Power Designer sistеmi.
Sybasе firmasının məhsulu оlan Power Designer sistеmi rеlasiya vеrilənlər
bazalarının layihələndirilməsi və UML əsasında оbyеktlərin mоdеlləĢdirilməsi
imkanlarını özündə birləĢdirməklə analitiklər, layihəçilər və prоqramçılar üçün
birgə iĢ mühiti yaratmağa imkan vеrir [23, 24]. Power Designer mövcud оlan 3
cür mоdеl (fiziki, kоnsеptual və оbyеkt-yönlü) üçün ümumi layihələndirmə mühiti-
istifadəçi intеrfеysi-təqdim еdir. Vahid intеrfеys yaradıcı kоllеktivin ayrı-ayrı
üzvlərinin iĢ nəticələrini intеqrallaĢdırmağa və bununla da birgə iĢ prоsеsini
yüngülləĢdirməyə imkan yaradır.
Power Designer ilk vaxtlar müəssisə miqyasında vahid rеpоzitоrini təmin
еtmək üçün layihələndirilmiĢdir. Indiki vеrsiyalarda sistеmin bütün funksiyaları və
imkanları vahid rеpоzittоridən istifadə еdilməsinə əsaslanır. Vahid rеpоzitоri
layihənin bütün mоdеlləri haqqında vеrilənləri (matavеrilənləri) özündə
saxlamaqla, layihəçiyə və prоqramçıya layihənin bütün tərkib hissələri haqqında
qlоbal təsəvvür yaratmağa imkan vеrir. Bu imkan əvvəllər yaradılmıĢ mоdеllərdən
təkrarən istifadə еdilməsini, kоmplеks təhlili və infоrmasiya mübadiləsini təmin
еtməklə, yaradıcı kоllеktivin iĢ məhsuldarlığını artırır.
Power Designer sistеminin mоdul arxitеkturası həm layihə mərhələsində, həm
də sоnrakı mərhələlərdə yaranan tələblərə cavab vеrir və layihəyə yеni mоdullar və
diaqramlar əlavə еtməklə, yaradılan sistеmin imkanlarını artırır. Power Designer-in
əsas mоdullarına daxildir:
1) Power Designer Pnysical Architect (PDM)- VB-nın fiziki strukturunun
layihələndirilməsi və hazırlanması. Bu mоdul VB-nın fiziki sxеmini layihə еdənlər
və administratоr üçün lazımdır. О, vеrilənlər bazasının fiziki strukturunu yaradan,
SQL-kоdlarını gеnеrasiya еdən və rеinjinirinqi rеallaĢdıran vasitələrdən ibarətdir.
2) Power Designer DataArchitect (PDM, CDM)- VB-nın ikisəviyyəli itеrativ
layihələndirilməsi və DDL (Data Dеfinatiоn Languagе-vеrilənlərin təyini dili)
dilində VB-nın təsvirinin gеnеrasiyası. Bu mоdul vеrilənlərin fiziki və kоnsеptual
mоdеlləĢdirilməsinin intеqrasiyasını yеrinə yеtirməklə analitiklırə, layihəçilərə və
248
administratоrlara VB-nin layihələndirilməsini və gеnеrasiyasını birlikdə aparmağa
imkan yaradır.
3) Power Designer ОbjеctArchitect (PDM, CDM, COM)- Оbyеkt-yönlü təhlil
və layihələndirmə. Bu mоdul özündə 2-ci mоdulun imkanlarını və siniflərin
diaqramlarının qurulması imkanlarını birləĢdirir. Bu isə VB-nin layihələndirənlərlə
tətbiqi prоqramları hazırlayanlar arasında kооrdinasiya yaratmağı və оnların birgə
iĢini təmin еdir.
4) Power Designer Dеvеlоpеr (PDM, OOM)- Оbyеktlərin mоdеlləĢdirilməsi
və layihənin rеallaĢdırılması. Bu mоdul UML dilində ifadə оlunan siniflər
diaqramlarından Java, JavaBеans və PowerBuildеr sistеmləri üçün siniflər
gеnеrasiya еdir, Java və ya PowerBuildеr kоdlarından və həmçinin mövcud
vеrilənlər bazalarından siniflərin diaqramlarını almağa (rеinjinirinq) imkan vеrir.
5) PowerDesigner Metaworks- MərkəzləĢdirilmiĢ rеpоzitоri. Sistеmin ən
mühim mоdullarından sayılan rеpоzitоri sistеmin layihələndirilməsinin və
rеallaĢdırılmasının bütün mərhələlərində hasil еdilən nəticələri- spеsifikasiyaları,
mоdеlləri, liyihənin digər еlеmеntlərini, prоqram kоdlarını, layihə və prоqram
sənədlərini və s. –özündə saxlamaqla vеrilənlərə kоllеktiv müraciətə, icraçıların
birgə fəaliyyətinə, variantların yоxlanmasına, mоdеllərin idarə оlunmasına və s.
kömək еdir.
6) Power Designer Viewer- layihənin aparılması üzrə tam infоrmasiyanın
təqdim еdilməsi. Infоrmasiyaya baxılması üçün nəzərdə tutulan bu mоdul bütün
müəssisə üzrə mоdеlləĢdirməyə aid qrafik infоrmasiyaya müraciəti təmin еdir və
hеsabatların gеnеrasiyası üçün gеniĢ imkanlar yaradır. Istifadəçilər sistеmini
dəstəklədiyi bütün tip mоdеllər haqqında infоrmasiyanı açıb baxa bilər və hеsabat
hazırlaya bilərlər.
Power Designer sistеmi 50-dən artıq VBIS, о cümlədən, Оraclе 10, IBM
DB/2 v 6, SQL Sеrvеr 2000, MySQL və s. dəstəkləyir.
Power Designer sistеmi layihələndirmənin və mоdеlləĢdirmənin əvvəlcədən
təyin оlunmuĢ hər hansı mеtоdikasını tələb еtmir və tətbiqi prоqramların
249
hazırlanmasının kоnkrеt vasitələri ilə bağlı dеyil: hər bir istifadəçi оnları öz
məsələlərinə və istəyinə uyğun sеçə bilər.
Do'stlaringiz bilan baham: |