Xəbər bülleteni №25



Download 2,04 Mb.
bet6/6
Sana20.04.2017
Hajmi2,04 Mb.
#7176
1   2   3   4   5   6

Müdafiə Nazirliyi – 1 milyard 463 milyon 3 min 900 manat (dəyişməyib)

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti – 108 milyon 894 min 688 manat (Ləğv olunmuş MTN-ə də bu qədər vəsait ayrılmışdı)

Daxili İşlər Nazirliyi – 365 milyon 800 min 969 manat (dəyişməyib)

Ədliyyə Nazirliyi – 24 milyon 624 min 831 manat (24 milyon 999 min 300 manat idi)

Fövqəladə Hallar Nazirliyi – 138 milyon 231 min 983 manat (dəyişməyib)

Baş Prokurorluq – 47 milyon 58 min 609 manat (47 milyon 469 min 996 manat idi)

Konstitusiya Məhkəməsi – 4 milyon 84 min 87 manat (dəyişməyib)

Ali Məhkəmə – 7 milyon 3 min 279 manat (7 milyon 63 min 700 manat idi)

Dövlət Sərhəd Xidməti – 210 milyon 919 min 132 manat (dəyişməyib).

Yeni büdcədə media: MTRŞ-də azalma, AZƏRTAC-da artım var

07.03.2016



media 12016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qüvvəyə minib (Detallar). Transparency.az xəbər verir ki, büdcənin əvvəlki variantında Milli Televiziya və Radio Şurası üçün 803 min 862 manat vəsait nəzərdə tutulmuşdu. Yenilənmiş büdcədə vəsait 793 min 837 manatdır, 10 min 25 manat azalma var.

Radio, televiziya və nəşriyyat işinə dövlət 66 milyon 916 min 442 manat ayırmışdı. Yenilənmiş büdcədə vəsait 67 milyon 618 min 859 manat olub. Bu vəsaitin 7 milyon 785 min 171 manatı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) üçün nəzərdə tutulub. Əvvəlki variant 7 milyon 82 min 754 manat idi. Bu, 702 min 417 manat artım deməkdir.

Yenilənmiş büdcənin 37 milyon 720 min 320 manatı (dəyişməyib) “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 16 milyon 552 min 800 manatı (dəyişməyib) İctimai Televiziya və Radio Yayımları Şirkətinin, 1 milyon 3 min 200 manatı (dəyişməyib) “Azərbaycan” nəşriyyatının (dövlət sifarişlərinin yerinə yetirilməsi üçün), 4 milyon 12 min 800 manatı (dəyişməyib) Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunundur.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinə verilən subsidiya 521 min 664 manat təşkil edir. Əvvəlki büdcədə də bu qədər dəstək nəzərdə tutulmuşdu. Radio və televiziya redaksiyalarının saxlanılması üçün isə 22 min 904 manat ayrılıb (dəyişməyib).

Hərraclarda satılan valyutanın həcmi 1 milyard 700 milyon dolları ötüb

07.03.2016

Martın 7-də Mərkəzi Bank növbəti hərrac təşkil edib. Dövlət Neft Fondu hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Vəsaitdən 28 banka 49,7 milyon ABŞ dolları satılıb.

Transparency.az qeyd edir ki, Dövlət Neft Fondu bu il hərraclarda ümumilikdə 1 milyard 21 milyon 46 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satıb. Hərraclarda üst-üstə 1 milyard 706 milyon 534 min ABŞ dolları alınıb.

Dövlət Statistika Komitəsi qadın hesabatı yayıb

07.03.2016



dsk-yeni 1
Dövlət Statistika Komitəsi martın 8-də qeyd olunan Beynəlxalq Qadınlar Günü ərəfəsində hesabat yayıb. Məlumata görə, 2016-cı ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulmuş 166,2 min körpənin 46,8 faizi qız uşaqlarıdır.

Hesabatda qeyd olunur ki, Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir: “Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 65 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,8 faizi qızlardır.

Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz, sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.

Milli Məclisdə qadın deputatların sayı da artır. 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdi, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16,9 faizə çatıb.

İlk bələdiyyə seçkilərinə (1999-cu il) nisbətən son bələdiyyə seçkilərində (2014-cü il) bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz idi.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. 2008-ci ildə onların sayı 6187 nəfər olub, 2015-ci ildə 8521 nəfərə çatıb”.

Ekoloji pozuntulara dair statistika açıqlanıb

07.03.2016

ekologiya nazirliyi 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericiliyin pozuntusuna dair statistika açıqlayıb. Rəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verdiyi qanun pozuntularına görə 131 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 21 müddətli göstəriş verilib.

Ümumilikdə 21 iş üzrə 25840 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 1226,94 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 627 iş üzrə 82726,5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 26, icra qurumlarına 23, məhkəmələrə isə 6 iş göndərilib.

Uçot dərəcəsinin qalxması nə xeyir gətirə bilər?

07.03.2016



merkezi bank
Azərbaycan Mərkəzi Bankı martın 4-dən ölkədə uçot dərəcəsini 5%-dən 7%-ə qaldırıb. Bu, 2016-cı ildə ikinci artımdır. Fevralın 15-dək uçot dərəcəsi 3% olub, həmin gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 5% səviyyəsində müəyyən etmək qərarı çıxarıb.

APA Analitik Mərkəzindən Vahab Rzayev bu məsələ ilə bağlı təhlilində yazır ki, uçot dərəcəsinin qaldırılması çox zaman ölkədə inflyasiya səviyyəsini aşağı salmağa ehtiyac duyulanda həyata keçirilir: “Uçot dərəcəsinin təsir zəncirinə görə, qaldırılma nəticəsində banklar daha az mərkəzləşdirilmiş kredit alır, ölkədə pul təklifi azalır, bankların təklif etdiyi kreditlər üzrə faizlər qalxır, son kredit alanlar üçün (müəssisələr, fiziki şəxslər və sair) kredit daha baha olur, istehsal və ümumi işgüzar fəallıq müəyyən dərəcədə azalır və bunun nəticəsində iqtisadiyyatda daralma yaranır, bu da inflyasiyanın azalmasına gətirib çıxarır. Göründüyü kimi, məqsədə çatmaq məqsədilə iqtisadiyyat üçün neqativ proseslər yaradılır. Faktiki olaraq uçot dərəcəsinin qaldırılması (və ya pul-kredit siyasətinin sərtləşdirilməsi) iqtisadiyyatın inkişafına dəstək olmur. Əksinə, kəmiyyət baxımından geriləməyə gətirir. Buna görə uçot dərəcəsinin qaldırılması 10 haldan 9-da məcburi addımdır və ölkələr buna çox həvəssiz gedirlər. Və yalnız o zaman bu üsula əl atılır ki, ölkədə inflyasiyanın nəzarətdən çıxması və bunun makroiqtisadi sabitliyi sarsıda biləcəyi ehtimalı var. Belə olan halda hökumətlər iqtisadiyyatın darlaşması, işgüzar fəallığın azaldılması hesabına makroiqtisadi sabitliyi qoruyub saxlayırlar.

Azərbaycanda yanvar ayında illik inflyasiya 13,6% təşkil edib, bu da ölkə iqtisadiyyatının müasir tarixində misli görünməmiş göstəricidir. İnflyasiya ehtimal deyil, artıq faktla mübarizə aparmaq lazımdır və bu baxımından uçot dərəcəsinin qaldırılması tam izah olunandır. Aydındır ki, inflyasiyanın bu dərəcədə yüksək olması dekabrda keçirilmiş devalvasiya ilə bağlıdır, çünki bundan sonra həm idxal olunan, həm də yerli malların qiymətləri kəskin artıb. Hökumətin bütün səylərinə baxmayaraq bu prosesi inzibati yolla dayandırmaq mümkün olmayıb, amma monetar alətlərin tətbiqi bir qədər vaxt tələb edən olsa da, daha effektivdir. Əgər Mərkəzi Bankın hesablamaları və proqnozları inflyasiyanın yüksək qalması ssenarisini və ya hətta onun daha da yüksəlməsi ehtimalını göstərirsə, uçot dərəcəsinin artırılmasının əsl vaxtıdır.

Amma uçot dərəcəsinin təsiri tək bununla kifayətlənmir, onun bir neçə əlavə təsiri var. Birinci təsir valyuta məzənnəsi ilə bağlıdır. İllərlə, ölkələrlə, faktlarla sübut olunmuş və artıq makroiqtisadi aksioma çevrilmiş bir qanunauyğunluq var — uçot dərəcəsinin qaldırılması, pul-kredit siyasətinin sərtləşdirilməsi milli valyutanın möhkəmləndirilməsinə səbəb olur. Azərbaycana bu, çox lazımdır, çünki manat son zamanlar xoşagəlməz tendensiya göstərir. Devalvasiyadan sonrakı dinamika onu göstərir ki, yanvarın 25-26-dək dolların məzənnəsinin daimi artımı müşahidə olunub və nəticədə məzənnə 1,6054 manata çatıb, sonra isə tədricən azalma baş verib. Lakin fevralın sonunda artım yenidən bərpa edilib və cəmi 4 gün ərzində məzənnə devalvasiyadan sonrakı dövrün maksimum göstəricilərinə yaxınlaşıb. Belə olan halda hər hansı bir tədbirin görülməsi zəruridir və uçot dərəcəsi manatın möhkəmlənməsinə xidmət etməlidir. Əlbəttə, bu dərhal baş verməyəcək, amma pul-kredit siyasətini sərtləşdirmə addımlarının ilk real təsirləri, yeni faizlə veriləcək ilk mərkəzləşdirilmiş kreditlərin təsiri manatın məzənnəsini qaldırmalıdır.

Uçot dərəcəsinin başqa bir məqama da təsiri olmalıdır. Söhbət investisiyalardan gedir. Daha bir sınanmış aksiom: uçot dərəcəsinin qaldırılması xarici investisiyaların ölkəyə axının artımına xidmət edir. Burada səbəb-nəticə əlaqəsi çox sadədir. Uçot dərəcəsinin qaldırılması bankların faiz dərəcələrinin qalxmasına gətirib çıxarır, ümumiyyətlə ölkədə bütün faiz dərəcələri qalxır və dolayı yolla investisiyaların gəlirliyini artırır. Ölkəni maliyyə qurumu kimi təsəvvür etsək, pullar (investisiyalar, depozitlər və sair) daha yüksək faizləri təklif edən quruma istiqamətlənəcək. Buna görə xarici investisiyalarda maraqlı olan ölkələr uçot dərəcəsini və bununla bütün maliyyə dərəcələrini “rəqiblərdən” daha yüksək səviyyədə saxlayır.

Neftin kəskin ucuzlaşması, strateji ehtiyatların azalması, büdcənin sekvestr edilməsi məcburiyyəti kimi amillər Azərbaycanı yenidən xarici investisiyalarda maraqlı olmağa məcbur edib. Bahalı neft dövründə ölkənin maliyyə imkanları kəskin artmışdı və bütün layihələrin maliyyələşməsini öz imkanlarımız hesabına reallaşdırmaq mümkün idi. İndi isə vəsaitə qənaət edilir, layihələrin reallaşdırılması, iqtisadiyyatın diversifikasiya edilməsi üçün xarici investorlara ehtiyac yaranır. Ölkə rəhbərliyi bu istiqamətdə bir neçə mühüm qərar qəbul edib. Bu addımların sırasına idxal olunan texnologiya avadanlığının gömrük rüsumlarından və ƏDV-dən azad edilməsi, investisiya təşviqi sənədinə malik olan sahibkarlara vergi güzəştlərinin tətbiqi, gömrük prosedurlarının maksimal sadələşdirilməsi barədə qərarların qəbulunu aid etmək lazımdır.

Azərbaycan ölkədən il ərzində 50 min dollardan artıq pul köçürmə (o cümlədən bank köçürmələri) zamanı artıq olan məbləğdən 20%-lik dövlət büdcəsinə məcburi tutulmanı nəzərdə tutan qanun layihəsinin qəbulundan imtina edib. Göründüyü kimi, xarici investorların Azərbaycana cəlb edilməsi istiqamətində bütün “sərhədlər” üzrə iş aparılır. Bu baxımından uçot dərəcəsinin qaldırılması da öz töhfəsini verməli, ölkənin daha cəlbedici olmasında öz rolunu oynamalıdır”.

Valyuta ehtiyatlarının ərimə dinamikası

07.03.2016

Səkkiz il öncə, 2008-ci il martın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 13,6 milyon dollar olub. Hazırda Mərkəzi Bankın hesabındakı ehtiyat həmin məbləğdən 13 milyon dollar çoxdur.

Mərkəzi Bankın rəsmi hesabatına görə, martın 1-nə valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollardır. Transparency.az bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyard 978,1 milyon dollar azdır. 2015-ci il martın 1-nə ehtiyatların həcmi 11 milyard 4,4 milyon dollar olub.

Dinamikaya nəzər salanda ötən il aprelin 1-nə valyuta ehtiyatlarının 9 milyard 472,1 milyon dollara, mayın 1-nə 8 milyard 387,9 milyon dollara endiyi görünür. Sonrakı aylarda ehtiyatların həcmi belə dəyişib:

1 iyun 2015 – 8 milyard 430,8 milyon dollar

1 iyul 2015 – 8 milyard 520,2 milyon dollar

1 avqust 2015 – 8 milyard 501,5 milyon dollar

1 sentyabr 2015 – 7 milyard 315,4 milyon dollar

1 oktyabr 2015 – 7 milyard 14,7 milyon dollar

1 noyabr 2015 – 6 milyard 834,6 milyon dollar

1 dekabr 2015 – 6 milyard 245,6 milyon dollar

1 yanvar 2016 – 5 milyard 16,7 milyon dollar

1 fevral 2016 – 4 milyard 398,5 milyon dollar.

Son bir il iki ayda Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda 1 ABŞ dollarının rəsmi kursu 1,6105 manatdır. Manatın kursunu sabit saxlamağa bu il Mərkəzi Bank 685 milyon 488 min ABŞ dolları xərcləyib.

Nəzəri baxımdan doğru olan uğursuz qərar

07.03.2016

İqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın uçot dərəcəsi siyasətini şərh edib.

Mərkəzi Bank martın 4-dən ölkədə uçot dərəcəsini 5%-dən 7%-ə qaldırıb. Fevralın 15-dək isə uçot dərəcəsi 3% olub.



rovshen_agayevTransparency.az-ın məlumatına görə, Rövşən Ağayev uçot dərəcəsinin artımını nəzəri baxımdan doğru qərar hesab etdiyini vurğulasa da, bunu uğurlu addım kimi qiymətləndirmir: “Uçot dərəcəsinin qalxması kreditləri bahalaşdıracaq. Nəticədə kommersiya banklarının Mərkəzi Bankın yüksək uçot dərəcəsi ilə təklif etdiyi resurslara, biznesin və ailə təsərrüfatlarının isə kommersiya banklarının əvvəlkindən daha yüksək faizlə təklif etdiyi kreditlərə tələbatı azalacaq. Kreditlərə (həm də real pula) tələbatın azalması pul təklifinin məhdudlaşması deməkdir. Klassik inflyasiya nəzəriyyəsinə görə, pul təklifinin azalması inflyasiyanı azaldır. Nəzəri baxımdan tam doğrudur və tarixin müxtəlif dönəmlərində, fərqli dünya iqtisadi böhranlarında praktik sübutunu tapıb. Azərbaycanın hazırkı iqtisadi reallığında isə uçot dərəcəsinin indiki həddinin hətta 2 dəfə yüksəlməsinin inflyasiyanı cilovlayacağını iddia etmək müzakirə və dartışma tələb edir.

Uçot dərəcəsinin yüksəldilməsi inflyasiyanı o zaman azaldır ki, iqtisadiyyatda monetizasiya səviyyəsi ən azı dünya üzrə orta hesab edilən səviyyəyə yaxın olsun. Monetizasiya pul kütləsinin (M2) ümumi daxili məhsula (ÜDM) nisbətini ifadə edir. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, dünyada orta göstərici 40-50%, yüksək göstərici 50-100%-dir. Ultra yüksək göstəricilər də var: 100-200%. Hazırda Azərbaycanda iqtisadiyyatın monetizasiyası 15% ətafındadır. Birinci devalvasiyadan əvvəl isə 28% olub. Ötən il ərzində Mərkəzi Bank monetizasiya səviyyəsini 2 dəfəyədək azaltdı, amma bu prosesdə uçot siyasəti bir alət kimi heç bir rol oynamadı. Əgər Azərbaycanda pul kütləsinin 2 dəfə azaldığı şəraitdə yüksək inflyasiya baş verirsə, deməli, onun səbəbi monetar deyil, qeyri-monetar amillərdir. Uçot siyasəti isə sırf monetar alətdir. Əgər qeyri-monetar amilləri monetar alətlərlə sıradan çıxarmaq mümkün olacaqsa, bu, iqtisadiyyat elmi üçün yenilik olacaq.



İqtisadiyyatın, xüsusilə real sektorun pula yüksək tələbatı şəraitində uçot siyasəti inflyasiyanı azalda bilir. Pula tələbatı xarakterizə edən ən bariz göstəricilərdən biri pul multiplikatorudur. Pul multiplikatoru manatla geniş pul kütləsinin (M2) nağd pul kütləsinə nisbətini ifadə edir. İqtisadi mənası odur ki, Mərkəzi Bankın dövriyyəyə buraxdığı hər bir manat hesabına iqtisadiyyat əlavə neçə manat pul yarada bilir. Pul multiplikatorunun səviyyəsinin artımında bank sektoru vasitəçidir, əsas mühərrik real sektordur, biznesin potensialıdır. Bir manatı 5 manat əlavə pula çevirmək üçün biznesin kreditlərə ehtiyacı fasiləsiz və dayanıqlı olmalıdır. Azərbaycanda belə iqtisadiyyat mövcud deyil. Sübut isə pul multiplikatorunun hazırkı səviyyəsidir. Ölkədə bu göstəricinin səviyyəsi 1,25, inkişaf etmiş ölkələrdə 5-7, Rusiya və Qazaxıstanda 2,5-3,5 intervalındadır. Hazırda bizim iqtisadiyyatın problemi pula tələbatın həddən artıq yüksək olması deyil ki, sərt uçot siyasəti ilə onu cilovlayaq. Əksinə, tələbat o qədər aşağıdır ki, stimullaşdırılmasa, Azərbaycanda iqtisadi inkişaf mümkün olmayacaq, durğunluq davam edəcək”.

Ekspertin fikrincə, uçot dərəcəsi siyasətinin uğursuz olacağına daha bir səbəb Mərkəzi Bankın kifayət etməyən kredit resurslarıdır: “O ölkələrdə uçot siyasəti pula tələb və təklifə, inflyasiyaya təsir edir ki, mərkəzi bankın kredit resursları ümumi kreditlərin 35%-dən az olmasın. Beynəlxalq Banka ayrılan vəsaitlər nəzərə alınmasa, Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslarının ümumi kreditləşmədə payı 10-15%-dən çox deyil. Aydındır ki, qurum indiki şəraitdə hansısa addım atmalıdır. Amma seçilmiş siyasət aləti qarşıya qoyulan hədəf (inflyasiyanı cilovlamaq) baxımından nəticəyə aparmayacaq”.
Download 2,04 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish