SeyiD ƏHMƏd mahmudi نام کتاب: آشنایی با ادیان


İYİRMİ BEŞİNCİ DƏRS TAO AYİNİ (1)



Download 3,4 Mb.
bet26/59
Sana09.09.2017
Hajmi3,4 Mb.
#20829
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

İYİRMİ BEŞİNCİ DƏRS




TAO AYİNİ (1)

KÖKLƏRİ VƏ FƏLSƏFƏSİ


Tao ayini Çində buddizm və konfusionizm dinləri ilə bərabər geniş yayılmış, qədim dövrlərdən indiyə qədər çoxlu ardıcılları olmuş mühüm dinlərdən biridir. Buddizmlə tanışlıqdan sonra bu dərsdə Tao ayini qısa şəkildə şərh olunacaqdır.

TAO AYİNİN KÖKLƏRİ


1. Taonun leksikoloji və terminoloji mə’nası; Tao lüğət baxımından yol və təriqət mə’nasını daşıyır. Onun terminoloji mə`nası fəzilət yolu, əqidə və nəzəriyyədir. Onun mə’nası “bir qanunun icra olunması”, “tə`limat vermək”, “bəyan etmək” və “demək” kimi də göstərilmişdir. Hər halda bu söz qədim Çin ədəbiyyatında olmuş, taoizm nəzərdə tutduğu “ilahi yol”, yaxud “səmanın yolu” kimi mə`naları da ona aid etmişdir. Buna görə də, bu sözü həmin məktəbin ixtiralarından hesab etmək olmaz.

Çinin ilkin və ümumxalq məzhəbində Tao fövqəladə və cadugərlik işlərini yerinə yetirmək bacarığı ya qüdrəti mə’nasını buna əsaslanaraq daşımış. Hakimiyyətləri əsasən cadugərlik üzərində qurulan padşahlar barəsində də işlədilmişdir. Tao sözünün digər terminoloji mə’naları da vardır ki, bu bəhsin davamında onlardan söz açılacaqdır.

2. Tao məktəbinin aspektləri; Tao məktəbi üç yönə - fəlsəfi, dini və sehrkarlıq yönümünə malikdir. Bu üç yöndən hər biri özəl şəraitlərdə formalaşmış və Çin cəmiyyətində xüsusi rol ifa etmişdir. Əslində, Tao məktəbini tam və kompleks şəkildə öyrənmək üçün bu üç yönü öyrənmək lazımdır.

A) Taoizmin fəlsəfi yönü:

Taoizm ayinin fəlsəfi əsaslarını Tao-te-çinq kitabından əldə etmək olar. Bu kitabın yazılma tarixi və onun müəllifi ilə əlaqədar qənaətbəxş, dəqiq mə’lumat yoxdur. Dinşünaslardan bə’ziləri inanırlar ki, bu kitabın vahid müəllifi yoxdur. Çünki onun müəllifi, yaxud müəllifləri öz kitablarında daim digərlərini “xeyir işləri yerinə yetirməkdə adlarını açıqlamamağa” tövsiyə etmiş, buna görə də heç bir yerdə öz adlarını bildirməmişlər. Bu ehtimal doğru olsa, kitabın müəllifi, yaxud müəlliflərinin aydınlaşdırılması artıq heç bir yolla mümkün olmaz. Amma məşhur nəzəriyyəyə görə bu kitab Lao Tze adlı yaşlı bir filosof tərəfindən yazılmış, və ya toplanmışdır. Əlbəttə, belə bir şəxsin tarixdə olub-olmaması da tədqiqatçılar tərəfindən böyük şübhə ilə qarşılanır və yalnız Çin tarixində Tao-te-çinq Tao ayinin müqəddəs kitabı və Lao-Tze onun əsasını qoyan filosof kimi təqdim olunmuşdur.

Tao-te-çinq kitabının adı müxtəlif mə’nalarla, o cümlədən “fəzilət yolu”, “əql və fəzilət qanunu” kimi daha məşhur yozumlarla izah olunmuşdur. Lao-tze bu kitabda Tao barəsində ümumi və müəmmalı şəkildə təsvir etmiş, onun yolunu “əql, fəzilət və qurtuluş yolu” adlandırmışdır.

Lao-tzenə görə Tao iki formada – adlandırıla bilinən və adlandırıla bilinməyən formada təqdim olunmuşdur. Onun adlandırma imkanı olmayan surəti əslində sabit Tao ilə əlaqədar konkret surətdən ibarətdir. O, sabit bir prinsip kimi adlandırılan və konkret Taonun fövqündədir. Bu mə’lum Tao aləmi yaradandır. Lao-tze bə’zən ad qoyulmağa layiq olan Tao sözünü varlıq sözünün sinonimi kimi qeyd edir. Bu baxımdan Taonun əsərlərini tərcümə edənlərin çoxu ad qoyulması mümkün olmayan Taonu ilahi varlıq, yaxud Allah və uca zat kimi qəbul etmişlər. Bu cür adqoyma formasını Tao-te-çinq kitabında adsız Tao üçün qeyd olunan sifət və yozumlar da təsdiqləyir: - Əsil, əzəli, səmalardan və yerlərdən qabaq, son, aram, şəkilsiz, dəyişməz, ruzinin yeganə mənbəyi və hər bir şey adsız Taodur və şərh olunması mümkün deyil. O, təsvir edilə bilinməyəcək bir həddə böyükdür. Tao özünün tanıtdırdığı şəxsi səmaların altında ən şərafətli bir şəxsə çevriləcəkdir.”

Tao vəsfləri və yozumları diqqətə, düşünməyə layiq olan bu kitabın digər yerində belə vəsf olunub:

- Tao boş bir qab kimidir; boş olmasına baxmayaraq ondan su çıxartmaq olar. Tao daxilindəki şeylər qurtarmayan, dərinliyi sonsuz olan qab kimidir. Taoda hər bir sür’ətli şeyin sür’əti azalar, hər bir düyünlər açılar. Taoda hər növ nur öz parlaqlığını itirər, hər bir çətinlik asan və ram olar. Tao heç vaxt qurumayan dərin bir hovuza bənzəyir ki, suyu heç vaxt çəkilməz. Əsl insanın məqsədi Tao ilə birləşməkdir. Ancaq, bu məqsəd insan onun ardınca getməli və ona çatmaq üçün zəhmət, əziyyət çəkməli olduğu məqsədlərdən deyil. Əksinə, təbiətdən əldə etdiyimiz hər bir şeyi bəyənilən tərzdə istifadə etməli, lazımsız və artıq şeyləri qazanmağa çalışmamalıyıq. Tao kimi boşalmaq lazımdır ki, həqiqətlə dolaq. Tao təmiz və düz bir yoldur, lakin camaat yolunu azmaq istəyir. Tao bir əbədi yoldur. Bütün məxluqlar bu yoldan keçəcəklər, lakin onu heç bir şey yaratmamışdır. Çünki, onun özü yaradılışla eyniyyət təşkil edir. Tao hər bir şeydir və heç bir şey deyildir. Tao həm səbəbdir, həm də nəticə. Bütün əşyalar Taodan yaranır və Tao ilə birlikdə olub Taoya doğru qayıdır.”

Yuxarıdakı mətləblərdən aydın olur ki, Lao-tze Taonu bütün varlığın həqiqətinin əsası saymış, ona qovuşmağı bütün xeyir-bərəkətin və fəzilətlərin mənşəyi hesab etmişdir. Bu mütləq zata çatmaq vasitəsi vahidliyə qovuşmaq yolunda olan örtük və maneələr kimi bütün dünyəvi və nəfsani bağlılıqları qırmaqdır. Ona qovuşmaq o vaxt müyəssər ola bilər ki, arif onu tanısın və bu tanıma və irfan yalnız ilham yolu ilə mümkündür. İlham və işraq mərhələsinə çatmağın da, xəlvət yaşayışdan, asketizm, təfəkkürə qərq olmaqdan başqa bir yolu yoxdur. Bu mərhələləri qət edən şəxs Taoya çatacaq və o hal da Lao-tzenin tə’biri ilə desək “ölüm arabasına bağlı olmayacaqdır”. Onun kamil ifadəsi belədir: - Taonu tanıyanı və arif olanı fənaya uğramaz edir, o artıq ölüm arabasına qayıtmayacaqdır.” Həqiqətən də, insan əbədi həyat çeşməsinə çatdıqda onun üçün ölüm təsəvvür oluna bilməz.

Tao ayinində Tao hər bir şeyin həqiqətidir. Buna görə də, hər bir şey onun nuru müqabilində işıqsızdır, hər bir iş və hərəkət onun müqabilində dəyərsizdir; çünki hər bir şey nəticə e’tibarı ilə Taoya qayıdır. Buna görə də çalışmamaq – “vi vay” prinsipi bu ayinin ən əsas prinsiplərindən hesab olunur. La-tze bu barədə belə demişdir: - Şübhəsiz, Taoda sə’y və fəaliyyət yoxdur.” Sonra deyir: - Yalnız sakit və sə’y göstərməyən insan uğur qazanar.” Sonra belə tövsiyə edir: - Razılıq olan və müharibə, hakimiyyət, yazmaq, səfər etmək, ölüm qorxusundan uzaq olmaqdan ibarət sadə və təbii halətə qayıdın.”

Bu ayində hər bir şey Tao tərəfindən yerinə yetirildiyindən hər bir halda və hər bir şeyə görə razılıq etmək lazımdır. Çünki hər bir şey sonda Taoya qayıdır. Bu e’tiqadın digər anlamına görə heç bir şey, hətta əzizlərin ölümündən ötrü qəm-qüssə çəkmək olmaz. Hətta, bu barədə Lao-tzedən sonrakı ən böyük filosof, yə’ni Çuvanq-tzonun həyat yoldaşı barəsində nəql olunan hekayədə deyilir ki, o dünyadan getdikdə Çuvanqın Huyinzo adlı dostu onun yanına gəlib bu ağır itki, faciə ilə əlaqədar baş sağlığı vermək istəmişdir. Qapıya çatdıqda Çuvanq dizlərinin üstünə kasa qoyaraq çaldığını və mahnı oxuduğunu görür. Təəccüblə ona deyir: “ - Həyat yoldaşını itirdiyinə qəmgin deyilsən?! Musiqi və çalıb oxumaqla məşğulsan? Bu xoşagəlməz bir rəftardır. Çuvanq-tzo cavabında deyir: - Həyat yoldaşım vəfat edəndə əlbəttə qəmgin oldum, ürəyim sıxıldı. Lakin, diqqətlə fikirləşdikdə onun əvvəldən də həyatda olmadığını anladım. O, nəinki diri deyildi, hətta onun şəkli və surəti də yox idi. Nəinki şəkli və surəti yox idi, heç bir maddi qüvvəsi və qüdrəti də olmamışdı. Sonra yoxluq-varlıq qarşılaşmasın müəyyən dövründə dəyişikliklər baş verdi. Maddə yarandı və o maddə forma qazandı; o forma həyat və ruh əldə etdi. İndi bu dəyişiklik yenidən başlayır və həyat ölümə, yoxluğa çevrilir. Həyat yoldaşımın başına gələnlər eynilə hər birinin başlanğıcı və sonu olan dörd fəslin yaranıb aradan getməsinə bənzəyir (bahar, yay, payız, qış). İndi həyat yoldaşım adı dünya olan bu böyük evdə yoxluq yuxusuna gedib çevrilib. Belə olan halda, mən ağlayıb şivən qoparsam demək ki, tale məsələsində cahil və qafiləm. Buna görə bu işdən çəkinirəm.”

Bu nəzəriyyə varlıqların müqəddəratının qeyri-ixtiyariliyini, tao tərəfindən heç bir qanun pozuntusu mümkün olmadığını göstərir. Lao-tze bu barədə belə demişdir: - Hər kimsə taonun əleyhinə çıxsa, məhv olar. Eqoist parlamaycaqdır, xudpəsəndlər kamal yolunu qət etməyəcəklər. Səmanın yolları müharibə ilə açılmayacaqdır, zorla, məcburiyyətlə ələ keçirilməyəcəklər. Onun istəyi e’lan olunmaz, hələ heç kim onun cavabını eşitməmişdir.”

Buna əsasən insan kamala çatmaq üçün əvvəlcə özünü tao ilə uyğunlaşdırmalı, onun qarşısında səmimiyyətlə təslim olmalıdır. Başqa sözlə desək, insan özünü Tao yoluna tapşırmalıdır ki, Tao onu öz tərəfinə hidayət etsin. Buna görə də Lao-tze hamını vo-vu-vaya də`vət edərək deyirdi:

- Fəaliyyətsizliyə alışın; arzu edin ki, heç vaxt arzu etməyəsiniz; əldə edə bilmədiyiniz şeylərə dəyər verməyin. İnsanın əldən verdiyi vəziyyətə qayıtmağı öyrənməyin. Günah etməyin, qoyun işlər öz təbii axarı ilə getsin.”

Vo-vay, yaxud fəaliyyətsizlik və çalışmamaq prinsipi istənilən dünyəvi fəaliyyətin inkar olunması demək deyil. Bu əksinə hər bir hadisə, həyatın təbii qanunauyğunluqlarına təslim olmaq, çayın axını istiqamətində özünü dalğalara tapşırmaq, hər bir halda rahatlığa, sakitliyə çalışmaq, həyatda baş verən hadisələrə müqavimət göstərməmək, hər növ ümidsizlikdən uzaq olmaqdır. İşlərin islah olunub qaydaya düşməsi üçün heç bir iş görmək lazım deyil. Çünki, yaxşılaşma və irəliləyiş insanın əlində deyil, Taonun əlindədir. Biz işlərin qaydaya, sahmana düşməsi üçün müəyyən planları fikirləşiriksə, əgər o, Taonun iradəsinə uyğun gələrsə ona ehtiyac yoxdur. Çünki Tao özü belə müəyyənləşdirmişdir. Taonun iradəsinin əksinə olduqda isə biz öz işimizdən tam geri qalacağıq. Çünki Taonun iradəsinə qarşı çıxmaq kamala çatmağa mane olur. Deməli, hər bir halda işlərin sahmana salınması, çətinliklərin qarşısının alınması və ya aradan qaldırılması üçün çalışmaq lazım deyil. Yalnız insan rahatlıqla özünü Taonun iradəsinə tapşırmalı və onun yolunda olmalıdır.

SUALLAR


1. Tao nə deməkdir?

2. Taoizmin banisi kimdir?

3. Taonun ən mühüm müqəddəs kitabı necə adlanır?

4. Taoizm nəzəriyyəsində insanın əsl məqsədi nədir və onun yolu nədən keçir?

5. Hansı səbəbdən taoizm baxışlarına görə hər bir şeydən razılıq etmək lazımdır?

6. Vo-vay prinsipi nədir? Bu əqidə nəyə görə tövsiyə olunmuşdur?



Download 3,4 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish