1. ÜMumi DİLÇİLİk I indd


Şəkil 5. Nitq rezonatorları



Download 10,63 Mb.
Pdf ko'rish
bet220/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   216   217   218   219   220   221   222   223   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Şəkil 5. Nitq rezonatorları


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
392
ni əsasa birləşdirir və onun hərəkətini təmin edir. Digəri 
isə dilin gövdəsinin ayrı-ayrı hissələrinin müxtəlif formaya 
düşməsinə xidmət edir.
Quruluşuna görə dilin gövdəsi dörd yerə bölünür: 
dil ucu, dilyanları, dildibi və dilüstü. Dilüstü şərti olaraq 
üç yerə ayrılır: dilönü, dilortası və dilarxası.
Dil elastiki xarakterə malikdir. O, ən çox hərəkət edən, 
mütəhərrik üzvdür. Onun hərəkətinin istiqaməti şaquli (di-
lin ortası yuxarı qalxır, aşağı enir) və üfüqi (dil irəli uzanır, 
geri çəkilir) olur ki, bunun da nəticəsində rəngarəng səslər 
yaranır. Lakin demək lazımdır ki, dilin bütün hissələri eyni 
dərəcədə hərəkət etmir. Dilin önü başqa hissələrə nisbətən 
daha mütəhərrikdir. Bu, fəaliyyətdə olarkən müxtəlif və-
ziyyətlər alır. Belə ki, uzanıb ağızdan kənara çıxa bilir, dil-
ucu nazikləşib yanlara enlənir; üst dişlərin dibinə toxunub 
geri əyilir və sair. Dilönünün belə müxtəlif vəziyyətlər ala 
bilməsi əsasında danışıq üçün çox zəruri olan t, d, l, r, s, z 
və s. səslər əmələ gəlir.
Dilin orta hissəsi dilönünə nisbətən zəif hərəkət edir. 
Lakin müxtəlif səs tələffüzündə bu hissənin də hərəkə-
ti zəruridir. Dilin ortası yuxarıya doğru qabarır və sərt 
damağa yaxınlaşır. Belə vəziyyətdə c, k kimi səslər mey-
dana çıxır. Dilin ən az hərəkət edən hissəsi dilarxasıdır. 
Dilarxası bir sıra səslərin tələffüzündə böyük əhəmiyyətə 
malikdir. Dilin bu hissəsi yuxarı qabarır, geri udlaq boş-
luğuna tərəf çəkilir. Ağızda belə vəziyyət alındıqda q, ğ, 
səsləri yaranır.
Dişlər. Bu üzv çənələrdə yerləşərək iki cərgə təşkil 
edir: alt dişlər və üst dişlər. Danışıq səslərinin əmələ gəl-
məsində dişlərin rolu heç də az deyil. Bunlar bir sıra səslə-
rin yaranması və formalaşmasına kömək edir. Məsələn, 
səsinin tələffüzündə dilin ucu üst dişlərin iç tərəfinə toxu-
nur. Əgər belə olmasa, həmin səs yarana bilməz. Deməli, 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
393
dişlər bəzi səslərin əmələ gəlməsində xüsusi əhəmiyyət 
kəsb edir, dilin ucu üçün söykənəcək olur.
Yuvaqlar. İçəri tərəfdən dişlərin dibindəki çıxıntıya 
yuvaq, yaxud alveol deyilir. Yuvaqlar üst və alt dişlərin di-
bində olduğundan alt dişlərin dibindəki alt diş, üst dişlərin 
dibindəki üst diş yuvağı adlanır. Nitq səslərinin formalaş-
masında yuvaqlar da müəyyən vəzifə daşıyır. Dişlər kimi, 
bunlar da dilin ucu və dilin önü üçün dayaq olur.
Damaq. Bu üzv ağız boşluğunun üst hissəsini təşkil 
edir. Damaq bir-birindən fərqli olan iki hissəyə bölünür ki, 
bunlardan ön hissəyə sərt damaq, arxa hissəyə isə yumşaq 
damaq deyilir.
Sərt damaq bərk olub, alveollarla yumşaq damaq ara-
sında yerləşir. Bu, həcm etibarilə, demək olar ki, yumşaq da-
maqdan iki dəfə böyükdür. İlk insanın sərt damağı müasir 
adamın damaq quruluşundan fərqli idi. İnsanın kəllə quru-
luşu dəyişildikcə bu hissədə də müəyyən təkmilləşmə, for-
malaşma prosesi baş vermişdir. Hazırda müasir insanlarda 
sərt damağın müxtəlif şəkillərinə təsadüf etmək olur.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   216   217   218   219   220   221   222   223   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish