Cədvəl 1
Kolorado böcəyinin birinci nəslinin inkişaf mərhələsinin temperaturdan asılılığı
S.s.
|
Zərərvericinin inkişaf mərhələsi
|
Mərhələnin başlanğıcı üçün orta gündəlik temperatur, 0C
|
Mərhələnin inkişaf müddəti, gün
|
Səmərəli temperaturlar cəmi, 0C
|
1
|
2
|
3
|
4
|
5
|
1.
|
Böcəklərin qışlamadan çıxması
|
11,5
|
─
|
─
|
2.
|
Cütləşmə
|
12
|
3-5
|
1,5-2,5
|
3.
|
Yumurta qoyuluşu
|
16,6
|
5-6
|
25,5-30,6
|
4.
|
Sürfə çıxışı
|
20,8
|
6-7
|
55,8-65,1
|
5.
|
Sürfələrin II yaşa keçməsi
|
22
|
6-7
|
63-73,5
|
6.
|
Sürfələrin III yaşa keçməsi
|
22,8
|
5-6
|
56,5-67,8
|
7.
|
Sürfələrin IV yaşa keçməsi
|
24
|
5-6
|
62,5-75
|
1
|
2
|
3
|
4
|
5
|
8.
|
Puplaşma
|
25,5
|
8-10
|
112-140
|
9.
|
I nəsil böcəkləri
|
27,3
|
26-30
|
395-474
|
10
|
I nəslin inkişafı üçün səmərəli temperaturlar cəmi
|
─
|
─
|
711,8-928,5
|
Göründüyü kimi, birinci nəsildə səmərəli temperaturlar cəmi 711,8-928,50C təşkil etmişdir. Ikinci nəsildə bu göstərici 741,8-9580C arasında dəyişir. Üçüncü nəsilin inkişafı üçün səmərəli temperaturlar cəmi 771,8-9880C-dir. Ədəbiyyat məlumatlarına görə yeni nəsil böcəklərinin qidalanaraq cinsi yetişkənliyə çatması üçün orta hesabla 300C səmərəli temperaturlar cəmi lazımdır.
Kolorado böcəyinin geniş yayıldığı və mənfi təsərrüfat əhəmiyyəti kəsb etdiyini nəzərə alaraq ona qarşı aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin işlənib hazırlanması məqsədəuyğundur. Bu məqsədlə kartof sahələrində aqrotexniki tədbirlərə xüsusi fikir verilməlidir. Belə ki, kartof bitkisi eyni sahədə bir neçə il monokultura kimi becərildikdə məhsuldarlığı kəskin azalmaqla yanaşı zərərvericilərin populyasiya sıxlığının çoxsaylı olmasına zəmin yaranır. Ona görə də kartof əkiləcək sahənin hər il dəyişdirilməsi və sələf bitkilərdən (bostan bitkiləri, qarğıdalı, şəkər çuğunduru, payızlıq dənli bitkilər, xiyar, soğan, dənli paxlalı bitkilər və s.) istifadə olunması zəruridir. Bu arqotexniki tədbir torpağın münbitliyini artırmaqla yanaşı zərərvericilərin populyasiya sıxlığının azalmasına şərait yaradır.
Zərərvericinin qış ehtiyatını məhv etmək üçün kartof əkiləcək sahələr payızda bitki qalıqlarından təmizlənərək, 28-32 sm dərinlikdə kotancıqlı kotanla şumlanmalıdır. Erkən yazda həmin sahə əkin qabağı yenidən (ikiləmə şumu) 20-25 sm dərinlikdə şumlanmalıdır
Üzvi gübrələrin (peyin, kompost və s.) sələf bitkilərin altına verilməsi məqsədəuyğundur.
Şaxtalı keçən hava şəraitində şumlanmış sahənin suvarılması (don suyu) zərərvericilərin qış ehtiyatını azaldır. Sahənin kənarı boyunca küləyin qarşısını kəsmək üçün hündür gövdəli birillik bitkilər (qarğıdalı və s.) əkilməlidir. Mövsüm ərzində 2-3 dəfə dibdoldurma əməliyyatı aparılmalıdır. Toksiki təsirə malik pestisidlərin geniş tətbiqi ekoloji tarazlığın pozulması ilə yanaşı, həm də aqrosenozda yayılmış xeyirli faunanın məhv olmasına səbəb olur. Ona görə də kartof əkinlərində kolorado böcəyinə qarşı mikrobioloji preparatlardan (Boverin-1,0 %; BTB-0,8-1,0 %) istifadə olunmalıdır.
Kolorado böcəyinə qarşı kimyəvi mübarizə vaxtını düzgün müəyyən etmək üçün zərərvericinin iqtisadi-ziyanlı həddi dəqiqləşdirilməlidir. Zərərvericinin birinci nəslinin inkişafı dövründə yüz bitki üzərində orta hesabla 8-10 ədəd yetkin fərd, 10-15 ədəd kiçik yaşlı sürfə olduqda kimyəvi mübarizə aparmaq lazımdır.
Ikinci və üçüncü nəsillərin inkişafı zamanı yüz bitkidə orta hesabla 12-15 ədəd yetkin fərd, 15-18 ədəd sürfə aşkar edildikdə kimyəvi mübarizə tövsiyə edilir.
Kimyəvi mübarizə məqsədi ilə Buldok (0,3 l/ha), Konfidor(0,5 l/ha), Fastak (0,2 l/ha) və s. inseksidlərdən istifadə oluna bilər. Mövsümün əvvəlində işçi məhlulun hektara məsarif norması 400 litr, vegetasiya ərzində isə 600 litr sərf edilməlidir. Kimyəvi mübarizələr məhsul yığımına 25-30 gün qalmış dayandırılmalıdır.
ƏDƏBİYYAT
1.Ефимов А.А , Яковлев Б.В. Колорадский картофельный жук. M.: Молодая гвардия, 1950. с. 45
2. Ушатинская Р.С. и др. Колорадский картофельный жук. М.: Наука, 1981, с. 375.
3. Əliyev Ş.A. Tərəvəzçilik. Bakı, BDU nəşriyyatı, 1997. s. 305.
4. Məmmədova S.R., Xəlilov B.B. Kənd təsərrüfatı entomologiyası. Bakı: Maarif, 1986. s. 370.
5. Бей-Биенко Г.Я.Общая энтомология. M.: Высшая школа, 1966. с.495.
6. Брянцев Б.А. Сельскохозяйственная энтомология. Л.: Колос, 1973. с. 335.
7. Яковлев Б.В. Общая энтомология. М.: Высшая шкала, 1974. с. 271.
8. Осмоловский Г.Е., Бондаренко Н.В. Энтомология. Л.: Колос, 1980, с. 358.
9. Бордукова М. Болезни и вредители картофеля. Московский рабочий. 1950, с. 130
10.Дроздов Л.С., Марковец А.Ф., Пилько М.М. Колорадский жук и меры борьбы с ним. Государственное издательство БССР. Минск, 1960, с. 66
11. Батиашвили И.Д. и др. Определитель насекомых по повреждениям культурных растений. Сельхозгиз. 1960, с.607.
12. Майсурян Н.А. и др. Растениеводство. M.: Колос, Москва. 1965. с.471.
13. Чеснова Л.В. Основные этапы развития экологии насекомых в СССР. М.: Наука, 1988, с. 175.
УДК 68.37
Колорадский картофельный жук и меры борьбы против него
Академик Мамедова С.Р.
Кандидат биологических наук Гусейнов К.Г.
РЕЗЮМЕ
Картофель занимает ведущее место среди сельскохозяйственных культур, выращиваемых в условиях Азербайджана. Вредные организмы наносят огромный ущерб урожаю картофеля. В некоторые годы потери урожая составляют 40-45 процентов.
Один из главнейших вредителей картофеля является колорадский картофельный жук. В годы исследования изучены биоэкологические особенности, жизненный цикл развития и разработаны агротехнические, биологические и химические меры борьбы против колорадского жука.
Colorado beetle and pest of control
Academician S.R. Mamedova
Candidate of biological sciences K.Q.Huseynov
SUMMARY
Potato occupies the largest place among agricultural crops in the Azerbaijan. Harmful insects have an injurious effect on crops. The damage of vermins make up 40-50% in some years. Colorado beetle is one of the main pest of the potato. It is studied bioecological peculiarity, life cycle and elaborate agrotechnical, biological and chemical pest control against Colorado beetle.
UOT 68.37
ŞƏKƏR ÇUĞUNDURUNUN ZƏRƏRVERİCİLƏRİ VƏ ONLARA QARŞI MÜBARİZƏ
Akademik B.B. Xəlilov
Magistr C.E. İbrahimov
Azərbaycan Dövlət Aqrar Universteti
Şəkər çuğunduru (Beta vulgaris h. v. Sacchari) insanların şəkər və şəkər tozu ilə təmin edilməsində ən qiymətli ərzaq bitkisidir. Bu bitki Azərbaycanda yeganə şəkər istehsalı mənbəyidir. Şəkər çuğundurunun meyvəköklərinin emalından sonra alınan cecə və onun yerüstü hissəsi (gövdə, yarpaq) heyvandalıq üçün əvəzsizdir.
Şəkər çuğunduru Beta vulgaris L. Tərəçiçəklilər fəsiləsinə aid ikiillik bitkidir. Birinci il rozet yarpaqları və kökmeyvələri, ikinci il gövdə, çiçək və toxum əmələ gətirir.
Şəkər çuğunduru yarpaqlarının lətinin zərif, şirəli olması, kökümeyvənin isə hədsiz qidalı olması, onun zərərvericilər tərəfindən yeyilməsinə səbəb olur ki, bu da məhsuldarlığın azalması ilə nəticələnir. Ölkəmizdə şəkər çuğunduru sahələrində əsasən çuğundur adi uzunburnu (Bathyntderes punctiventris Germ), çuğundur mənənəsi (Aphis tabae Scop), çuğundur bağacığı (Polumerus cognatus Fieb), çuğundur milçəyi (Pogemyia betae Crt), qara çuğundur uzunburnu (Psalidium maxillosum F.) müşahidə olunur.
Aparılmış müşahidə-hesabat işləri zamanı müəyyən edilmişdir ki, şəkər çuğunduru əkinlərində ən çox ziyanı böcəklər (Coleoptera) dəstəsinin yarpaqyeyənlər (Cheysomelidae) fəsiləsinə mənsub olan zərərvericilər, xüsusən birəciklər təşkil edir. Kənd təsərrüfatı bitkilərinə 150-dən artıq birəcik ziyan vurur (Paliy V.F., 1959). Bunlardan şəkər çuğunduru əkinlərində adi çuğundur birəciyi (Chaetocnema concinna Marst), cənub çuğundur birəciyi (Chaetocnema Breviuscula Fald), taxıl xətli birəciyi (Phyllotreta vittula Redt), kök birəciyi (Psylliodes cuprteata Duft), kətan birəciyi (Aphthona euphorbiae Schrnk) daha zərərlidir.
Birəciklər əsasən günəşli, quraq keçən hava şəraitində daha çox şəkər çuğunduru yarpağının zərif və şirəli üst hissəsini yeyir, alt epidermis təbəqəsinə toxunmur. Belə zədələnmiş yerlərdə sonralar epidermis qatı quruyur, tökülür və külli miqdarda deşiklər əmələ gəlir ki, bu da assimilyasiya səthinin azalmasına səbəb olur. Zədələnmələr əsasən ilk cücərtilərin əmələ gəlməsindən 2-3 cüt həqiqi yarpaqlar əmələ gələnədək intensiv şəkildə müşahidə edilir. Boy nöqtəsi zədələnən bitkilər əksər hallarda quruyaraq sıradan çıxır.
Palii V.F. göstərir ki, Ukranyada şəkər çuğunduru bitkisinin ən təhlükəli zərərvericisi çuğundur birəcikləridir. Zərərvericinin təsirindən hər il 30-40 % məhsul itirilir. Müəllif daha sonra qeyd edir ki, bitki 3-4 yarpaq fazasında olduqda birəciklər onun bütün yerüstü hissəsini yeyərək məhv edir.
İbrayev A.P. qeyd edir ki, Qazaxstanda şəkər çuğunduru bitkisi adi çuğundur birəciyi tərəfindən zədələnir və hər il 40-50 % məhsul itirilir.
Birəciklərin bədənləri tutqun rəngli metal parlaqlığa malikdir. Uzunluqları 1,5-2,5 mm-ə qədərdir. Bitki qalıqları altında qışı keçirən böcəklər aprel ayının sonundan havanın gündəlik temperaturu 18-200C-yə çatdıqda uçmağa başlayır. İlk vaxtlar unlucalar, quşüzümü və digər erkən inkişafa başlayan zərif, şirəli yarpaqları olan alaq otları ilə qıdalanır, şəkər çuğundurunun ilk cücərtiləri əmələ gəldikdən sonra birəciklər körpə cücərtilərlə qidalanır.
May ayının ortalarından bitki kökləri yaxınlığında yumurta qoyurlar. İyun ayının birinci yarısında yumurtalardan çıxan sürfələr bitkinin kökləri ilə qidalanır. Iyun ayının sonunda sürfələr inkişafını başa vurduqdan sonra torpaqda pup halına keçir. Yayın ortalarında puplardan yetkin böcəklər uçmağa başlayır. Birəciklər bir tam nəsil verir və yetkin halda qışlamaya gedir.
Çuğundur birəciyinə qarşı aqrotexniki və kimyəvi mübarizə üsullarından istifadə edilməlidir.
Aqrotexniki mübarizə: 1. Şəkər çuğunduru əkiləcək sahələrdə 28-32 sm dərinlikdə əsas şumun aparılması. Havalar soyuduqda əkin sahəsinə don suyunun verilməsi.
2. Növbəli əkin sisteminin tətbiq edilməsi üçün kənd təsərrüfatı bitkilərinin seçilməsi. Bu zaman elə bitkilər seçmək lazımdır ki, onların zərərverici, xəstəlik və alaq otları şəkər çuğunduru aqrosenozu ilə eynilik təşkil etməsin. Digər tərəfdən növbəli əkində kənd təsərrüfatı bitkilərinin qida elementlərinə təlabatı müxtəlif olmalıdır.
3. Zərərvericiyə qarşı davamlı sortların seçilməsi
4. Optimal səpin müddətinə riayət edilməsi.
Kimyəvi mübarizə: Zərərvericinin sayı iqtisadi-ziyanlı həddə (2-4 ədəd yetkin fərd/10 çalım) çatdıqda ətraf mühit üçün təhlükəsiz olan selektiv pestisidlərdən- Fastak (0,3 l/ha), Konfidor (0,2 l/ha), Lebaysid (1,0 l/ha), Omayt (1,0 l/ha) istifadə edilməlidir.
ƏDƏBİYYAT
-
Məmmədova S.R., Xəlilov B.B. Kənd təsərrüfatı entomologiyası. Bakı: Maarif, 1986, s. 370.
-
Cəfərov M.İ., Quliyev R.M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı: Maarif, 2000, c.363.
-
Cabbarov S.F. Azərbaycan respublikası şəraitində şəkər çuğundurunda qarabaşaq birəciyinin (Chaetocnema concinna Marsch) yayılması, inkişafı və mübarizə tədbiri. Azərbaycan Respublikası kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarından mühafizənin aktual məsələləri. AzETBMİ XIII tematik məcmuəsi.Gəncə, Araz nəşriyyatı 2004, s. 39-46.
-
Əliyev Ş.A. Tərəvəzçilik. Bakı,1988, (I hissə), s. 48-49.
-
Əliyev Ş.A. Tərəvəzçilik. Bakı 1997, (II hissə), s. 305.
-
Палии В.Ф. Свекловичные блошки как основной вредитель сахарной свеклы и их экология. / 2 эколог. конф. тезисы. докл. ч. 3. Киев, 1951.
-
Ибраев А.И. Вредителях сахарной свеклы. // “Защита растений”, 1967, № 5, с. 44.
УДК 68.37
Вредители сахарной свеклы и меры борьбы против них
Академик Б.Б.Халилов
Магистр Д.Э.Ибрагимов
РЕЗЮМЕ
Выявлен видовой состав вредителей посевов сахарной свеклы. Стало известно что, обыкновенная свекловичная блошка является основным вредителем посевов. Онa имеет отрицательное хозяйственное значение в нашем регионе. В стационарном участке изучены биоэкологические особенности и разработаны агротехнические и химические меры борьбы.
Pests of Beta vulgaris L. and pest of control against them.
Academician B.B.Hkalilov
Master G.E.Ibrahimov
SUMMARY
Bring to light precise species of Beta vulgaris L. making more main vermin on the sowing area. Chaetocnema concinna Marst is main pest, which have an injurious effect on sowing area. It is studiey bioecological peculiarity and elaborate agrotechnical and chemical pest control aganist Chaetocnema concinna Marst.
UOT 581.167:575.1
NÖVÜN SİNTEZİ VƏ RESİNTEZİ, ONDAN SELEKSİYADA İSTİFADƏ EDİLMƏSİ
Kənd təsərrüfatı elmləri namizədləri: T.M.Abbasova,
E.Z.Baxşəlizadə,
labarantlar: A.V.Quliyeva,
P.Ə.Tanrıverdiyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
Müxtəlif növ və cins bitkiləri qovuşdurma yolu ilə və poliploidiyadan istifadə edərək təbiətdə mövcud olmayan yeni bitki formaları (Tritikale Raphanobrassika, 56 xromosomlu konstant aralıq BQH və buğda amfidiploidləri) almaq mümkündür. Adi təbii növlərdən fərqli olaraq bunlar təbii seçmədən keçməmiş olur və müəyyən arealı tutmur, lakin uzunmüddətli təbii və süni seçmə prosesində və hibridləşmədə yeni növlərin başlanğıcını verə bilərlər.
Uzaq hibridləşdirməni poliploidiya ilə əlaqəli istifadə etdikdə nəinki yeni növləri sintez etmək, həm də mövcud olan bitki növlərini süni almaq olar. Mövcud məlum formaların genlərinin rekombinasiyası əsasında mövcud növlərin təcrübəvi yolla bərpa edilməsi növün resintezi adlanır. Növün resintezinə görə iş prosesində növ sisteminin təkamül getmə ehtimalı yolları bərpa olunur və onda uzaq hibridləşmənin əhəmiyyəti müəyyənləşdirilir [1].
Növün resintez imkanına malik olması ilk dəfə 30-cu illərin əvvəlində İsveçrə genetiki A.Myuntsinq tərəfindən sübut olunub. Ona həftəbecər (Galeopsis) olan bir növün əmələ gəlmə prosesini eksperimental yolla bərpa etmək müyəssər oldu. Bu cinsə mənsub olan bir neçə növ məlumdur və onlardan Galeopsis tetrahit (2n=32), G. Specipsa (2n=16), G.pubescens (2n=16) göstərmək olar. Myuntsinq G.specipsa ilə G.pubescensi qovuşdurur. Lakin bunların F1 hibridləri tam törədicilik qabiliyyətinə malik olmur. F2-də yalnız bir bitki triploid (2n=24) olur. Bu bitkini təkrarən G.pubescensin tozcuğu ilə tozlayırlar. Alınmış toxumlar normal törətmək qabiliyyətinə malik olan bitkilər verir, G.tetrahitə çox oxşar olub, onunla eyni sayda xromosoma malikdir. Təbii G.tetrahit ilə çox asan qovuşur ki, bu, süni allopoliploid G.pseudotetrahit adlandırılır.
1928-ci ildə D.Klausen belə bir mülahizə söyləyir ki, guya tütün Nikotiana tabakum (2n=48) ikiqat növün - N.silvestris (2n=24) və N.tomentoza (2n=24) qovuşması və sonra onların xromosomlarının ikiqat artmasından əmələ gəlib. 30-cu illərdə D.Kostov bu fərziyyəni resitenz edərək sübut etdi. N.silvestris x N.tomentoza qovuşmasının hibridini ana formanın N.silvestris tozcuğu ilə tozlayır. Bu qovuşmada triploid bitkilərə (3n=36) təsadüf olunur. N.silvestrisin tozcuğu ilə tozlandıqdan sonra fenotipə görə N.tabacum oxşar və eyni ilə həmin miqdarda xromosomu (2n=48) olan konstant allopoliploidlər alınır. N.tabacum resintezi sxematiki olaraq belə yazıla bilər: N.silvestris (2n=24) x N.tomentoza (2n=24) x N.silvestris (2n=24) x N.tomentoza - N.tabacum.
Mədəni gavalının Prinum mənşəyi uzun müddət meyvəçilər üçün gizli qalırdı. Bu növün yabanı əcdadının uzunmüddətli axtarışı nəticəsiz oldu. V.A.Rıbin, eləcə də M.Kren və U.Lourens sübut etdilər ki, mədəni gavalı göyəmlə alçanın qovuşmasından alınan hibridin xromosomlarının sayının ikiqat çoxalması sayəsində yaranıb və onun yabanı əcdadı mövcud olmamışdır. V.A.Rıbin göyəmi P.spinosa (2n=32) alça P.divaricata (2n=16) ilə qovuşduran zaman fenotipə görə mədəni gavalıdan fərqlənməyən bir ədəd konstant normal bitki alır. Sitoloji təhlil göstərdi ki, bu hibrid gavalıda olduğu kimi (2n=48) eyni sayda xromosoma malikdir. Deməli, mədəni gavalı göyəm ilə alçanın qovuşmasından xromosom sayının artması (2 qat) ilə əmələ gələn təbii amopoliploiddir.
Sitoloji tədqiqatlar əsasında uzunlifli yeni pambıq növlərinin mənşəyinin meydana gəlməsi haqqında olan nəzəriyyə Asiya və yabanı Amerika növləri arasında amfidiploid olan üç cinsli qovuşma yolu ilə təcrübədə təsdiq olundu. G.barbadeuse (2n=52) ilə G.hhuroberi (2n=26) və hibrid F1 ilə (2n=39) G.arboreum (2n=26) qovuşdurmaqla üç genomlu, morfoloji cəhətcə G.barbadense ilə oxşar və onunla eyni saylı xromosomu (2n=52) olan hibrid alınır [2].
Son illər dünyanın əsas dənli bitkilərindən olan yumşaq buğdanın Tr. aestivumun mənşəyi müəyyənləşdirilmişdir. Nə əmələ gəlmə mənşəyinin mərkəzində, nə də arxeoloji qazıntılarda bu növə təsadüf edilmədiyi üçün yumşaq buğdanın hibrid mənşəli olması haqqında olan anlayış təsdiq olundu. Bu buğda heksaploid (2n=42) olub, genom tərkibini AABBDD düsturu ilə göstərmək qəbul olunmuşdur. Onun A və B xromosom yığımı 28 xromosomlu buğda formalarının (AABB) tetroploid növlərinin A və B genomuna uyğun gəlir. Q.Kixara və E.Girs müəyyən etdilər ki, A genomu yabanı təkdənli T.boeticum (2n=14), B genomu isə T.Aegilopus speltoides (2n=14) əmələ gətirir. Egilopusun bu növü təxminən kiçik Asiyada həmin arealı tutub, tək dənli ilə birlikdə bitir və onunla qovuşur. Bu cür tetroploid formalar, sonra isə yeni buğda formaları meydana çıxmışdır. Deməli, tetroploid buğdaların yaranmasında bu növlərin hər biri bir genom daxil edib [3].
D genomunun mənşəyi uzun müddət məlum olmayaraq qalırdı. Kixara uzunmüddətli tədqiqatlar nəticəsində müəyyənləşdirdi ki, yumşaq buğdanın D genomu Aegilopus squarrosa məxsusdur. Onunla yabanı tetroploid buğdanın T.dikokkoides növü qovuşması yolu ilə və sonra xromosom sayının iki qat artırılması sayəsində Sirs 42-xromosomlu formanı alır. Bu sintetik buğda T.aestivuma çox oxşar oldu. O Spelta yarımnövünə aid olub (2n=42), təbii polba və yumşaq buğdanın adi sortları ilə asanlıqla qovuşur; yüksək məhsuldar hibridlər alınır: onlarda meyoz düzgün gedir. Beləliklə, D genomunun A.squarrosadan əmələ gəldiyi təsəvvür təcrübəvi olaraq sübut edildi. Deməli yumşaq buğda - allopoliploiddir, onun meydana çıxması poliploidiya ilə əlaqədar olan üç növ dənli bitkinin hibridləşməsi ilə əlaqədardır [4].
Toxum zülalının elektroforetik spektrinin öyrənilməsinin müasir üsulları və xromosomun G cızması yumşaq buğdanın A və D genomunun müvafiq olaraq T.boeticum və A.squarossa növlərinə mənsub olduğu təsdiq olundu. Eyni zamanda B genomuna görə donor olan T.speltoides heksaploid buğda forması təsdiq olunmadı. Belə hesab olunur ki, heksoploid buğda formasının B donor genomu ya məhv olub, ya da uzun müddət yumşaq poliploid buğda tərkibində xeyli struktur dəyişməsinə məruz qalıbdır.
Yumşaq buğdaların resintezi nəinki yalnız nəzəri əhəmiyyətə, eyni zamanda böyük təcrübi əhəmiyyətə malikdir. Təbiətdə olan yumşaq buğdadan yaxşı, sintetik yeni buğda yaradılması bir məsələ kimi qarşıya qoyulur. Bu məqsədlə yumşaq buğdaya pas və unlu şeh xəstəlikləri ilə sirayətlənməyən, yüksək soyuğa davamlılığı ilə fərqlənən A.squarrosa genomunu daxil etmək üçün təcrübə işləri başlanıb. Bu istiqamətdə Yaponiya, Kanada, İngiltərə, ABŞ və Hindistanın genetika və seleksiya müəssisələrində işlər aparılır. Bu hadisə seleksionerlərin də diqqətini özünə cəlb etmişdir. Hal-hazırda bu üsullarla poliploidiyanın müxtəlif formalarından istifadə etməklə yeni bitki növləri əldə etmək mümkündür [5].
ƏDƏBİYYAT
-
Жуковски Г.М. Културые растения и.их. сородочи, Л.: Колос, 1971. 709 c.
-
Гуляев Т.В., Дубинин А.П. Селекцие и семеноводство полевых кулътур с основами генетики. М.: Колос, 1980, c. 91...93.
-
Гуляев Т.В. Генетика. М.: Колос, 1977, c. 278...355.
-
Гершензон С.М. – Основы современной генетики. Киев: Наукуво дутка, 1983, 278 с.
-
Axundov M.A., İsmayılov A.S. Genetika. Bakı: Maarif, 1981, 291 s.
УДК 581.167:575.1
Ресинтез и синтез вида и её использование в селекции
K.c.-х.н.: Т.М.Аббасова, Е.З.Бахшелизаде,
лоб.: А.В. Гулиева,Ф.A.Танрывердийева
РЕЗЮМЕ
Сравнительные цитологические исследования приводят к выводу о том что полипоидия несотленио играла сушественную роль в видообразоварии у растении в особенности покрытосемянных. Полиплоидия играла значителную ролъ в оброзовании видов растений. Анологичным способов в разных лабороториях были ресинтезированны и другие существуюущие виды растений. Например, слива (2n=48) была получена удвоением хромосом и гибрида терна (2n=32), также были эксперименталъно воссозданы лук, виды пщеницы, табака, хлопчатника.
Do'stlaringiz bilan baham: |