SeyiD ƏHMƏd mahmudi نام کتاب: آشنایی با ادیان


İYİRMİ ALTINCI DƏRS TAOİZM (2)



Download 1.87 Mb.
bet27/59
Sana09.09.2017
Hajmi1.87 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

İYİRMİ ALTINCI DƏRS




TAOİZM (2)

ƏXLAQ VƏ DİN


Bu dərsin mövzusu taoizmin Lao-tze fəlsəfəsi və onun tövsiyələri əsasında qurulmuş əxlaqi prinsipləri ilə tanışlıqdır. Dərsin davamında bu dinin zaman baxımından dini yönümündən irəli olan sehrkarlıq aspekti nəzərdən keçiriləcək. Daha sonra taoizm bir din kimi tədqiq edilib araşdırılacaq.

LAO-TZE FƏLSƏFƏSİ ƏSASINDA ƏXLAQIN ƏSASLARI


Lao-tze “Tao-te-çinq” kitabında Taoya qovuşmaq və onun yolunda addımlamaq istiqamətində öz ardıcıllarına çoxsaylı əxlaqi tövsiyələr verir. Bu göstərişlərin əsasını təvazökarlıq, tə’zim, şan-şöhrətdən uzaq olmaq, ifrata varmamaq, hamını məhəbbət və səmimiyyətə də’vət təşkil edir.

Bu əxlaqi göstərişlərdən bə’zilərini şərh edirik:

1. Laqeyidliyə, istəklərdə ifrata varmamaq və diqqətsizliyə də’vət taoizmin ən mühüm əxlaqi prinsipidir. Lao-tze bu barədə deyir: “ - İfrat diqqət və istəyin olmamasını öz məramına çevir, mümkün olan həddə sakitliyini tam qoru”, “ - Hikmət sahibi öz fikrini hər bir şeyə qarşı laqeyd etməlidir”, “ - Səma və yer heç bir xeyirxahlıq nümayiş etdirmir. Onların nəzərində dünyanın 10 min şeyi vəhşi itlər kimidir. Müqəddəs insan da xeyirxahlıq əhli deyildir. Onun nəzərində qohum-əqrəbadan 100 nəfəri vəhşi itlər kimidir.”

2. Hər şeyə və hamıya e’tinasızlığa də’vətlə yanaşı, bir sıra əxlaqi dəyərlər də tövsiyə edilir. Lao-tze bu barədə deyir: “ - Mənə qarşı yaxşı olanlarla mən də yaxşıyam. Mənə qarşı yaxşı olmayanlara qarşı də yaxşıyam və bununla da hər bir şey yaxşı olur. Mənimlə səmimi olan şəxslərə qarşı mən də səmimiyəm, mənimlə səmimi olmayanlara qarşı yenə səmimiyəm, beləliklə hamı səmimi olacaqdır.” Başqa bir yerdə deyir: “ - Yaranın əvəzini məhəbbətlə ver”.

3. Tay-şanq-kanq-pinq-pi-yen, yaxud “Əməllər və onların cəzası” risaləsində digər əxlaqi göstəriş və tövsiyələrin şərhi verilmişdir. Bu tövsiyələrdən aşağıdakıları diqqətəlayiqdir:

- Yaxşı bir insan heç vaxt azğın yollara düşməz. O, fəzilət və təqva qazanar, dəyərli islər görüb toplayar. Bütün yaradılmışlarla mehribanlıqla rəftar edər. Özündən gənc qardaşlarına qarşı vəfalı və nəvazişli, özündən böyüklərə qarşı itaətkar olar. Əvvəlcə, özünün seçdiyi yolu islah edər ki, başqalarını da bu yolla dəyişdirib islah edə bilsin. Yetimlərə və dul qadınlara qarşı mehriban olar, qocalara ehtiram qoyar. Gənclərə qarşı tərbiyəçi rolunu ifa edər. Hətta həşaratlara, otlara və ağaclara belə zərər yetirməməlidir. O, başqalarının şər və yaramaz rəftarları müqabilində şəfqətlə davranmalı, onların fəzilət və alicənablığından sevincini bildirməlidir. Onlara düzgün və layiqli işlərdə kömək etməli, təhlükələrdən xilas etməlidir. Başqalarının qazandığı şeyləri onların öz qazanclarının hesabına qoymalı, əldən verdiklərini öz itkisi hesab etməlidir. Onların çatışmazlıq və nöqsanlarını üzə salmamalıdır (qeybət etməməlidir). Öz üstünlüklərini başa qaxmamalıdır. Belə bir insan şər işlərdən çəkinməli, müqabilində mə`nən yüksəlməli və yaxşı işlər görməlidir. Çoxunu camaata bağışlamalı, özünə az bir pay götürməlidir. Bir kimsədən dil yarası, yaxud söyüş eşidərsə, onu ikrah hissi olmadan qəbul etməli, vəziyyəti başa düşdüyünü deməklə öz şərafət və alicənablığını göstərməlidir. İnsanlara təmənnasız məhəbbət göstərməli, yaxşılıq etməli və peşman olmadan öz var-yoxundan başqalarına bağışlamalıdır. Məhz bu şəxsə yaxşı insan deyiləcəkdir. Bütün insanlar belə şəxsə hörmət edərlər. Göylər onu qoruyar. Səadət və mal-dövlət onun ardınca axıb gələr. Bütün şərlər və pisliklər ondan uzaqlaşar. Onun gördüyü hər bir iş mütləq müvəffəqiyyətlə nəticələnəcək və o, özünə əbədi və səmavi (maddənin fövqündə) bir məqamın veriləcəyinə ümidvar ola bilər.”

4. Bu kitabda xurafatla qarışmış olan digər, o cümlədən aşağıdakı göstərişlər də vardır:

- Heç vaxt öz valideyninin səhvini ifşa etmə. Heç vaxt doğru ilə səhvi bir-birinə qarışdırma. Səhv işə mükafat vermə. Günahsız insanı cəzalandırma. Küləyi qınama və yağışdan sui-istifadə etmə. Həyat yoldaşının və həyat yoldaşlarının dediklərinə qulaq asma. Ata-ananın göstərişlərindən boyun qaçırma. Yeni işlərlə köhnə işlərin unudulmasına mane olmasına imkan vermə. Öz borcunu sahibinə qaytar. Göylərdə sənin üçün tə`yin olunan paydan artığını əldə etmək fikrində olma. Ölçüdə qısa metrədən, çəkidə düz olmayan tərəzidən, yaxud kiçik özül çubuqlarından istifadə etmə. Ayın və ilin axırıncı günündə rəqs edib, mahnı oxuma. Ayın əvvəlində, yaxud səhər açılanda qışqırıb əsəbiləşmə. Üzünü şimala tutub ağlama və ağzının suyunu atma. Ağzının suyunu parlaq ulduzlara tərəf atma. Göy qurşağı tərəfinə işarə etmə. Səhv iş görmüş şəxs tövbə etsə, öz əməllərini islah etsə və bundan sonra da çirkin işlərdən çəkinsə, eləcə də bütün yaxşı işləri görsə şadlığa və səadətə çatacaqdır. Belə isə nə üçün biz özümüzü yaxşı işlər görməyə vadar etməyək?”


B) TAOİZMDƏ SEHRKARLIQ


Əbədi yaşayışa, yoxluq və ölümdən qaçmağa meyl bütün insanların firti xüsusiyyətidir. Müxtəlif din və məktəblər bu məqsədə nail olmaq üçün cürbəcür vasitələr təklif etmişlər. Lao-tze və Çuvanq-tzonun məqsədi bu olmuş və əbədiyyətə çatmaq üçün (öz e’tiqad və gümanları əsasında) müəyyən yollar göstərmişlər. Çuvanq-tzo bu barədə deyir: - Hər kəs Taonun zatına qovuşsa əbədi həyata nail olar və heç sancan, yırtıcı heyvan ona zərər yetirə bilməz. Belə ki, Çin imperatoru Fuşi Taoya qovuşduğuna görə də əbədiyyət sirrinə və əbədi həyata yiyələnmişdir. O, bu həqiqətə yiyələndikdən sonra buludlara minərək göylərə yüksəlmişdir. Gizlin mələk və ya ana mələk də belə etmiş və əbədi həyata nail olmuşdur.”

Keçən dərsdə və bu dərsin əvvəlində öyrəndiyimiz kimi, bu məqsədə çatmağın yolu fəaliyyətsizlik, ruhi məşğələlər, meditasiya və bir sıra əxlaqi göstərişlərə riayət etməkdən keçir. Bir sözlə Taoizmin baniləri bir sıra mə’nəvi üsullar toplusunu nəzərdə tutmuşlar. Amma sonrakı dövrlərdə bu ayinin rəhbərləri və onun ardıcıllarının böyük bir hissəsi maddi amillərdən istifadə edərək uzunömürlülük, əbədi qalmaq, bədənin çürüyüb aradan getməsinin qarşısını almaq üçün yollar axtarırdılar. Çuvanq-tzonun əsrindən sonrakı dövrlərdə Taonun zatına qovuşa bilmiş və əbədilik qazanmış filosofların adlarına rast gəlinir. Bu filosoflardan biri də ahıl yaşlarında bir uşaq qədər təravətli olmuş Oyodur. Bu da onun Taoya qovuşma nəticəsində mümkün olmuşdur. O, bu vasitə ilə zaman və məkanın buxovlarından azad olmuşdu.

Belə söhbətlərin yayılması sadə xalq kütlələrinin müxtəlif təbii ünsürlər və amillər arasında elə maddələr axtarmalarına səbəb oldu ki, onu istifadə etməklə uzunömürlülüyə və əbədiliyə nail olmaq mümkün olsun. Bu prosesdə falçı və cadugərlər meydana gəldilər ki, camaatı əbədi həyat maddəsi tapmaq adı ilə aldatmaqla onlardan faydalansınlar.

Bu barədə taoizmin əsərlərindən hesab olunan “Tzeanteonqçei” kitabını qeyd etmək olar. Bu kitabda şərh edilən kimyagər əməlləri və reaksiyalar vasitəsilə uzunömürlülük dərmanını, yaxud əbədilik iksirini tapmağın yolunun tə `liminə çalışılır. Kitabın bə’zi yerlərində belə qeydlərə rast gəlirik: - Qurğuşun, civə və qızıl əriyib bir-birinə qarışsa və kiçik düyməciklər halına düşsə, onu yeməklə (iksiri) uzunömürlülüyə, hətta əbədiliyə çatmaq olar”. Bundan başqa, Tao filosofu Kuhunq “Paop-otzo” adlı məşhur kitabında yazır: - Mənim mütaliə etdiyim kitabların hamısında bu məqsədə çatmaq üçün civə sulfuru və ərinmiş qızıl qeyd olunmuşdur. Bu iki maddə əbədiliyə çatmağın zirvəsi və yoludur. Bu iki maddəyə nə qədər çox istilik verilsə, onda baş verən dəyişikliklər də heyrətamiz olacaqdır. Bu iki maddə birlikdə yeyilərsə bədəni gücləndirər qocalmağın, yaxud ölməyin qarşısını alar.”


C) TAOİZMİN DİNİ YÖNLƏRİ


Taoizm dini baxımından Lao-tze və Çuvanq-tzo fəlsəfəsi ilə onların əxlaqi tövsiyələrindən, eləcə də Taonun kimyagərlik və sehrkarlıq məqamlarının sintezindən ibarətdir. Bu əqidələr çinlilərin əcdadlarının bütpərəstlik ayinindən, buddizm və digər ayinlərdən götürülmüş, bə’zi əlavələrlə təkmilləşmişdir.

Buddizm Çinin hər bir yerində genişləndiyi və hətta Koreya yarmadasına sirayət etdiyi II miladi əsrində taoistlər bunun qarşısını almaq və rəqabət aparmaq qərarına gəldilər. Onlar bu məqsədlə öz ata-babalarının e’tiqad normalarını – bu elə səma yolu, yaxud Tao yoludur – bərpa etməklə yanaşı digər ideoloji prinsipləri də öz ayinlərinə əlavə etdilər. Bu məsələ buddizmlə rəqabət etmək üçün Budda ayinlərinin cəlbediciliyin artmasına səbəb oldu. Bu zaman Lao-tzenin şəxsiyyəti Buddanın şəxsiyyəti ilə qarşı-qarşıya qoyuldu; buddistlər Buddanın ilahi məqamına inandıqları kimi, taoistlər də Lao-tzenin ilahi məqamı olduğuna inandılar. Onun üçün büstlər yaratdılar, yazı və məktublarını mürsəl səhifələr kimi qələmə verdilər, adına çoxlu mə’bədlər tikdilər. Tao rahibləri və mürtazları o mə’bədlərdə Lao-tzenin büstlərinə pərəstiş etməyə başladılar. Bütün bunlar camaatın yeni və yad din olan buddizmə yönəlməsinə mane olmaq və öz ata-babalarının dinindən əl çəkməmələri üçün edilirdi. Beləliklə, taoizm Çinin rəsmi və milli dini oldu, imperatorlar da bu sahədə müəyyən tədbirlər görüb göstərişlər verdilər. O cümlədən, Han sülaləsindən olan imperator Həvan II əsrdə ilk dəfə olaraq və rəsmi şəkildə Lao-tzenin adına mə’bəd tikdirərək onun büstü önünə hədiyyələr təqdim etdi. Bu da taoizm ayinində dini rəftar və sitayişin başlanğıcı oldu.

Ondan sonra digər ideoloji əsaslar, o cümlədən mahayana firqəsində mövcud olan cənnət və cəhənnəm əqidəsi Tao e’tiqadlarına əlavə edildi. Bəlkə də onlar hinduizmin üç mə’bud, yaxud xristianlığın üç ruhuna təqlid edərək üçlük mə’budlar yaratdılar. Bu mə’budlar aşağıdakılardır:

1. Ən yüksək məqam sahibi olan imperator Zəbərcədin;

2. İmperatorun yanında məqam sahibi olan Lao-tze;

3. Ruhani varlıq və səmavi ruhların başçısı olan Linqpao.

Bu üç mə’bud “üç pak gövhər” adı ilə də məşhurdur.

Bu minvalla hər bir dövrdə tao rahibləri bu dində mə’budların və müqəddəs ruhların sayını artırmışlar. Belə ki, hal-hazırda onların sayı-hesabı yoxdur.

Onların e’tiqad bəslədikləri mə’budlardan bə’ziləri aşağıdakılardır:

Ailə ocağının mə’budu, darvazanı mühafizə edən 12 mə’bud, şəhər mə’budu və s.

Çində kommunist hakimiyyətindən sonra aradan götürüləcəyi güman edilən taoizm ayininin fəaliyyətdə olan çoxsaylı mə’bədləri vardır və Çində onun 50 milyon nəfərə yaxın ardıcılı vardır.

SUALLAR


1. Taoizmin ən mühim əxlaqi prinsipi nədir?

2. Taoizm ayininin əxlaqi tövsiyələrində ziddiyyət müşahidə olunurmu?

3.Taoizmdə sehrkarlığı yaratmaqda məqsəd nə olmuşdur?

4. Taoizm müstəqil bir din kimi necə formalaşmışdır?




Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2019
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa