Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
403
onun növləri haqqında xeyli mülahizə irəli sürülmüşdür
1
.
Bu elmi görüşlərdə sistemin müxtəlif və çoxsaylı növləri
göstərilir. Bunlardan biri də
dil sistemidir.
Dil sistemi anlayışı. “Dil sistemi” olduqca mürəkkəb
problemdir. Bu mürəkkəblik obyektlə bağlıdır. Buna görə
də dilçilik ədəbiyyatında sistemin müxtəlif şəkildə təsəv-
vür edildiyinə rast gəlmək olur. Bundan əlavə, bir çox hal-
larda dil sistemi ilə başqa elm sahələrindəki sistem anlayış-
ları da qarışdırılır. Halbuki dil sistemi təbiət elmlərindəki
sistemlə tamamilə uyğun deyildir. İctimai hadisələrin, o
cümlədən dil sisteminin özünəməxsus xarakterik cəhətləri
mövcuddur.
Dil sistemi haqqında müxtəlif mülahizələr söylənil-
miş dir. Bunlardan görkəmli İsveçrə
alimi Ferdinand de
Sössürün təlimi dilçilikdə yeni bir dönüş yaratmışdır. Dil
sisteminin elmi-nəzəri əsasını təşkil edən müəyyən mə sə-
lə lərin həlli bu alimin adı ilə bağlıdır
2
. F. de Sössür deyirdi:
“Dil dəqiq sistemdir, onun nəzəriyyəsi də dil qədər dəqiq
ol malıdır”.
Dilin sistem kimi təsəvvür olunması tarixində bəzi
əks fikir və mülahizələr də olmuşdur
3
. Dil sistemini inkar
edənlər dildə sistemsizlik axtarmışlar.
Məlumdur ki, insanların əsas ünsiyyət vasitəsi olan
dil müxtəlif və külli miqdarda hadisələrin, qayda və qa-
nunların məcmusudur. İlk baxışda adama elə gəlir ki, dil-
də sistemsizlik hökm sürür və burada heç bir sistemlilik
1
Bax. Общая теория симтем. M., 1969; Исследования по общей теории систем. M., 1969;
Проблемы методологии системного исследования. M., 1970.
2
Bax: A.M.Qurbanov. Onomastik leksikanın sistem xarakteri. Azərbaycan dilinin onoma-
logiyası. B., 1988, səh. 14-16.
3
М.М.Маковский. Системность и асистемность в языке. M., 1980.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
404
yoxdur. Lakin linqvistik müşahidələr aydın göstərir ki, di-
lin hər vahidinin öz yeri və rolu olduğu kimi, həm də onlar
müəyyən və dəqiq sistem təşkil edir.
Dil sistemini aydın dərk etmək üçün
sistem sözünün
mənasına fikir verək. “Azərbaycan dilinin izahlı lüğəti”ndə
deyilir: 1. Bir şeyin hissələri arasında düzülüş, müntəzəm
düzülmüş və qarşılıqlı əlaqəyə əsaslanan müəyyən qayda,
üsul. 2. Təsnifat, qruplaşdırma. 3. Hər hansı bir nəzəriy-
yənin, təlimin əsasını təşkil edən prinsiplərin məcmusu.
4. Bir şeyin (təsərrüfat, dövlət, siyasi və s.) vahidlərinin təş-
kilat, quruluş forması. 5. Bir-biri ilə qarşılıqlı surətdə bağlı
hadisələrdən ibarət
struktur, quruluş. 6. Texniki quruluş
prinsipi; konstruksiya”
1
.
Burada “sistem” sözü
quruluş sözünün sinonimi ki mi
göstərilir. Bununla bərabər, sistem sözünün bir neçə mə-
nada və məqamda işləndiyi bildirilir.
Sistem sözünə şa mil
edilən bütün bu mənaların hamısı dil sisteminə aid deyil
və ola da bilməz.
Do'stlaringiz bilan baham: