Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş



Download 60,5 Kb.
Sana10.04.2017
Hajmi60,5 Kb.
#6448
Ümummilli Liderimiz Heydər Əliyevin anadan

olmasının 87-ci ildönümünə həsr olunmuş
HÜQUQ ELMİNİN MÜASİR PROBLEMLƏRİ

II Beynəlxalq elmi praktiki Konfrans

Məlumat

“HEMP” II II Beynəlxalq elmi praktiki Konfrans 29-30 Aprel 2011-ci ildə Bakı şəhərində Qafqaz Universiteti və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə keçirilmişdir.

Konfransa təşkilati dəstək Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Türkiyə Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Türkiyə Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Türkiyə Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ombudsmanlığı, Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikası Ombudsmanlığı, Azərbaycan Respublikası Prokurorluğu, Türkiyə Respublikasının Səfirliyi və digər təşkilatlar tərəfindən, sponsor dəstəyi isə TİKA, Başak - İnam ASC, Qarant Sığorta ASC tərəfindən verilmişdir.

Hüququn inkişafına və beynəlxalq standartlara uyğunlaşdırılmasında qarşılıqlı əməkdaşlıq və əlaqəli fəaliyyətin təmin edilməsinə dair, Hüquq elminin müasir problemləri mövzusunda təşkil edilmiş II Beynəlxalq Konfransda hüququn bütün sahələri üzrə mövcud qanunvericiliyin vəziyyəti hərtərəfli araşdırılaraq təhlil edildi. Aparılan təhlillər konfrans iştirakçısı olan dövlətlərdə hüquq elminin hazırkı durumu, elmi tədqiqat işlərinin vəziyyəti, çatışmazlıqlar və qarşıda duran vəzifələr barədə aydın təsəvvür formalaşdı. İstər plenar iclaslarda, istər ayrı – ayrı bölmələrdə dinlənilən məruzələr, çıxışlar və müzakirələr regionlarda hüquq elminin müasir problemlərinin dairəsi və xarakterini müəyyən etməyə kömək etmişdir.

Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran, Kipr və digər ölkələrdən olan hüquqşünas alimlər, praktiki məhkəmə və hüquq mühafizə orqan əməkdaşları öz məruzə və çıxışlarında təmsil etdikləri bölgələrdə hüququn beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətindəki fəaliyyətlərin gedişinə aydınlıq gətirdilər. Həm nəzəri- tarixi, həm də sahəvi hüquq elmləri ilə bağlı təşkil edilmiş işgüzar bölmələrdə müxtəlif mövzulara dair məruzələr dinlənildi və müştərək fikirlərin formalaşması məqsədilə ciddi və səmərəli addımlar atıldı.

Konfransda “Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Konstitusiya hüquq, İnsan hüquqları”, “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” , “Mülki hüquq”, “Mülki proses, əmək hüquq, ekologiya hüququ” 4 bölmədə müvafiq sahələr üzrə nəticələr əldə olunmuşdur ki, bu da konfransın əsas məqsədinə uyğundur. Konfrans qloballaşan müasir dünyada yaranan yeni ictimai münasibətləri tənzimləmək imkanına malik olan normaların qəbulu məsələsinə xüsusilə diqqət yetirilməsinin vacibliyini vurğuladı. Lakin bu zaman həmdə milli xüsusiyyətləri də nəzərə almaqla – modern – yeni bir qanunvericilik bazasının formalaşmasının zəruriliyi də qeyd edildi. Təhlil və araşdırmalar onu göstərdi ki, müasir sivilizasiyaya, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğuna yaxından qoşulmaq üçün konfrans iştirakçısı olan dövlətlərin səy və bacarıqlarının birləşdirilməsi ən vacib şərtlərdəndir.


Konfransın Bəyannaməsi
Konfrans iştirakçısı olan dövlətlərin nümayəndələri konfransın öz qarşısına qoyduğu məsələlərin həlli məqsədilə yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir:

1) “Hüququn müasir problemləri”- mövzusunda keçirilən konfransın nəticələrinə görə bu sahədə çoxsaylı problemlərin olduğunu, hələ də hüququmuzun beynəlxalq standartlara uyğun olmadığını bilirik.

2) Mövcud dövrdə ictimai münasibətləri nizama salmaq qabiliyyətinə malik, beynəlxalq hüququn norma və prinsiplərinin hələ də milli qanunvericilikdə tam yer ala bilməməsindən narahatıq.

3) Hüquq elmimizin qanunvericilik çalışmaları üçün lazımı səviyyədə nəzəri-elmi baza rolunu oynaya bilməməsini, bu sahədə hüquqşünas kadrlarının tələblərə uyğun hazırlanmasındakı çatışmazlıqların hələ də olduğunu qeyd edirik.

4) Qarşıya qoyulan vəzifələrin yalnız bir dövlət üçün deyil bütün bəşəriyyətin gələcəyi üçün zəruri olduğunu anlayırıq.

5) Qeyd edilən bütün sahələrdə problemlərin aradan qaldırılması üçün II Beynəlxalq konfrans iştirakçısı olan dövlətlərin hüquq ictimaiyyəti və elm adamları ilə yanaşı praktiki sahədə çalışan əməkdaşların səy və bacarıqlarının birləşdirilməsi, qarşılıqlı əməkdaşlıq və qarşılıqlı yardım çərçivəsində fəaliyyət göstərmədən həllinin mümkün olmadığını vurğulayırıq.

İnanırıq ki, gələcəkdə dövlətlərimizin hüquq elmi sahəsində və praktik fəaliyyətdə koordinasiyalı birgə fəaliyyəti hüquq elmi sahəsindəki problemlərin həllində mühüm rol oynayacaq və qarşımızda qoyulan vəzifələrin həllini təmin edəcəkdir.

Odur ki, aşağıda qeyd edilən məsələlər üzrə




Razılaşırıq


  1. Hüquq elmi sahəsində mövcud problemlərin həli ilə bağlı bundan əvvəlki konfransın tövsiyə və tapşırıqlarını nəzərə alaraq bu istiqamətdə fəaliyyəti daha da canlandırmaq üçün məqsədyönlü fəaliyyəti təmin edək.

  2. Milli dövlətçilik ənənələri və hörmət ruhunu saxlamaqla beynəlxalq standartlara cavab verən qanunvericilik bazasına nail olmaq.

  3. Konfrans iştirakçısı olan dövlətlərin hüququn nəzərdə tutulan istiqamətlərində effektiv fəaliyyətin təmin edilməsi üçün qabaqcıl təcrübədən qarşılıqlı fayda məqsədilə istifadə etmək.

  4. Konfransda nərədə tutulan problemlərin həlli ilə bağlı əldə edilmiş nəticələr barədə məlumat bankı yaratmaq və üzv dövlətlərin müvafiq əməkdaşlarını bilgiləndirmək.

  5. Hüquq sahəsində yüksək səviyyəli, ixtisaslı kadrlar hazırlanması sahəsində əməkdaşlığı yeni mərhələdə daha da canlandırmaq və burada qarşılıqlı güzəşt və yardım şərtlərinin tətbiqinə nail olmaq.

  6. Region dövlətlərinin hüquq elmi sahəsində fəaliyyət göstərən bazalarının, hüquq ədəbiyyatı və müvafiq nümayəndələrlə zənginləşməsinə xüsusi diqqət yetirmək.

  7. Konfransda iştirak etməyən digər dövlətlərin (qonşu və s.) də hüquqdakı müasir problemlərin həlli istiqamətindəki fəaliyyətə cəlb edilməsinə və onlarla qarşılıqlı əməkdaşlığa nail olmaq.

  8. Qeyd edilən sahələrdə əldə edilmiş nailiyyətlər barədə mümkün informasiya vasitələri ilə ən azı ildə bir dəfə qarşılıqlı hesabatları təqdim etmək.

  9. Azərbaycan Respublikasının hüquq fakültəsini bitirmiş Türkiyə Respublikası vətəndaşlarına verilən diplomların Türkiyə Dövləti (Cümhuriyyəti) tərəfindən tanınması barədə razılığın əldə edilməsi.

  10. Müasir hüquq elmi sahəsində mövcud olan problemlərin həlli istiqamətində fəaliyyəti yüksək səviyyəyə çatdırmaq məqsədi ilə üzv dövlətlərin iştirak etdikləri beynəlxalq müqavilə və konvensiyalarda elmi ictimaiyyət nümayəndələrinin fəallığını artırmaq.

  11. Müvafiq dövlət və hökumət strukturları, o cümlədən Təhsil Nazirlikləri qarşısında hüquqdakı problemlərin həllinə yardım və dəstək olması məqsədilə konfrans adından müraciət qəbul etmək.

  12. Konfrans üzvü olan dövlətlər və sonradan bu fəaliyyətə qoşulmaq istəyən dövlətlərin hüquq elmi sahəsində fəaliyyət göstərən qurumları arasında da dövlət və hökumət səviyyəsində müvafiq razılıq əldə edilməsinə nail olmaq.

  13. “Hüquq elminin müasir problemlərinə” dair 3-cü beynəlxalq elmi praktiki konfransın 2012-ci ilin aprel – may aylarında Türkiyə Respublikasında keçirilməsinə nail olmaq.



Konfransda Təmsil Olunan Təşkilatlar
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Türkiyə Respublikası Ədliyyə Nazirliyi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Türkiyə Respublikası Konstitusiya Məhkəməsi

Azərbaycan Respublikasının Ali Məhkəməsi

Türkiyə Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikasının Ombudsmanlığı

Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikası Ombudsmanlığı

Azərbaycan Respublikası Prokurorluğu

Türkiyə Respublikasının Səfirliyi

Türk Əməkdaşlıq və İnkişaf İdarəsi

Türkiyə Respublikası Atatürk Universiteti

Türkiyə Respublikası Səlcuq Universiteti

Türkiyə Respublikası İstanbul Ticərət Universiteti

Türkiyə Respublikası Marmara Universiteti

Türkiyə Respublikası Fatih Universiteti

Türkiyə Respublikası Beykent Universiteti

Türkiyə Respublikası Kırıkkale Universiteti

Türkiyə Respublikası Samsun Onduqquz May Universiteti

Türkiyə Respublikası Okan Universiteti

Türkiyə Respublikası Çukurova Universiteti

Türkiyə Respublikası Kadir Has Universiteti

Türkiyə Respublikası Ankara Universiteti

Türkiyə Respublikası Istanbul Universiteti

Türkiyə Respublikası Istanbul Bilgi Universiteti

Türkiyə Respublikası Haliç Universiteti

Türkiyə Respublikası Anadolu Universiteti

Türkiyə Respublikası Osmangazi Universiteti

Türkiyə Respublikası Celal Bayar Universiteti

Türkiyə Respublikası Gediz Universiteti

Türkiyə Respublikası Çankırı Universiteti

Türkiyə Respublikası Yalova Universiteti

Türkiyə Respublikası Çankırı Karatekin Universiteti

Türkiyə Respublikası Dokkuz Eylül Universiteti

Türkiyə Respublikası Niğde Universiteti

Türkiyə Respublikası Ankara Universiteti

Ukrayna Respublikası Prokurorluğunun Milli Akademiyasına

MDB Beynəlxaq Universiteti

Kazan Dövlət Universiteti

Tiblisi Dövlət Universiteti

Azərbaycan Milli Elmlər Akademiyasına

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasına

Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasına

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına

Naxçıvan Dövlət Universiteti


Konfarnsın Həmsədrləri

Abel Məhərrəmov Ahmet Saniç

Bakı Dövlət Universitetinin rektoru Qafqaz Universitetinin rektoru,

akademik professor
Konfarnsın Məsul Katibləri

Məhəmməd İmanlı Mübariz Yolçiyev

Bakı Dövlət Universiteti Qafqaz Universiteti

Hüquq Fakültəsinin dekan müavini Hüquq Fakültəsinin dekanı

Professor dosent



Konfransın tezisləri -http://qu.edu.az/library.php?q=hüquq%20elminin&book_categories=all&lang=az
Download 60,5 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish