Xəbərlər
-
Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Universitetimizdə olmuşdur.
Aprelin 1-də Fransanın Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə bu ölkənin ali təhsli müəssisələri əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olmuşlar. Nümayəndə heyətinin tərkibində Fransanın yeddi universitet rəhbərlərinin, habelə Fransa Xarici İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Luis le Qrand Fondunun və Liseyin nümayəndələri iştirak edirdilər
Fransalı qonaqları mehribanlıqla salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, ixtisasları, elmi nailiyyətləri, beynəlxalq əlaqələri, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrinin memarlıq məktəbləri ilə yaranmış elmi əməkdaşlıqdan söz açdı.
Azərbaycan və Fransa ali təhsli müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, habelə tələbə-müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirən rektor Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Fransanın Monpelye Universiteti, Lion şəhərində yerləşən Tətbiqi Elmlər üzrə Milli İnstitut arasında yaranmış elmi əlaqələrdən, birgə layihələrin həyata keçirilməsinin səmərəliliyindən qonaqlara məlumat verdi.
İkitərəfli təhsil əlaqələrinin inkişafında maraqlı olduğunu bildirən Gülçöhrə xanım Məmmədova Avropanın bu böyük ölkəsinə, onun şəhərsalma və memarlıq ənənələrinə rəhbərlik etdiyi universitetin xüsusi önəm verdiyini də qonaqların nəzərinə çatdırdı.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilk olaraq iki ölkə arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu və bu əməkdaşlığın son illər nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğuladı.
Səfir daha sonra Fransanın Azərbaycanla təhsil sahəsində maraqlı tərəfdaş olduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Fransa Memarlıq Məktəbləri arasında çox gözəl elmi əməkdaşlıq əlaqələri var. Biz istərdik ki, bu əməkdaşlıq inşaat mühəndisliyi, nəqliyyat, su təsərrüfatı və robot texnikası sahələrində də inkişaf etdirilsin. Tələbə və müəllim heyətinin müddətli mübadilə proqramları hazırlansın.
Görüşdə çıxış edən Strasburq Universitetinin rektoru Alain Beretz və Monpelye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Henn isə ikili proqramlar, elmi tədqiqat sahəsində əməkdaşlıq imkanlarından söz açdılar.
Dəyirmi masa ətrafındakı görüşdən sonra fransalı qonaqlar universitetimizin Memarlıq, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrində olmuş, burada fəaliyyət göstərən elektron kitabxana, fənn kabinələri, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə yaradılmış su təchizatı problemləri üzrə elmi tədqiqat və tədris laboratoriyası ilə tanış olmuş, kadr hazırlığı məsələləri ilə maraqlanmışlar.
Sonda fransalı qonaqlara ölkəmizi və onun paytaxtı Bakı şəhərini əks etdirən kitab-albom, suvenir və digər hədiyyələr təqdim olunmuşdur.
Görüşdə respublika Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev iştirak etmişdir.
Akif HACIYEV
-
A delegation of represenmatives of HEIs under the guidance of the president of Strasburg University Alen Beretz visited our University
A delegation of represenatives of HEIs under the guidance of the president of Strasburg University Alen Beretz visited Azerbaijan University of Architecture and Construction on April 1. Leaders of Seven French Universities, delegation of Ministry of Foreign Affairs of France, Ministry of Education, Luis le Grand Foundation and Lyceum were attended.
The welcoming speech was made by the rector of the University Gulchohra Mammadova, she spoke about history, specialties, scientific achievements of the University as well as scientific cooperation with architectural schools of Central and Eastern Europe.
Estimating the development of bilateral cooperation as well as teaching staff exchange and opportunities to implement joint programs between HEIs of Azerbaijan and France the rector informed the guests about effectiveness of enforcing joint projects, academic cooperation between National Institute on Applied Sciences , Montpelier University of France with Azerbaijan University of Architecture and Construction.
Noting the interest in bilateral collaboration Mrs. Gulchohra Mammadova also spoke about our intention in cooperation with this country, its city planning and architecture.
The ambassador of France in Azerbaijan Pascal Monnier noted that the cooperation between two countries is in high level and that this collaboration has been expanded significantly in recent years.
The ambassador mentioned that Azerbaijan is a significant partner in education field with France. He noted that Azerbaijan University of Architecture and Construction has good academic relations with Architectural Schools of France. We would like to develop these relations in the field of civil engineering, transport, water economics and robotics and draw the academic staff exchange programs.
Rector of Strasburg University Alain Beretz and vice – rector for international relations of Montpelier University Henn spoke about mutual programs and possible collaboration in the field of scientific research.
After round – table meeting French guests got acquainted with Faculty of Architecture, Water Economics and Engineering Communication Systems and e – library, subject booth, scientific research and study laboratory on problems of water supply and were interested in staff training.
Then presents related to Baku and our country were presented to French guests.
Chief of staff of Ministry of Education also participated in the meeting.
Akif Hajiyev
____________________________________________________________________________________
-
MİT fakültəsinin dekanı Akif Qasımov “ABŞ-da ali təhsilin idarə olunması” adlı proqramda iştirak etmişdir.
Universitetimizin Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Akif Fazil oğlu Qasımov İVLP-İnternational Visitor Leadership Program çərçivəsində 21 fevral-15 mart 2015-ci tarixlərində “ABŞ-da ali təhsilin idarə olunması” adlı proqramda iştirak etmək üçün ABŞ-a səfər etmişdir. Səfər zamanı paytaxt Vaşınqtonda Konqresdə, ABŞ Dövlət Deportamentinin Avropa və Avrasiya bürosunda, ABŞ Nümayəndələr Palatasında Təhsil və İşçi Qüvvəsi komitəsində, ABŞ Təhsil deportamentinin Ali təhsil idarəsi, Beynəlxalq Təhsil institutunda və digər idarələrdə mötəbər şəxslərlə işgüzar görüşlər keçirərək ABŞ-da Ali təhsilin idarə olunması sistemi ilə yaxından taniş olmuşlar. Amerikanın Oklahoma ştatının Talsa, Yuta ştatının Solt Leyk Siti və Miçiqan ştatının Detroit şəhərlərində aparıcı universitetlərdə əhəmiyyətli görüşlər keçirərək təcrübə toplamış, müasir tədris metodlarını öyrənməklə Qərb təhsil sistemi barədə biliklərini artırmışlar. Sonda iştirakçılar Beynəlxalq Sertifikata layiq görülmüşlər.
-
Dean of the Faculty Mechanics and Information Technologies Akif Gasimov
Dean of the Faculty Mechanics and Information Technologies Akif Gasimov participated in “Higher education management in USA” Program within International Visitors leadership Program on 21th February – 15th march in 2015 in USA. He hold a business meeting with esteemed people in Congress, Bureau of Europe and Eurasia of US State Department, Education and Workforce Committee, Higher Education Office of USA Education Department, International Education Institute and in other institutions and got acquainted with USA System of Education Management. He hold important meetings in Tulsa (Oklahoma), Salt Lake City (Utah), Detroit (Michigan) and gained useful experience. During his visit he improved his knowledge in the field of West education System. In the end the participants were awarded with certificates.
_________________________________________________________________________________
-
“MACE” şirkətinin tikinti üzrə baş menecerləri “Metal konstruksiyaların müasir memarlıqda tətbiqi” adlı vorkşop keçirmişlər.
İngiltərənin tanınmış tikinti şirkətlərindən biri olan “MACE” şirkətinin tikinti üzrə baş menecerləri Guilherme Santos, Octavian Filip və dizayn üzrə menecer- Joao Rodrigues 2015-ci il 11 mart tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin konfrans zalında Memarlıq və İnşaat fakultəsinin tələbələri ilə “Metal konstruksiyaların müasir memarlıqda tətbiqi” adlı vorkşop keçirdilər. Qonaqları öncə rektor Gülçöhrə Məmmədova qəbul etmişdir. Onlar müasir inşaat texnologiyalardan və standartlardan fikir mübadiləsi aparmışdırlar. Tədbirdə Strateji planlaşdırma şöbəsinin müdiri Səttarova Ülkər, Mace şirkəti adından HR şöbəsinin müdiri Nigar Brown, koordinator Rəna Mikayılova da iştirak ediblər.
Öncə şirkətin tarixindən danışıldı və ekspertlər Bakı şəhərində Şirkət tərəfindən 28 Mall – Alış veriş mərkəzi, Four Seasons oteli, Port Baku Rezidens yaşayış binaları, Milli Gimnastika Arenası və s. kimi nəhəng layihələrin tikintisindən bəhs etdilər.
Ekspertlər inşaatda metal konstruksiyaların istifadəsinin üstünlüklərindən (keyfiyyətli, möhkəm və asan tikinti olmasından) və nöqsanlarından (yüksək qiymət və s.) söhbət etdilər.
Seminarda tikili materiallardan, profillərdən, onların istifadəsindən və əyilmə qabiliyyətindən danışıldı. Müxtəlif birləşmə tiplərindən: dayaqlar, binövrə və sütunlar haqqında da məlumat verildi.
“Caspian Waterfront” əyləncə mərkəzinin layihəsinin mərhələlərindən bəhs etdilər.
Qeyd etmək lazımdır ki, “workshop” tələbələr tərəfindən böyük maraqla qarşılanmış və verilən bütün suallar ətraflı şəkildə cavablandırılmışdır.
-
Senior managers of “MACE” construction company hold a work - shop “Application of metal structures in modern architecture”
Senior managers of “MACE” on construction Guilherme Santos, Octavian Philip and manager on design Joao Rodrigues hold a work shop “Application of metal structures in modern architecture” with the students of Azerbaijan University of Architecture and Construction on April 11, 2015. Firstly the rector Gulchohra Mammadova received guests. They exchanged opinions on modern construction technologies and standards. Chief of the department of Strategic Planning Ulker Sattarova, Head of HR Department Nigar Brown, coordinator Rena Mikayilova also participated at the event.
First of all they spoke about history of the company as well as about 28 Mall Shopping Center, Four Seasons Hotel, Port Baku Residence and National Gymnastics Arena.
Experts spoke about advantages of usage of metal structures in construction (its quality, durability and easy access to construction) and its shortcomings (high price etc.).
They discussed about construction materials, profiles, their utilization and bending abilities as well as gave information about various types of mergers: stands, bases and columns.
They spoke about planning stages “Caspian Waterfront” entertainment center .
We must note that the work shop was meet with great attention by the students and all asked questions were answered in details.
_________________________________________________________________________________
-
Norveçin Beynəlxalq Konsaltinq Kompaniyaları ilə Azərbaycanın ABEMDA arasında bağlanan mwqavilə əsasında “Azərbaycanın binalarında enerji effektivliyi” mövzusunda konfransı keçirilmişdir.
Konfransda bir sıra Nazirliklərin və Dövlət Komitələrinin, Norveç Krallığının Azərbaycandakı Səfirliyinin, Dövlət Neft Şirkətinin, qeyri-dövlət və ictimai təşkilatların, ali məktəblərin 60-dan çox nümayəndəsi iştirak etmişdir. Konfransın işində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri A.Bədəlov, Norveç Krallığının Azərbaycandakı Səfiri Cənab Bord Ivar Svendsen, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru prof. N.Abdullayeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya mühəndisliyi” kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti prof. F.Əliyev, ENSI kompaniyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri N.Qritsenko və aparıcı mütəxəssisi L.Çervilov, “Norsk-Energı” kompaniyasının aparıcı mütəxəssisləri N.Murtazaliyeva və S.Faşevski çıxış etmişlər. Daha sonra Norveç kompaniyalarının üç il ərzində Azərbaycanda apardığı treninqlərdə müntəzəm iştirak edən və sonda keçirilmiş imtahanları müvəffəqiyyətlə verən yeddi nəfər azərbaycanlı mütəxəssisə (F.Q.Əliyev, N.Y.Məmmədov, A.M.Nəsirov, S.M.Əkbərova, A.B.Zeynalova, F.F.Əliyev, N.N.Məhərrəmov) “Binaların enerji auditoru” sertifikatı təqdim olunmuşdur.
Daha sonra Norveçin ENSİ kompaniyası ilə Azərbaycan Memarlıq-inşaat Universitetinin mütəxəssislərinin birgə yazdıqları və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qrifi ilə nəfis şəkildə çap olunan “Binaların enerji auditi” adlı irihəcmli dərs vəsaitinin təqdimatı olmuşdur. Təqdimatı Azərbaycan Memarlıq-inşaat Universitetinin kafedra müdiri N.Y.Məmmədov etmişdir. Kitab konfrans iştirakçılarının hər birinə hədiyyə edilmişdir.
Konfransın sonunda “ENSİ AS” Beynəlxalq Kompaniyasının mütəxəssislərinin rəhbərliyi altında Azərbaycan mütəxəssislərinin yerinə yetirdikləri üç ədəd tədris binasının (iki orta məktəb binası və Azərbaycan Memarlıq-inşaat Universitetinin 2 saylı tədris korpusu) enerji auditinin nəticələri təqdim olunmuşdur.
-
A conference on “Energy efficiency of buildings in Azerbaijan” was held under the agreement with ABEMDA (Azerbaijan) and International Consulting Companies of Norway
Representatives from some Ministries and State Committees, the Royal Norwegian Embassy in Azerbaijan, State Oil Company, non – governmental and public organizations, more than 60 HEIs participated in the conference. The chairman of State Agency on Alternative and Renewable Energy Sources A. Badalov, Embassy of the Kingdom of Norway in Azerbaijan Mr. Bard Ivar Svendsen, vice – rector for International Relations of Azerbaijan university of Architecture and Construction Prof. N. Abdullayeva, head of Department of “Ecology Engineering” of AzUAC, President of International Ecoenergy Academy Prof. F. Aliyev, chief of International Relations Department of ENSI N. Gritensko and leading specialist L. Chervilov , leading specialists of “Norsk - Energi” N. Murtazaliyeva and S. Fashevski participated in the conference. Then seven specialists (F. G. Aliyev, N. Y. Mammadov. A. M. Nasirov, S. M. Akbarova, A. B. Zeynalova, F. F. Aliyev, N. N. Maharramov ) were awarded with certificates.
______________________________________________________________________________
-
Aksesuar İnşaat Mərkəzinin açılışı
Azərbaycan Memarlıq və İnşaat Universiteti öz profilinə uyğun olan xarici və yerli şirkətlərlə partnyorluq əlaqələri yaradmaqdadır. Belə şirkətlərin arasında Aksesuar İnşaat xüsusi yer tutur. Qurulan əməkdaşlığın məqsədi müasir bilik və təcrübənin Universitetdə istifadəsinə, Universitet müəllimlərinin və tələbələrinin şirkətin fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.
2014-cü ildə işlərinə başlanan 2015-ci ilin əvvəllərində tam hazır olan “Aksesuar İnşaat Məzkəzi” fəaliyyətə başlamışdır. Mərkəz Memarlıq fakültəsinin Dizayn ixtisası üçün nəzərdə tutulmuş memarlıq, dizayn sahələrində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, şirkət mütəxəssislərinin cəlb edilərək seminarların keçirilməsi məqsədi daşıyır. Eyni zamanda 3D MAX, AutoCat, ArchiCat və başqa proqamlarla işləmək imkanı yaradacaq
Qeyd etmək lazımdır ki, Universitetin Memarlıq (III korpus) korpusunun açılışı zamanı Təhsil Naziri Mikayıl Cabbarov və Rektor Gülçöhrə Məmmədova tərəfindən Mərkəzə baxılmış və təqdirə layiq hesab olunmuşdur.
-
The opening ceremony of Aksesuar Inshaat Center
Corresponding with its profile Azerbaijan University of Architecture and Construction continues to build cooperation with foreign and local companies. One of these companies is Aksesuar Inshaat. The aim of the cooperation with this company is the usage of modern knowledge and experience in the University and to involve students and tutors to the company’s activity.
Aksesuar Inshaat was fully formed in the beginning of 2015. Intended for Design specialty of Architectural faculty the center, is aimed to carry out seminars for students. At the same time they will be able to work with 3 DMAX, Auto Cat, Archi Cat and other programs.
We must note that Minister of Eduaction Mikayil Jabbarov and Rector Gulchohra Mammadova also participated in the opening ceremony.
-
Martın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetində 8 Mart−Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Qadınlar cəmiyyətin fəal qurucularıdır
Mərasimi giriş sözü ilə açan YAP Yasamal Rayon 43 saylı ərazi təşkilatı Qadınlar Şurasının sədri Salatın Əhmədova tədbirə dəvət olunmuş qadınları 8 Mart− Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara cansağlığı, xoş günlər, ailə səadəti arzuladı.
Azərbaycan qadınının tarixən istər ictimai-siyasi həyatda, istərsə də ailə-məişət fonunda həmişə nümunə olduğunu deyən Salatın xanım bu gün onların cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrildiyini söylədi. O, qeyd etdi ki, qadın hökmdar Tomris, ilk diplomat Sara xatun, ərənlərlə çiyin-çiyinə döyüşən Nigar, Həcər və tarixin müxtəlif məqamlarında ayrı-ayrı sahələrdə tanınmış qadınlarımızla bu gün bütün xalqımız fəxr edir.
Salatın Əhmədova çıxışında universitetimizin fakültə, kafedra, kitabxana, şöbə və bölmələrində çalışan qadınlardan da söhbət açdı. Onların tutduqları vəzifədən asılı olmayaraq öz vəzifə borclarına məsuliyyətlə yanaşdıqlarını, təlim-tərbiyə sahəsində, universitetin ictimai həyatında ümumi işimizə çox böyük kömək göstərdiklərini xüsusi qeyd etdi.
Sonra söz universitetin tədris işləri üzrə prorektoru Fərhad Cəfərova verildi. O, əvvəlcə tədbirə dəvət olunmuş qadınları salamladı və onların timsalında universitetimizdə çalışan bütün xanımları rektorluq adından əlamətdar gün münasibətilə təbrik etdi, onlara cansağlığı, uzun ömür, işlərində yeni-yeni nailiyyətlər arzuladı.
Azərbaycan qadınlarının bütün dövrlərdə ağıllı, uzaqgörən və mərd bir xanım olduqlarını deyən Fərhad Cəfərov bu gün universitetimizdə aparılan təlim-tərbiyə işinin müəyyən ağırlığının da qadınlarımızın zərif çiyinlərinə düçdüyünü qeyd etdi.
Universitet Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin İsmayılov da zala toplaşan xanımları 8 Mart Qadınlar Günü münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi.
Şahin İsmayılov çıxışında qeyd etdi ki, Ulu Tanrı dünyanın əşrəfi, onun xilqəti sayılan ilk insanı−Adəmi yaradanda onu təklikdən xilas etmək üçün Həvvanı yaratmışdı. Onun timsalında dünyaya, yer üzünə Adəmin qayğıları ilə bir yaşayan, sevincini, kədərini bölüşən müqəddəs qadın-ana bəxş etmişdir. Əbəs yerə demirlər ki, “Cənnət anaların ayaqları altındadır”. Ana-qadın müqəddəs varlıqdır. O, müqəddəsliyi isə göz bəbəyi kimi qorumaq, ona hörmət etmək hər kəsin borcudur.
Tədbirdə çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru Tofiq Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Akif Hacıyev, universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov da zala toplaşan xanımları əlamətdar bayram münasibətilə təbrik etdi, onlara işdə, ailədə və cəmiyyətdə həmişə fəal mövqe tutmalarını arzuladılar.
Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova, İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasının dosenti Rəhilə Qurbanova, Əcnəbi tələbələrin təhsili üzrə dekan müavini Kəmalə Sərdarova və başqaları universitetdə çalışan qadınlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, habelə çıxış edən natiqlərə qadınlar haqqında səsləndirdikləri xoş və səmimi sözlərinə görə öz təşəkkürlərini bildirdilər.
Tədbirdə universitetin fəal qadınlarından bir qrupuna bayram hədiyyələri təqdim olundu.
-
An event devoted to 8th March – International Women’s Day was held at Azerbaijan University of Architecture and Construction on March 6.
The women are active builders of society.
The greeting speech was made by chairman of Women’s Council Salatin Asgarova and she congratulated all invited women with the 8th March – International Women’s Day.
She told about Azerbaijani women’s role in the family and their important role in society. She noted that we are still proud of Tomris, 1st diplomat woman Sara khatun, Nigar, Hajar and with others.
She also spoke about women working in faculties, departments, libraries and in other divisions of our university and their role in university life.
The the vice – rector for Education Affairs Farhad Jafarov made a speech in the event. Firstly he greeted women in the event then he congregated them with 8th March – International Women’s Day.
He also noted that Azerbaijani women always were intelligent, wise and courageous in all period of time.
Chairman of Trade Unions Committee Shahin Ismayilov, Vice – rector for Training and Teaching Affairs Tofig Gasimov, Assoc. Prof. of Azerbaijan Language and Pedagogy Akif Hajiyev congratulated women.
Holidays gifts were presented to some group of active women of the University.
-
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının( III korpus) əsaslı təmirdən sonra açılışı olub.
06.03.2015-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının( III korpus) əsaslı təmirdən sonra açılışı olub.Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, universitetin professor-müəllim heyəti və tələbələr, QHT rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yenidənqurma işləri ilə tanış olublar. Bildirilib ki, ötən əsrin 30-cu illərində inşa olunmuş binanın əsaslı təmirinə 2014-cü ilin avqustunda başlanılıb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tikinti işləri müasir infrastrukturun yaradılması üçün tələb olunan qaydalara uyğun aparılıb. Ümümi sahəsi 4 min kvadratmetrdən çox olan yeni binada 20 auditoriya, kompüter otağı, kitabxana, elektron oxu zalı, konfrans otağı yaradılıb.
Binaya baxış keçirən qonaqlar üçün elektron kitabxananın təqdimatı keçirilib. Pedaqoji heyət və tələbələr üçün yaradılan şəraitlə maraqlanan mərasim iştirakçıları auditoriyalara və kafedra otağına baxıb, “Nadir kitablar Fondu”ndakı əyani vəsaitləri nəzərdən keçiriblər. Sonra yeni binanın akt zalında elmi şura ilə görüş keçirilib. Mərasim iştirakçılarını salamlayan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova təhsil ocaqlarının infrastrukturunun yaxşılaşdırılmasının, maddi-texniki bazanın müasirləşdirilməsinin təlim-tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil müəssisələrinin yenidən qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlərin genişləndiyini qeyd edən nazir təhsilalanlar üçün yaradılan şəraitin ölkəmizin müasir kadrlara olan tələbatının ödənilməsinə, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verdiyini vurğulayıb. Nazir bildirib ki, tədris ocaqları üçün yeni binalar inşa olunarkən və ya mövcud tikililər əsaslı təmir edilərkən həmin təhsil müəssisələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə imkan verən infrastrukturun yaradılması prioritet hədəf kimi qarşıya qoyulur.
-
Teaching building of Faculty of Architecture of Azerbaijan University of Architecture and Construction was opened after renovation.
Teaching building (3th) of Faculty of Architecture of Azerbaijan University of Architecture and Construction was opened after renovation on March 6, 2015. Minister of Education of Republic of Azerbaijan Mikayil Jabbarov , teaching staff of the University and students , NGOs leaders, education experts participated in the opening ceremony.
After opening ceremony the guests got acquainted with reconstruction works. It was said that reconstruction works was begun in August, 2014. Construction works was implemented by Ministry of Education of Republic of Azerbaijan. There are 20 audiences, computer room, library, electronic reading hall, conference room in new building.
Electronic library was presented to the guests. Then a meeting with scientific Council was held in assembly hall. After greeting the guests, Rector of Azerbaijan University of Architecture and Construction spoke about improvement of infrastructure of HEIs and importance of modernization of material and technical base.
-
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi universitetimizin nümayəndə heyəti “Azərbaycan günü” tədbirlərində iştirak edib.
“Azərbaycan günü” tədbirləri çərçivəsində fevralın 26-da Universitetimizin nümayəndə heyətinin də qatıldığı Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Pyer və Mari Küri Universitetində görüş keçirib. Universitetin prezidenti Jan Şambaz Azərbaycan nümayəndə heyətinə məlumat verərək bildirib ki, ali məktəbdə müxtəlif ixtisaslar üzrə 34 min tələbə təhsil alır. Ali məktəbin ümumi fəaliyyətindən söz açan J.Şambaz universitetdə 100-ə qədər istiqamət üzrə elmi tədqiqatların aparıldığını qeyd edib.
Universitetin nəzdindəki İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun direktoru Raja Şatila rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, aparılan elmi araşdırmalar, robot texnikası barədə təqdimatla çıxış edib. R.Şatila universitet tərəfindən yaradılan robot texnikası nümunələrinə sənaye, tibb və farmokologiya kimi sahələrdə böyük tələbatın olduğunu, yalnız Fransanın deyil, Avropa miqyasında müxtəlif şirkətlərin universitetlə əməkdaşlıq etdiyini və elmi-tədqiqat layihələrini maliyyələşdirdiyini bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ali təhsil müəssisəsinin elmi-tədqiqat və robot hazırlığı laboratoriyaları ilə yaxından tanış olub, təhsil müəssisəsinin müvafiq sahədəki iş təcrübəsi haqqında məlumat əldə ediblər. Sonda Azərbaycan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Fevralın 27-də Parisdə “Azərbaycan günü” tədbirlərinə start verilib və tədbirlərin rəsmi açılış mərasimi baş tutub. “Azərbaycan günü” tədbirlərinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.
Açılış mərasimində iştirak edən “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən “Azərbaycan günü”nün əhəmiyyətini vurğulayıb. İkitərəfli təhsil əlaqələrin inkişafında maraqlı olduqlarını bildirən agentlik rəhbəri bu mühüm tədbirdə Azərbaycanın 10-a yaxın aparıcı universitet rəhbərlərinin iştirak etdiyini və bunun iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iki dövlət arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu və əlaqələrin son illər nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğulayıblar.
Strasburq Universitetinin prezidenti Alen Beretz ikili proqramlar, tələbə-müəllim mübadiləsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarından söz açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Kampus Frans” Agentliyinin rəhbərliyinə Azərbaycan və Fransa ali təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən belə bir tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından təşəkkürünü bildirib.
İki ölkə arasında tarixi münasibətləri və son illər Azərbaycan-Fransa əlaqələrinin genişləndiyini vurğulayan F.Qurbanov ümummilli lider Heydər Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Nazir müavini ölkəmizin sosial-iqtisadi inkişafı barədə geniş məlumat verib. Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işləri, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirləri, ali təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının yaradılmasını nəzərə çatdıran F.Qurbanov eyni zamanda azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində, o cümlədən Fransanın ali məktəblərində də uğurla təhsil aldıqlarını qeyd edib.
Sonra Fransa universitetləri nümayəndələrinin iki ölkənin təhsil sahəsində əməkdaşlığına dair çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə “Kampus Frans” Agentliyinin və Fransa ali təhsil müəssisələrinin rəhbər şəxsləri Fransada təhsil imkanları, mövcud əməkdaşlıq layihələri barədə təqdimatlar ediblər.
“Azərbaycan günü” tədbirlərinə qatılan Fransa universitetlərinin azərbaycanlı tələbələri təhsil aldıqları ali məktəblər haqqında məlumat veriblər.
-
A delegation of representatives headed by Rector of Azerbaijan University of Architecture and Construction , Prof. Gulchohra Mammadova participated in the event on “Day of Azerbaijan”
A number of representatives from Azerbaijan HEIs hold a meeting at Pierre and Marie Curie University within “Day of Azerbaijan” on February 26. The president of the University Jean Chambaz informed a delegation of representatives from Azerbaijan that there are 34 000 students at the University. He also noted that about scientific research are done in about 100 directions at the University.
Director of Institute for Intelligent Systems and Robotics Raja Chatila spoke about activity of the institute, scientific researches, robotics. He also noted that there is a demand to robotics in industry, medicine and pharmacology not only in France but also in whole Europe.
A delegation of representative headed by Deputy Minister of Education Firudin Gurbanov got familiar with scientific and research laboratories and robot developments laboratories, got information on work experience in this field of the Institute for Intelligent Systems and Robotics. In the end the question asked by the representative were answered.
Event on “Day of Azerbaijan” started and the official opening ceremony was on February 27. The main purpose of the “Day of Azerbaijan” was development bilateral relations between HEIs of Azerbaijan and France, exchange of students and tutors and implementation of joint programs.
Participating in the event director of Campus France Antoine Grassin told about importance of “Day of Azerbaijan”. Noting the importance of development of bilateral relations the director spoke about attendance of about 10m HEIs from Azerbaijan and it was a real sample of cooperation.
The leaders of HEIs of France and Campus France delivered presentations on education possibilities in France, existing cooperation projects.
Azerbaijani students of French Universities gave information about the universities they study.
Elanlar
Abituriyentlərin nəzərinə !
Memarlıq və Dizayn ixtisaslarna qeydiyyat aprel ayının 15-dən 30-dək həftənin I, II, III,IV və V günləri saat 14 -17 –dək aparılacaqdır. Qeydiyyata gələnlər özləri ilə aşağıdakıları gətirməlidirlər:
-səxsiyyət vəsiqəsi
-təsdiqlənmiş ərizə
-rəsm və rəsmxətdən hər birindən 5 ədəd olmaqla A3 formatda şəkilmiş əl işləri (Rəsmdən naturadan şəkilmiş antik baş, gips ornament məişət əşyalarından və həndəsi fiqurlardan ibarət naturmotlar. Rəsmxətdən isə iki proyeksiya əsasinda həcmi fiqurun üçüncü proyeksiyası aksonometriyasının qurulması).
Announcements!
Attention all applicants!
The registration date for Architecture and Design Faculties is from April 15 till April 15, on I, II, III and IV of weeks, on 14 : 17. Following documents are required:
-
ID
-
Approved application
-
5 sample of works in drawing and sketching in A3 format
MEMARLIQ VƏ İNŞAAT FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİNİN NƏZƏRİNƏ
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Mace şirkəti arasında qurulan əməkdaşlıq uğurla davam etməkdədir.
2015-ci il 11 mart tarixində saat 11:00-da 3-cü mərtəbədəki konfrans zalında Universitetimizin Memarlıq və İnşaat fakültəsinin ingilis dilli tələbələri üçün nəzərdə tutulmuş “Metal konstruksiyaların müasir memarlıqda tətbiqi” adlı tədbir keçiriləcəkdir. Tədbirdə Mace şirkəti adından HR şöbəsininin müdiri Nigar Brown, koordinator Rəna Mikayılova ekspert qismində isə tikinti üzrə baş menecerlər Guilherme Santos, Octavian Filip və dizayn üzrə menecer- Joao Rodrigues iştirak edəcəklər. Ekspertlər mövzu ətrafında öz fikir və mülahizələrini bildirəcək, tələbələrə sual və istəklərini söyləmək imkanı yaradılacaqdır.
Tədbirdə iştirak etmək üçün 09.03.2015 tarixinə kimi “Strateji planlaşdırma” şöbəsində qeydiyyatdan keçmək lazımdır. (Əsas korpus 312-ci otaq, əlaqə telefonu:012 539 05 77 Zeynəb Paşayeva)
To the attention of students of Azerbaijan University of Architecture and Construction
The Cooperation between Mace Company and Azerbaijan University of Architecture and Construction continues successfully. An event on “Application of metal structures in modern architecture” will be held on March 11, 2015, on 11:00.
The deadline for registration in the event is 09. 03. 2015.
Contact number: 012 539 05 77 Zeynab Pashayeva
2015/2016 SABAH qruplarına qəbul
Hörmətli tələbələr,
Nəzərinizə çatdırırıq ki, 2015/2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu 02.02.2015 tarixindən başlayacaqdır.
Tələbələr qeyd edilən tarixdən etibarən SABAH.EDU.AZ saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat müddəti 02.02.2015-15.03.2015 tarixlərini əhatə edəcəkdir.
Qeydiyyatdan keçməzdən əvvəl elektron ərizəni doldurmaq üçün təlimatla tanış olmağınız xahiş olunur.
http://sabah.edu.az/az/telimat
Admission to SABAH Groups 2015\2016
Dear Students!
Students admission to SABAH Groups 2015\2016 will be open on 02. 02. 2015.
Students could register on sabah.edu.az completing the registration form.
The deadline: 02.02.2015 – 15. 03. 2015
For more information please visit: http://sabah.edu.az\az\telimat
Avropa Birliyinin Erasmus Mundus layihəsi çərçivəsində sənəd qəbulu elan olunur (Backis & Infinity)
Avropa Birliyinin Erasmus Mundus
layihəsi çərçivəsində sənəd qəbulu elan olunur
(Backis & Infinity)
Avropa Birliyinin maliyyə dəstəyi ilə Avropa Universitetlərinə Erasmus Proyekti çərçivəsində sənəd qəbulu artıq başlamışdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin hazırda II və III kursunda təhsil alan tələbələri bakalavr pilləsi üçün, IV kurs magistrantlar və məzunlar isə magistratura pilləsi üçün müsabiqədə iştirak edə bilər.
Backis Proqramı ilə maliyyələşən universitetlərin siyahısına http://www.backis-mundus.eu/ səhifəsindən görə bilərsiniz.
Tempo/Infinity proqramı ilə maliyyələşən universitetlərin siyahısına http://infinity.fa.ulisboa.pt/
Backis proqramı ilə müraciətləri Target 1 ilə Infinity Proqramı ilə müraciətləri Target 2 çərçivəsində edə bilərsiniz.
Diqqət!!!
4 dekabr 2014-cü il tarixində saat 10.45-də
I korpus 110 saylı otaqda
proqramla bağlı təqdimat keçiriləcək.
Maraqlanan və sualı olan hər kəs iştirak edə bilər!
Qeyd: Hər həftənin I və IV günləri, saat 12.00 və 15.00-da Xarici əlaqələr şöbəsində şöbənin əməkdaşı Rəşad Nurəiyev tərəfindən məsləhət saatları təşkil olunur. Sualı olan hər kəs məsləhət saatlarında Xarici əlaqələr şöbəsinə yaxınlaşa bilər. (əsas bina, otaq 414)
Submission of applications within ERASMUS MUNDUS EU is open (Backis and Infinity)
The submission of applications to European Universities is started within ERASMUS Project.
2nd and 3rd year undergraduates, 4th year masters and graduates of Azerbaijan University of Architecture and Construction are eligible to apply. The information about partner universities: http://www.backis-mundus.eu/
Do'stlaringiz bilan baham: |