70) Hansı preparat mukolitik effektə malik deyil?
A) Bromheksin
B) Libeksin
C) Mukosolvin
D) Ambroksol
E) Ambrobene
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
71) Xroniki pnevmoniyanın diaqnostikasında hansı həlledici əhəmiyyətə malikdir?
A) Xarici tənəffüs funksiyasının müayinəsi
B) Bronxoqrafiya
C) Pikfloumetriya
D) Döş qəfəsinin rentgenoqrafiyası
E) Fizikal məlumatlar: davamlı lokal tənəffüs dəyişiklikləri və yaş xırıltıların olması
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
72) Mikoplazma pnevmoniyası zamanı hansı təyin edilməlidir?
A) Gentamisin
B) Penisillin
C) Biseptol
D) Makrolidlər
E) Tetrasiklin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
73) β-2 aqonistlərə aid olmayan preparat hansıdır?
A) Astmopent (orsiprenolin)
B) Ventolin (salbutamol)
C) Berotek (fenoterol)
D) İntal
E) Akolat
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
74) Virus mənşəli obstruktiv bronxitin kəskin dövründə əsas müalicə tədbirlərinə aid olmayanı hansıdır?
A) Antibiotiklər
B) Bronxolitiklər
C) Bəlğəmgətiricilər
D) Döş qəfəsinin vibrasion massajı
E) Fizioproseduralar
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
75) Tənəffüs üzvlərinin hansı anatomo-fizioloji xüsusiyyəti ağciyərlərin obstruksiyasına səbəb olmur?
A) Diafraqmal tipli tənəffüs
B) Qırtlağın aşağı səviyyədə yerləşməsi
C) Tənəffüs yollarının darlığı
D) Qırtlağın, traxeyanın, bronxların qığırdaqlarının yumşaqlığı
E) Burun tənəffüsü
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
76) Uşaqlarda eksudativ plevritin əsas səbəbi hansıdır?
A) Travma
B) Şişlər
C) Pnevmoniya
D) Exinokokk kistası
E) Vərəm
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
77) Döş qəfəsi daxili limfa vəzilərin vərəminin aşkar edilməsində ən informativ müayinə hansıdır?
A) Bronxoqrafiya
B) Ağ ciyərlərin rentgenoqramması
C) Ağ ciyərlərin yan proyeksiyadan rentgenoqramması
D) Düz və yan proyeksiyadan tomoqramma
E) Bronxoskopiya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
78) Kəskin pnevmoniyalar təsnifata görə necə bölünürlər?
A) İki tərəfli bronxopnevmoniya, interstisial, allergik
B) Krupoz, bronxiolitlər, interstisial, allergik;
C) Ocaqlı, seqmentar, krupoz, interstisial;
D) Bronxiolitlər, allergik, plevropnevmoniyalar, ocaqlı;
E) Bronxiolitlər, interstisial, allergik, plevropnevmoniyalar;
Ədəbiyyat: В.К.Таточенко. Практическая пульмонология детского возраста. Москва, 2001.
79) Kəskin bronxit üçün nə xarakterik deyil?
A) Rentgenoqrammada xırda ocaqlı kölgəliklər
B) Rentgenoqrammada ağciyər şəklinin güclənməsi
C) Xəstəliyin başlanğıcında quru öskürək
D) Xəstəlyin 4-8 günündə yaş öskürək
E) Qısa müddətli hərarətin yüksəlməsi, ümumi zəiflik
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
80) Astmatik statusun birinci mərhələsi üçün (nisbi kompensasiya) nə xarakterikdir?
A) Huşun itməsi, ayrı-ayrı seqmentlərdə tənəffüsün eşidilməməsi, AT düşməsi
B) AT yüksəlməsi, taxikardiya, huşun itməsi
C) Tezləşən küylü tənəffüs, çoxlu sayda quru və yaş xırıltılar, AT yüksəlməsi
D) Huşun itməsi, kəskin ürək çatmamazlığı, böğulma qorxusu
E) Ayrı-ayrı seqmentlərdə tənəffüsün eşidilməməsi, kəskin ürək çatmamazlığı, dərinin və selikli qişaların diffuz sianozu
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
81) Kəskin obstruktiv bronxit zamanı nə təyin olunur?
A) Eufillin 4mq/kq, salbutamol
B) Antibiotiklər
C) Eufillin 1mq/kq, heparin
D) Ürək qlikozidləri
E) Bronxolitiklər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
82) Neçə müddətdən bir təkrarlanan bronxit residivləşən bronxit hesab edilir?
A) İldə 3 dəfə və daha artıq 2 həftədən çox müddətdə residivlərin davam etməsi
B) Ayda 1 dəfə
C) 2 il ərzində ildə 3 dəfə və daha artıq
D) İldə 3 dəfədən az
E) İldə 3 dəfə və daha artıq
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
83) Bəlğəmgətirici preparatlara hansı aiddir?
A) Asetilsistein
B) Tavegil, suprastin
C) Libeksin, kodein
D) Eufillin, qliseram
E) Mukaltin, bromheksin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
84) Streptokokk pnevmoniyasında seçim preparatı hansıdır?
A) Ampisillin
B) Tetrasiklin
C) Baktrim
D) Eritromitsin
E) Gentamisin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
Bölmə 6. Qan dövranı orqanlarının xəstəlikləri. Revmatik xəstəliklər. Funksional diaqnostika.
85) Fallo tetradası olan uşaqlarda tənginəfəslik-sianotik tutmalar zamanı aşağıdakılardan hansı məqsədəuyğun deyildir?
A) Promedol vurmaq
B) Strofantin vurmaq
C) Propranolol təyin etmək (anaprilin, obzidan)
D) Əgər tutmalar davam edərsə - infuzion terapiyaya başlamaq
E) Oksigen vermək
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
86) Hansı anadangəlmə ürək qüsuru ilə doğulan uşaq həyatının birinci ilində operativ müalicə olunmur?
A) İri damarların transpozisiyası
B) Açıq arterial axacaq
C) Açıq oval pəncərə
D) Aortanın koarktasiyası
E) Fallo tetradası
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
87) Sistem qurdeşənəyində daha çox hansı diaqnostik əhəmiyyətə malikdir?
A) Sidikdə dəyişikliklər
B) İmmunoqlobulinlərin artması
C) LE - hüceyrələri
D) EÇS-in artması
E) Disproteinemiya
Ədəbiyyat: А. И. Бекетов «Фармакотерапия в практике семейного врача» 2006г.
88) Revmatizmin əsas diaqnostik meyarlarından biri hansıdır?
A) Qızdırma
B) Artralgiya
C) Ocaqlı infeksiya
D) Kardit
E) Ümumi halsızlıq
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс». 2002.
89) Qeyri-steroid iltihab əleyhinə dərmanlar hansı halda məsləhət görülmür?
A) Posttravmatik artritdə
B) Revmatizmdə
C) Verlhof xəstəliyində
D) Revmatoid artritdə
E) Reaktiv artritdə
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
90) Qeyri-steroid iltihab əleyhinə dərmanlar qrupuna aid olmayan hansıdır?
A) Asetilsalisil turşusu
B) Diklofenak
C) Lornoksikam
D) İndosid
E) Prednizolon
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
91) Ağ ciyərlərin ödemi zamanı nə müşahidə olunmur?
A) Sidik ifrazının azalması
B) Tez-tez sidik ifrazı
C) Təngnəfəslik
D) Ağ ciyərlərdə çoxlu miqdarda yaş xırıltılar
E) Ortopnoe
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
92) Ortastatik kollapsı hansı preparat törədə bilər?
A) Papaverin
B) Dibazol
C) Anaprilin
D) Prestarium
E) Prednizolon
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
93) Kəskin ürək-damar çatışmazlığı zamanı hansı preparat göstəriş deyildir?
A) Propranolol
B) Prednizolon
C) İnfuzion terapiya
D) Dopamin
E) Mezaton
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
94) Aortanın koarktasiyası zamanı hipertenziyanın differensial diaqnostikası üçün daha çox informativ olan hansıdır?
A) Sidikdə 17-ketosteroidlərin normal tərkibi
B) Arterial təzyiq ayaqlarda yuxarı ətraflara nisbətən aşağıdır
C) Sidikdə aldosteronun artması
D) Arterial təzyiq yuxarı ətraflara nisbətən ayaqlarda yüksəkdir
E) Sidikdə katexolominlərin səviyyəsinin azalması
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004
95) Paroksizmal taxikardiyanın diaqnostikası üçün təcili müayinə hansıdır?
A) EKQ
B) Rentgenoqrafiya
C) FKQ
D) EXO-kardioqrafiya
E) Qanda kaliumun təyini
Ədəbiyyat: Белозеров Ю.М., Болбиков В.В. Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
96) Tam atrioventrikulyar blokada zamanı (III dərəcəli atrioventrikulyar blokada) nə müşahidə olunur?
A) Nəbzin defisiti
B) Ritm dəqiqədə 90
C) Ritm dəqiqədə 50-60
D) Ritm dəqiqədə 100
E) Dizritmiya
Ədəbiyyat: Кардиология детского и подросткового возраста /Под ред. Казак С.С.- Донецк, 2004.
97) Kəskin iltihab prosesini az dərəcədə xarakterizə edən göstərici hansıdır?
A) İmmunoqlobulin G-nin səviyyəsi
B) Sidik cövhəri
C) ALT səviyyəsi
D) C-reaktiv zülal
E) Sial reaksiyası
Ədəbiyyat: Пеший М.М. Кардиология детского возраста. Полтава - Сумы. -2003.
98) Qan dövranı çatışmazlığı olan postvirus miokarditi zamanı nə təyin etmək lazımdır?
A) Diqoksin
B) İnderal (anaprilin)
C) Kordiamin
D) Kofein
E) Kapoten
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
99) Uşaqlarda miokardın distrofiyası nə zaman baş verə bilər?
A) Sadalananların hamısı
B) Piylənmədə
C) Allergik reaksiyalar zamanı
D) Endokrin xəstəliklərdə
E) Sepsis və osteomielitdə
Ədəbiyyat: Казак С.С. Вторичные кардиомиопатии у детей. К.:-2005.
100) Mitral qapağın prolapsının diaqnostikası üçün hansı müayinə daha informativ sayılır?
A) EKQ
B) Reoqramma
C) Ürəyin rentgenoqramması
D) FKQ
E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Белозеров Ю.М., Болбиков В.В. Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
101) Aşağıdakılardan hansı düz antikoaqulyantlara aiddir?
A) Heparin
B) Fenilin
C) Dikumarin
D) Dipirdamol
E) Tiklid
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
102) Aşağıdakılardan hansı qeyri-steroid iltihab əleyhinə dərmanlara aid deyil?
A) Diklofenak
B) Desferal
C) Naproksen
D) Piroksikam
E) Lornoksikam ( ksefokam )
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
103) Hansı əlamət revmatoid artrit üçün xarakterik deyil?
A) Getdikcə xəstənin hərəkət məhdudluğu
B) Zədələnmələrin simmetrikliyi
C) Səhərlər gərginlik
D) Prosesə 2 və daha artıq oynağın qoşulması
E) R-qrafiyada oynaqlarda dəyişikliklər olmur
Ədəbiyyat: ПоповП.Н. Ревматические болезни и редкие синдромы (клиника, диагностика, лечение) Учебное пособие. Москва. 1985.
104) Aşağıdakılardan hansı ürək çatışmazlığının səbəblərinə aid deyil?
A) Ağ ciyər xəstəlikləri
B) Kəskin zəhərlənmə
C) Anadangəlmə ürək qüsuru
D) Mədə xəstəlikləri
E) Qeyri-revmatik kardit
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
105) Hansı xəstəliyi keçirmiş uşaqlar revmatizmin inkişafı üçün təhlükəli hesab olunur?
A) Bronxit
B) KRVİ
C) Skarlatina
D) Hepatit
E) Bağırsaq infeksiyası
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
106) Hansı kliniki əlamət revmatizm üçün xarakterik deyil?
A) Xoreya
B) Abdominal sindrom
C) Poliartrit
D) Kardit
E) Proteinuriya
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
107) Miokarditin əlamətlərinə aid olmayan hansıdır?
A) Funksional küyün əmələ gəlməsi
B) AT-nin yüksəlməsi
C) Ürək sərhədlərinin genişlənməsi
D) Ürək ritminin pozulması
E) Hipotoniya
Ədəbiyyat: Кардиология детского и подросткового возраста /Под ред. Казак С.С.- Донецк, 2004.
108) Hansı xəstəlikdə dırnaq falanqalarının osteolizi spesifik əlamət sayılır?
A) Dermatomiozit
B) SQQ
C) Sklerodermiya
D) Revmatoid artrit
E) Dırnaqların göbələk mənşəli zədələnməsi
Ədəbiyyat: Попов П.Н. Ревматические болезни и редкие синдромы (клиника, диагностика, лечение) Учебное пособие. Москва. 1985.
109) Kəskin damar çatışmazlığı üçün xarakterik əlamət hansıdır?
A) AT aşağı düşməsi
B) Qarında ağrılar
C) Temperaturun yüksəlməsi
D) AT yüksəlməsi
E) Qara ciyərin böyüməsi
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
110) Hansı xəstəlikdə yüksək dozada kortikosteroidlərin təyini patogenetik əsaslandırılmayır?
A) Dermatomiozit
B) Revmatizm
C) Revmatoid artrit
D) Sklerodermiya
E) Qlomerulonefrit
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
111) Revmatik poliartritin xüsusiyyətlərinə hansı əlamət aiddir?
A) Kiçik oynaqların simmetrik zədələnməsi
B) İri hərəki oynaqların zədələnməsi və uçucu xarakteri
C) Oynaqlarda deformasiya
D) Poliartritin 10 gündən çox çəkməsi
E) Poliartritin 10 gündən az çəkməsi
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
Bölmə 7. Həzm orqanlarının xəstəlikləri
112) Ezofagit üçün nə xarakterdir?
A) Meteorizm
B) Sulu nəcis
C) Qəbizlik
D) Ürəkbulanma
E) Döş sümüyü boyu ağrılar
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005.
113) Ketoasidoz zamanı ilk növbədə nə yoxlanılmalıdır?
A) Bilirubin
B) SRZ
C) Şəkər
D) Protrombin
E) Kreatinin
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
114) Döş sümüyü arxasında ağrılar nə ilə əlaqədardır?
A) Hiperasidliklə
B) Yüksək qarındaxili təzyiqlə
C) Oddi sfinkterinin spazmı ilə
D) Reflyüks-ezofaqit zamanı qida borusunun selikli qişasının qıcıqlanması ilə
E) Meteorizmlə
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
115) Respirator trakt tərəfindən ağırlaşma nədən baş verə bilər?
A) Pankreatitdən
B) Qastritdən
C) Öd daşı xəstəliyindən
D) Xora xəstəliyindən
E) Qastroezofaqoreflyüks xəstəliyindən
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
116) Davamlı qusma zamanı fəsadlar arasında nə müşahidə olunmur?
A) Elektrolit mübadiləsinin pozulması
B) Ketoasidoz
C) Alkaloz
D) Eksikoz
E) Poliuriya
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
117) Xoraуabənzər dispepsiya üçün nə xarakterdir?
A) Qusma
B) Gəyirmə
C) Bütün saydıqlarımız
D) Acqarına ağrılar
E) Mədə qıcqırması
Ədəbiyyat: Ю.Ю. Елисеева. Полный справочник гастроэнтеролога.2005.
118) Hiperasidlik üçün nə xarakter deyil?
A) Dilin ərplə örtülməsi
B) Qəbizlik
C) Qastroduodenal nahiyyədə acqarına ağrılar
D) Ishal
E) Mədə qıcqırması
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
119) Helikobakterioz üçün nə xarakter deyil?
A) Polipoz
B) Eroziv-xoralı proses
C) Duodeno-qastral reflyüks
D) Pilorik zonanın selikli qişasının hiperplaziyası
E) Hiperasidlik
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
120) Helikobakterioz zamanı nə effektiv deyil?
A) Furazolidon
B) De-nol
C) Makrolid
D) Bismut dərmanı
E) Spazmolitik
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
121) 12-barmaq bağırsağın diskineziyası üçün nə xarakter deyil?
A) Ürəkbulanma
B) Yemək zamanı və yeməkdən dərhal sonra epiqastriyada ağrılar
C) Dispepsiya
D) Duodenoqastral reflyüks
E) Hipoqastriyada ağrılar
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
122) Duodenitin diaqnostikasında üçün hansı müayinə daha az informativdır?
A) Rentgenoskopiya
B) Mədənin, 12-barmaq bağırsağın maye ilə USM
C) Qanın biokimyəvi analizi
D) Biopsiya ilə endoskopiya
E) Koproqramma
Ədəbiyyat: Ю.Ю. Елисеева. «Полный справочник гастроэнтеролога» 2005.
123) Xora xəstəliyinin dürüst kliniki əlaməti hansıdır?
A) Mədə qıcqırması
B) Residivləşən qusma
C) Aşkar xoradan qanaxma
D) Acqarına epiqastriyada ağrılar
E) Ağrıların fəsli xarakter daşıması
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
124) Uşaqlarda xora xəstəliyinin daha çox rast gələn fəsadı hansidir?
A) Qanaxma
B) Keçməməzlik
C) Mədəaltı vəziyə penetrasiya
D) Maliqnizasiya
E) Perforasiya
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
125) Aşağıdakılardan hansı öd yollarının diskineziyası ilə əlaqədar deyil?
A) Dilin ərplə örtülməsi
B) Sağ qabırğaaltında ağrı
C) Dəridə teleangioektaziya
D) Ağızda acılıq
E) Skleranın subikterikliyi
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
Bölmə 8. Sidik sistemi xəstəlikləri
126) Böyrək kanalcıqlarının fəaliyyətinə bilavasitə təsir edən hormon hansıdır?
A) Qonadotropin
B) Insulin
C) Tiroksin
D) Aldesteron
E) Androgenlər
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
127) Aşağıdakılardan hansı böyrəyin konsentrasiyon funksiyasını xarakterizə etmir?
A) Zimnitski sınağı
B) Sidiyin xüsusi çəkisi
C) Qanın elektrolitləri
D) Sidiyin osmolyarlığı
E) Zülal və zülal fraksiyaları
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г.
128) Erkən mərhələlərdə arterial təzyiqin yüksəlməsi hansı hal üçün xarakterikdir?
A) Qlomerulonefrit
B) Tubulopatiya
C) İrsi nefrit
D) Pielonefrit
E) Dismetabolik nefropatiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
129) Sidiyi əkmək üçün hansı üsulla yığmaq məsləhətdir?
A) Neçiparenko üsulu ilə
B) Sidik kisəsinin kateterizasiyası
C) Axıntının orta porsiyasını steril qaba yığmaqla
D) Sidik kisəsinin punksiyası
E) Sutkalıq sidikdən
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
130) Yüksək fibrinogenemiyanı nə zaman müşahidə etmək olar?
A) Sistitdə
B) Irsi nefritdə
C) Nefrotik formalı qlomerulonefritdə
D) Pielonefritdə
E) Dismetabolik nefropatiyada
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
131) Sidikdə oksalat və uratların ekskresiysı adətən necə təyin olunur?
A) Sidiyin səhərki porsiyasında
B) Sadalananların hamısında
C) Axıntının orta porsiyasından
D) Sutkalıq sidikdə
E) Üç saatdan bir yığılan sidikdə
Ədəbiyyat: В. В. Длин. «Лечение дизметаболитической нефропатии и мочекаменной болезни у детей» 2004г.
132) Sistoqrafiya müayinəsi ilə hansı patologiyanı dəqiqləşdirmək olmaz?
A) Uretranın vəziyyətini
B) Detruzorun vəziyyətini
C) Reflyuksların olmasını
D) Qalıq sidiyin miqdarını
E) Böyrəklərin funksional vəziyyətini
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
133) Qəfil yaranan makrohematuriya zamanı müayinəni nədən başlamaq məqsədəuyğundur?
A) Kompüter tomoqrafiyası
B) Sidik sisteminin ultrasəs müayinəsi
C) Angioqrafiya
D) Böyrəklərin radionuklid müayinəsi
E) Sistoqrafiya
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
134) Qlomerulonefritin əsas kliniki sindromlarına hansı aid deyil?
A) Hipertenzion
B) Oliqouriya
C) Ödem
D) Abdominal
E) Sidik
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
135) Hematurik formalı qlomerulonefritin aktivlik göstəricisinə hansı aid deyil?
A) Oliqouriya
B) Hematuriya
C) Hipertenziya
D) Hiperkoaqulasiya
E) Ürəkdə dəyişikliklər
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
136) Hiperqammaqlobulinemiya nəyə xarakterikdir?
A) Nefrotik formalı qlomerulonefrit
B) Kəskin nefrit
C) Qarışıq formalı qlomerulonefrit
D) Qurdeşənəyi nefriti
E) Tubulointerstitsial nefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
137) Qlomerulonefrit zamanı antibakterial terapiyaya hansı preparat daxil edilmir?
A) Penisillin
B) Gentamitsin
C) Makrolidlər
D) Sefalosporinlər
E) Nitrofuran preparatları
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
138) Antibiotikləri təyin edən zaman nə nəzərə alınır?
A) Böyrəklərin funksional vəziyyəti
B) Sidiyin mikroflorasının xarakteri
C) Nefrotoksikliyi
D) Sadalanaların hamısı
E) Sidiyin pH
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
139) Böyrək çatmamazlığı zamanı əks göstəriş sayılır?
A) Klaritromitsin
B) Gentamitsin
C) “Müdafiə olunmuş penisilinlər”
D) Laziks
E) Oksasillin
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
140) Antikoaqulyantlar nə zaman göstəriş sayılmır?
A) Kəskin qlomerulonefritdə
B) Kəskin böyrək çatmamazlığında
C) Hemorragik vaskulitdə
D) Hiperkoaqultasiyada
E) Verlqof xəstəliyində
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
141) Hiperkaliemiya üçün xarakterik olmayan əlamət hansıdır?
A) Bradikardiya
B) Taxikardiya
C) EKQ-da T dişciyinin dəyişməsi
D) Ürək tonlarının karlaşması
E) Paresteziya
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
Do'stlaringiz bilan baham: |