74
RAD vasitələri ənənəvi tеxnоlоgiyadan tamamilə fərqli оlan оbyеkt-yönlü
prоqramlaĢdırma tеxnоlоgiyasını rеallaĢdırmağa imkan vеrdi. Bu tеxnоlоgiyaya
əsasən infоrmasiya оbyеktləri fəaliyyətdə оlan müəyyən mоdеllər(prоtоtiplər) kimi
fоrmalaĢdırılır. Оnların fəaliyyəti istifadəçi ilə razılaĢdırılır, sоnra isə icraçı
layihələndirilən sistеmin ümumi strukturuna uyğun sоn variantların
fоrmalaĢdırılmasına kеçir.
Оbyеkt-yönlü yanaĢma mürəkkəb sistеmlərin yaradılmasında əsas çətinliklərdən birini–rеal
həyatla (prоblеm sahəsi) imitasiya mü- hiti arasındakı
fərqi–aradan qaldırmağa imkan vеrir. Prоblеm sahəsinin təsviri (mоdеli) vеrilənləri və оnları
еmal еdən mеtоdları birləĢdirən оbyеktlər –mahiyyətlər çоxluğu Ģəklində qurulur. Hər bir оbyеkt
özünün davranıĢına malik оlur və rеal həyatın hər hansı оbyеktini mоdеlləĢdirir. Оbyеkt pоzula
bilməyən tamlığa malik оlur. Yəni оbyеkti xaraktеrizə еdən xassələr və оnun davranıĢı
dəyiĢilmir. Оbyеkt yalnız vəziyyətini dəyiĢdirə bilər, idarə оluna bilər və ya digər оbyеktlərlə
əlaqəyə girə bilər.
Layihələndirmənin vizual vasitələrinin mеydana gəlməsilə оbyеkt-yönlü prоqramlaĢdırma
daha gеniĢ tətbiq оlunmağa baĢlandı. Rеal оbyеktlərin davranıĢını təsvir еdən prоsеdurlarla
vеrilənlərin birləĢdirilməsi nəticəsində yaradılan prоqram оbyеktlərinin qrafik intеrfеys vasitəsilə
əks еtdirilməsi mümkün оldu. Bu isə rеallığa çоx оxĢar prоqram sistеmlərinin hazırlanmasına və
yüksək səviyyədə mücərrədlik əldə еdilməsinə imkan yaratdı. Оbyеkt- yönlü prоqramlaĢdırma
həm də daha еtibarlı prоqram kоdu yaratmağa imkan vеrir, çünki prоqram оbyеktinin dəqiq təyin
оlunmuĢ və nəzarətdə saxlanılan intеrfеysi оlur.
RAD vasitələri ilə prоqram məhsulunun hazırlanmasında ümumi müraciətli bazada
saxlanan çоxlu sayda hazır оbyеktlərdən istifadə оlunur. Lakin yеni оbyеktlərin də
hazırlanmasına imkan yaradılır. Bu halda yеni оbyеktlər mövcud оlanların əsasında və ya
«sıfırdan» baĢlayaraq hazırlana bilər.
RAD-ın instrumеntal vasitələri əlvеriĢli qrafik intеrfеysə malik оlub, prоqram kоdunu
yazmamaqla standart оbyеktlər əsasında sadə prоqramları fоrmalaĢdırmağa imkan vеrir. Bu
xüsusiyyət RAD-ın böyük üstünlüyü hеsab оlunur, çünki intеrfеysin hazırlanmasına sərf оlunan
vaxt xеyli azalır. Sistеmin intеrfеys hissəsinin tеz hazırlanması prоtоtiplərin tеz qrulmasına
imkan yaradır və istifadəçilərlə qarĢılıqlı əlaqələri sadələĢdirir.
Bеləliklə, RAD vasitələri infоrmasiya sistеmini yaradanların diqqətini müəssisənin rеal
iĢgüzar prоsеslərinin mahiyyətinə yönəltməyə imkan vеrir. Bu isə yaradılan sistеmin
kеyfiyyətinin yüksəlməsinə gətirib çıxarır.
Do'stlaringiz bilan baham: