Qədim Hindistan fəlsəfəsi


Ortodoksal fəlsəfi məktəblər



Download 31,17 Kb.
bet3/4
Sana09.05.2023
Hajmi31,17 Kb.
#936387
1   2   3   4
Bog'liq
hind fəlsəfəsi

Ortodoksal fəlsəfi məktəblər
Vedantlar üçün Vedlər misilsiz avtoritet olmuşdur. Vedant fəlsəfəsi b.er.əv. IV– II minilliklərə aiddir. Vedant təsəvvürlərinə gö­rə dünya həyat məktəbidir. Şagird bütün hallarda müəllimin dediklərinə əməl etməlidir. Vedant fəlsəfəsinin ən böyük nümayəndəsi Şankara (Şankaraçayra, VIII–IX əsrlər) olmuşdur. O, «Atmabadha» traktatında vedant təliminin əsas prinsiplərini şərh edir və brəh­man atman substansiya kimi varlığın məcmusu kimi təsdiq edilir, cis­mani fiziki ruhla «ruhani ruh» arasındakı qarşılıqlı münasibət haqqında, həqiqi bilik haqqında, atmanlığın karma və sansaradan xilas olmağın yeganə yolu olması barədə danışılır. Vedanta həmçinin maddi dünyanın illyuzorluğu (mayya) olması haqqında təlimi hazırlanmış və illyuzanın (mayya) real varlıqdan fərqləndirilməsi zərurətini qeyd etmişdir. Reallığın yeganə yolu həqiqi biliyə (brəhmənə) nail olmaqdır. İdealist Ve­dan­ta təlimi Badara­yanın adı ilə bağlı olmaqla, bu tə­limdə məqsəd Allah və ruh arasındakı münasibət anlayı­şının fərq­ləndirilməsi idi. Vedantaya görə, öz bədəni ilə əlaqədar olan ruh azad deyil. Allah və ruhun tamamilə fərqli anlayış olmasını Mad­hva, onların vəh­dət­də olma­sını isə Şankara müdafiə edirdi.
Miman­sa­da əsas məqsəd idrak və məntiq məsələlərinin, Veda ayin­lərinin öyrənilməsi idi. Bu tə`limə görə bilik əldə etməyin əsas mən­bəyi hissi qav­rayışdır. Qavrayışların mənbəyi isə real ob­yekt­lərin əlamətləridir.
Hindistanda ən qədim təlim olan Sankhyanın banisi Ka­pi­la­nın b.e.ə. 600-cü ildə yaşa­ma­sı güman edilir. Bu tə`­limə görə dün­ya­­da iki başlanğıc mövcuddur: biri maddi, digəri isə mə`nəvi baş­lan­ğıcdır. Bu tə`limdə başlıca məqsəd insanı əzablardan və bəd­bəxt­likdən azad etməkdir.
Yoqa dini fəlsəfi tə`lim olmaqla, burada başlıca məqsəd Alla­ha inam, məhəbbət, daima onun haqqında fikirləşmək əsas və­zi­fə­dir. «Yoqa» «cəmlənmə», «mərkəzləşmə» mənasını verir. Bu təlimin əsasının müdrik Patancali (b. er. əv. II– əsr) tərəfində qoyulduğu ehtimal olunur. Yoqa sistemində allaha etiqad nəzəri dünyagörüşün elementi kimi, iztirablardan azad olmağa yönəldilmiş, praktik fəaliyyət şəraiti kimi başa düşülür. «Yeganə» ilə birləşmə şəxsi vəhdətin dərk edilməsi üçün zəruridir. Yoqa fəlsəfə və praktikadır. Yoqanın fəlsəfi sitemi sankhya– yoqadır. O, meditasiya şüurunun formalaşması metodikasını verir. Allah obrazına meditasiyanı tövsiyə edir. Uğurlu meditasiya samadhi vəziyyətinə (bir sıra cəmləşmənin fiziki və psixik tapşırıqları sayəsində tam intraversiya vəziyyəti) aparıb çıxarır. Yoqa praktikası xilasolmanın fərdi yolu olub, hisslər və fikirlər üzərində nəzarətə nail olmağa yönəldilmişdir. O, yemək qəbul qaydasını da müəyyən edir. Bunun özü isə maddi təbiət qunlarına müvafiq olaraq üç kateqoriyaya bölünür. Nadanlıq və ehtiras qunlarındakı yemək əzab– əziyyəti, bədbəxtlikləri, xəstəlikləri artıra bilər (buraya, hər şeydən əvvəl, ət daxildir). Yaxşılıq qunlarındakı yemək (ağartı məhsulları, tərəvəz, dənli bitkilər və s.) şən əhval– ruhiyyə, xeyirxahlıq yaradır. Yoqa təliminin müasir təbliğatçıları digər təlimlərə pis münasibət bəsləməyin əleyhinə çıxırlar. Məsələn, Ramakrişna bu məqsədlə «Fil haqqında ibrətli hekayə»ni misal gətirir. Onun da mənası budur ki, «Allah çoxlu aspektə malikdir və hərə onu bir cür görür» «Dörd nəfər kor filə yaxınlaşır. Biri ayağına əl gəzdirir və deyir: «Fil dirəyə bənzəyir». İkincisi xortuma əl gəzdirir və deyir: «Fil dəyənəyə bənzəyir». Üçüncüsü «Fil çəlləyə bənzəyir». Dördüncüsü, filin qulaqlarına əl gəzdirir və deyir: «Fil böyük zənbilə bənzəyir». Mübahisəyə başlayırlar və heç biri fili görmür. Hamı üçün o müxtəlifdir. Əslində isə fil dörd nəfərin «gördüyü» bütün cəhətləri birləşdirir. Ramakrişna, Ramaçarağa və digər Yoqa müəllimləri digər təlimlərə dözməyi və onlara düşmən münasibəti bəs­ləməməyi məsləhət görürlər. Yuxarıda göstərdiyimiz ibrətamiz hekayədə belə bir həqiqət ifadə olunur ki, Allah vahiddir, lakin çoxlu aspektlərə malikdir. Müxtəlif xalqlar allaha müxtəlif adlar ve­rir və müxtəlif formalarda təqdim edirlər. Allah adlıdır və həmçinin adsızdır. Onun adı və forması var, eyni zamanda onun nə adı var, nə də forması var. Budur, Yoqa təliminin fəlsəfəsi və praktikası.
Vayşeşika tə`liminin ba­ni­si Kanada olmuşdur. E.ə. VI-V əsr­lər­də meydana gəlmiş bu tə`limə görə, Allah ob­yek­tiv aləmin ya­ra­dı­­cısı olmaqla, onu heçlikdən deyil, əbədi möv­cud olan anudan (mə­kan, zaman, efir, ağıl və ruh) yaratmışdır. Bu məktəbin adı vişeşa– xüsusiyyət sözündən əmələ gəlmişdir. Gerçəkliyi izah edərkən vayşeşiklər üçün substansiyanın, atomların, ruhların kateqoriyalarının xüsusiyyətləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu ilk atomizm məktəbidir. Onun məqsədi həqiqi idrak vasitəsilə iztirabdan, əzab– əziyyətdən qurtulmağa nail olmaqdır. Onlara görə substansiya 5– dir. Bunlar Su, Torpaq, İşıq, Hava və Efirdir. Onlar əbədi, bölünməz atomlardan ibarət olan fiziki elementlərdir. Atomların bütün hərəkətləri Allahın iradəsinə gedib çıxır.
Banisi Ho­toma olan Nyaya fəlsəfəsinin əsasını məntiq və idrak mə­sə­lələri təşkil edir. Bu tə`limə görə, həqiqi biliyə qavrayış və ya mən­tiqi nəticənin köməyilə nail olmaq olar. Qavrayış duyğu or­qan­larından asılı olub, bilavasitə bilik əldə etməyə xidmət edir.

Download 31,17 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish