Qamzat Yusup ulu Acıgeldiyev
(21.12.1939, Dağıstan
Respublikası Noqay rayonu Orta Töbe kəndi-?.07.1966). Ata-
sını savaşda, anasını savaşın doğurduğu aclıq və xəstəlikdə iti-
rən Qamzat çətin bir ömür yaşamış, uşaq evinin ağır şəraiti
onun psixologiyasını pozmuşdur. Savaş başa çatdıqdan sonra
yaxın qohumu Badiya Acıgəldiyev onu ailəsinə almışdır. “Sə-
limət” hekayələr kitabının müəllifı olan, Qaranoqay kəndlərini
(Dağıstan) gəzərək folklor nümunələrini çap etdirən, partiya iş-
çisi Badiya Acıgəldiyev Qamzatın ədəbiyyata maraq göstərmə-
sində böyük rol oynamışdır.
Tepekli (Dirəkli) Məktəb kəndindəki internat məktəbdə
oxuyan Qamzat Belarusiya Hərbi Dairəsində əsgəri xidmətdə
(1958-61) olarkən də ikiillik Marksizm-Leninizm Universiteti-
nin axşam şöbəsində təhsil almışdır. Bədii yaradıcılığa da hə-
min illərdən gəlmişdir. Mahaçqaladakı “Şöllik mayakı” (Çöl-
lük mayakı”) və Çerkeeskdəki “Lenin yolu” qəzetləri ilə mün-
təzəm əlaqə saxlamışdır.
Əsgəri xidməti başa vurduqdan sonra fəal bədii yaradıcılıqla
məşğul olmuş, noqay ədiblərindən F.Abdulcəlilov, S.Kapayev,
K.Kumratovla görüşmüşdür. Ədəbiyyata gəlişi ilə diqqəti özü-
nə cəlb edə bilmişdir. Moskvadakı M.Qorki adına Ədəbiyyat
İnstitutuna oxumağa göndərilən ilk noqay olmuşdur.
1962-ci ildə Mahaçqalada “Sokpak” (Cığır) adlı ilk şeir kitabı
çap edilmişdir. Badiya Acıgəldiyevlə birlikdə Dağıstanda yaşa-
yan noqay ədiblərinin İkinci Dünya Savaşından sonrakı ya-
radıcılığından nümunələri seçərək 1964-cü ildə “Karlıgac” (Qa-
ranquş) adlı topluda çap etdirmişlər. Bu təşəbbüsü araşdırıcılar
noqaylarda ədəbi mühitin canlandırılması kimi qiymətləndirirlər.
Qəzetlərdə çoxlu ədəbi tənqidi məqalələr, tərcümələr çap et-
dirən, ədəbi mühitin canlanması üçün var gücü ilə çalışan gənc
şair bədbinliyə qapılmış, vəziyyətdən çıxış yolu tapa bilmə-
diyindən içkiyə qurşanmışdır. “Kuşlar kaydan kelesiz” (Quşlar
haradan gəlirsiniz?), “Mennen başqa bar bolsa...” (Məndən
başqa varsa...), “İzleyemen seni” (Səni axtarıram), “Dördlük-
lər” şeirləri oxucular tərəfındən məhəbbətlə qarşılanan şair
1966-cı ildə, 27 yaşı tamam olmamış intihar etmişdir. Şairi in-
tihara aparan yol onun şeirlərində öz əksini tapmışdır. “Yayap-
sız soraclar”(Cavapsiz suallar) şeirində yazır:
Yazayıma yatlavlardı yanıdan?
-
Yenidən yazmağa davam edimmi?
Tek korkman redaktorlar kapıdan
-
Pək qorxuram redaktorlar qapıdan
Ketşi deek, kaqıtlardı körgende
-
Getsin deyər, yazılarımı görəndə.
Koyayıma taslap yazqan zatlardı
-
Hər şeyi atmaq, unutmaq,
Otı sönip, suvıp kalqan küllerdey
-
Yoxsa yandırmaq, külə döndərmək.
Tars yumayım körmes uşin közimdi
-
Gözüm görməməsi üçün yumummu
Ya salayım korkaylandan külledi
-
Kömək edər mənə güllələr
Söndürmege ürügimnin yallavın
-
Söndürməyə ürəyimin alovun
Yazayıma yatlavlardı yanıdan?
-
Yenidən yazmağa davam edimmi?
“Kuy, Rosiya” (Araq tök, Rusiya!) və b. şeirləri onun sər-
xoşluqla keçirdiyi günlərin əhval-ruhiyyəsini özündə yaşadır.
Şeir sanki Rusiyaya, rus mühitinə bir ittihamdır. Sərxoş olan,
sərxoş yürüyən Rusiya! Araq içməyi mənə də sən öyrətdin.
Bloka da sən içki verdin, Yesenini də sərxoş etdin. Sən məyər
özün, Yox, sən sərxoşsan!
“Lenin yolu” qəzeti 15 iyul 1966-ci il sayında şairin “Və-
siyyət” şeirini çap etmişdir.
1988-ci ildə Mahaçqalada T.Akmanbetovun ön sözü ilə Qa-
mzat Acıgəldiyevin “Urlanqan suyub”(Oğurlanmış sevgi) adlı
şeirlər toplusu çap olunmuşdur
Do'stlaringiz bilan baham: |