DİLİN SEMANTİK SİSTEMİ
Sözün mənası
Tam məna
Natamam məna
Lüğəvi məna
Qrammatik məna
Mənanın genişlənməsi
Mənanın daralması
Mənanın dəyişilməsi
Mənanın inkişafı
Həqiqi məna
Məcazi məna
Təkmənalılıq
Çoxmənalılıq
Omonimlər
Sinonimlər
Antonimlər
Paronimlər
Evfemizmlər
Tabu sözlər
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
416
Bu mənzərə dildə tamamilə spesifik qanunauyğun-
luqlara və kateqoriyalara məxsus bir sistemin – semantik
sistemin mövcudluğunu bir daha əyani şəkildə təsdiq edir.
Hər bir dilin semantik sistemində bu qanunauyğunluq və
kateqoriyalar obyektiv şəkildə fəaliyyət göstərir. Bunları
öyrənmədən, dərk etmədən dilin semantik sistemi haqqın-
da heç bir təsəvvür yaratmaq olmaz.
4. DİLİN MORFOLOJİ SİSTEMİ
Dilin morfoloji sistemi (qatı, layı) morfemləri əhatə
edir. Morfem dedikdə şəkilçi, kök və s. nəzərdə tutulur.
Kök morfemlər sistemi dilin özəyini təşkil edir. Çünki dil-
dəki bütün sözlər kök morfemlər əsasında yaranır və çoxalır.
Bunun nəticəsidir ki, dildə bəzən bir neçə sözün kökünü vahid
morfem təşkil edir. Məsələn, Azərbaycan dilində aç(maq) kök
morfemi əsasında aşağıdakı sözlər əmələ gəlmişdir: aç, açar,
açarqayıran, açarlı, açarçı, açarçılıq, açdırılma, açdırılmaq, açdırma,
açdırtmaq, açdırtma, açdırmaq, açıq, açıq-aydın, açıq-açığına, açıq
bəniz, açıqdan, açıqdan-açığa, açıqgəzən, açıqgöz, açıqgözlü, açıqgöz
lülük, açıqlıq, açıqraq, açıqrəngli, açıq-saçıq, açıq-saçıqlıq, açıqtəhər,
açıqürəkli, açıqfikirli, açıqca, açılıb-yığılma, açılmış, açılışma, açılış
maq, açılma, açılmaq, açılmaz, açım, açıcı, açış, açma, açmaq
1
.
Kök morfemlərin bu cür söz yuvası rolunu oynaması
bütün dünya dilləri üçün xarakterikdir. Bu hadisə flek-
tiv dillərdə daha qabarıq nəzərə çarpır. Dilçilikdə belə bir
qəti fikir hökm sürür ki, yer üzündə kök morfemsiz dil
yoxdur. Dildə kök morfemi çox zaman söz səviyyəsin-
də çıxış edir. Məsələn, Azərbaycan dilində daş, su, əl, al,
1
Bax: Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1975, səh. 73-74.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
417
get, gəl, yat, oxu, yaz, bax və s. yüzlərlə, minlərlə belə kök
morfemlər müstəqil söz kimi söz birləşməsi və cümlədə
işlənir. Deməli, dilin morfoloji sistemində kök morfemlər
aparıcı rola malikdir.
Budaq morfemlər sistemi dilin müəyyən inkişaf mər-
hələsində əmələ gəlmiş və get-gedə formalaşmışdır.
Dünya dillərində budaq morfemlər öz təbiətinə və xa-
rakterinə, quruluşuna və söz tərkibində işlənmə yerinə
görə çox müxtəlifdir. Budaq morfem kök morfemsiz dil-
də heç bir funksiya daşıya bilmir. Bunlar həm də kök
morfemdən fərqli olaraq, ancaq qrammatik mənaya ma-
likdir. Müxtəlif dil materialları göstərir ki, budaq mor-
femlər söz kökü və ya əsasının əvvəlində, ortasında və
sonunda işlənə bilir. Dilçilikdə söz kökünün sonunda
işlənən budaq morfem postfiks, suffiks, söz kökünün
və ya əsasının əvvəlində işlənən budaq morfemlər pris-
Do'stlaringiz bilan baham: |