T. Zayseva Bakı Ali Neft Məktəbinin Açıq Girişli elektron arxivi Giriş



Download 84,63 Kb.
Sana08.09.2017
Hajmi84,63 Kb.
#20310
T. Zayseva

Bakı Ali Neft Məktəbinin Açıq Girişli elektron arxivi

Giriş
Hal-hazırda, inkişaf etmiş və keçid iqtisadiyyatlı ölkələrdə elmi biliklərə açıq giriş (AG) adlı beynəlxalq hərəkatın inkişafına universitet kitabxanaları sürətli təkan veriri. Elektron resursların formalaşdırılmasında keyfiyyətli materiallarla təmin etmək, materialların qorunması və sabitliyi məhz kitabxanaların öhdəsinə düşür. Açıq giriş ideyasını tətbiq və təşviq etmək, artıq kitabxanalar üçün günün tələbidir.
AG elmi tədqiqat, məlumat bazalarının idarə olunması, keyfiyyətli elektron resursların təmin edilməsi və onların fəal mübadiləsinin təmin edilməsi üzrə informasiya dəstəyi göstrəməklə, geniş tərəfdaşlıq imkanları yaratmış və universitet kitabxanalarının inkişaf strategiyasını dəyişmişdi. Onlar yeni informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə açıq girişli elektron arxivlərin yaradılması və dəstəklənməsində fəal iştirak edir, açıq girişli jurnalların dərc olunmasında yardımçı olurlar. Günümüzün tələbinə görə AG və elektron arxivlər elmi rabitənin yeni modeli hesab olunur.

AG elektron arxivlər universitetlər tərəfində yaradılmış intellektual məhsulları yayan və tədqiqat nəticələrini elm dünyasına, dünya ictimaiyyətinə çatdıran bir pəncərədir.


İnstitut repozitoriyası/elektron arxiv
Elmi əsərlərə açıq girişin təmin olunması ideyasının reallaşdırılmasında institut repozitoriyalarının / elektron arxivlərin əhəmiyyətli rolu var.
İnstitut repozitoriyası dedikdə, müəssisədə aparılmış elmi-tədqiqatların nəticələrinin toplandığı, uzunmüddətli və etibarlı açıq girişin təmin olunduğu və uzun müddətli saxlanması təmin edilən elektron arxivdir. [1]
Onların əsas məqsədi – dərc olunmaq üçün sabit kanalları olmayan, lakin elmi iş və tədrisdə çox mühüm rolu olan məqalə və preprintlər, tezis, texniki hesabat və iş sənədləri , konfrans materialları, patentlər, statistik material və s. bu tipli sənədlərin elektron nəşrləri ilə təmin etməkdir.

02.11.2015-cü il dünya üzrə elmi əsərlərə açıq girişi təmin edən institut elektron arxivlərinin qeydiyyat göstəricisinə əsasən 2600 arxiv qeydiyyatdan keçmişdir.

(18.10.2010-cu il üzrə -1766, 01.07.2005- ci il üzrə -460, 11.05.2006-cı il üzrə – 658 arxiv).

Arxivlərinin sayına görə Birləşmiş Ştatlar (470 arxiv), Böyük Britaniya (235), Yaponiya (190), Almaniya (177), İspaniya (117 ), Fransa (96), Polşa (87) və İtaliya (75) və s. liderlik edirlər. [2]


Buradan belə nəticəyə gəlmək olar ki, siyahıya Budapeşt, Berlin və b. forumların elmi əsərlərə açıq giriş üzrə mandat və tövsiyələri ilk tətbiq etmiş ölkələr rəhbərlik edir.

Aşağıdakı diaqramda isə yaxın xarici ölkələrin elektron arxivləri üzrə az ürək açan nəticələri təsvir olunmuş



Bu qrupda liderlik Ukraynanın payına düşür (44%) , onun ardınca isə Rusiya (25%), Litva (9%), Belarus (8%), Latviya, Qazaxıstan, Qırğızıstan (2%) və s.

Siyahının sonunda isə Moldova və Ermənistanın elektron arxivləridir.
Yaxın xarici ölkələrin elektron arxivlərinin Qərb ölkələrindən kəmiyyətcə kəskin geri qalmaları göz qabağındadır. Ölkənin intellektual potensialını qoruyub saxlamaq üçün ən səmərəli yollarından biri kimi açıq girişli elektron arxivlərin inkişaf etdirilməsi prioritet məsələ kimi dövlət səviyyəsində tanınmalıdır. Təəssüf ki, inkişaf etmiş ölkələrlə müqayisədə post -sovet ölkələrində bu məsələyə yönəlmiş dövlət proqramları mövcud deyil.

Açıq girişli elektron arxivlərin yaradılması üzrə postsovet ölkələrinin ləngiməsi başa düşülən deyil, beləki, birincisi e-arxivlər üçün pulsuz proqram təminatları mövcuddur, ikincisi isə hal-hazırda dünyada əsas diqqət tam mətnli elektron resursların yaradılmasına yönəlmişdir və açıq girişin bütün istiqamətlərinin inkişaf etdirilməsi nəzərə çarpır.


Bu gün üçün ən əhəmiyyətli məsələ ölkələr və qitələr arası maneələri dəf etmək və qərb dünyasına inkişaf etməkdə olan ölkələrin elmi potensialını nümayiş etdirməkdir. Əməkdaşlığın inkişaf etdirilməsi resurs və texnologiyaların birgə istifadə edilməsinə imkan yaradır ki, bu da açıq girişli repozitoriyaları formalaşdıran zaman artıq xərclərdən azad edir və ya bu xərcləri minimuma endirir.
İnstitut repozitoriyalarının ardıcıl artımı onu subut edir ki, zəngin kolleksiyaya malik açıq girişli elektron arxivlərin sayı, tədqiqat nəticələrinə aid pulsuz sənədlərin sayı nə qədər çox olarsa, bir o qədər elm sürətlə inkişaf etmiş olar.


Bakı Ali Neft Məktəbinin elektron arxivi (BANM)

Bakı Ali Neft Məktəbi 2014-cü ilin mart ayından “Tədqiqat nəticələrinə Açıq giriş” adlı 2005-ci il Budapeşt bəyannaməsinin də dəstəklədiyi beynəlxalq təşəbbüsə qoşulmuşdur.
Berlin-3 “Elmi və humanitar tədqiqat sahəsində biliklərə açıq giriş üzrə Berlin bəyannaməsinin tətbiqi nəticəsində nailiyyətlər” bəyannaməsinin tövsiyələrinə əsasən ali məktəbdə elektron arxiv yaradılmış və rektorun əmrinə əsasən institut əməkdaşları bütün sona çatdırılmış tədqiqat materiallarının elektron versiyasını elektron arxivə təqdim etməlidir, buraya dissertasiyalar, magistr işləri, o cümlədən də ekspert rəyi alaraq dərc olunmuş və ya dərc olunmağa hazırlanan işlər də aiddir.
İnstitutun elektron arxivinə müxtəlif tematikada elektron sənədlərdən ibarət kolleksiyalar daxildir. Buraya tədris kurs və proqramlarını dəstəkləyən tədris materialları, fakültələrin və əməkdaşların tədqiqat nəticələri, aparıcı professor və müəllimlərinin şəxsi səhifələri, kitabxana kolleksiyası və s. aiddir.
Ali məktəbin elektron arxiviAçıq Arxiv Təşəbbüsü-Metaddata Yığım Protokoluna (OAI-PMH) müvafiq proqram təminatına əsasən interfeysə malikdir ki, bu da Açıq girişə aid beynəlxalq reyestrlərə sərbəst inteqrasiya olunmaq üçün elmi elektron resursların daxil edilməsində əhəmiyyətlidir. BANM electron arxivi akademik repozitoriyaların reyestri olan “Açıq Girişli Repozitoriyaların Direktoriyası”nda DOAR (Directory of Open Access Repositories), qeydiyyatdan keçmişdir. 2008- ci ildə yaradılmış Xəzər Universitetinin elektron arxivi də bu reyestrdə qeqdiyyatdan keçmişdir.
Hər iki repozitoriya elektron arxivlərin yaradılması üçün nəzərdə tutulmuş Dspace proqram təminatı əsasında fəaliyyət göstərir.
Dspace platforması Hewlett-Packard şirkəti ilə Massaçusets Texnologiya İnstitutunun kitabxanaları tərəfindən birgə işlənib hazırlanmış proqram təminatıdır. 2002-ci ildə sistem Massaçusets Texnologiya İnstitutunun kitabxanaları tərəfindən dəstəklənən fəaliyyət xidməti kimi işə salınmışdır. Dspace- akademik tədqiqatlar üçün nəzərdə tutulmuş, rəqəmsal sənədlərin uzunmuddətli saxlanmasını təmin edən platformadır. Dspace platformasından xarici ali təhsil müəssisələri (Miçiqan Universiteti, Kolumbiya Universiteti, Massaçusets Texnologiya İnstitutu, Çikaqo Şimal-Qərb Universiteti və s.) ilə yanaşı yerli ali təhsil müəssisələrimiz (Bakı Ali Neft Məktəbi və Xəzər Universiteti) də istifadə edir.
BANM açıq girişli arxivlərlə yanaşı açıq girişli peşəkar nəşrləri də sınaqdan keçirir. Sənədlərin universitetin elektron arxivinə daxil edilməsi üçün işlənib hazırlanmış texnologiya, elektron sənədlərlə yanaşı, çap sənədlərinin də skan olunaraq arxivləşdirilməsini nəzərdə tutub.
Ali məktəbdə əsasən özü arxivləşdirmə strategiyasına üstünlük verilir.

Özü arxivləşdirmə (self-archiving) – elmi əsərin elektron nüsxəsinin elektron sənədlərin ictimai arxivlərdə müəllif tərəfindən yerləşdirilməsidir. [3].
Özü arxivləşdirmə ideyası hələ 1994-cü ildə Stiven Harnad (Stevan Harnad) tərəfindən yazılmış “Elektron nəşriyyatları sarsıdacaq təklif ” başlıqlı məktubunda söyləmişdir və elmi kommunikasiyanın formaları haqqında müzakirələrə səbəb olmuşdur. [4]
Özü arxivləşdirmə strategiyasını biz ali məktəbin bütün elmi potensialına açıq giriş imkanı yaradan operativ və effektiv yol kimi qiymətləndirirk.
Bəzi qərb nəşriyyatları, əsasən də Elzevir, onlarda dərc olunmuş müəlliflərə öz əsərlərini açıq girişdə yerləşdirmələrinə rəsmi olaraq icazə vermişdir.
Arxivləşdirməni nəşriyyatın xüsusi icazəsi olmadan da aşağıdakı şərtlər altında yerinə yetirmək mümkündür:

  • Müəllif əsərin tam mətnini işlədiyi müəssisənin elektron arxivində və ya şəxsi saytında yerləşdirə bilər

  • Hər bir arxivləşdirilmiş məqalədə rəsmi jurnal səhifəsinə istinad və ya həmin məqalənin DOJ (Digital Objective Identifier - rəqəmsal məzmunun eynisi ) olmalıdır

  • Müəllif məqaləni Elzevirə təqdim etdiyi şəkildə (jurnalın PDF və ya HTML şəklində) yerləşdirə bilməz, lakin şəxsi işçi faylı şəklində yerləşdirməsi mümkündür (MS Word və s.)

  • Müəllif məqaləni dərc olunmağa göndərdiyi zaman resenziya verilməsi və ya redaktə olunması mərhələsində edilmiş düzəlişləri arxivləşdirilmiş işçi faylına əlavə etmək iqtidarındadır [5]

Qərb alimlərinin özü arxivləşdirmə ideyasına meyilli olduqları halda, Azərbaycanda hətta təlimli kitabxanaçıların olmasına baxmayaraq bu proses praktiki olaraq həm vaxt baxımından, həm də elmi cəmiyyət tərəfindən tələbatın olmaması səbəbindən ləng gedir. Prosesə isə əvvəllər də olduğu kimi namizədlik və doktorluq dissertasiyalarına aid elmi araşdırmaların nəticələrinin nüfüzlu elmi jurnallarda dərc olunması tələbinin indi də universitet və AAK səviyyəsində olan attestasiya orqanları və qrant verən təşkilatların aparılmış elmi araşdırmaların nəticələrinə açıq giriş tələbinin qoyulması ilə təkan vermək mümükündür.



Perspektiv
Nəşrlərə açıq girişi təmin edən repozitoriyalar elmi institutların və ali təhsil müəssisələrinin kitabxanaları üçün araşdırmaların yeni istiqamətini təşkil edir.

Hər bir yenilikdə olduğu kimi özündə araşdırılmamış imkanları, gözlənilməz həlləri, problem və perspektivləri əks etdirir. Elmi kitabxanaların bu istiqamətdə atacaqları ən vacib adıımlar aşağıdakılardır:




  1. Universitetlərin struktur bölmələri və universitetlər arası yeni partnyor əlaqələrinin qurulması

  2. Lokal istifadəçilərin tələblərinə uyğun başqa universitetlər tərəfindən həyata keçirilmiş işin köçürülməsi sayəsində elektron sənəd toplamanın müxtəlif istiqamətlərinin işlənib hazırlanması

  3. Milli və beynəlmiləl prioritetlərə uyğun maraqlanan şəxslərin cəlb edilməsi və müvafiq siyasətin işlənib hazırlanması

  4. Yeni başlayanlar üçün proqram və marketinq strategiyasının işlənib hazırlanması və açıq elektron arxivlərin peşəkarları ilə sıx əlaqələrin saxlanması

  5. Məzmundan asılı xidmətlərin inkişaf etdirilməsini rəhbər tutaraq repozitoriyanın fəaliyyət sahəsini müəyyən etmək [6]



Açıq girişli arxivlərin fəaliyyətinin hüquqi aspektləri


  • Məqalə yerləşdirən müəlliflərin pulsuz registrasiyası

  • Özü arxivləşdirmə və ya vasitəçi xidmətləri

  • Arxivdə elmi, tədris və ya tədqiqat xarakterli işlər yerləşdirilir

  • Hər kəs arxivlərin tam mətnli və ya digər rəqəmsal məlumatlarından sərbəst istifadə edə bilər

  • Müəllif nəşriyyatlarla müqavilə bağlayan zaman müəlliflik hüququnu özündə saxlayaraq, nəşriyyata yalnız dərc edilmək üçün qeyri-müstəsna hüququn verməsi məqsədəuyğundur

  • Yerləşdirilmiş materialların nüsxələri əvvəlcədən razılaşdırılmadan yenilənə, üçüncü tərəfə verilə və ya təmsil oluna, məlumat bazalarında istənilən formatda və qeyri- kommersiya məqsədli istənilən daşıyıcıda saxlana bilər

  • Arxivlərdəki sənədlərdən kopiya çıxararkən müəllif/ müəlliflər, sənədin başlığı və ona aid biblioqrafik təsvirin bütün elementləri, orijinal metadata səhifəsinə hiperlink və / və ya URL mütləq göstərilməlidir. Sənədin məzmununa heç bir dəyişiklik etmək olmaz.

  • Müəllif və ya müəlliflik hüququ daşıyan şıxsin rəsmi razılığı olmadan, tammətnli materiallar və digər rəqəmsal məlumatlar nə satıla və ya hər hansı bir kommersiya məqsədilə reallaşdırıla nə də başqa formata keçirilə bilməz.


Xülasə
Elmi nəşrlərə açıq girişin ölkəmizin ali təhsil və elmi-tədqiqat müəssisələrində aktiv tətbiq edilməsi, hər zaman vacib məsələ olaraq qalan milli elmimizin nəticələrinin rəqabət qabiliyyətliliyinin artırılmasına imkan yaradacaq və bu istiqamətdə kitabxanalar öz töhfəsini verməlidir.


İstifadə olunmuş ədəbiyyat

  1. Vikipediya [elektron resurs]. – daxil olmaq üçün: http://en.wikipedia.org/wiki/Repository

  2. DOAR [elektron resurs]. – daxil olmaq üçün: http://www.opendoar.org/index.html

  3. Негуляев Е. А. Самоархивирование / Е. А. Негуляев // Научные и технические библиотеки. — 2004. — № 12. — С. 74–76

  4. Vikipediya [elektron resurs]. – daxil olmaq üçün: http://en.wikipedia.org/wiki/Subversive_Proposal

  5. Elzevir müəlliflərə öz məqalələrini özü arxivləşdirməyə icazə verir [elektron resurs]. – daxil olmaq üçün:. http://www.eril.ru/news/

  6. The Research Library’s Role in Digital Repository Services: Final Report of the ARL Digital Repository Issues Task Force, Association of Research Libraries, January 2009. [elektron resurs]. – daxil olmaq üçün:

http://www.arl.org/storage/documents/publications/repository-services-report-jan09.pdf

(Hissəni ingilis dilindən rus dilinə tərcümə edən T. Zayseva).


Rus dilindən tərcümə etdi: S. Əlimərdanova

Аннотация
В связи с быстрым ростом электронных архивов во всем мире проанализированы основные понятия и процессы, связанные с ним. C позиций важности институциональных репозиториев в развитии научных коммуникаций проанализированы современное состояние и направления развития электронных архивов на примере ведущих стран мира и постсоветских стран.
Приводится опыт по созданию и функционированию электронного архива Бакинской высшей нефтяной школы на базе программного продукта DSpace .

Перспективы развертывания электронных архивов требуют соответствующих законодательных решений. Этот процесс рассматривается с позиций как глобальных перспектив, так и перспектив развития Азербайджана.



Abstract
With the rapid growth of IRs worldwide, the categories with which these are classified is examined. As an important player in scholarly communication process current situation and the challenges of IRs' development in the the world and the former soviet countries are analysed. Experience of the establishment and development of Baku Higher Oil School Institutional Repository on DSpace platform is underline. The prospects and deployment of IRs requires appropriate legal consederations.This is viewed from global and Azerbaijan perspectives.

Key words: Institutional Repository, Digital archive, Baku Higher Oil School, Self-archiving, Dspace software
Ключевые слова: институциональный репозиторий, электронный архив, Бакинская высшая нефтяная школа, самоархивирование, программное обеспечение DSpace
Açar sözlər: İnstitut repozitoriyası, elektron arxiv, Bakı Ali Neft Məktəbi, Özü arxivləşdirmə, Dspace proqram təminatı
Download 84,63 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish