Xəbər bülleteni №9


Pensiya islahatlarının anonsu verildi (DSMF sədrinin açıqlaması)



Download 3,11 Mb.
bet3/5
Sana07.09.2017
Hajmi3,11 Mb.
#19185
1   2   3   4   5

Pensiya islahatlarının anonsu verildi (DSMF sədrinin açıqlaması)


28.09.2015

elman mehdiyevAPA-Economics-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev pensiya islahatlarının anonsunu verib. Sentyabrın 28-i Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq Komitəsinin toplantısında çıxış edən DSMF sədri deyib ki, hesablamalar nəticəsində Azərbaycanda pensiya islahatları aparılmasının zəruriliyi ortaya çıxıb: “Makroiqtisadi göstəricilər dəyişdiyindən pensiya sisteminin göstəriciləri ölkənin iqtisadi mühitinə uyğunlaşdırılmalıdır. İlk növbədə pensiya sistemində sığorta prinsipləri dərinləşdirilməlidir. Bu gün Azərbaycanın sığorta-pensiya sistemi sosial sığortaya əsaslanmayan bir çox xərci qarşılayır. Sosial sığorta haqqı ödəyiciləri müəyyən zaman keçdikdən sonra bu vəsaitin arxasınca gəlib öz pensiyalarını tələb edəcəklər. Amma biz bu məbləğləri dövlətin qəbul etdiyi qərarlar nəticəsində əhalinin pensiya təminatına yönəldirik. Bura 1992-ci ilə qədər təyin olunmuş pensiyalar, o cümlədən bu gün pensiya təyinatı üçün müraciət edən şəxslərə 1992-ci ilə qədər olan dövr üçün dövlətin verdiyi əvəzsiz pensiya kapitalları aiddir.

Həmçinin “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsi ilə bir çox imtiyazlı kateqoriyaya pensiyadan əlavə qulluq stajına görə əlavələr verilir. Qanunun 19-cu maddəsində isə baza hissəsinə görə əlavələr nəzərdə tutulur. Bunların heç birinin sosial sığortalanma, eləcə də bu gün ödənilən və fərdi hesablarda qeydiyyata alınan vəsaitlərlə heç bir əlaqəsi yoxdur. Amma biz həmin məbləğləri toplanan sosial sığorta haqları hesabına maliyyələşdiririk. Dövlət büdcəsindən ayrılan transfertlər və bu xərclərin maliyyə yükü arasında ciddi, əhəmiyyətli fərq var. Bu tendensiya davam edərsə, gələcəkdə Azərbaycanın pensiya sistemi müəyyən maliyyə çatışmazlığı ilə üzləşə bilər”.

Elman Mehdiyev deyib ki, sığorta-pensiya sisteminin özünün daxilində də sosial sığorta prinsiplərinə əsaslanmayan bir sıra proseslər gedir: “Bu daha çox sosial sığorta haqqı ödəyən insanların ödədiyi vəsaitlərin az sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilməsi problemidir. Ödənilən sosial sığorta haqlarının bu gün yalnız 50%-i fərdi hesablarda qeydiyyata alınır. 50%-i isə ümumi istifadədə saxlanılaraq aşağı sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilir. Aşağı sosial sığorta haqqı ödəyən insanlar daha çox özünəməşğul əhalidir, kənd təsərrüfatında torpaq payı olan insanlardır. Bunlar muzdla çalışan insanlardan ən azı 15 dəfə aşağı vəsait ödəyir, amma onlarla bərabər baza hissələri əldə edirlər. Bu bir tərəfdən yuxarı sosial sığorta haqqı ödəyən insanların marağını azaldır və onlar əmək haqlarının tam leqallaşdırılmasında, sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsində maraq nümayiş etdirmirlər. Digər tərəfdən isə bizim aktuar tədqiqatlarımız göstərir ki, aşağı sosial sığorta haqqı ödəyən insanlara daha çox məbləğlər vəd etmək tendensiyası perspektivdə DSMF-ni çox ciddi maliyyə çatışmazlığı ilə üzləşdirə bilər”.

Hansı dövlət və hökumət qurumlarında çalışmış şəxslərin pensiyasına əlavələr olur?

Pensiya yaşı ilə bağlı müzakirələr gedir

28.09.2015

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev sentyabrın 28-i Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq Komitəsinin toplantısında çıxış edərkən (DSMF sədrinin açıqlaması) pensiya yaşı məsələsinə də toxunub. APA-Economics-in məlumatına görə, DSMF sədri deyib ki, demoqrafik göstəricilərin nəzərə alınması və dövri olaraq tənzimlənməsi pensiya sistemlərinin qarşısında olan mühüm vəzifədir: “İnsanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır. Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrünün son həddi 65 yaşdır. Amma pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir”.

DSMF sədri qeyd edib ki, aparılan aktuar tədqiqatlarla bu istiqamətdə tədbirlərin reallaşdırılması zəruriliyi ortaya çıxıb: “Yaxın günlərdə bu aktuar tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq. Müxtəlif alternativlər var. Bir sıra məsələlərə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu seçilir. Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bunun üçün müəyyən alternativlər ortaya qoyulur, sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ ki, tezdir”.

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Transparency.az qeyd edir ki, qanun güzəştli şərtlərlə əmək pensiyası hüququnu da tənzimləyir (Pensiyaya nə vaxt çıxırlar?).

Sabiq deputat namizəd ola bilmədi

28.09.2015

arzu semedbeyliMərkəzi Seçki Komissiyasının sentyabrın 28-də keçirilən iclasında Müsavat Partiyasının 8 saylı Binəqədi dairəsindən namizədi, sabiq deputat Arzu Səmədbəylinin şikayəti ilə bağlı qərar verilib. APA-nın məlumatına görə, müraciətin araşdırıldığı, imza vərəqələrindəki 547 imzanın 117-nin etibarsız sayıldığı bəyan edilib. Səsvermə nəticəsində dairə seçki komissiyasının Arzu Səmədbəylinin namizədliyini qeydə almamaq qərarı qüvvədə saxlanıb.

Noyabrın 1-də keçiriləcək parlament seçkisində namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

53 yaşlı Arzu Səmədbəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsinin şöbə müdiri, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının informasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Müsavat Partiyası başqanının müavini, 2010-2014-cü illərdə Müsavat Partiyası Məclisinin sədri olub. 2005-2010-cu illərdə Arzu Səmədbəyli Milli Məclisdə 8 saylı dairəni təmsil edib.

MSK sədri yeni seçki statistikası açıqlayıb

28.09.2015

mezahir penahov yeni
Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı 1560 nəfərdir. Mərkəzi Seçki Komissiyasının 28 sentyabr iclasında sədr Məzahir Pənahov belə deyib. O bildirib ki, 660 nəfərin namizədliyini siyasi partiyalar, 60 nəfərin namizədliyini siyasi partiyalar bloku, 3 nəfərin namizədliyini təşəbbüs qrupu irəli sürüb, 937 nəfər isə şəxsi təşəbbüslə müraciət edib.

MSK sədrinin sözlərinə görə, 1461 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib, onlardan 1352 nəfər imza vərəqi alıb, 521 nəfər imza vərəqələrini qaytarıb. Namizədliyi qeydə alınanların sayı isə 317 nəfərdir.

Xəbəri APA yayıb.

1 noyabr parlament seçkisində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu oktyabrın 2-də baş çatır.

Avropa Şurasının Azərbaycan üzrə sabiq məruzəçisi Parlament Assambleyasına sədrlik edəcək

29.09.2015



pedro_agramunt 1Avropa Şurasının Azərbaycan üzrə sabiq məruzəçisi, ispaniyalı Pedro Aqramunt Font de Mora Parlament Assambleyasının sədri seçilib. O, vəzifəsinin icrasına 2016-ci ilin yanvarında başlayacaq.

APA-nın məlumatına görə, seçki Strasburqda, Parlament Assambleyasında təmsil olunan Avropa Xalq Partiyası fraksiyasının iclasında keçirilib. Pedro Aqramunt fransalı deputat, AŞPA-nın sabiq sədri Jan-Klod Minyonla yarışıb və 109 nəfərin iştirak etdiyi seçkidə 75 səs alıb.

AŞPA-nın idarəçilik qaydalarına əsasən, qurumun hazırkı sədri Ann Brassörün təmsil olunduğu Avropa Liberal və Demokratlar Alyansı fraksiyasından sonra sədrlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb.

Transparency.az bildirir ki, Pedro Aqramunt 1951-ci il dekabrın 9-da Valensiyada anadan olub. Hüquqşünasdır. İspaniya parlamentinə ilk dəfə 1991-ci ildə seçilib. 2000-ci ildən Avropa Şurası Parlament Assambleyasında təmsil olunur. 2010-2015-ci illərdə Avropa Şurasının Azərbaycan üzrə məruzəçilərindən biri olub.

APA-nın başqa bir məlumatına görə, sentyabrın 28-də AŞPA Monitorinq Komitəsinin sədr müavini vəzifəsinə seçki keçirilib. Bu postu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tutub.

“Elektron hökumət” portalına 335 xidmət inteqrasiya edilib

29.09.2015

e-qovNazirlər Kabinetində təsdiq olunmuş 454 xidmətdən 335-i “Elektron hökumət” portalına inteqrasiya edilib. Ümumən portalda 409 e-xidmət vətəndaşların istifadəsindədir. Xəbəri AZƏRTAC Vergiler.az saytına istinadla yayıb.

Məlumata görə, portalın istifadəçilərinin sayı 2,4 milyon nəfərdən artıqdır və onlar 15,5 milyon dəfədən çox e-xidmətlərdən istifadə üçün müraciət ediblər. Bu gün portala 80-dən artıq fiziki qoşulma var. Bunlardan 48-i dövlət qurumları, digərləri isə özəl sektorun nümayəndələri və banklardır.

Ekspertdən pensiya yaşı şərhi

29.09.2015



qubad-ibadogluDövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev sentyabrın 28-i Bakıda keçirilən beynəlxalq toplantıda çıxış edərkən pensiya yaşı məsələsinə toxunub. O deyib ki, insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır: “Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrünün son həddi 65 yaşdır. Amma pensiya yaşı aşağıdır, bu da bir uyğunsuzluq ifadə edir”.

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır.

Elman Mehdiyevin açıqlamasını şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu Transparency.az-a deyib ki, pensiya yaşı gələn ildən 65-ə qaldırıla bilər: “Çünki Dövlət Sosial Müdafiə Fondunun maliyyə durumu pisləşir. Fondun maliyyə dayanıqlığına iki başlıca amil mənfi təsir göstərir. Birincisi, əmək pensiyası alanların sayı ildən-ilə artır. Onların sayı 1,3 milyona çatıb. Əmək pensiyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. İkincisi, Dövlət Sosial Müdafiə Fonduna daxilolmalar azalır. Xüsusilə də özəl sektordan.

Növbəti il üçün fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq. Dövlət büdcəsinin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə problem yaranacağı bəllidir.

Digər problem isə iş yerlərinin ixtisarı və əməkhaqqı fondunun kiçilməsidir. Pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olaraq 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda 1 pensiyaçıya 2 işləyən də düşmür. Görünür, pensiya-sığorta sistemində problemin ciddiliyi hökumətə başqa alternativ saxlamayacaq və gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər”.

Ekspert əlavə edib ki, BMT-nin insan inkişafına dair illik hesabatında Azərbaycanda orta ömür müddəti 67 yaş göstərilir: “Dövlət Statistika Komitəsi isə bildirir ki, Azərbaycanda orta ömür müddəti 73,8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların orta yaş həddi isə 76,5 verilir”.

Etibar Əliyev: “TQDK korrupsiyaya bulaşmamış qurumdur”

29.09.2015



etibar-eTələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) ləğvi olunacağı və ya Təhsil Nazirliyinə birləşdiriləcəyi barədə şayiələri şərh edən ekspert Etibar Əliyev “Azadlıq” qəzetinə müsahibəsində bu qurumu müdafiə edib: “Məncə, TQDK üzərinə düşən vəzifələri yerinə yetirə bilir və korrupsiyaya bulaşmamış qurumdur. Test üsulu ilə imtahanların keçirilməsinin əleyhinə olanların çoxuna elə gəlir ki, testlərlə biliyin yoxlanmasını TQDK icad edib. Təhsil sistemi öndə olan ABŞ-ın “Təhsil aktında” yazılıb: “Bütün Amerika məktəbliləri 4-cü, 8-ci, 12-ci sinfi bitirdikdən sonra ingilis dilindən, riyaziyyatdan, təbiət elmlərindən, tarix və coğrafiyadan biliklərinin səviyyəsinin yoxlanması üçün testdən keçməlidir. Hər bir məktəbdə müəllim inandırmalıdır ki, onun şagirdləri düşünməyi bacarır”.

İndi təsəvvür edin elm sahələri üzrə Nobel mükafatçılarının 80 faizinin cəmləşdiyi bir ölkədə testin funksiyası nədən ibarətdir. Biz testin bu keyfiyyətini kənara qoyub yalnız əzbərçilik, “tapmaca” xarakterindən danışırıq. Yaxşı müəllim həm keçdiyi dərsdə, həm də test tapşırıqları ilə bağlı təlimlərində şagirdinin düşünə bilmək qabiliyyətini üzə çıxarmağa çalışmalıdır”.

TQDK-nın Təhsil Nazirliyinə birləşdiriləcəyi iddialarına toxunan ekspert qeyd edib kiTəhsil Nazirliyinin itirilmiş səlahiyyətləri özünə qaytarılsa, bu qurum bütöv sistem halına gələ bilər: “Məsələn, təhsilin 1-ci və əsas pilləsi sayılan məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinə tabeçiliyi yolverilməzdir. Belə tabeçilik təhsilin əsas pillələrindən birini iflic vəziyyətinə salıb.

Orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının keçirilməsi də Təhsil Nazirliyinə qaytarılmalıdır.

Yeni struktur, məncə, TQDK-nın Təhsil Nazirliyinə birləşməsindən yarana bilməz. Biliyin qiymətləndirilməsi və akkreditasiya büroları müstəqil qurumlar olmalıdır. İndiki vəziyyətdə Elm və Təhsil Nazirliyinin yaradılması daha aktualdır və bir çox ölkələrdə yaradılmış belə qurum daha səmərəli fəaliyyət göstərir. Elmi təhsildən ayrı salmaq olmaz. Ali məktəblərdə təhsilin üç pilləsindən ikisi elmlə bağlıdır: magistratura və doktorantura.

Elm və Təhsil Nazirliyinin yaranmasından söhbət düşdükdə Milli Elmlər Akademiyasının rəhbərliyi narahat olmamalıdır. Burada yalnız ali məktəblərdə elmi fəaliyyətin təşkili və elmi tədqiqatlardan söhbət gedir. Digər tərəfdən elm sahəsində rəqabət mühiti də yarana bilər”.



Download 3,11 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish