Xəbər bülleteni №9


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib



Download 3,11 Mb.
bet4/5
Sana07.09.2017
Hajmi3,11 Mb.
#19185
1   2   3   4   5

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib


29.09.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib. Sentyabrın 29-da nazirlikdən Transparency.az-a verilən məlumata görə, qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən seçkidə İctimai Şura 15 vətəndaş cəmiyyəti institutundan formalaşıb.

Şuranın missiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hüquqi aktların qəbulunda və qurumun fəaliyyətində ictimai nəzarətin təşkilidir.

İctimai Şura

shura 1

shura 2

Qazaxıstan prezidenti dünya valyutası yaratmağı təklif edir

29.09.2015

nazarbayev
Qazaxıstan prezidenti Nursultan Nazarbayev BMT Baş Məclisinin 70-ci sessiyasındakı çıxışında dünya valyutası yaratmağı təklif edib, BMT ölkələrini bununla bağlı səylərini birləşdirməyə çağırıb.

Novator.az-ın məlumatına görə, Nazarbayev qeyd edib ki, qlobal böhran şəraitində valyuta ehtiyatlarının dövriyyəsi və emissiyası sahəsində qayda-qanun yaratmaq zəruridir, indiki durum qanunçuluq, demokratiya, effektlilik və beynəlxalq nəzarət  meyarlarına uyğun gəlmir: “21-ci əsrdə dünyaya yeni keyfiyyətli maliyyə alətləri gərəkdir. Dayanıqlı qlobal inkişafın tələblərinə cavab verən dünya valyutasına ehtiyac var, BMT ölkələri belə valyutanın yaranması üçün səylərini birləşdirməlidir”.

8 ayda ixrac 46,69 faiz azalıb

29.09.2015



gomruk-komitesi-1Dövlət Gömrük Komitəsi xarici ticarətlə bağlı 8 aylıq statistika açıqlayıb (8 aylıq statistika). Transparency.az-ın məlumatına görə, statistikanın büdcə daxilolmaları bölümündə gömrük rüsumları üzrə 269 milyon 662,60 min manat yığıldığı bildirilir. Əlavə dəyər vergisi (ƏDV) üzrə 684 milyon 609,13 min manat, aksizlər üzrə 57 milyon 033,25 min manat, yol vergisi üzrə 12 milyon 631,14 min manat yığım olub. Cəmi daxilolmalar 1 milyard 23 milyon 936,12 min manatdır.

8 ayda 144 ölkə ilə ticarət əməliyyatı aparılıb. Xarici ticarətlə məşğul olanların sayı 5611 nəfər olub. Bunun 215-i dövlət sektoruna, 2860-ı özəl sektora aiddir.

Yanvar-avqust aylarında doldurulan 163 min 60 gömrük bəyannaməsinin 136 min 247-si idxal bəyannaməsi, 26 813-ü ixrac bəyannaməsi kimi qeydə alınıb.

8 aylıq ticarət əməliyyatlarının həcmi 14 milyard 82 milyon 176,75 min ABŞ dolları göstərilib və keçən ilin müvafiq dövrünə nisbətən 32,83 faiz azalma qeydə alındığı bildirilir.

2014-cü ilin 8 aylıq göstəriciləri ilə müqayisədə idxal 5,09 faiz artıb, ixrac isə 46,69 faiz azalıb.

Gömrük hüquqpozmaları: təqsirləndirilən şəxslərin sayı 148 nəfər artıb

29.09.2015

Gömrük hüquqpozmalarının statistikası bəlli olub. Rəsmi məlumata görə, bu ilin 8 ayında (yanvar-avqust) gömrük hüquqpozmaları ötən ilin müvafiq dövrünə nisbətən artıb. Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, cinayət xarakterli 397 fakt aşkar edilib. Keçən ilin 8 ayında 261 belə fakt qeydə alınmışdı.

Qaçaqmalçılıq faktları 43 fakt artaraq 209-a çatıb. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar 40 fakt artaraq 150 olub.

Aksiz markası olmadan məhsul idxal etmə halları da artıb. 8 ayda 15 fakt qeydə alınıb. Keçən ilin eyni dövründə 2 belə fakt olmuşdu.

8 ayda gömrük hüquqpozmalarına görə təqsirləndirilən şəxslərin sayı 449 nəfər göstərilir. Bu, ötən ilin 8 ayının göstəricisi ilə müqayisədə 148 nəfər çoxdur.

Rəsmi məlumata əsasən, gömrük ödənişlərindən yayınma halları azalıb. Keçən ilin 8 ayında 5 belə hal qeydə alınmışdı, bu il rəqəm 3-ə düşüb.

İdxal-ixrac göstəriciləri: ötən ilin yanvar-avqust ayları ilə müqayisə

29.09.2015



idxal-ixrac2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 14,082 milyard dollar olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, xarici ticarətin 8,18 milyard dollarını ixrac, 5,89 milyard dollarını idxal formalaşdırıb.

İyul ayı ilə müqayisədə avqustda Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1,3 milyard dollar artıb. Amma ötən ilin yanvar-avqust ayına nisbətən xarici ticarətimin həcmi 6,883 milyard dollar (33%) azalıb.

“Azadlıq” radiosu ixracda əsas mallar üzrə azalmaları belə hesablayıb:

Xam neft – 51,29%

Neft məhsulları – 38,38%

Təbii qaz – 29,17%

Meyvə-tərəvəz – 2,69%

Çay – 43,9%

Bitki və heyvan mənşəli piylər və yağlar – 29,1%

Şəkər – 2,57%

Spirtli və spirtsiz içkilər – 25,37%

Plastmas və onlardan hazırlanan məmulatlar – 21,26%

Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 40,28%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 28,01%.

İxracda əsas mallardan kimya sənayesi məhsulları 53,76 faiz, alüminium və ondan hazırlanan məmulatlar 9,23 faiz artıb.

İdxalda isə artım belə olub:

Meyvə-tərəvəz – 146,4%

Buğda – 34,17%

Əczaçılıq məhsulları – 16,37%

Oduncaq və ondan hazırlanan məmulatlar – 90,07%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 65,14%

Nəqliyyat vasitələri və onların hissələri – 96,60%

Mebel və onun hissələri – 16,55%.

Azərbaycandan ixrac: yaxın-uzaq ölkələr üzrə yeni rəqəmlər

29.09.2015

Transparency.az 2015-ci ilin yanvar-avqust aylarının rəsmi göstəricilərinə (8 aylıq statistika) nəzər salaraq Azərbaycanın bəzi ölkələrə ixracını ötən ilin eyni dövrü ilə müqayisə edib.

8 ayda Müstəqil Dövlətlər Birliyi ölkələrinə ixracda 45,13% azalma olub. Ukraynaya ixrac 64,37%, Rusiyaya 43,63%, Qazaxıstana 59,42% azalıb.

Tacikistana ixracda 187,83%, Türkmənistana 12,69%, Moldovaya 14,74 dəfə artım qeydə alınıb.

Yanvar-avqust aylarında Avropa İttifaqı ölkələrinə ixracda ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 faiz azalma var. Almaniyaya ixrac bir ildə 18,62%, Böyük Britaniyaya 95,83%, Fransaya 48,14%, İtaliyaya 53,94% aşağı düşüb.

Ötən ilin 8 ayı ilə müqayisədə Niderlanda ixrac 495,08%, Maltaya 205,67%, Sloveniyaya 716,34 dəfə, İrlandiyaya 540,70 dəfə artıb.

Digər ölkələrə gəlincə, ABŞ-a ixracda 41,8%, Çinə 1,34%, Gürcüstana 21,89%, İrana 21,33%, İsrailə 41,05%, Türkiyəyə 36,48% faiz azalma var.

Belarusda işsizlərə ildə 12 dollar vergi tətbiq olunacaq

29.09.2015



vergiBelarusda işsiz vətəndaşlardan rüsum alınması planlaşdırılır. Yığımın rəsmən heç yerdə işləməyən, vergi ödəməyən əmək qabiliyyətli vətəndaşlardan alınması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, ödəmə məbləği 20 baza kəmiyyəti (1 baza kəmiyyəti 180 min Belarus rublu və ya təxminən 12 dollardır) təşkil edəcək. İşsizlər bu vergini ildə birdəfəlik ödəməlidirlər. Ödəmədən yayınmaya görə inzibati məsuliyyət nəzərdə tutulacaq.

Sənəddə fəaliyyət qabiliyyətinin olmaması və ya başqa səbəblərdən vergidən azad ediləcək vətəndaşların kateqoriyaları da qeyd olunacaq.

Deputatlığa namizədliyi qeydə alınanların sayı 427 nəfərə çatıb

29.09.2015

mezahir penahovNoyabrın 1-də Milli Məclisə keçiriləcək seçkidə namizədliyi qeydə alınanların sayı 427 nəfərə çatıb (Seçki dairələri üzrə qeydə alınanlar). APA-nın məlumatına görə, bunu sentyabrın 29-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.

MSK sədri qurumun iclasında bildirib ki, namizədliyi qeydə alınanların 165-ni 14 siyasi partiya, 2-ni “Azadlıq-2015” siyasi partiyalar bloku irəli sürüb, 258 nəfərin namizədliyi fərdi qaydada verilib, 2 nəfəri isə təşəbbüs qrupları namizəd göstərib.

Prezident dövlət sirrini mühafizə edən İdarələrarası Komissiyanın tərkibini dəyişdi

30.09.2015



prezident - ferman
Prezident İlham Əliyev sentyabrın 29-da fərman imzalayaraq Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibini dəyişib. Transparency.az bildirir ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın üzvləri bu şəxslərdir:

Eldar Mahmudov, milli təhlükəsizlik naziri

Zakir Həsənov, müdafiə naziri

Fikrət Məmmədov, ədliyyə naziri

Elmar Məmmədyarov, xarici işlər naziri

Şahin Mustafayev, iqtisadiyyat və sənaye naziri

Samir Şərifov, maliyyə naziri

Əli Abbasov, rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov, ekologiya və təbii sərvətlər naziri

Ramil Usubov, daxili işlər naziri

Yavər Camalov, müdafiə sənayesi naziri

Vaqif Axundov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi

Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Rövnəq Abdullayev, Dövlət Neft Şirkətinin prezidenti.

Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya “Dövlət sirri haqqında” qanunun tətbiq edilməsi barədə fərmanla (17 yanvar 1997-ci il) yaradılıb. Komissiya dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsini təmin edən, dövlət  proqramlarının, normativ hüquqi aktlarının və metodik sənədlərinin işlənib hazırlanması və yerinə yetirilməsi naminə dövlət sirrinin  mühafizəsi sahəsində dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır. Qurumun əsas vəzifəsi dövlət sirrinin mühafizəsini təşkil və təmin etməkdən ibarətdir. İdarələrarası Komissiyanın öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların icrası dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və  təşkilatlar, vəzifəli şəxslər üçün məcburidir.

İsa Qəmbərin namizədliyi qeydə alınıb

30.09.2015



isa qember
15 saylı Yasamal Dairə Seçki Komissiyası Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin namizədliyini qeydə alıb. Noyabrın 1-də keçiriləcək parlament seçkisində 15 saylı dairədən Müsavatın namizədi olan İsa Qəmbərin müdafiəsi üçün azı 450 imza toplandığını nəzərə alan seçki komissiyası sentyabrın 29-da belə qərar qəbul edib.

58 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-93-cü illərdə Milli Məclisin sədri olub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib. 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı postunu tutub. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

Sabiq nazir: “Dövlət borcu ətrafında qeyri-real fikirlər cəmiyyəti çaşdırır”

30.09.2015



fikret-yusifov1“Dövlət borcu ətrafında qeyri-real fikirlərin səslənməsi cəmiyyəti çaşdırır, insanlar bu yazıları oxuduqdan sonra əsl həqiqətin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər”. AZƏRTAC-a danışan sabiq maliyyə naziri (1994-1999), iqtisad elmləri doktoru Fikrət Yusifov belə deyib. O vurğulayıb ki, bəzi iqtisadçılar dövlətin bu günə olan 6,5 milyard dollar borcunun üzərinə əsassız olaraq müəssisə və təşkilatların borclarını da gəlib borcun 25 milyard dollar olduğunu iddia edirlər: “Dövlət borcunu bu qayda ilə 4 dəfəyə qədər şişirdən müəlliflər belə təsəvvür yaratmağa çalışırlar ki, guya borclanma təhlükəli həddə çatıb və deməli, həyəcan təbili çalmağın zamanıdır.

Bəziləri isə bugünkü borcun çox az olduğunu qeyd edərək iqtisadiyyatın qeyri-neft sektorunun daha sürətli inkişafı üçün dövlətin təcili surətdə 100 milyard dollar həddində borclanmaya getməsinin zəruriliyini əsaslandırmağa çalışırlar. Hər iki mövqe kökündən səhvdir və əsassızdır.

Əvvəla, dövlət borcu ilə müəssisə borcunu bir-biri ilə qarışdıranlar bilməlidirlər ki, nə nəzəriyyədə, nə də təcrübədə bu iki borcu bir-birinin üzərinə gəlməklə yekun məbləği əhalinin sayına bölüb adambaşına düşən dövlət borcu müəyyən etmək kimi bir qayda yoxdur. Müəssisə borcunu dövlətin borcu kimi qələmə vermək istəyənlər bu borcların dövlət zəmanəti ilə alınmasını əsas kimi göstərə bilməzlər. Onda gərək bütün ölkələrdə müəssisə və təşkilatların dövlət zəmanəti ilə aldığı borclar dövlətlərin borcu kimi qəbul edilsin.

“Dövlət borcu haqqında” qanunun 1-ci maddəsinin 1-ci bəndində aydın şəkildə göstərilir ki, dövlət borcu Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borcdur. Əlbəttə, dövlət zəmanəti ilə alınan borclara görə dövlət məsuliyyət daşıyır. Elə həmin qanuna görə, əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Lakin dövlət zəmanətinin verilməsi üçün qanunla müəyyən edilmiş konkret şərtlər var. Məsələn, əsas borcalan tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakının siyahısını təqdim etməlidir. Dövlət verdiyi zəmanətə görə riskləri də dəqiqliklə hesablayır. Əgər əsas borcalan öhdəliklərini yerinə yetirə bilmirsə, bu halda onun girov kimi qoyduğu əmlakdan və Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün dövlət büdcəsinin tərkibindəki Təminat Fondunun vəsaitlərindən istifadə olunur. Bu fond dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz ödənişlərdən formalaşdırılır. Ödənişin miqdarı isə tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Beləliklə də dövlət verdiyi zəmanəti tamamilə sığortalayır. Odur ki, müəssisə və təşkilatların borcunu dövlət borcu kimi təqdim etmək tamamilə əsassızdır.

Sual oluna bilər ki, Dövlət Neft Şirkətinin (SOCAR) borclarını dövlət borcu hesab etmək olarmı? Əslində bu nümunənin məxsusi özəlliyi var. Belə ki, SOCAR-ın aktivləri onun aldığı borclardan qat-qat çoxdur və bu səbəbdən onların dövlət zəmanəti ilə aldıqları borcları dövlət borcu kimi qiymətləndirmək qətiyyən düzgün deyil. Dövlət müəssisəsi olmasına baxmayaraq bu borca görə məsuliyyəti dövlət deyil, SOCAR özü daşıyır və zəruri hallarda aldığı borcdan dəfələrlə artıq olan aktivləri ilə vəziyyəti tənzimləyə bilər. SOCAR kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxsdir, müstəqil balansa, banklarda, o cümlədən xarici banklarda hesablara malikdir. Şirkətin nizamnaməsində konkret göstərilir ki, dövlət şirkətin öhdəliklərinə görə cavabdeh deyil.

Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adambaşına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 min dollara, Böyük Britaniyada 158 min dollara, Almaniyada 71 min dollara, Fransada 81 min dollara, Rusiyada 4 min 200 dollara, Gürcüstanda 2 min 400 dollara, Ermənistanda isə 2 min 700 dollara bərabərdir.

Bu gün Azərbaycanda borclanmaya dair beynəlxalq standartların tələb etdiyi bütün göstəricilər kifayət qədər yüksəkdir. Bu göstəricilərlə Azərbaycan hökuməti on milyardlarla dollar həcmində kreditlər götürə bilər. Lakin o bunu etmir. Çünki zamanla kredit yükünün altına girmiş və on illərdir ki, bu kredit labirintindən çıxmağı bacarmayanların aqibəti göz qabağındadır”.

Seçicilərlə görüş yerlərinin siyahısı

30.09.2015

sony dsc
Deputatlığa namizədlərin seçicilərlə görüşü üçün şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yerin siyahısı işıq üzü görüb. Naxçıvan Muxtar Respublikası üzrə müəyyən edilmiş açıq və qapalı yerlər isə bölgənin KİV-lərində dərc olunub.

1 noyabr parlament seçkisində təşviqat oktyabrın 9-dan 31-dək aparılacaq.

Siyahı

Qlobal rəqabətlilik indeksi açıqlanıb (Reytinq cədvəli)



30.09.2015

worldDünya İqtisadi Forumu qlobal rəqabətlilik indeksini açıqlayıb (Reytinq cədvəli). Azərbaycan 140 ölkə arasında 40-cı yerdə qərarlaşır. İndeksdə Azərbaycan 2012-ci ildə 144 dövlət arasında 46-cı, 2011-ci ildə 142 ölkə arasında 55-ci yerdə olub. 2014-cü ildə isə Azərbaycan 144 dövlət arasında 38-ci yeri tutub.

Transparency.az xəbər verir ki, qonşu ölkələrdən Türkiyə yeni reytinqdə 51-ci, Gürcüstan 66-cı, İran 74-cü pillədə dayanır.

Keçmiş SSRİ məkanından Estoniya 30-cu, Litva 36-cı, Latviya 44-cü yerdədir.

Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşır.

İlk üçlükdə İsveçrə, Sinqapur və ABŞ yer alır.

Siyahını Afrika ölkələri Mavritaniya, Çad və Qvineya qapadır.

Dünya İqtisadi Forumu hesabatı əsasən iki indikator üzrə hazırlayır: iş adamları arasında 100-dən artıq sualdan ibarət olan sorğu keçirilir və müxtəlif mənbələrə, məsələn, beynəlxalq təşkilatların hesabatlarına istinad edir.

Bölgələrdə bu yay istirahət etmiş turistlərin sayı bəlli olub

30.09.2015

turizmMədəniyyət və Turizm Nazirliyi bu ilin iyunun 1-dən avqustun 31-dək Azərbaycanın regionlarına səfər edən turistlərin sayını açıqlayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, şimal, şimal-qərb, qərb və cənub bölgələrindəki mehmanxana və mehmanxana tipli obyektlərdə istirahət edən turistlərin sayı 608 min 233 nəfər olub. Bunlardan 560 min 688-i yerli turistlər, 47 min 545-i isə xarici turistlərin payına düşür.

Ötən ilin hesabat dövrü ilə müqayisədə turistlərin sayı 8,2 faiz və ya 45 min 984 nəfər çoxalıb.

Aparılan araşdırmalara əsasən, Quba — Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı-İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.

Ekspert dərman idxalında artımın səbəblərini şərh edir

30.09.2015

dermanDövlət Gömrük Komitəsinin açıqladığı son məlumatın (8 aylıq statistika) təhlili göstərir ki, idxalı artan məhsulların siyahısında dava-dərman da var. Bu ilin 8 ayında əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz və ya 25 milyon dollar artıb. Ötən il dərman gətirilməsinə idxalçılar 160 milyon dollar vəsait xərcləmişdi, bu il xərcləmələr 185 milyonu ötüb.

Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan fərdi qaydada gətirilən dərmanlar daxil deyil: “Bunu da nəzərə alsaq, ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar. Azərbaycanda dərmana yüksək tələbat ölkədə apteklərin sayında da özünü göstərir. Yalnız paytaxt Bakıda olan apteklərin sayı Belçika və ya Avstriyada olan apteklərin sayından çoxdur.

İlk baxışda dərman idxalının artımını istehlak olunan dərmanın həcmi və ölkəyə gətirilən dərmanın bahalaşması ilə izah etmək mümkündür. Amma məncə, statistikada artımın əsas səbəbi əczaçılıq məhsullarının idxalında leqallaşma səviyyəsinin yüksəlməsidir”.

Gözlənən pensiya islahatlarının istiqamətləri təqdim olunub

30.09.2015

dsmf sedri
Sentyabrın 30-u Bakıdakı “Hyatt Regency” otelində Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, dövlət orqanlarının və digər qurumların nümayəndələri iştirak ediblər.

DSMF sədri Elman Mehdiyev açılış nitqində deyib ki, sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub: “Bu nailiyyətlərdən birincisi ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib.

Üçüncüsü, mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapıb. Pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı idi. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb ki, bu da beynəlxalq standartlara uyğundur”.

AZƏRTAC xəbər verir ki, Elman Mehdiyev pensiya təminatı sistemində gözlənən islahatların üç başlıca istiqamətindən danışıb: “Bunlardan birincisi pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini nəzərdə tutur və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının gözlənilməsini təmin edən islahat tədbirləri ilə bağlıdır. Hazırda ödənilən cəmi sığorta haqqının yarısının fərdi hesablarda qeydiyyata alınması bu islahat tədbirini yüksək əməkhaqqından sosial sığorta haqları ödəyən şəxslərə münasibətdə daha aktual edir. Qeyd edilən halların aradan qaldırılması məqsədilə pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması kimi məsələlərə baxılması tövsiyə olunur ki, bu sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasına təminat verir.

İslahatların ikinci vacib istiqaməti dövlətin öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Hazırda pensiya sistemində bir sıra ödənişlərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəliklərinin maliyyələşdirilməsinə hər il büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib. Bu tədbirin reallaşdırılması ilə sığorta-pensiya sisteminin əlavə sərbəst vəsaitlərə malik olması və bunun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi hədəflənir.


Download 3,11 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish