiltərənin mənafeyinə güclü zərbə vurdu.10-cu maddəyə görə İran Rusiyaya 20 milyon manat həcmində təzminat ödəməli, rus tacirlərinə İran ərazisində azad ticarət etmək hüququ verirdi. Həmçinin Türkmənçay müqaviləsinə əsasən əhalinin Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etmələrinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ və İrəvan xanlıqları ərazisinə köçdülər. Həm birinci, həm ikinci İran –Rusiya müharibələrinin gedişində və sonralar İran və Türkiyədən Cənubi Qafqaza köçürülməsi nəticəsində ermənilərin sayı bu yerlərdə ilbəil artırdı.

1826-1828-ci illərdə təkcə Qarabağ ərazisinə 18 mindən çox erməni ailəsi köçürülmüşdü. Onların ilk məskunlaşdığı ərazi Maragaşen adlandırıldı.

Tarixçi K.M.Şavrov “Zaqafqaziyada rus işinə yeni təhlükə” əsərində yazırdı: ”1828-ci ildən 1830-cu ilə qədər Zaqafqaziyaya 40 mindən çox İran, 84000-dən çox Türkiyə ermənisi köçürüldü. Onları İrəvan, Yelizavetpol quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdilər. Onlara 200 min desyatindən çox torpaq sahəsi verildi”:

Yararlı torpaqların erməni köçkünlərinə verilməsi yerli azərbaycanlı kəndliləri narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular.

Bu hadisələrin şahidi olan Rusiyanın İrandakı səfiri, yazıçı A.S.Qriboyedov yazırdı ki, bu köçürülmə gələcəkdə böyük təhlükə törədə bilər.

O, dövrün statistikasına görə 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbay-canlılar, 8,4%-ni ermənilər təşkil edirdilər. Köçürmə siyasəti davam etdirilərək XIX əsrin 30-cu illərində bu nisbət-azərbaycanlılar 64,8%-ə ermənilər isə 34,8%-ə çatdırıldı.

İkinci İran –Rusiya müharibəsinin başa çatdırıldığı dövrdə Rusiya ilə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşdi. Çar Rusiyası Xəzərdən sonra Qara dənizi, Bosfor və Dardanel boğazlarını ələ keçirməyə çalışırdı.

1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus qoşunlarının əsas məqsədi Anadoluya daxil olaraq Ərzurumu, Trapezundu ələ keçirərək daha sonra Istanbul üçün təhlükə yaratmaq idi. İlk hücum Rus qoşunları tərəfindən Qars üzərinə oldu. Iyunun 19-da Qars yaxınlığında döyüş baş verdi. Ruslar Qarsı ələ keçirdilər.Avqustda Ahalsıx, Ahalkələk tutuldu.

1829-cu il hərbi əməliyyatlarında Ərzurum və Trapezund da işğal olundu. Ruslar Balkan yarımadasında da bir sıra əhəmiyyətli qələbələr qazandılar. Türkiyə sultanı II Mahmud sülh bağlanması haqqında xahiş etdi. Beləliklə 1829-cu il sentiyabrın 2-də Ədirnə səhərində bağlanan sülh müqaviləsinə görə Türkiyə şimalda Anapadan başlayaraq, Qara dənizin şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları Rusiyaya ticarət gəmiləri üçün açıq saxlanılırdı. Ədirnə sülhünə görə Türkiyə eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı işğal siyasəti ilə barışırdı.

Azərbaycanın Şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi.

Azərbaycanın Çar Rusiyası tərəfindən işğalının nə kimi acı nəticələr gətirməsi Gəncədən deputat seçilmiş İsmayıl xan Ziyadxanovun I Dövlət Dumasında 1906-cı ildə söylədiyi nitqində öz əksini tapmışdır: “Zaqafqaziya torpaqları 100 il bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu yüz il içərisində biz müsəlmanlar həmişə əsir müamiləsi görmüş, bu sifətlə hər təqibata məruz qalaraq hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyətinə endirilmişik. Siyasi, sosial və iqtisadi sahənin hər birində bizim haqqımızda haqsızlığın hökm sürdüyünü görmüş olacaqsınız. Ölkəmiz istila edilər-edilməz dərhal milli varlığımıza təcavüzə qalxışıldı. Dinimizə və müqəddəslərimizə müdaxilə edildi”.

Ölkə Rusiya tərəfindən işğal edildikdən sonra xanlıqlarda mövcud olan pul sistemləri ləğv edilərək vahd rus pul sistemi ilə əvəz edildi. Bu əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatı müstəmləkə xarakteri alsa da, ölkə Rusiyanın iqtisadi inkişaf axınına qoşuldu. Bu isə gələcəkdə kapitalist istehsal münasibətlərinin yaranmasına təkan verdi.



XI mövzu

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda ictimai-

iqtisadi vəziyyət və milli demokratik fikir.

Plan

1.Çarizmin müstəmləkəçi siyasəti. Kənd təsərrüffatında və sənayedə kapitalizmin inkişafı.

2. Demokratik milli mətbuatın yaranması, “Əkinçi” qəzeti. İctimai fikrin görkəmli nümayəndələri.

3. XX əsrin əvvəllərində Azərbaycanda siyasi təşkilatların və partiyaların

yaranması.Milli –azadlıq hərəkatı.

Ədəbiyyat.

1. Azərbaycan tarixi.VII cilddə,V vild,Bakı,2005,səh.18-161.

2. Azərbaycan tarixi.İ.Əliyevin redaktorluğu ilə.Bakı,1993,səh.226-242.

3. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı,

1978, səh. 11- 48.

4. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı. 2004, səh. 32-54.

5. Balayev A. Panislamizm, pantürkizm və Azərbaycan. “Azərbaycan”qəzeti,5-12

aprel,1991

6. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIX əsrin 50-60-cı illəri Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərinin süquta uğraması, yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur. Rusiyada təhkmçilik, Azərbaycanda isə feodal-asılı münasibətlər məhsuldar qüvvələrin və kapitalizmin inkişafına böyük əngəl törədirdi. 1861-ci ildə Rusiyada kapitalizmin inkişafına təkan verən amil-təhkimçilik hüququnun ləğvi həyata keçirildi. Çar II Aleksandr fevralın 19-da “Təhkimçilik asıllığından çıxmış kəndlilər haqqında” Əsasnaməni təsdiq etdi.1870-ci il mayın 14-də Ön Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman zümrəsindən olan şəxslərin torpaq qurluşu haqqında “Əsasnamə” verildi. Həmin “Əsasnamə”də kəndlilərin şəxsən asılı olmaması,hər 15 yaşına çatmış kişi kəndliyə 5desyatin pay torpağı verilməsi nəzərdə tutulurdu.

Bu əsasnamənin 1847-ci il əsasnaməsindən fərqi ondan ibarət idi ki,hər bir kəndlinin 5 desyatindən artıq torpaq sahəsi əlindən əlindən alınırdı.Kəndlilər torpağın 3/2 hissəsinə malik oldular, qalan torpaqlar yenə də mülkədarların əlində qalmış oldu. Doğrudur kəndliyə öz pay torpağını satın almaq hüququ verilmişdi, lakin kəndlinin həmin torpağı almağa pulu yox idi. Rusiyada torpağı satın almaq üçün kəndliyə dövlət borc pul verirdi, lakin Azərbaycan kəndlisi bundan məhrum idi. Bu, çarizmin milli müstəmləkə siyasətinin təzahürü idi.

1870-ci il islahatı mahiyyətcə burjua islahatı idi. Kəndliyə şəxsi azadlığın verilməsi, əlbəttə, feodal istehsal münasibətlərinə ciddi zərbə olmuş, ölkədə kapitalizmin inkiçafına şərait yaratmışdı.Yəni,kəndlilərin pay torpaqlarını satın alıb onun sahibinə çevrilə bilmələri kapitalizmin inkişafına təkan verirdi. Lakin Azərbaycan kəndliləri yalnız 1870-ci il islahatından sonra, 42-il keçmiş öz torpaqlarını satın alıb mülkiyyətcə çevrilə bildilər.

1861-ci il islahatından sonra Rusiyada sənaye inkişaf etməyə başladı. Sənayenin inkişafı öz növbəsində milli ucqarların əmtəə-mal dövriyyəsinə cəlb edilməsinə səbəb oldu.

Azərbaycan bu dövrdə iqtisadi cəhətdən çox zəif inkişaf etmişdi. Burada sənaye mallarına tələbatın az olması,iri sənaye müəssisələri yaratmaq üçün kapitalın az olması onun iqtisadiyyatının zəif inkişaf etməsinə səbəb olmuşdu.

Lakin Rusiyada kapitalizmin inkişafı nəticəsində neft, dağ-mədən və başqa mühüm sənaye sahələri rus və xarici kapital nümayəndələrinin əlinə keçdi. XIX əsrin 60-cı illərində sənaye müəssisələrində neftdən məhdud miqdarda istifadə edilməyə başlandı. Neft məhsullarına tələbat da artdı. Neft quyularının sayı qismən artdı. Bu vaxt Bakıda ilk dəfə neft zavodu tikildi. Bu 1859-cu ildə Kokarev və Quboninin ilk ağ neft zavodu idi. Bunun ardından Tiflis əczaçısı Vitte Pirallahı adasında ilk dəfə qatı neftdən parafin, parafin şamı və parafin yağı istehsal edən müəssisə yaratdı.

Neft istehsalı əvvəllər qazma üsulu ilə həyata keçirilirdisə,1871-ci ildən buruq üsuluna keçildi.İlk belə buruq Bibiheybətdə qazıldı və neft fontan vurdu. Bununla əlaqədar neft verən torpaqların qiyməti də xeyli artdı.Bir desyatini 1000 manata olan torpaq bir neçə ildən sonra 45 min manata yüksəldi. Tezliklə neft istehsalı ilə məşğul olan çoxlu şirkətlər yaradıldı.1873-cü ildə Bakı rayonunda cəmi 12 şirkət olduğu halda, əsrin sonlarında onların sayı 140-a çatmışdı.

Tezliklə neft sənayesinə rus və xarici kapital axını başlandı. 1879-cu ildə “Nobel qardaşları birliyi”nin əsası qoyuldu.Bu şirkət tezliklə dünyanın ən böyük neft şirkətinə çevrildi. 80-ci illərdə Bakıya Rotşildin simasında fransız kapitalı nüfuz etdi.O, 1885-ci ildə Xəzər Qara dəniz neft sənaye və ticarət cəmiyyətinin rəhbərliyini öz əlinə keçirir. 90-cı illərdə isə İngiltərə kapitalı başda Ceyms Vişau olmaqla Bakıya axmağa başlayır. Onun rəhbərliyi ilə 3 ingilis şirkəti fəaliyyət göstərirdi. ABŞ kapitalistləri də,xüsusən Rokfellərə məxsus olan “Standart oyl” neft şirkəti də Bakı neftini ələ keçirməyə çalışırdı. Xarici kapitalın Bakı neft sənayesinə nüfuz etməsi neftin çıxarılması və emal edilməsi texnikasının təkmilləşdirilməsinə, beynəlxalq bazarda Bakı neftinin mövqelərinin möhkəmlənməsinə şərait yaratdı.

Azərbaycanın neft istehsalına iri kapital qoyuluşu burada sənaye-texniki çevrilişin yaradılmasına imkan yaradır. 70-ci illərdən başlayaraq zərbə üsulu neft quyuları qazılması tətbiq olunur.Buruq üsulu ilə qazılan quyuların sayı daha da artdı. Məs.1873-cü ildə buruq üsulu ilə qazılan quyuların sayı 9 olduğu halda,1879-cu ildə 251,1900-cü ldə 1710 olmuşdu.

1873-cü ildən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı. Neft məhsullarının saxlanılması və daşınması texnikası da təkmilləşdirildi. Dəmir çənlər,vaqon-sisternalar yaradıldı.

Neft istehsalının inkişafında ilk milli kadrlar yetişməyə başladı.Peterburq və Moskvada ali texniki məktəbləri bitirib Azərbaycana qayıdan gənc mütəxəssislər Piri Quliyev, Səməd Rzazadə, Şirəli Şərifov və başqalarının neft istehsalında böyük əməkləri olmuşdur.

Az vaxt ərzində Bakıda bir çox neft sənaye milyonçuları meydana çıxdı ki, onların arasında azərbaycanlı kapitalistlərindən H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqaları var idi.

Göstərmək lazımdır ki, 1901-ci ildə Bakı dünya neftinin yarıdan çoxunu (667,1 milyon pud) istehsal edirdi. Neft istehsalının əsas rayonları Sabunçu, Bibiheybət, Suraxanı idi. Neft məhsullarının ixracında da ciddi irəliləyişlər oldu. Bakı-Tiflis dəmiryolunun çəkilməsi (1883) və Xəzər dənizi vasitəsilə yük daşınmasının genişlənməsi neft sənayesinin gələcək inkişafında böyük rol oynadı. Bakı neft məhsulları Rusiyanın daxili quberniyalarına daşınmağa başlandı. Bununla əlaqədar burada Amerikadan gətirilən ağ neft satışı sıxışdırılmağa başlandı. Hətta Bakı nefti Avropa ölkələrinə nüfuz etməyə başladı.1896-cı ildə başlanıb,1906-cı ildə tikintisi başa çatan Bakı-Batum neft kəməri neft ixracatında mühüm rol oynadı. Bakı ağ nefti təkcə Rusiyaya deyil, xarici ölkələrə- Çinə, Hindistana, Avstraliyaya ixrac olunurdu.

Azərbaycanda neft sənyesindən başqa digər sənaye sahələri də inkişaf edirdi.Əsasən dağ-mədən və emaledici sənaye sahələrinə daha çox diqqət yetirilirdi.

Bakıda metal emaledici, tütün və başqa zavodlar fəaliyyətə başladı. Digər şəhərlərdə də sənəye sahələri meydana çıxırdı. Bunlardan Şəkidə ipəksarıma, Gədəbəydə misəritmə sənayesi də inkişaf edirdi. Gədəbəy misəridən zavodu Simmens qardaşları tərəfindən mütərrəqi texnalogiya ilə təmin olunaraq daha da inkişaf etdirilirdi. Onların dövründə ildə 40 min pud mis verən yeni zavodun əsası qoyuldu.

Sonralar Simmens qardaşları Daşkəsən filiz-yataqlarını da alaraq, 1865-ci ildə ilk kobalt zavodunun əsasını qoydular. Bu dövrdə Naxçıvanda daş-duz kombinatı, Bakı və Cavad qəzalarında şoran sulardan duz istehsal edən müəssisələr yaradıldı.

Şərabçılığın əsas rayonları olan Şamaxı, Göyçay, Şuşa, Yelizavetpolda iri üzüm emalı zavodları tikilməyə başlandı. Kürdəmirdə şirvanşahı şərabı çox məşhur idi.İslahatdan sonra Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı artmağa başladı. Bir sıra sahələrdə sadə əmtəə istehsalı kapitalist əmtəə istehsalı dərəcəsinə gəlib çatmışdı. Kənd təsərrüfatında ixtisaslaşmalar həyata keçirilirdi. Lənkəranda çəltik, Quba qəzasında meyvəçilik, Gəncə və Şamaxıda üzümçülük, Kür boyu rayonlarda pambıqçılıq sahələri üzrə ixtisaslaşmalar yarandı.

1850-ci ildə Tiflisdə yaradılmış” Qafqaz kənd təsərrüfatı cəmiyyətinin” və onun yerlərdəki orqanlarının mühüm rolu olmuşdu. 1885-ci ildə Kürdəmirdə və Gəncədə kənd təsərrüfatı maşınları və alətlərinin sınağı keşirilmiş, az sonra Bakıda, Gəncədə ,Şəmkirdə, Zaqatalada,Şuşada kənd təsərrüfatı maşınları və alətləri satan idarələr açılmışdı.

Azərbaycanda qabaqcıl kənd təsərrüfatı üsullarının yayılmasında görkəmli maarifçi və ictimai xadim Həsən Bəy Zərdabinin 1875-ci ildə nəşr etdiyi”Əkinçi” qəzetinin də mühüm rolu olmuşdur. Qəzetdə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, suvarma işləri,maşınların tətbiqi və sair barədə qiymətli məlumatlar verilirdi.

Azərbaycan kəndi kapitalist istehsalına cəlb olunduqca, feodal müıkiyyəti yavaş-yavaş dağılmağa başlayırdı.Kəndlilərin xırda kapitalist mülkiyyəti tipi meydana çıxırdı.Torpaq getdikcə əmtəəyə-alver vasitəsinə çevirilirdi. Kapitalist münasibətlərinin inkişafı nəticəsində kənddə ictimai təbəqələşmə dərinləşirdi.Yeni istismarçı təbəqə olan qolçomaq və muzdlu kəndli təbəqələri yaranırdı.

Azərbaycan kəndində kapitalizmin inkişafı kənd təsərrüfatı fəhlələrinin və ümumiyyətlə kəndlilərin yaşayış səviyyəsini xeyli pisləşdirmişdi. Məsələn, 1900-cu ilin statistik məlumatına görə Bakı quberniyasında kənd təsərrüfatı fəhləsi ildə cəmi 48 manat pul alırdı.Qadınların illik pul qazancı isə 29 manat təşkil edirdi. Kənddə ictimai təbəqələşmənin dərinləşməsi ilə əlaqədar olaraq kənd icmaları da dağılmağa başlayırdı. Kapitalizmin inkişafı, cəmiyyətin sinfi tərkibində baş vermiş dəyişikliklər, iqtisadi həyat birliyinin yaranmasına, vahid dili, mədəniyyəti, ərazisi, iqtisadi və mənəvi həyatı olan Azərbaycan burjua millətinin yaranmasına səbəb oldu. Azərbaycan millətinin forma-laşması XIX əsrin ikinci yarsına təsadüf edir. ”Millət”məfhumunu dilimizə ilk dəfə M. F.Axundov gətirmişdi.

İlk dəfə 80-ci illərdə çıxan “Kəşkül”qəzeti “Azərbaycan milləti” ifadəsini işlətmişdir. Azərbaycan burjua millətinin tərkibinə kapitalistlər, fəhlələr, kəndlilər, tacirlər, sənətkarlar daxil idilər. Millətin yaranması milli şüurun da formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə zülmünə qarşı, torpağın müstəqilliyi uğrunda mübarizə üçün çox vacib oldu.

Azərbaycanın ictimai, iqtisadi və siyasi həyatındakı dəyişikliklər Azərbaycan xalqının mədəniyyətində də öz əksini tapdı. Artıq XIX əsrin ikinci yarısından iri sənaye şəhəri olan Bakı həm də Azərbaycanın mədəniyyət mərkəzinə çevirilmişdi.

Kapitalist iqtisadiyyatının inkişafı nəticəsində ixtisaslı fəhlələrə, təhsilli mütəxəssislərə ehtiyac artırdı. Baxmayaraq ki, çar hökuməti milli ucqarların mədəni və siyasi inkişafına mane olurdu, lakin obyektiv inkişaf davam etməkdə idi.

1867-ci ildə çar hökuməti Qafqazın, o cümlədən Azərbaycanın təhsil müəssələri haqqında Əsasnamə qəbul etdi. Lakin həmin Əsasnamədə yerli dillər sıxışdırılır və rus dilində təhsilə böyük əhəmiyyət verilirdi. Ancaq 1876-cı ildə Qori şəhərində açılmış Zaqafqaziya müəllimləri seminariyasının, xüsusən də onun 1879-cu ildə açılmış Azərbaycan şöbəsinin məzunları (Fərhad Ağazadə, Üzeyir Hacıbəyov,Cəlil Məm-mədquluzadə və b.) kənd məktəblərinə gəldikdən sonra yerli uşaqların bu məktəblərdə oxuması mümkün olmuşdu, lakin bütün ibtidai məktəblərdə təlim ancaq rus dilində aparılırdı, yerli dillərdə ümumtəhsil məktəblərinin açılmasına icazə verilmirdi.

1869-cu ildə Seyid Əzim Şirvani ilk dəfə olaraq Şamaxıda yeni tipli məktəb açmışdı. 80-ci illərdə Şuşada, Lənkəranda, Ordubadda, Naxçıvanda belə məktəblər açıldı. Bu məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə olaraq elmi biliklərin əsasları ana dilində öyrədilməyə başlandı.

Azərbaycan əhalisinin maariflənməsində rus-tatar məktəblərinin də müəyyən rolu olmuşdur. İlk belə məktəbi Bakıda gənc pedaqoqlar Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə açmışdılar.

Bu məktəblər üçün müəllimlərin hazırlanmasında Qori müəllimlər seminariyasının böyük rolu olmuşdur. 1899-cu ilədək bu Seminariyanı 89 nəfər azərbaycanlı bitirmişdi. Bunların çoxu sonralar Azərbaycan xalq maarif və mədəniyyətinin fəxri nümüyəndələri oldular. Rəşidbəy Əfəndiyev, M. Mahmudbəyov, S.M.Qniəmizadə, Firudin bəy Köçərli, Əlicabbar Orucəliyev və başqalarının maarif sahəsindəki xidmətləri əvəz olunmazdır.

Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dilində dərsliklərin yaradılması idi. Abdulla Şaiq “Uşaq çeşməyi”, “Gülzar”,M.Mahmudbəyov “İkinci il”, “Üçüncü il”,”Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası” adlı dərsliklər yazmışdılar.

Kişi təhsili ilə yanaşı, qadın orta təhsili də inkişaf edirdi. 1874-cü ildə Bakıda ilk qadın gimnaziyası açıldı,1883-cü ildən bu məktəb Mariya məktəbi adını aldı. 1896-cı ildə Mərdəkanda məşhur messenat H.Z. Tağıyev tərəfindən bağbanlar hazırlayan birinci xüsusi məktəb açıldı. Elə həmin ildə H.Z Tağıyev Bakıda qız məktəbinidə açmışdı.1896-cı ildə Bakıda Yermolayeva tərəfindən ilk musiqi məktəbi də açıldı.1897-ci ildə rəssamlıq məktəbi də açılmışdı.

Azərbaycanda savadın yayılması ilə kitabxana və qiraətxanalara ehtiyac hiss edilməyə başladı. Bu dövrdə ictimai və xüsusi kitabxanalar açıldı. İlk kütləvi kitabxana 1859-cu ildə Şamaxı və Şuşada açılmışdı.

Azərbayacanın ictimai, iqtisadi və mədəni inkişafı elmin inkişafına şərait yaradırdı.Təbiət elmlərinə maraq çox idi. Neft işinin öyrənilməsində Almaniyanın Stras-burq univerisitetinin məzunu Möhsüm Xanlarovun kimyaçı kimi xüsusi xidməti olmuşdur. Biologiya və kənd təsərrüfatı sahəsində də müəyyəın uğurlar əldə edilmişdi. Bu sahədə H.B Zərdabi, N.B.Vəzirovun böyük xidmətləri olmuşdur.H.B. Zərdabi “Gigi-ena”, “Torpaq, hava, su” və başqa əsərlər yararaq təkamül nəzriyyəsini müdafiə etmişdi. Azərbaycanlı həkimlər Vəkilov, Mehmandarov tibb eliminin inkişafına böyük köməklik etmişlər.

XIX əsrin ikinci yarsında Azərbaycanda tarix elmi sahəsində mühüm irəliləyişlər olmuşdu. Mirzə Camal oğlu,Əhməd Bəy Cavanşir,Mir Mehdi Xəzani Qarabağ xanlığının, Mirzə Əhməd Xudaverdi oğlu Lənkəran xanmlığının tarixinin öyrənilməsi sahəsində uğurlu işlər görmüşlər.Azərbaycan ədəbiyyatının inkişafında M.F.Axundov, S.Ə. Şirvani, N.Nərimanov,F.B.Köçərli, H.B.Zərdabi kimi nümayəndələrinin böyük rolu olmuşdur. Fəlsəfi fikrin inkişafında M.F Axundovun xüsusi xidmətləri olmuşdur. Onun üç məktub və cavab adlı əsrində təbiət və cəmiyyət məsələlərinə dair mütərrəqi fəlsəfi fikirlər verilmişdir.

Azərbaycanda teatr sənəti də inkişaf etməkdə idi. Milli teatırın yaranması xalqın mənəvi həyatında böyük hadisə idi. 1873-cu ilin martın 22-də Bakı realnı məktəbinin tələbələri M.F.Axundovun “Lənkəran xanının vəziri” pyesini səhnələşdirmişdilər. Aprelin 17-də “Hacı Qara” pyesi tamaşaya qoyuldu.

Musiqi sahəsində də böyük naliyyətlər əldə edildi.Hacı Hüsü, Cabbar Qaryağdı oğlu, Məsədi İsi, Sadıqcan, Keçəçi Məhəmməd kimi musiqiçilər xalq arasında geniş şöhrətə malik idi.

1908-ci ildə yanvarın 12-də musiqi tarixində unudulmaz gün olmuşdur. Tağıyev teatırının binasında Ü.Hacıbəcyov “Leyli və Məcnun” operasını ilk dəfə tamaşaya qoymuşdu. 1913-cü ildə “Arşın mal alan”musiqili komediyası, 1916-cı ildə M.Maqomayevin “Şah İsmayıl” operaları tamaşaya qoyulmuşdu.

Rəssamlıq sahəsində Ə.Əzimzadə, B.Kəngərli, memarlıq sahəsində Zivər bəy Ağayevin büyük xidmətləri olmuşdur.

-XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatında milli mətbuatın inkişafı ən mühüm hadisələrdən biri olmuşdur. Azərbaycan ictimaiyyətinin ayrı-ayrı nümayəndələri böyük çətinliklərlə üzləşərək milli mətbuatın bünövrəsini qoymuşdular. Azərbaycan mətbuatının banisi böyük ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi”qəzetinin buraxılması böyük hadisə idi. Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır. H.B.Zərdabi qəzetin təkcə naşiri və redaktoru deyil, həm də onun korrektoru və mürəttibi idi. 1875-1877-ci illərdə “Əkinçi”nin cəmi 56 nömrəsi çıxmışdı.

“Əkinçi” qəzeti mütərrəqi maarifçi,demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə və avamlığa qarşı çıxır,Azərbaycan gerçəkliyinin bir çox zəruri problemlərini qaldırırdı. Qəzet azadlığa çıxmağın yolunu elm və maarifdə görürdü. O,təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. Azərbaycanda qadın təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan qəzeti “Əkinçi”olmuşdur.Qəzet ana dilinin saflığı uğrunda yorulmaz mübarizə aparırdı.

H.B.Zərdabi və onun qəzeti Cənubi Qafaqaz xalqları arasında çoxəsrlik əlaqələrin möhkəməlndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çixış edir, bu xalqların daha da yaxınlaşması uğrunda mübarizə aparirdı.

“Əkinçi”Azərbaycanda mütərəqqi ictimai fikrin inkişafında və bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafında böyük rol oynadı. O, qısa müddət ərzində ən qabaqcıl ziyalıları öz ətrafında birləşdirmiş, Azərbaycan xalqının həyatının bir çox sahələrinə müsbət təsir göstərmişdir.

Əkinçinin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində “Ziya” qəzeti nəşr edildi. Onun birinci nömrəsi 1879-cu il yanvarın 16-da çapdan çıxdı. Qəzet 1880-ci ilə qədər çıxmış,cəmi 76 nömrəsi buraxılmışdı.1880-ci il dekabrın 6-dan etibarən qəzet “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başladı. Qəzetin yaradıcısı Seyid Ünsizadə idi. Qəzetin səhifələrində ictimai-siyasi problemlərə geniş yer verilirdi. Cəmi 104 nömrəsi çıxmış və 1884 –cu ilə qədər nəşr olunmuşdur.

1880-ci ildə onun qardaşı Cəlal Ünsizadənin “Kəşkül” adlı qəzeti nəşr oıunmağa başlandı. Kəşkül öz ideya isqamətinə görə “Əkinçi”yə daha çox yaxın idi. Qəzet, siyasət, ticarət, sənaye, mədəniyyət məsələlərinə toxunurdu. Eyni zamanda qəzet Şərq despotizmini, geriliyi, fanatizmi tənqid atəçinə tutur, maarifçilik və mədəniyyət ideyalarını müdafiə edirdi.

Rusiyanın mərkəzi şəhərlərində,Qori müəllimlər seminariyasında təhsil almış gənclər “Kəşkül”qəzetinin mütərəqqi ideya və təşəbbüslərini müdafiə edərək onun ətrafında toplaşırdılar. “Kəşkül”ün başladığı hərəkatda Azərbaycan ziyalılarından S.Ə.Şirvani,F.Köçərli,M.Şahtaxtlı,A.Qayıbov və başqaları yaxından iştirak edirdilər. Qəzet 1991-ci ilədək nəşr olundu.

O dörün ən mühüm hadisələrindən biri də Tiflisdə satrik “Molla Nəsrəddin “ jurnalının 1906-cı il aprelin 1-də nəşrə başlaması oldu. Jurnal Azərbaycanda, Rusiyanın türkdilli xalqları arasında , həmçinin yaxın Şərqdə satrik mətbuatın əsasını qoydu, həmçinin milli – dümokratik fkrin inkişafında mühüm rol oynadı.

Molla Nəsrəddin “ jurnalının (1906-1931) əsasını Cəlil Məmmədquluzadə qoymuşdur. Jurnalın səhifələrində M.Ə.Sabirin, Ə.B.Haqverdiyevin, Ə.Qəmküsarın, M.Ə.Möcüzün , Y.V.Çəmənzəminlinin yazıları çap olunurdu.

“Molla Nəsrəddin”in ardınca onun təsiri altında “Arı”, “Bəhlul”, “Tutu”, “Zənbur”, “Məzəli”, “Babayi-Əmir”(1907-1917-ci illərdə)satrik jurnalları nəşrə başladı. İnqilabi demokratik publisistikanın görkəmli nümayəndələrindən biri də U.Hacıbəyov idi.

XIX əsrin sonları-XX əsrin əvələrində Azərbaycanın qabaqcıl ictimai və sosioloji fikri yeni ideya məzmunu ilə daha da zənginləşdi. Azərbaycanın sosial-iqtisadi inkişafı, ictimai həyatda islam dəyərlərinin rolunun genişlənməsi milli-demokratik fikrin inkişafında böyük rol oynadı.

Azərbaycan ictimai fkrin formalaşıb inkişaf etməsində Azərbaycan ziyalılarından H.B.Zərdabi M.Şaxtaxlı, Səmədağa Mehmandarov, N.Nərimanov, C.Məmmədquluzadə, S.Ə.Şirvani və sairlərinin görkəmli rolları olmuşdur.

Milli-demokratik və ictimai fikrin yaranmasında Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev və Əhməd Ağaoğlu kimi dahi şəxsiyyətlərin xidmətləri ölçüyə gəlməzdir.

Əli bəy Hüseynzadə 1864-cü ildə anadan olmuş, görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı kimi fəaliyyət göstərmişdir. Təhsilini Peterburq və İstanbulda almışdır. Peterburqda təhsil alarkən tələbə siyasi dərnəklərində iştirak edən Əli bəy İstanbulda da siyasi fəaliyyətini davam etdirmişdir. O, Sultan Əbdülhəmid rejiminə qarşı “İttihad və tərəqqi ” partiyasının əsasını qoymuşdur. 1903-cü ildə Bakıya gələn Əli bəy jurnalistka ilə məşğul olmuş, ictimai –siyasi fəaliyyətini genişləndirmişdir. Onun fəaliyyətində əsas yeri Turançılıq ideyası tuturdu. Əli bəy türk xalqlarının milli birliyi, müstəqil dövlətçilik fikrini ilk dəfə irəli sürmüş, onun elmi –nəzəri əsaslarını işləyib hazırlamışdır. Əli bəy yazdığı “Türklər kimdir və kimdən ibarətdir, “Türk dilinin vəzifeyi- mədəniyyəsi”, “Yazımız, “dilimiz” adlı məqalələrində öz məqsəd və məramını geniş şəhr etmişdir.

O, yazırdı:

Eylər dili Çin səddinətən hökmünü icra

Bir ucudur Altay bu yerin , bir ucu səhra

Əli bəy yaradılmasını nəzərdə tutduğu milli cəmiyyətin quruculuğunda müasir insan amilinə böyük əhəmiyyət verərək yazırdı: “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai” tərbiyə edib yetişdirmək lazımdır.

Əli bəy Hüseyinzadənin XX əsrin əvvələrində irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək ” şəklində siyasi şüara çevrilən fikri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributuna çevrilmişdi.Əli bəy 1940-cı ildə İstanbulda vəfat etmişdir.

İctimai fikrin görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağayev (1869-1939) Azərbaycanda türkçülük hərəkatının ideoloqlarındandır. O, Fransanın Sarbona universitetini bitirmiş, Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmişdir.Əhməd bəy Ağayev müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edir, bunun səbəblərini göstərir, müsəlman xalqlarına böhtan atan əcnəbi, müəlliflərə tutarlı cavablar verirdi.

Əhməd bəy 1905-ci ildə “Həyat”, “İrşad” kimi Azərbaycanda milliyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan qəzetlərin həm redaktoru, həm də naşiri olmuşdur.

1909-cu ildə Türkiyəyə gedən Əhməd bəy “ Gənc Türklər” hərəkatı ilə yaxınlaşmış və “İttihad və Tərəqqi” partiyasına daxil olaraq elmi-publisistik yazıları ilə mətbuatda çıxışlar etmişdir. O,1918-ci ildə bolşevik-daşnak hökumətinə qarşı mübarizəyə gəlmiş Nuru Paşanın Qafqaz İslam Ordusunun tərkibində siyasi müşavir kimi Azərbaycana gəlmiş və Gəncədə yaradılan yeni hökumətin işinə yaxından köməklik etmişdir. Əhməd bəy Azərbaycan parlamentinə üzv seçilmiş, Paris sülh konfransında iştirak etmək üşün oraya gedəndə Türkiyədə həbs edilərək Malta adsına sürgün edilmişdir.

1921-ci ildə sürgündən gələn Əhməd bəy İstambula gələrək yenidən milli hərəkata qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından biri olmuşdur. O, xalqın millətçilik və türkçülük şüurunun oyanmasında çox mühüm rol oynamışdır.

İctimai fikrin görkəmli nümayəndələrindən biri də Əlimərdan bəy Topçubaşov olmuşdur. (1863-1934). O, Rusiyanın müsəlman –türk xalqlarının milli –azadlıq hərəkatının liderlərindən biri olmuşdur. “Kaspi” qəzetinə rəhbərlik etmişdir. Əlimardan bəy 1905- ci ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının 1- ci qurultayında göstərirdi. “Biz Türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Qərbədən Şərqə qədər bizim atalarımızın mülküdür. Atalarımız o qədər qəhrəman millət olduqları halda , bu gün Qafqaz dağlarında , Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında, atalarımızın mülki olan öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkanımız qalmamışdır”.1906-cı ildə onun tərəfindən “ Umumrusiya müsəlmanları ittifaqı” partiyasının proqram və nizamnaməsi yazılmışdır.

Onun təşəbbüsü ilə I Dövlət Dumasında müsəlman fraksiyası yaradılmışdır. Azəri türklərinin müstəqilliyi uğrunda daim mübarizə aparan Ə.Topçubaşov AXC parlamentinin ilk sədri olmuşdur. Paris sülh konfransı nümayəndələrinin rəhbəri olaraq Azərbaycanın de-fakto tanınmasına nail olmuşdu. Əlimərdan bəy sonralar Parisdə yaşayarkən da Azərbaycanla əlaqəni kəsməmiş, hətta 1921-ci ildə Parisdə Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə etmişdir. 1934-cü ildə M.Ə.Rəsulzadə ilə birlikdə Konfederasiyanın bəyannaməsini imzalamışdır.

XX əsrin əvvələrində baş verən dünya iqtisadi bühranı (1900-1903) həm Rusiyanı, həm də onun müstəmləkələrini əhatə edir. Bütün imperiyanı sarsıdan tətillər dalğası Azərbaycanı da bürüdü, cəmiyyətin bütün təbəqələrində narazılıqlar artdı və cəmiyyət siyasiləşməyə başladı.

XX əsrin əvvələrində Azərbaycanda ilk siyasi təşkilatlar yaranmağa başladı. Bu təşkilatların əksəriyyəti sosialist yönümlü idilər.

1901-ci ildə ilk təşkilat olan RSDFP –nın Bakı komitəsi yaradıldı. Onun təşkilatçıları Yenukidze, Ketsxoveli və Eyzenbet idilər.

1901- ci ildə Bakıda “İskra” çı qrup da təşəkkül tapdı. Həmin qrup gizli yolla xaricdən “İskra” qəzetini Azərbaycana gətirərək fəhlələr arasında yayırdı. 1901-ci ilin yayında gizli olaraq “Nina” mətbəəsi yaradldı və qəzet həmin mətbəədə çap olunaraq geniş yayılırdı.

1904-cü ilin oktyabrında M.Ə.Rəsulzadə, M.A.Mirqasımov, M.Hacıyev, A.Kazımzadənin birgə səyləri nəticəsində Bakıda müsəlman aləmində ilk sosial—demokratik “Hümmət” təşkilatı fəaliyyətə başladı.Həmin təşkilatın eyni adda qəzeti də nəşr olunurdu. 1905-ci idən N.Nərimanov həmin təşkilata daxil olur və sonralar onun rəhbərinə çevrilir.“Hümmət” təşkilatının 1917-ci ilə qədər fəaliyyətini iki aspektdə -bir tərəfdən bir çox siyasi məsələlərdə Bakı komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə milli ləyaqət və hüquqların müdafiəçisi kimi nəzərdən keçirmək olar.1904-cü ilin dekabrında fəhlələrlə kapitalistlər arasında “müştərək müqavilənin “ bağlanmasında “Hümmət” təşkilatının böyük rolu olmuşdur. 1905-ci ildə “Hümmət” qəzeti senzura tərəfindən bağlanısa da, 1907-ci ildə təşkilat “Təkamül”qəzetinin buraxılmasına nail olur.

Azərbaycan sosial –demokratları və hümmətçiləri ilə İran milli-azadlıq hərəkatı mücahidləri arasında sıx əlaqə var idi. Onların çoxu dəfəlıərlə İranda olmuş və 1906-1911-ci illərin İran inqilabi hadisələrində iştirak etmişdir.

Hümmətçilərin Tflis təşkilatı daha aktiv fəaliyyət göstərirdi. Onun proqramında insanların sinfi və milli mənsubiyyətindən asılı olmayaraq demokratik azadlıqlar və hüquqları bəyan edilirdi.”Ədalət, bərabərlik, azadlıq” sözləri təşkilatın devizinə çevrilmişdi. Sonralar Azərbaycan Parlamentinin üzvlətri olmuş M.Əbilov, M.Şeyxülislamov,S.Ağamalıoğlu Tiflis “Hümmət”inə daxil idilər.

1903-cü ilin yayında Bakıda sosialist inqilabçıları (S R) –eserlər partiyası meydana çıxdı. Eserlər digər şəhərlərdə də fəhlə və gənclər arasında öz təsirlərini yaymağa çalışırdılar. Məsələn, Şuşada realni təhsil məktəbində eser dərnəyi yaradılmışdı. Gəncədə də belə bir təşkilatın yaradılmasına cəhd göstərilmişdi. Azərbaycanlı eserlər üçün milli məsələ ön planda dururdu. Onlar geridə qalmış kütlələri maarifləndirməyi və xalqın azadlığını özlərinin əsas vəzifəsi elan etmişdilər.

1905-ci il 17 oktyabr Çar Manifestindən sonra yaranan siyasi və ictimai vəziyyət cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiya və təşkilatların yaranmasına təkan verdi. 1905-ci ildə Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf milli partiyalar meydana çıxdı. Fevralda Gəncədə “Sosial-fedaralistlərin türk inqilabi komitəsi” yarandı. Bu təşkilatın buraxdığı vərəqələrdə Qafqaz xalqlarının birliyi, müstəməlkəçiliyə qarşı mübarizə, Azərbaycanın muxtariyyəti ideyaları öz əksini tapmışdı.

1905-ci ildə Gəncə və Şuşada “Qeyrət”adlı təşkilat (qrup) da fəaliyyətə başlamışdı. Bura Gəncənin tanınmış hüquqşünasları Ə.Rəfibəyli,A.Xasməmmədov, H.Yusifbəyli daxil idilər. Bu qrupun əsas məqsədi Qafqazın Rusiya ilə fedarativ münasibətlərinin qurulması və bu federasiya çərçivəsində müsəlman əhalisinə muxtariyyat vermək idi. Bu qrup 1908-ci ilə qədər fəaliyyət göstərdi.

1906-cı ildə Bakı və Gəncədə “Difai”partiyası meydana çıxdı.Onun banisi Ə.Ağayev idi.Bir çox şəhərlərdə onun yerli şöbələri yaradılmışdı.

Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində 1911-ci ildə Bakıda meydana çıxan Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyası mühüm rol oynadı. Bu təşkilata milli mənafe uğrunda müəyyən mübarizə təcrübəsi olan bir sıra ictimai xadimlər başçılıq edirdilər. Partiyanın baniləri Tağı Nağı oğlu, M.Əli Rəsulzadə və Abbas Kazımzıdə olmuşlar.

Bu partiya 1917-ci ildə yaranmış “Türk Ədəmi Mərkəziyyət Partiyası” ilə birləşərək (N.Yusifbəyli) “Türk federalist Müsavat Partiyası” adını almışdır. Partiyanın rəhbəri və ilhamvericisi M.Ə. Rəsulzadə idi.(1913-cü ildən).Bu partiyanın təbliğat orqanı olan “Açıq söz” qəzeti nəşri olunurdu.

1912-ci ildə “Müsavat” partiyasının manifesti və proqramı nəşr edildi. Proqramda qarşıya həyati məsələlər qoyulmuşdu. Bütün müsəlman xalqları üçün bərabərlik əldə olunması, müsəlmanların dövlət müstəqilliyinin qorunması, müstəqilliyini yaradan və onu qorumaq uğrunda mübarizə aparan müsəlman dövlətlərinə maddi və mənəvi yardım göstərilməsi. Partiya həm müsəlmanlar, həm də demokratik amallara əsaslanan bütün partiyalarla əməkdaşlığa üstünlük verirdi.Tezliklə partiya ziyalıları,xırda burjua, kəndli, fəhlə və qulluqçuların nümayəndələrini öz sıralarına cəlb etdi və tezliklə Qafqazın ən güclü partiyalarından birinə çevrildi.

XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskinləşməsi nəticəsində fəhlə və kəndlilərin həm siyasi, həm də ideolji cəhətdən fəallaşması üçün obyektiv şərait yaratdı. 1905-ci ilin yazında Rusiya imperiyasında,onun ucqrlarında, o cümlədən Azərbaycanda milli azadlıq mübarizəsi yüksəlməyə başladı. İlk dəfə 1905-ci ildə Azərbaycanda Petisiya (imzatoplama) kampaniyası genişləndi.

Azərbaycan xalqının siyasi özünüdərkinin formalaşmasında publisistika böyük rol oynayırdı. Məqalə müəlləfləri mövcud siyasi hadisələri həm işıqlandırır, həm də bu hadisələrin mahiyyətlərini açıb göstərirdilər.

Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin meydana çıxması, doğma dillərdə qəzet və jurnalların nəşri xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclənməsinə, mlli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu. Milli azadlıq hərəkatları çox vaxt əsarət altına alınmış fəhlə və kəndli hərəkatları ilə birləşirdi.

Azərbaycan burjuaziyası müxtəlif məhdudiyyətlərin aradan qaldırılması, ana dilində təhsilin həyata keçirilməsi, zemstvo sistemi yaradılması və sair islahatların keçirilməsini tələb edirdilər.Hətta iri torpaq sahibləri də öz sinfi hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq ideyaları “Yeni Füyuzat”, “Şəlalə”jurnallarında,”iqbal”, “Yeni həyat”, “Günəş” və başqa qəzetlərdə geniş təbliğ olunurdu.

Azərbaycanın demokratik ziyalıları da milli zülmə qarçı çıxış edirdilər.Bu istiqamətdə C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə və başqaları mühüm rol oynayırdılar.

Aparılan mübarizə, tökülən qanlar nəhayət 1918-ci ildə öz bəhrəsini verdi və Azərbaycan xalqı öz milli müstəqilliyini əldə etdi.


Download 322 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish