Qeyri-neft sənayesinin iqtisadiyyatı



Download 0,91 Mb.
bet1/13
Sana24.04.2020
Hajmi0,91 Mb.
#46800
  1   2   3   4   5   6   7   8   9   ...   13
Bog'liq
Mövzu 1


Mövzu 1. “Qeyri-neft sənayesinin iqtisadiyyatı” kursunun prtedmeti, tədqiqat obyekti, məzmunu və vəzifələri.

Sənaye sahələrinin təsnifatı, quruluşu və sənaye qeyri-neft sahələrinin ölkə iqtisadiyyatında yeri və rolu

Plan:

1. Kursun tədqiqat obyekti və predmeti

2. Müasir dövrün bütün iqtisadi qanunları

3. Qeyri-neft sənayesinin iqtisadi inkişafı



1.Kursun tədqiqat obyekti və predmeti

Sənaye maddi istehsalın ən iri sahəsi olmaqla istehsal istehlakı və şəxsi istehlak üçün məhsullar istehsal edən müxtəlif sahə və yarımsahələrdən ibarətdir.

Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsinin formalaşmasında neft sektoru əsas rol oynayır. Neft sahəsindən gələn gəlir hesabına digər sahələrin-sənaye qeyri-neft sektorunun inkişaf etdirilməsi bir vəzifə olaraq ölkə prezidenti tərəfindən hökümət qarşısında bir vəzifə kimi qoyulmuşdur.

Bu sahələrin inkişafı Holland sindromundan yan keçməyə və davamlı iqtisadi inkişafa nail olmağa imkan vermiş olacaqdır.

Qeyri-neft sənayesinin inkişafı əsas məqsəd olmaqla yerli istehsalın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin sahə məhsullarına olan tələbatının ödənilməsi və dövlət büdcəsinin tədricən bu sahələrin hesabına formalaşmasından ibarətdir.

“Qeyri-neft sənayesinin inkişafı” kursunun tədqiqat obyektini sənaye qeyri-neft sektorunu təşkil edən sənaye sahələri, onların istehsal-təsərrüfat fəaliyyəti, predmetini isə onların iqtisadi inkişafına təsir edən amillər təşkil edir.

Kursun əsas məqsədi tələbələrin müasir dövrün obyektiv iqtisadi qanunlarının xalq təsərrüfatında təzahürü xüsusiyyətlərini, təsərrüfat vəzifələrinin konkret yollarını və həyata keçirilməsi iqtisadi səmərəliliyinin yüksəldilməsi metodikasını, habelə sahədə təsərrüfat rəhbərliyi variantlarının texniki, iqtisadi əsaslandırılması metodlarını öyrənməkdən ibarətdir.

Sahə iqtisadiyyatının öyrəndiyi obyekt xalq təsərrüfatının xüsusi sahəsi olan sənayedir.

Azərbaycanda maddi istehsal sahələri:

- sənaye;

- kənd təsərrüfatı;

- meşə təsərrüfatı

- tikinti;

- nəqliyyat;

- rabitə;

- maddi-texniki təchizat (MTT);

-alqı-satqı (ticarət),

-ictimai qida kimi təsnif olunur.

Sənaye maddi istehsalın ən iri sahəsi olub, əmək alətlərinin, əmək predmetlərinin və xalq istehlak mallarının əsas hissəsini yaradır. Sənayedə maşın və avadanlıqların konstruktiv elementləri istehsal olunur, faydalı qazıntılar hasil edilir, şəxsi istehlak predmetləri hazırlanır.

Müasir dövrdə ictimai istehsalın səmərəliliyinin yüksəldilməsinin aşağıdakı mühüm yolları müəyyən edilmişdir:

1. Əmək məhsuldarlığının artımını sürətləndirmək;

2. Xalq təsərrüfatının bütün sahələrində istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, xüsusilə köməkçi və yardımçı işçilərin əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasının sürətlərini artırmaq hesabına əmək ehtiyatlarından istifadə edilməsinin səmərəliliyini yüksəltmək;

3. Əsas fondlardan istifadə səviyyəsini yüksəltmək, habelə ilk növbədə müəssisələrin texnika ilə yenidən silahlanması, avadanlığın modernləşdirilməsi və avadanlıqdan istifadəni yaxşılaşdırmaq üzrə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi hesabına istehsal güjlərinin əlavə artımını təyin etmək;

4. Maddi ehtiyatlardan istifadənin səmərəliliyini yüksəltmək, məhsulun material tutumunu azaltmaq, təkrar ehtiyatlardan istifadəni genişləndirmək.

Qeyd edək ki, iqtisadiyyat sənaye ilə sıx əlaqədardır. Ona görə də «iqtisadiyyat» dedikdə məhsullar qüvvələrin mövjud inkişaf səviyyəsinə uyğun olan istehsal münasibətlərinin məjmusu başa düşülür.

«İqtisadiyyatın predmeti» vasitələrin layihələndirilməsi, istehsala və həm istehsal həm də istehlak sahələrində onlardan iqtisadi jəhətdən istifadə edilməsinə yönəldilmiş istehsal münasibətləridir.

- “Qeyri-neft sənayesinin iqtisadiyyatı” «Sahə iqtisadiyyatı» kursu kim analoq təşkil edərək müasir dövrün iqtisadi qanunların konkret təzahürü formalarını və xarakterini həmin qanunların daha səmərəli fəaliyyətinə təsir göstərən şərtləri və amilləri öyrənir.

- “Qeyri-neft sənayesinin iqtisadiyyatı” əsasən diqqəti istehsalın bütün mərhələlərində bir-biri ilə qarşılıqlı əlaqədə olan sahələrin, yarımsahələrin və müəssisələrin məcmusundan ibarət olan sistem kimi öyrənilməsinə x/t sistemində sənayedə və insan fəaliyyətində başqa sahələrində həmin sahənin aparıjı rolunu və yerinin öyrənilməsinə yönəldir.

Sənayenin və onun sahələrinin iqtisadiyyatı iqtisadi bir elm kimi konkret məzmunla zəngindir və bununla da sənayenin və onun ayrı-ayrı sahələrinin xüsusiyyətindən gələn qanunauyğunlunları aşkara çıxarır.

Bu fəndə sənaye qeyri-neft sahələriarası və sahədaxili əlaqələrə və müəssisələr arasında əmək bölgüsünə baxılır. X/t –nın ayrı-ayrı sahələrinin-sənaye, k/t-ı, tikinti, nəqliyyat və s. inkişaf sürətləri ilə müqayisədə üstün inkişaf sürətlərinin zəruriliyini əsaslandırır.

Bu fənn istehsalın idarə edilməsi və planlaşdırılması üzrə iqtisadi proseslərin hərtərəfli və dərindən öyrənilməsini təmin etməli, bir sıra iqtisadi məsələlərin kompleks həllində bütünlüklə sənayenin və onun ayrı-ayrı sahələrinin inkişaf perspektivlərinin təyin edilməsində elmi rəhbərlik olmalıdır.
Sual 2. Müasir dövrün bütün iqtisadi qanunları:

1. Əsas iqtisadi qanun

2. İstehsal vasitələri istehsalatın üstün inkişaf qanunu.

3. Əmək məhsuldarlığının dönmədən artımı qanunu.

4. Dəyər qanunu

5. X/t –nın planauyğun inkişafı qanunu və sahənin iqtisadiyyatında öz əksini tapır.

İkinci qanunda sahənin istehsal güjləri artırılır, həm istehsal, həm də onun istismarı prosesində janlı və maddiləşdirilmiş əmək məsrəflərinin azaldılmasına imkan verən yüksək məhsuldar texnika yaradılır.

Üçüncü qanun həm maşınların, avadanlıqların istehsalın həm də onların istismarı zamanı ijtimai əmək məhsuldarlığının artırılmasının təmin olunmasını tələb edir.

Döpdüncü qanun maya dəyərinin əmələ gəlməsində, sahənin məhsuluna qiymət qoyulmasında, elmi-texniki tərəqqinin (ETT) stimullaşdırılmasında və təsərrüfat hesabının təkmilləşdirilməsində özünü göstərir.

Beşinci qanunu həyata keçirmək üçün sahənin fəaliyyəti planının bütövlükdə x/t-nın inkişaf planı ilə, sahənin daxilində isə maşın və avadanlıqların istehsalat həjminin ijtimai təlabatla, bir-birini qarşılıqlı surətdə əvəz edən avadanlıq v əvə maşınların bir-biri ilə əlaqələndirilməsini təmin etmək lazımdır.

Bu qanunauyğunluqlar iqtisadi kateqoriyalarda əks etdirilir. Bu kateqoriyalara daxildir:

- əsas istehsal fondları;

- dövriyyə fondları və dövriyyə vəsaitləri;

- əmək məhsuldarlığı;

- kadrlar;

- əmək haqqı;

- maya dəyəri;

- səmərəlik;

- qiymət;

- mənfəət.

Bu fəndə tələbələri təsərrüaft-siyasi vəziyyətlərin həyata keçirilməsinin konkret yolları və metodikası ilə, habelə texniki siyasətin planlaşdırılması, idarə edilməsi və iqtisadi əsaslandırılması, ijtimai istehsalın səmərəliliyinin yüksəldilməsi və sahədə təsrrüfat rəhbərlərinin optimal variantları texniki-iqtisadi əsaslandırılması nəzəriyyəsi və metodikası ilə tanış edir.

Optimal variantı tapmaq məqsədi ilə çox variantlı hesablaşmalar metodu iqtisadiyyatda mühüm metoddur. Optimal planın seçilməsi, sahə müəssisələrinin yerləşdirilməsi, sahənin müəssisələri arasında istehsal proqramının bölüşdürülməsi kimi müxtəlif məsələlərin və digər istehsal, texniki, təsərrüfat və təşkilati məsələlərin həllində indii həmin metoddan istifadə edilir. Sahə iqtisadiyyatında:

- balans metodundan,

- riyazi modelləşdirmənin xətti və dinamiki proqramlaşdırma metodlarından,

- oyunlar nəzəriyyəsindən və əməliyyatların tədqiq edilməsi nəzəriyyəsindən geniş istifadə edilir.

EHM-in geniş tətbiqi sahəsində bu metodlara sahə istehsalının planlaşdırılması və idarə edilməsi sahəsində məsələlərin əsəslandırılması zamanı daha dəqiq texniki-iqtisadi hesablamalar almağa imkan verir.


2.Sənaye qeyri-neft sektorunun inkişafı

Dünya ölkələrində davam edən maliyyə böhranının  Azərbaycana təsirinə baxmayaraq, ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, nəzərdə tutulmuş proqramlar, investisiya layihələri uğurla icra olunur. Heç şübhəsiz, bütün bunlar dünyanın bir sıra nüfuzlu  iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır, Azərbaycanın iqtisadi inkişafı  yüksək qiymətləndirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu yaxınlarda dünyanın ən nüfuzlu iqtisadi qurumu sayılan Dünya İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti 2017-2018" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək 137 ölkə arasında 35-ci, MDB məkanında isə 2009-cu ildən etibarən 1-ci yerdədir.

Ümumiyyətlə, son illər Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşıb. Belə ki, ölkəmiz "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 34 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2017-ci ildə 137 iqtisadiyyat arasında 35-ci yerədək irəliləyib. Bununla da, Azərbaycan "G-20"yə üzv olan bəzi ölkələri geridə qoyub. Belə ki, "Qlobal Rəqabət Qabiliyyəti 2017-2018" hesabatında "G-20"ə üzv olan İndoneziya 36-cı, Rusiya Federasiyası 38-ci, Hindistan 40-cı, İtaliya 43-cü, Meksika 51-ci, Türkiyə 53-cü, Cənubi Afrika Respublikası 61-ci, Braziliya 80-ci, Argentina isə 92-ci yerdədir. Qlobal rəqabət indeksinə görə Azərbaycan regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına malikdir və qonşu ölkələrlə müqayisədə ön sıradadır. Hesabatda region ölkələrindən Gürcüstan 67-ci, Ermənistan isə 73-cü yerdə qərarlaşıb.

Azərbaycanın rəqabət qabiliyyətinin artması hesabatın bir sıra indikatorlarında daha aydın şəkildə özünü göstərir. Hesabatda Azərbaycan 12 kateqoriyanın 9-u üzrə öz mövqeyini yaxşılaşdırıb:

- biznesin mükəməlləşdirilməsi üzrə 20 pillə (40-cı yer);

- əmtəə bazarının səmərəliliyi üzrə 19 pillə (31-ci yer);

- infrastruktur üzrə 4 pillə (51-ci yer);

- əmək bazarının səmərəliliyi üzrə 9 pillə (17-ci yer);

- səhiyyə və ibtidai təhsil üzrə 1 pillə (74-cü yer);

- maliyyə bazarının inkişafı üzrə 18 pillə (79-cu yer);

- innovasiya potensialı üzrə 11 pillə (33-cü yer)

- institutların keyfiyyəti üzrə 15 pillə (33-cü yer)

- ali təhsil və təlim üzrə 10 pillə (68-ci yer) irəlləyib.

Yeni metodologiya ilə hazırlanan “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” hesabatında isə Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi  növbəti  “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Hesabata əsasən ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan hətta böhran şəraitinə baxmayaraq, tərəqqi, inkişaf yoluna davam edir.

Ölkəmizin davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır. Məhz bunun nəticəsidir ki, son beş-altı ildə iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi təqribən 70  faizə çatmışdır. Bütövlükdə isə rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən,  son on üç ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır.

Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına  subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir.

Göründüyü kimi,  keçid iqtisadiyyatını uğurla başa çatdıran Azərbaycan öz təbii resurslarından məqsədli şəkildə istifadə edərək iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilmişdir. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası davam edir. Məhz bu tendensiyanın nəticəsidir ki,  son on iki ildə ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılmışdır ki,  bunun da böyük əksəriyyəti hissəsi qeyri-neft sektorunun payına düşür.

Ölkə iqtisasdiyyatının şaxələndirilməsinin uğurlu nəticələrindən sayılan qeyri-neft sektorunun dinamik inkişafını müsbət amil kimi dəyərləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Son müddət ərzində Azərbaycanda sənayenin, kənd təsərrüfatının inkişafı artır. Baxmayaraq ki, dünyanın iqtisadi böhranı davam edir, biz bu istiqamətdə də çox ciddi addımlar atmışıq. Əminəm ki, yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin. Sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız baxmayaraq ki, az artır. İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 43 milyard 436,3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bunun da 28 milyard 536,2 milyon manatı qeyri-neft sahələrinin payına düşür. Yeri gəlmişkən, cari ilin doqquz ayında qeyri-neft sektorunun ümumi daxili məhsulda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalsa da, sənayenin qeyri-neft sahələrində 3,6 faizlik artım qeydə alınmışdır. Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bununla bağlı təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Bütövlükdə isə “Sənaye ili” çərçivəsində və sonrakı dövrdə həyata keçirilmiş tədbirlər müsbət nəticələr vermişdir.  Belə ki, 2016-cı ilin doqquz ayında Azərbaycanda 16 milyard 378,1 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən 1 faiz çoxdur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin sürətli inkişafına səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin doqquz ayında Azərbaycanda 6 milyard 75,4 milyon manatlıq qeyri-sənaye malları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə  3,6 faiz çoxdur. Bütün bunlar, heç şübhəsiz, ölkədə son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, məqsədyönlü  tədbirlərin nəticəsidir.

Hesabat dövründə sənayenin mədənçıxarma bölməsinin bəzi qeyri-neft sahələrində (mis filizləri və konsentratları, gümüş, duz, gips və anhidrit)  artım müşahidə edilmişdir. Yanvar-sentyabr aylarında 6 milyard 482,3 milyon manatlıq məhsul  istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 0,7 faiz çoxdur.

“Ərzaq təhlükəsizliyi”nin ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ərzaq təhlükəsizliyi ilə bağlı tapşırıqların ardıcıl şəkildə yerinə yetirilməsinin nəticəsində 2016-cı ilin doqquz ayında qeyri-neft sektorunun mühüm səhələrindən sayılan qida məhsulları  4,3 faiz artmışdır. Bununla yanaşı, hesabat dövründə ölkədə toxuculuq məhsulları 2,7 dəfə, geyim 34,6 faiz, mebel 16,3 faiz, ağacın emalı və ağacdan məmulatlar 32,2 faiz, poliqrafiya məhsulları 12,7 faiz, elektrik avadanlıqları 2,6 dəfə, kompüter və elektron məhsulları 14,9 faiz və digər mühüm növ məhsulların istehsalı artmışdır. 

Bu ilin ötən dövründə ölkədə yeni sənaye müəssisələrinin yaradılması davam etdirilmiş, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Hazırda ölkənin regionlarında qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılır. Bu baxımdan Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesinə start verilməsi, ölkədə dərman istehsalının təşkilinə başlanılması, eyni zamanda, bölgələrdə sənaye zonalarının yaradılması ilə bağlı görülən işlər diqqəti cəlb edir.

Yeri gəlmişkən, ötən ilin sonlarında  Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, heç şübhəsiz, qarşıdakı illərdə qeyri-neft sənayesinin sürətli  inkişafına təkan verəcəkdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr ölkəmizə böyük xeyir gətirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Bu da Azərbaycanın qeyri-neft məhsullarının ixracını artırmağa imkan yaradacaq.

Hazırda Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları Azərbaycanda kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Hazırda ölkənin məşğul əhalisinin 44 faizdən çoxu məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən Azərbaycanda kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramların icrası, bir sıra islahatların və yeni texnologiyaların cəlb edilməsi sürətlənir. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir:

“...Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir”. Son üç ildə Azərbaycanda kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdir. İndi ölkə iqtisadiyyatının vacib sahəsi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün konkret işlər görülür, mühüm dövlət proqramları qəbul edilərək icraya yönəldilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin aqrar bölməsində 4 milyard 614,3 milyon manat məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çoxdur. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının potensialı olduqca yüksəkdir və bu imkanlardan istifadə edilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ötən dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi davam etdirilmişdir. Bununla yanaşı, ölkəmizdə aqrar bölmənin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra təsirli tədbirlər görülür. Bu isə Azərbaycanda kənd təsərrüfatının inkişafına yüksək inkişaf perspektivləri vəd edir. İqtisadiyyatın mühüm sahələrindən sayılan  kənd təsərrüfatı sahəsində mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində həyata keçiriləcək mühüm işlər isə son nəticədə ölkəmizin qeyri-neft sektorunun  inkişafına təkan verəcək. 

Ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri də turizmdir. Adıçəkilən sahə gəlir gətirmək baxımından olduqca cəlbedicidir. Məhz buna görədir ki, son illər ölkəmizin mövcud turizm potensialının tam hərəkətə gətirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, Bakıda, eləcə də regionlarda müasir turizm obyektləri tikilib istifadəyə verilir, bu sahədə xidmətlərin səviyyəsi getdikcə yaxşılaşdırılır. Ölkənin turizm imkanlarından tam istifadə ümumi daxili məhsulda qeyri-neft neft sektorunun payının artmasına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir. Cari ilin doqquz ayında, həmçinin nəqliyyat, informasiya və rabitə sahələrində də əhəmiyyətli dərəcədə artım baş vermişdir ki, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir.

Azərbaycanın gələcək iqtisadi tərəqqisi, xüsusən də qeyri-neft sektorunun inkişafı  özəl bölmənin fəaliyyətindən çox asılıdır. Son illər Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, özəl sektora dövlət dəstəyinin getdikcə artırılması ölkədə sahibkarlığın sürətli inkişafına səbəb olub. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq ötən il ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilib.



2017-ci il ərzində sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə  iqtisadiyyatın müxtəlif sahələri üzrə  146 milyon manat güzəştli kreditlər verilib. Bütövlükdə isə fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına ölkədə çoxsaylı  iri istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib. 6591 nəfərlik yeni iş yerləri yaradılıb.

Download 0,91 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish