1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet227/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   223   224   225   226   227   228   229   230   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

5-ci sxem. Dilin sistemi
Sis- 
tem
Sis- 
tem
Sis- 
tem
Sis- 
tem
Sis- 
tem
Q
U
R
U
L
U
Ş


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
406
dil sistemlərdən ibarət olub daim fəaliyyət göstərir. Dil 
sistemi nəzəriyyəsində mühüm məsələlərdən biri kimi 
sistem özəyi də göstərilir. Hər bir sistemdə sistem özəyi 
çoxişlənən ünsürlər hesab olunur. Məsələn, dilin leksik 
sisteminin özəyini daha çox işlənən – ümumişlək sözlər 
layı təşkil edir.
Dilin sistemi öz təbiətinə görə mürəkkəb və rən-
garəngdir. Buna görə də dildə sistemlər sadə və mürəkkəb 
olmaq meyarına görə də fərqlənir.
Sadə dil sistemi eynicinsli ünsürlərin birləşməsindən 
ibarət olur.
Mürəkkəb dil sistemi müxtəlif birləşmələrin, ünsür 
qruplarının əsasında meydana çıxır.
Dilin sistemi, qeyd etdiyimiz kimi, dilin vahidlərindən 
ibarətdir. Dilin hər bir vahidi onun ümumi inkişaf qanunu-
na tabedir. Bu inkişaf dil sistemində də özünü göstərir. Dil 
sisteminin dinamikası dilin ehtiyat imkanları ilə bağlıdır. 
Məlumdur ki, hər bir dil ehtiyat imkanlarına malikdir. Bu 
keyfiyyət olmasa, dil yaşaya və inkişaf edə bilməz. Ehtiyat 
imkanları əsasında dil inkişaf etdikcə dilin sistemlərinə də 
öz təsirini göstərir.
Dilin sistemindən bəhs edərkən onun quruluşu məsələsi 
də diqqət mərkəzində durur. Çünki “dilin sistemi” və “dilin 
quruluşu” bir-birinə çox bağlı olan eyni mürəkkəb proble-
min sahələridir. Dil quruluşu termininin mahiyyətini aydın 
təsəvvür etmək üçün quruluş sözünün “Azərbaycan dilinin 
izahlı lüğəti”ndə verilmiş mənalarına nəzər yetirək. Lüğətdə 
deyilir: quruluş – 1. İctimai, dövləti sistem üsulu, idarə üsulu. 
2. Üsul, sistem. 3. Bir şeyin qurulma üsulu, təşəkkül forması, 
düzülüş qaydası, daxili tərtibatı; konstruksiyası (Dilin qram-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
407
matik quruluşu. Cümlə quruluşu). 4. Bir tam təşkil edən his-
sələrin bir arada birləşməsi, təşəkkülü, düzülüşü
1
.
Bu izahlardakı mənaların hamısı, təbii olaraq, dil qu-
ruluşu termininin ifadə etdiyi mənaya uyğun gəlmir. Bun-
lardan sonuncu – dördüncü məna dil quruluşuna daha 
uyğundur.
Yeri gəlmişkən deməliyik ki, istər dil quruluşu nəzə-
riyyəsində, istərsə də linqvistik elmi ədəbiyyatda “dilin 
quruluşu” termini ilə “dilin sistemi”nin qarışdırıldığı hal-
lar olmuşdur. Belə ki, bəzi dilçilər bu terminlərdən sinonim 
kimi istifadə etmişlər. Bundan əlavə, bəzi alimlərin sistem 
haqqındakı mülahizəsi eynilə quruluş haqqında fikrə uy-
ğun gəlmişdir. Başqa formada desək, bir alimin quruluş 
haqqında verdiyi tərif digəri tərəfindən sistem haqqında 
deyilmişdir
2
. Belə hal, şübhəsiz ki, məsələnin dəqiq dərk 
edilməsinə mane olur. Bilmək lazımdır ki, sistem sistem-
dir, quruluş da quruluşdur.
Bəs dilin quruluşu nədir? Dilin quruluşu dilin özəyi-
dir. Bütün sistemlər bu özəyin əsasında birləşir və müəy-
yən münasibətlərlə əlaqələnir. Sistemlərin ünsürləri ara-
sındakı bütün əlaqə və münasibətlər quruluşu təşkil edir. 
Deməli, quruluşu sistemsiz, sistemləri isə quruluşsuz 
təsəvvür etmək qeyri-mümkündür. Həm də bunlar bir-bi-
rindən təcrid olunmuş, ayrı-ayrı mövcud ola da bilməz.
Dil sistemlərinin müxtəlif növləri mövcuddur. Təəs-
süflə deməliyik ki, bəzi nəzəri ədəbiyyatda dil sistemləri 
əsas və əlavə deyə iki yerə bölünür. Belə fikirlərlə qəti razı-
laşmaq olmaz. Çünki dildə ikinci dərəcəli, faydasız sistem 
1
Azərbaycan dilinin izahlı lüğəti. I cild. B., 1966, səh. 584.
2
В.М.Солнцев. «Язык как системно-структурное образование». M., 1971, с. 10.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
408
yoxdur və ola da bilməz. Bunların hamısı, həcm və digər 
cəhətlərdən asılı olmayaraq, başlıcadır, dilin varlığı və in-
kişafı üçün vacibdir.
Dil sistemlərini həcminə görə aşağıdakı qruplara ayır-
maq olur: makro (böyük), mikro (kiçik) və yarımsistem. 
Dilin makro (böyük) sistemləri aşağıdakılardır: fonetik, lek­
sik, semantik, morfoloji, sintaktik. Bu sistemlərin hər biri di-
gərindən öz əlamət və keyfiyyətlərinə görə fərqlənir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   223   224   225   226   227   228   229   230   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish