46
evlərinə kimi qovacaq və informasiya almamış rahat
buraxmayacaqsan (təbii ki, müsahibə verməkdən
qaçan rəsmilər, ictimai fiqurları bezdirə bilərik. Sadə
vətəndaşlara gəldikdə dözümlü davranmalıyıq).
▪ Montaj və yazı. Bu proqramlar sadəcə reportaj
deyil. Odur ki, onların montajı və strukturu da fərqli
qurulur, bir az daha həssas yanaşma tələb olunur.
Təbii ki, səslərin yığılmasında, incələnməsində eyni
qaydaları tətbiq edirik.
▪ Ssenari yazılarkən bir neçə element gözə alınmalıdır.
Sənədli veriliş olduğunu bəlli edən giriş (bu, adətən,
eyni olur və hər dəfə verilişin əvvəlinə və sonuna
qoyulur) yığılmalıdır. Bu, bütün verilişlərdə getmiş ən
maraqlı sitat, fikir, replika, şeir, musiqi və effektlərlə
yığılmış, 40 saniyədən az promo olur.
▪ Müddətindən asılı olaraq hər 5-6 dəqiqədən bir
veriliş, müəllif təqdim edilməli, 20-25 saniyə içində
verilişin nədən bəhs edildiyi xatırlanmalıdır
Radiojurnalist üçün qoyulan peşəkar prinsiplər
digər sahələrdə çalışan jurnalistlər üçün qoyulan
tələblərdən çox fərqli deyil. Belə deyək, sən bir
dinləyici kimi nə eşitmək istəyirsən? Ətrafında baş
verənləri müzakirə etmək, paylaşmaq, bu barədə
məlumat almaq sənin haqqındır. Demək, jurnalistin
üzərinə düşən sosial məsuliyyət də dinləyiciyə
bunu verməkdir. Ancaq təbii ki, məhdudiyyətlər
var: milli təhlükəsizlik məsələləri, hərbi sirlər, fərdin
azadlıqlarının pozulması, biznes sirləri və mülki
hüquqların pozulması yolverilməzdir. Unutmaq olmaz
ki, jurnalist hökumət təmsilçisi deyil və insanların,
dövlətin taleyi haqqında qərarlar vermək hüququ
ona verilməyib. O hüquq praktikasına qarşı çıxsa,
məsuliyyətdən yayına bilməyəcək.
▪ Adi reportajlardan fərqli olaraq, bu cür uzun
verilişlərdə musiqidən, effektlər, cınqllardan bolluca
yararlanmaq lazımdır. Təbii, yerində istifadə etməklə
və mövzunu, fikirləri manipulyasiya etməyə imkan
verməmək şərtiylə. Bu elementlərdən istifadə
dinamikliyini qoruyacaq və dinləyicini darıxmağa
qoymayacaq. Musiqidən vaxtı doldurmaq və ya
danışığı kəsmək üçün heç vaxt istifadə etmək olmaz:
bunlar ciddi verilişlərdir, əyləncəli deyil.
▪ Arada maraq yaratsın deyə, iki-üç anons da
hazrılamaq olar. Məsələn, 7-ci dəqiqədən anons
verilir ki, “filan hadisənin qurbanının yazdığı
məktubda nə deyilirdi? Verilişi sonacan izləsəniz
biləcəksiniz” və s. bu kimi detallarla dinləyicinin
diqqətini çəkmək və verilişi davamlı izləməsinə
çalışmaq olar.
Peşəkar prinsipləri bir daha gözdən keçirək.
Dinləyicin səndən nə gözləyir?
▪
Do'stlaringiz bilan baham: