Metal ərintiləri.
İki və daha çox elementin əridilməsindən alınan maddə ərinti adlanır. Ərintini təşkil edən sadə
maddələrə komponent deyilir. Komponentlər həm saf metal, həm də kimyəvi birləşmə olur.
Ərinti əsasən metal elementlərindən hazırlanmış və metallik xassələrə malikdirsə, buna metallik
ərinti deyilir. Ərintilər çox geniş tətbiq olunurlar, çünki onlar saf metallara nisbətən ucuz, yüksək
mexaniki, dəyərli fiziki və kimyəvi xassələrə malikdirlər. Bunlardan əlavə metal ərintiləri əlverişli
texnoloji xassələrə, məsələn aşağı ərimə temperaturuna, yüksək maye axıcılığa və kəsici alətlərlə yaxşı
emal olunma qabiliyyətinə malikdirlər.
Mexaniki qarışıqlar bərk məhlullar və kimyəvi birləşmələr əmələ gətirir. İki komponentin mexaniki
qarışığı o zaman əmələ gəlir ki, onlar bərk halda bir-birində həll olmur və kimyəvi reaksiyaya girmir.
Ərintilər – mexaniki qarışıqlar öz strukturuna görə bircinsli deyildir, onu təşkil edən komponentin
kristalı ərintidə özünün bütün fərdi xassələrini saxlayır. Buna görə də belə ərintilərin xassələri (misal
üçün, elektirik müqaviməti, möhkəmlik və s.) hər iki komponentin xassəsinin orta ədədi qiyməti kimi
təyin olunur.
Ərintilərin – mexaniki qarışıqların yaxşı tökmə xassələri vardır.
9
Şəkil 1.3. Ərinti materiallar
Ərintilər – bərk məhlullar əsas metal həlledici və həll olunan element atomlarının əmələ
gətirdikləri fəza kristal qəfəsin yaranması ilə xarakterizə olunur. Təmiz metalda olduğu kimi, belə
ərintilərin stukturu da eynicinsli kristal dənələrdən ibarətdir. Əvəzedici bərk məhlullar və yayılma bərk
məhlullar mövcuddur.
Bürüncdən əlavə, texnikada mis ərintidən - tuncdan da cox geniş istifadə olunur. Bürüncdən
başqa bütün mis ərintiləri tunc adlanır. Kimyəvi tərkibinə görə tunclar qalaylı və qalaysız tunclara
ayrılır. Texnoloji xassələrinə görə tuncları deformasiya olunan və tökmə tunclara ayırmaq olar. Tuncun
markalanma prinsipi asağıdakı kimidir: əvvəlində Br (Br) (bronza-tunc) hərfi olur, ondan sonra faizlə
miqdarını göstərməklə legirləyici elementlərin hərfi işarələri qoyulur. Misal üçün, Br OÜS3-12-5
markasının tərkibində 3% qalay, 12% sink, 5% qurğuşun, qalanı isə mis olur.
Qalaylı tunclar misin qalayla ərintisindən ibarətdir. Qalaylı tunclar yüksək mexaniki, tökmə və
antifriksion xassələrə malikdir, onlar korroziyaya davamlıdır.
Ucuzlaşdırmaq məqsədi ilə sənayedə qalaylı tuncların əksəriyyətinin tərkibinə 2-dən 15% qədər
sink əlavə olunur. Qalaylı tuncların xassələrini yaxşılaşdırmaq üçün onun tərkibinə qurğuşun, nikel,
fosfor və digər komponentlər əlavə olunur. Nikel korroziyaya davamlılığı və mexaniki xassələri, fosfor
isə antifriksion xassələrini və maye axıcılığını yaxşılaşdırır. Lakin fosforun miqdarı 0,5%-dən çox
olduqda tunc təzyiq altında isti emaldan keçmir. Son zamanlarda mexaniki xassələrini və təzyiq altında
emalı yaxşılaşdırmaq üçün qalaylı tunclara az miqdarda sirkonium, titan, niobium və bor qatılır.
1.2.2. Tələbələr üçün fəaliyyətlər
Elektrotexniki quruluşlarda işlədilən əsas keçirici metal materialları araşdırın və öyrənin;
Atomların kristallik quruluşuna görə amorf və kristal cisimləri müqayisə edin;
Kristal qəfəsdə atomların yerləşmə qaydasını müzakirə edin;
Elektrotexnikada platin və gümüşün tətbiq sahələrini sadalayın;
Hər tip ərintinin strukturunu və xassələrini araşdırın, yoldaşlarınızla müzakirə edin;
Ərinti ilə mexaniki qarışığın fərqini müqayisə edin və misallar göstərin;
Qalaylı tuncun tətbiq sahəsini araşdırın və qeyd edin;
Qalaylı tuncun mexaniki xassələrini yaxşılaşdırmaq məqsədilə onun tərkibinə daxil olan
komponentləri araşdırın və fərqli cəhətlərini müzakirə edin;
Müzakirə aparılarkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın
şəkildə ifadə olunur. Müəllim müzakirə prosesini inkişaf etdirən suallar vermək və
şagirdlərin cavablarını nəzərdən keçirməklə müzakirəni tənzimləyir.
10
1.2.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
Do'stlaringiz bilan baham: |