NOQAY TÜRKLƏRİNİN ƏDƏBİYYATI
KEÇMİŞDƏ VƏ İNDİ
Özət:
Son illərdə bir çox noqay araşdırıcıları ədəbiyyat
tarixlərinin Orxon-Yenisey abidələrindən başlandığını yazırlar.
Orta yüzillərdə Noqay dövləti ərazisində yaranmış yazılı və
şifahi ədəbi nümunələrdən söz açsalar da, əsas ağırlığı hələ də
20 yüzildə yaradılmış ədəbi nümunələrə verirlər.
Dastan söyləyənləri jırav, baxşı, mif və əfsanə söyləyənləri
ertegişi, atalar sözü və yanıltmac söyləyənləri şeşen adlandıran
noqaylar qıpçaqların yaratmış olduqları ədəbi əsərlərə yiyə
çıxır, onu özlərininki sayırlar. “Ahmet Adil ulu”, “Yedigey”,
“Koplanlı batır”, “Mamay”, “Şora batır”, “Edil Soltan”, “Kırk
Noqay batırı” noqayların məşhur dastanlarından sayılır. “Yedi-
gey” dastanını milliyyətcə polyak (leh) olan Aleksandr Xodzko
1830-cu ildə Həştərxan noqaylarından olan Ali Şarapovdan
toplayaraq 1842-ci ildə Londonda nəşr etdirmişdir.
Araşdırıcılar noqay folklorunun toplanmasının başlanğıcını
XIX yüzildən hesab edirlər. Xalq şeiri üslubunda yazan Sıbra
noqayların çağdaş yazılı ədəbiyyatının özülünü qoyanlardan
sayılır. Sıbradan sonra XV-XVI yüzillərdə Parızdak Şaban ulu,
Şal Kiyiz Tileniş ulu,
Asan Kaygulu, Domambet Azaylı, Jiren-
şe Şeşen, Kazı Tuan Suyunişin Şaban, və b. şairlər yaşamışlar.
Məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq
Faxreddin Abuşaxman ulu (1808-83), Sadıkbay Alkaydar
(1811-76), Abdulxalıq Abdulraşid ulu (1858-1913), Aslan Şa-
ban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Ajı
Molla Noğman ulu (1884-1930),
Taram Qumuq ulu, Menkili-
şeyh İsmail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poeziya-
nı davam etdirib yırlau (şeir), destan (poema), tolkau (mono-
loq), maktau (oda), munklau (ağı) və başqa janrlarda yaradıcı-
lıqlarını davam etdirən sənətkarlar yeni noqay ədəbiyyatının
formalaşması üçün zəngin bir baza yaratmışlar.
Sovetlər dönəmində isə noqay ədəbiyyatı yeni bir yön almış,
Avropa metodlarını mənimsəmək, yeniləşmək adı altında rus
ədəbiyyatının təqlidinə başlamışdı. Bu, bir tərəfdən ədəbiyya-
tın siyasiləşməsinə, noqayların yazı dilinin qonşu türk
xalq-
larının dilindən uzaqlaşmasına xidmət etmişdirsə, o biri tərəf-
dən də ədəbi dilin inkişafına yardımçı olmuşdur. Ədəbiyyata
yeni gələn Basir Abdullin (1892-1937), Musa Kurmanaliyev
(1894-1972), və Zeit Kaybaliyev (1898-1979) kimi gənclər
sinfı mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poezi-
yanı yeniləşdirməyə çalışmışlar. Absulxamit Canıbekov (1879-
1955) da onlarla ayaqlaşmağa çalışırdı. Asan(Xasan) Bulatıkov
(1907-37) 1936-cı ildə yazdığı “Fatimat” pyesləri ilə noqay
ədəbiyyatında dramçılığın əsasını qoymuşdur. Bununla yanaşı,
Basir Abdullin 1932-ci ildə yazdığı “Düşmən yenildi”, “Bat-
rak”, 1934-cü ildə yazdığı “Əməyin yendiyi zaman” əsərləri ilə
noqay nəsrini formalaşdırmışdır. Abdulrehman Ömərov (Uma-
rov) (1867-1933) ədəbi mühiti yönləndirməkdə böyük
rol oy
namışdır.
Noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Mux-
tar Vilayətində və Dağıstan Muxtar Respublikasında fəaliyyətə
başlamışdır. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74),
Salexjan Zalyand (1924-73), Söyün Kapayev (1927-2001),
Maqomet Kirimov (1927), Canbolad Türkmenov (1935), As-
kerbiy Kireyev (1938), Qamzat Acıgeldiyev (1939-66), Gülca-
mal Mirzayeva (1940), Keldixan Kumratova (1944-2003), Da-
ğıstanda isə Musa Kurmanaliyev (1894-1972), Zeit Kaybalıyev
(1898-1979), Kuruptursun Orazbayev (1924-90), Anvarbek
Kultayev (1941), Kadriya Temurbulatova (1948-78) və b. ya-
zıçı və şairlər yetişmişlər.
1970-90-cı illərin poeziyasının nümayəndələri olan Kara-
çay-Çərkəz xalq şairi Keldixan Kumratovanın, Nəsimi müka-
fatı laureatı Murat Avezov (1951), Kadriya Temirbulatova, As-
karbiy Kireyev, Muharbiy Aubekigyev, Yelena Bulatıkova
(1937), Ajdat Naymanov (1942), Farida Sidahmetova (1966),
Salimat Maylibayeva,
Maqamatali Asanov, Maqamat Kosayev,
Argrntin Ayıbov, Srajdin Batırov (1951-92) və b. əsərlərində
tarixi mövzulara daha duyarlı yanaşmış, epik və lirik dastan
janrını mükəmməlləşdirmiş, ədəbiyyatı şüarçılıqdan və ideolo-
giyanın əsarətindən çıxarmağa çalışmışlar. Noqay poeziyasında
ənənəvi janrların və klassik poeziyadan gələn bədii ifadə
vasitələrinin yenidən canlandırılmasını davam etdirmişlər.
Bekbiyke Kuluncaxova (1946), Valeri Kazakov (1948), İsa
Kapayevi (1949) və b. ədəbiyyatı Kommunist partiyasının təb-
liğat vasitəsindən, şüarçılıqdan uzaqlaşdıraraq insanın
daxili
aləmini işıqlandıran sənətə çevirməyə çalışmışlar.
Do'stlaringiz bilan baham: